Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu



Yüklə 24,52 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü24,52 Kb.
#49018


“Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti 

arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 

Sazişin təsdiq edilməsi barədə 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

I. “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında 

sənaye  mülkiyyətinin  mühafizəsi  sahəsində  əməkdaşlıq  haqqında”  2008‐ci  il  aprelin  23‐də 

Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin. 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 4 iyul 2008‐ci il  

№ 663‐IIIQ  

Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında 

sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 

SAZİŞ 

Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və 

Moldova Respublikası Hökuməti, 

iki dövlət arasında tarixən yaranan dostluq münasibətlərini nəzərə alaraq, 

ticarət‐iqtisadi, sənaye və elmi‐texniki əməkdaşlığı inkişaf etdirmək istəyərək, 

sənaye  mülkiyyətinin  səmərəli  və  adekvat  mühafizəsinin  bu  cür  əməkdaşlığın 

inkişafı üçün zəruri şərt olduğunu etiraf edərək, 

aşağıdakılar barədə razılığa gəldilər: 



Maddə 1 


Bu  Sazişin  məqsədləri  üçün  «sənaye  mülkiyyəti»  anlayışı  1983‐cü  il  20  mart 

tarixində qəbul olunmuş, 1967‐ci il 14 iyul tarixində Stokholmda yenidən baxılmış və 

1979‐cu  il  2  oktyabr  tarixində  dəyişdirilmiş  Sənaye  mülkiyyətinin  mühafizəsi  üzrə 

Paris  Konvensiyasının  (bundan  sonra  —  Paris  Konvensiyası)  1‐ci  maddəsində  əks 

olunan mənanı daşıyır. 

Maddə 2 

Tərəflər sənaye  mülkiyyətinin  mühafizəsi  sahəsində  əməkdaşlığı  bu  Sazişə  və 

onların  iştirakçısı  olduğu  digər  beynəlxalq  müqavilələrə  uyğun  olaraq,  qarşılıqlı 

fayda və bərabərlik əsasında həyata keçirir və inkişaf etdirirlər. 

Tərəflərin əməkdaşlığı aşağıdakı istiqamətlərə yönəldiləcəkdir: 

sənaye  mülkiyyəti  obyektlərinə  dair  hüquqların  mühafizəsi  və  istifadəsi  ilə 

bağlı məsələlərin tənzimlənməsinə; 

Tərəflərin  hər  ikisinin  iştirakçısı  olduqları  beynəlxalq  müqavilələrə  uyğun 

olaraq,  sənaye  mülkiyyətinin  mühafizəsi  sahəsində  Tərəflərin  dövlətlərinin  milli 

qanunvericiliklərinin uyğunlaşdırılmasına; 

sənaye  mülkiyyətinin  mühafizəsi  sahəsində  informasiya,  normativ  və  digər 

sənədlər, həmçinin mütəxəssislər və iş təcrübəsi mübadiləsinə; 

Tərəflərin qarşılıqlı razılığa gəldikləri digər əməkdaşlıq formalarına. 

Maddə 3 

Sənaye  mülkiyyətinin  mühafizəsi  sahəsində  bir  dövlətin  fiziki  və  hüquqi 

şəxsləri  digər  dövlətin  ərazisində,  bu  digər  dövlətin  öz  fiziki  və  hüquqi  şəxslərinə 

hal‐hazırda  verilmiş  və  ya  hüquqi  aktlarla  veriləcək  hüquq  və  üstünlüklərdən,  o 

cümlədən onun fiziki və hüquqi şəxslərinə verilmiş hüquqi mühafizə vasitələrindən 

və o həcmdə istifadə edəcəklər. 

Tərəflər  bu  Sazişlə  tənzimlənməyən məsələlər  üzrə  Paris  Konvensiyanın 

müddəalarından istifadə edəcəklər. 



Maddə 4 


Tərəflər  etiraf  edirlər  ki,  Azərbaycan  Respublikasının  və  ya  Moldova 

Respublikasının istənilən fiziki və ya hüquqi şəxsi, əgər ixtira və ya faydalı modelin 

qanuni  istifadəsi  digər  şəxslər tərəfindən  SSRİ‐nin  ixtira  şəhadətnaməsi  verilmiş 

ixtira  və  ya  faydalı  modelə  milli  patentin  verilməsi  haqqında  vəsatət  verilməsi 

tarixinədək  başlamışsa,  həmin  ixtira  və  ya  faydalı  modeldən  lisenziya  müqaviləsi 

bağlamadan istifadə etmək hüququna malikdir. 

Belə  halda  haqqın  ödənilməsi,  ərazisində  qeyd  olunan  ixtira  və  ya  faydalı 

modelin  istifadə  olunduğu və  ya  olunacağı  dövlətin  normativ  hüquqi  aktları  ilə 

müəyyən olunmuş qaydada həyata keçirilir. 

Maddə 5 

Bir  dövlətin  fiziki  və  hüquqi  şəxsləri  digər  dövlətin  ərazisində  sənaye 

mülkiyyətinə aid olan patent fondlarından, kitabxanalardan, məlumatlar bankından 

onun öz fiziki və hüquqi şəxslərinə verilmiş şərtlərlə istifadə edəcəklər. 



Maddə 6 

Bu Sazişin həyata keçirilməsi üçün aşağıdakılar məsuliyyət daşıyırlar: 

Azərbaycan Respublikasında — Azərbaycan Respublikasının Standartlaşdırma, 

Metrologiya və Patent üzrə Dövlət Agentliyi; 

Moldova  Respublikasında  —  Moldova  Respublikasının  İntellektual  Mülkiyyət 

üzrə Dövlət Agentliyi. 

Bu Sazişin həyata keçirilməsi üçün səlahiyyətli dövlət orqanlarının əməkdaşlıq 

şərtləri və qaydaları onlar arasında xüsusi sazişlərlə müəyyən ediləcəkdir. 



Maddə 7 

Bu  Sazişə  müvafiq  olaraq  Sazişin  həyata  keçirilməsi  üçün  səlahiyyətli  dövlət 

orqanları arasında yazışmalar rus dilində aparılacaqdır. 



Maddə 8 

Bu  Sazişdən  irəli  gələn,  yaxud  onun  yerinə  yetirilməsi  və  təfsiri  ilə  bağlı 

məsələlər  üzrə  fikir  ayrılığı  yarandığı  halda,  Tərəflərin  nümayəndələri  onları 

məsləhətləşmələr və danışıqlar yolu ilə tənzimləyəcəklər. 



Maddə 9 

Bu  Saziş  Tərəflərin  sənaye  mülkiyyətinin  mühafizəsi  sahəsində  digər  ölkələrlə 

ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iştirakına mane olmur. 

Maddə 10 

Tərəflərin  qarşılıqlı  razılığı  əsasında,  bu  Sazişə  onun  ayrılmaz  hissəsi  olan  və 

11‐ci  maddəsində  nəzərdə  tutulan  qaydada  qüvvəyə  minən,  ayrıca  Protokollarla 

rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər. 



Maddə 11 

Bu  Saziş,  onun  qüvvəyə  minməsi  üçün  zəruri  olan  dövlətdaxili  prosedurları 

Tərəflərin  yerinə  yetirməsi  barədə  diplomatik  kanallar  vasitəsilə  sonuncu  yazılı 

bildiriş alındığı tarixdən qüvvəyə minir. 

Bu Saziş 5 (beş) il müddətinə bağlanır və Tərəflərdən hər hansı biri diplomatik 

kanallar  vasitəsilə  yuxarıda  göstərilən  müddətin  başa  çatmasına  ən  azı  6  (altı)  ay 

qalmış ona xitam vermək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə 

digər Tərəfə  bildiriş  vermədiyi  halda  avtomatik  olaraq  növbəti  beşillik  müddətlərə 

uzadılır.  Bu  halda  Sazişin  qüvvəsinə  belə  bildirişin  alındığı  tarixdən  3  (üç)  ay 

keçdikdən sonra xitam verilir. 

Bu Sazişin qüvvəsinə xitam verilməsi, onun qüvvəsinə xitam verilənədək hər iki 

dövlətin  fiziki  və  hüquqi  şəxslərinə  verilmiş  və  ya  veriləcək  mühafizə  sənədlərinin 

qüvvəsinə toxunmur. 



Bu Saziş Bakı şəhərində 2008‐ci il 23 aprel tarixində Azərbaycan, moldov və rus 

dillərində  olmaqla  iki  əsl  nüsxədə  imzalanmışdır,  bütün  mətnlər  eyni  qüvvəyə 

malikdir. 

Bu  Sazişin  müddəalarının  təfsiri  zamanı  fikir  ayrılığı  yarandığı təqdirdə  rus 

dilindəki mətndən istifadə ediləcəkdir. 

Azərbaycan Respublikası Hökuməti adından 

Moldova Respublikası Hökuməti adından 

(imza) 


(imza) 

Document Outline

  • Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasındasənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında SAZİŞ
    • Maddə 1
    • Maddə 2
    • Maddə 3
    • Maddə 4
    • Maddə 5
    • Maddə 6
    • Maddə 7
    • Maddə 8
    • Maddə 9
    • Maddə 10
    • Maddə 11

Yüklə 24,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə