Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi 7435 – az



Yüklə 19,13 Kb.
tarix01.12.2017
ölçüsü19,13 Kb.
#13396

MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA DƏVƏT

 

Azərbaycan Respublikası



Əmlak Məsələləri Dövlət Komitəsi

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi 7435 – AZ

 

Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər rayonları üzrə daşınmaz əmlakın rəqəmsal kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi” layihəsi çərçivəsində məhsulların keyfiyyətinə nəzarət və qəbulu ilə bağlı xidmətlərin göstərilməsi sahəsində şirkətin seçimi üzrə məsləhətçi xidmətləri



 

İstinad No.: RERP/PP#45d-A4C3/CS/QC/CQS

 

Azərbaycan Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini keyfiyyətə nəzarət üzrə məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir.


Bu maraq ifadələrinin təqdimatına dəvət müəyyən edilmiş tələb və ehtiyaclara uyğun olaraq Bakı şəhərinin beş rayonu üzrə çatdırılacaq məhsulların keyfiyyətinə nəzarət və qəbulu, həmçinin sifarişçinin işçi heyətinə bu sahədə təlimlərin təşkili ilə bağlı xidmətləri göstərməklə ƏMDK-ya (Əmlak Məsələləri Dövlət Komitəsi) yardım göstərmək üzrə məsləhətçi xidmətlərin göstərilməsi ilə bağlı şirkətin seçimi üçündür. Seçilmiş beynəlxalq şirkət bu xidmətlərin göstərilməsi məqsədi ilə iki təcrübəli fərdi eksperti cəlb etməlidir. Ekspertlərdən biri kadastr ölçmələri üzrə keyfiyyətə nəzarət, ikincisi isə GİS və məlumat bazası üzrə keyfiyyətə nəzarət işlərini aparmalıdır. Ekspertlər tərəfindən həyata keçiriləcək işlər aşağıdakı həcmləri əhatə edir: Kadastr ölçmə işləri üzrə - 1 adam, 4 ay, hansı ki, aşağıdakılara malik olmalıdır:

  • Kadastr ölçmə işləri üzrə ekspert kimi beş il təcrübəyə malik olan; texniki əməkdaşlıq üzrə kadastr layihələrində beş illik təcrübəsi olan; müvafiq sertifikatları olan, kadastr ölçmələri üzrə ən azı beş illik iş təcrübəsinə malik olan; daşınmaz əmlak obyektləri üzrə kadastr işinin həyata keçirilməsi və sistemli yanaşma tətbiq etməklə kadastr ölçmə işlərindən istifadə edərək kadastr məlumatlarının tərtibi üzrə ən azı beş illik iş təcrübəsi; müasir geodeziya vasitələrindən (elektron taxometr və GPS) istifadə qaydalarına dair biliklərə malik olmaq; Sistemli kadastr inventarlaşdırılması üzrə texniki yardım sahəsində ən azı iki oxşar beynəlxalq layihə ilə bağlı keyfiyyətin təminatı komponentlərinin uğurlu icrası; rəqəmsal məkan məlumatlarının çatdırılması üçün məlumat bazası və strategiya ilə bağlı rəqəmsal məlumatların idarə edilməsi üzrə təcrübə;

Arzu olunan tələblər:



  • Azərbaycanda və ya regionda (qonşu ölkələrdə) beş illik təcrübəyə malik olan;

  • Azərbaycan, türk, rus və ingilis dillərindən birini və ya bir neçəsini bilən.


GİS və Məlumat Bazası üzrə - 1 adam, 3 ay, hansı ki, aşağıdakılara malik olmalıdır:

  • müvafiq sertifikatları olan, Coğrafi İnformasiya Sistemi üzrə ekspert kimi ən azı beş illik profesional iş təcrübəsinə malik olması; Coğrafi İnformasiya Sistemi layihələrində ən azı beş illik iş təcrübəsi; daşınmaz əmlak obyektlərinin qeydiyyatı üçün məlumatların hazırlanması üzrə ən azı beş illik iş təcrübəsinin olması; keyfiyyətə nəzarət sahəsində ən azı iki oxşar beynəlxalq layihə ilə bağlı keyfiyyət təminatı komponentlərinin uğurlu icrası; rəqəmsal məkan məlumatlarının çatdırılması üçün məlumat bazası və strategiya ilə bağlı rəqəmsal məlumatların idarə edilməsi üzrə təcrübə; INTERLIS məlumat modellərinə uyğun olaraq formatlaşdırılmış məlumatların keyfiyyətinə nəzarət üzrə bilik.

Arzu olunan tələblər:

  • Azərbaycan, türk, rus və ingilis dillərindən birini və ya bir neçəsini bilən;

  • Azərbaycandakı kadastr işləri ilə tanışlığı olan.

Şirkətin ekspertləri iş həcmlərini eyni zamanda yerinə yetirəcəklər.

Bu tapşırığı yerinə yetirmək məqsədilə Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Layihə İdarəetmə Qrupu xidmətlərin göstərilməsi üçün öz marağını ifadə edən uyğun məsləhətçi şirkətləri (məsləhətçilər) dəvət edir. Maraqlanan məsləhətçi şirkətlər xidmətlərin göstərilməsi üçün tələb olunan ixtisas və müvafiq təcrübəyə malik olduqlarını nümayiş etdirən məlumatı təqdim etməlidir. Cəlb ediləcək şirkət Bakı şəhərinin beş rayonu üzrə layihə çərçivəsində İNTERLİS formatında təhvil verilmiş kadastr məlumatlarının keyfiyyətinə nəzarətin təmin edilməsinə, layihənin səmərəli nəticələrinin əldə edilməsinə imkanlar yaradacaq, və bu sahədə DƏKTİM (Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi) və subpodratçı özəl sektorun peşəkarlığının artırılması məqsədilə təlimlər keçəcək.
Keyfiyyətə nəzarətə dair tədbirlər Bakının beş rayonu üzrə layihənin icra müddətinə uyğun olaraq razılaşdırılmış iş qrafikinə uyğun həyata keçirilməlidir. Keyfiyyətə nəzarət xidmətləri, layihə ərazisinin ayrı-ayrı yerlərində, daha çox müxtəlif növ daşınmaz əmlakların mövcud olduğu xarakterik ərazilərdə, həyata keçirilməlidir.
Məsləhətçi şirkət ƏMDK əməkdaşlarının layihədə keyfiyyətə nəzarət, işlərin qəbulu və idarəetmə sahəsində bilik və bacarıqlarının artırılması üçün təlimlər keçməlidir. ƏMDK heyətinə çöldə keyfiyyətə nəzarət ölçmələrini həyata keçirmək və təqdim olunmuş rəqəmsal kadastr və qeydiyyat məlumatlarının keyfiyyətinə nəzarətini həyata keçirmək üçün ekspertlər tərəfindən təlimlər keçirilir.
Maraqlananan məsləhətçilər may 2004-cü il tarixdə nəşr edilmiş, oktyabr 2006-cı il və may 2010-cu illərdə düzəlişlər edilmişDünya Bankının borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması (BYİB-in krediti və BİA-nın krediti və qrantları çərçivəsində)” üzrə təlimatında (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar.

 

Məsləhətçi, məsləhətçilər üzrə təlimatda müəyyən edilmiş məsləhətçilərin kvalifikasiyaları əsasında seçiminə uyğun olaraq seçilməlidir.


Daha ətraflı məlumat üçün aşağıda göstərilən ünvana iş günü ərzində, saat 09-dan 18-dək müraciət etmək olar:
Maraq ifadələri 17 mart 2014-cü il tarixinə kimi yazılı şəkildə aşağıdakı ünvana şəxsən, həmçinin elektron formada təqdim edilməlidir.

 

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi



Layihə İdarəetmə Qrupu

Nigar Hüseynova, satınalmalar üzrə assistent

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,

Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə, otaq 612,

AZ1073, Bakı şəhəri, Azərbaycan.

Tel.: (+994 12) 510 91 45 (daxili. 7227)



Email:  nhuseynova@emdk.gov.az 

 gunelsafaraliyeva@gmail.com 
 
Yüklə 19,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə