“Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu



Yüklə 53,9 Kb.
Pdf görüntüsü
tarix26.05.2018
ölçüsü53,9 Kb.
#46086


“Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında 

transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə 

sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

“Azərbaycan  Respublikası  hökuməti  və  Rumıniya  hökuməti  arasında 

transsərhəd  mütəşəkkil  cinayətkarlığa və  beynəlxalq  terrorçuluğa  qarşı  mübarizə 

sahəsində  əməkdaşlıq  haqqında”  2009‐cu  il  sentyabrın  28‐də  Buxarest  şəhərində 

imzalanmış Saziş təsdiq edilsin. 

İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 26 noyabr 2009‐cu il 

№ 916‐IIIQ 

Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd 

mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində 

əməkdaşlıq haqqında 

SAZİŞ 

Azərbaycan  Respublikası  Hökuməti  və  Rumıniya  Hökuməti  (bundan  sonra  — 

ismin müvafiq halında “Tərəflər”), 

Azərbaycan  Respublikası  və  Rumıniya  arasında  əlaqələri  möhkəmləndirmək 

arzularını bir daha təsdiq edərək, 

beynəlxalq  terrorçuluq  və  mütəşəkkil  cinayətkarlığın  beynəlxalq  sülh  və 

təhlükəsizliyə təhdid yaratmasından narahatlıq bildirərək, 

hər  iki  ölkənin  beynəlxalq  terrorçuluq  və  mütəşəkkil  cinayətkarlıqla 

mübarizədə əməkdaşlıq əzmini nəzərə alaraq, 

iki  ölkənin  təhlükəsizliyə  cavabdeh  olan  orqanları  arasında  əməkdaşlığı 

möhkəmləndirməyi və inkişaf etdirməyi qərara alaraq, 

aşağıdakılar barədə razılığa gəldilər: 




Maddə 1. 

Əməkdaşlığın sahələri 

1.  Tərəflər,  müvafiq  ərazi  yurisdiksiyaları  çərçivəsində,  beynəlxalq  öhdəlikləri 

və milli qanunvericiliklərinə uyğun olaraq aşağıdakı cinayətlərin qarşısının alınması 

və cəzalandırılması sahəsində əməkdaşlıq edirlər: 

a) terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi; 

b) mütəşəkkil cinayətkarlığın Tərəflərin milli qanunvericiliyində təsbit olunmuş 

formaları; 

c) iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, o cümlədən cinayət yolu ilə əldə 

edilmiş gəlirlərin və çirkli pulların yuyulması ilə bağlı cinayətlər; 

d)  miqrasiya  və  səyahət,  vizalar,  ölkədə  yaşayış  və  məşğuliyyət  qaydalarının 

pozulması, o cümlədən pasport, viza və digər rəsmi sənədlərin saxtalaşdırılması; 

e) kompüter informasiyası sahəsində cinayətlər; 

f) silahların, döyüş sursatlarının, partlayıcı, toksik maddələrin, kimyəvi, bioloji, 

bakterioloji,  radioaktiv  və  nüvə  silahlarının,  strateji  əhəmiyyətli  malların, 

texnologiyaların və hərbi texnikanın qanunsuz əldə olunması, istehsalı, idxalı, ixracı, 

satışı, dövriyyəsi və nəql olunması; 

g)  pulların,  qiymətli  kağızların  və  digər  nağdsız  ödəniş  vasitələrinin, 

möhürlərin, rəsmi sənədlərin və digər əhəmiyyətli sənədlərin saxtalaşdırılması, eləcə 

də onlardan istifadə olunması; 

h) əqli mülkiyyət əleyhinə cinayətlər; 

i)  insanların  həyatına,  sağlamlığına,  azadlığına,  şərəf və  ləyaqətinə  qarşı,  eləcə 

də mülkiyyət əleyhinə cinayətlər; 

j)  qanunsuz  maliyyə  əməliyyatları,  kapital  və  əmtəə  ilə  bağlı  olan  digər 

cinayətlər; 

k) insan alveri, uşaqların üçüncü şəxslər tərəfindən istismarı və vasitəçilik; 

1) insan orqan və toxumalarının qanunsuz ticarəti; 

m) tarixi, mədəni və arxeoloji sərvətlər hesab olunan əşyaların, həmçinin metal 

və daş‐qaşların qanunsuz ticarəti; 

n)  korrupsiya  cinayətləri,  korrupsiyaya  bərabər  olan,  yaxud  korrupsiya  ilə 

bilavasitə bağlı olan cinayətlər; 

o) ətraf mühitlə bağlı cinayətlər; 

p)  avtomobil  oğurluğu və  onların  qanunsuz  dövriyyəsi,  eləcə  də  bu  məqsədlə 

sənədlərin saxtalaşdırılması. 

2.  Tərəflər  milli  qanunvericiliklərinə  riayət  etməklə, aşağıdakı  sahələrdə 

qarşılıqlı əməkdaşlığı genişləndirirlər: 

a)  məhkəmə,  istintaq  və  təhqiqat  orqanlarından  gizlənən,  cəza  çəkməkdən 

boyun qaçıran və ya itkin düşən şəxslərin axtarışı; 

b) meyitlərin tanınması; 

c)  uydurma  əsaslarla  bir  Tərəfin  dövlətinin  ərazisində  yaşayan  digər Tərəfin 

dövlətinin vətəndaşlarının mənsubiyyətinin müəyyənləşdirilməsi; 




d)  Tərəflərin  səlahiyyətli  orqanları  arasında  qarşılıqlı  surətdə  razılaşdırılmış 

tədbirlərin və əməliyyatların həyata keçirilməsi. 



Maddə 2.  

Məlumat mübadiləsi  

Hər iki dövlətin qanunvericiliyinə müvafiq olaraq, Tərəflər aşağıdakılar barədə 

məlumatı mübadilə edirlər: 

a)  Tərəflərin  dövlətlərinin  ərazisində  törədilmiş,  bu  Sazişin  1‐ci  maddəsində 

qeyd olunmuş cinayətlər; 

b) bir dövlətin ərazisində cinayət törətmiş, yaxud cinayətdən ziyan çəkmiş hər 

iki dövlətin vətəndaşları; 

c) bu Sazişin əhatə dairəsində qarşılıqlı maraq kəsb edən hər hansı məsələ. 



Maddə 3.  

Təcrübə mübadiləsi  

Tərəflər aşağıdakı sahələrdə təcrübə mübadiləsini həyata keçirirlər: 

a) silah, sursat və partlayıcı maddələr üzərində nəzarət; 

b)  əcnəbilərin  hüquqi  vəziyyətinin  tənzimlənməsi  sahəsində  qəbul  olunmuş 

prosedurlar; 

c)  terrorçuluqla  mübarizə,  hüquq  və  müasir  istintaq  texnikası  üzrə  təlimlərin 

təşkili  sahəsində  milli  polisin  müvafiq  tədris  institutlarının  əməkdaşlığı  vasitəsilə 

hüquq mühafizə qurumlarının potensialının gücləndirilməsi. Qeyd olunan sahələrdə 

təlimlərin  asanlaşdırılması  üçün  Tərəflər  dinləyicilər  üçün  dil  kurslarını  təşkil  edə 

bilərlər; 

d) 1‐ci maddədə sadalanan cinayətlərin qarşısının alınması, aradan qaldırılması 

və araşdırılması. 



Maddə 4.  

İnterpol vasitəsilə əməkdaşlıq  

Tərəflər


 İnterpolun 

Milli 


Mərkəzi 

Büroları 

arasında

 əməkdaşlığın 

genişləndirilməsi və möhkəmləndirilməsi üçün səy göstərirlər. 

Maddə 5.  

Səlahiyyətli orqanlar  

1. Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq, bu Sazişin 1‐ci maddəsində 

göstərilmiş  cinayətlərin  profilaktikası  və  qarşısının  alınması  sahəsində  sıx 

əməkdaşlıq edirlər. 

2. Bu Sazişin həyata keçirilməsini aşağıdakı səlahiyyətli orqanlar təmin edirlər: 

Azərbaycan Respublikası tərəfindən: 




a) Daxili İşlər Nazirliyi;  

b) Milli Təhlükəsizlik Nazirliyi;  

c) Dövlət Gömrük Komitəsi;  

d) Dövlət Sərhəd Xidməti.  

Rumıniya tərəfindən:  

a) İdarəçilik və Daxili İşlər Nazirliyi;  

b) Rumıniya Kəşfiyyat Xidməti.  

3.  Tərəflərin  səlahiyyətli  orqanları  əlaqələndirici  şəxs  müəyyən  edir  və  onun 

adı, soyadı, vəzifəsi, rütbəsi, səlahiyyətləri, telefon və faks nömrələri, elektron poçtu 

barədə  bir‐birinə  bu  Sazişin  qüvvəyə  mindiyi  gündən  30  gün  ərzində  diplomatik 

kanallar vasitəsilə məlumat verirlər. 

4.  Bu  maddənin  1‐ci  və  2‐ci  bəndlərində  qeyd  olunan  məlumatlarda  hər  hansı 

dəyişiklik baş verdiyi təqdirdə, Tərəflər bir‐birini dərhal məlumatlandırırlar. 

5. Bu maddəyə müvafiq olaraq əməkdaşlığın həyata keçirilməsi üçün Tərəflərin 

səlahiyyətli  orqanları  ingilis  dilindən,  qarşılıqlı  razılıq  əldə  olunduğu təqdirdə  isə 

digər dillərdən də istifadə edirlər. 

6.  Tərəflərin  səlahiyyətli  orqanları,  milli  qanunvericiliklərinə  uyğun  olaraq, 

birbaşa əməkdaşlıq edirlər və əməkdaşlıq protokolları vasitəsilə xüsusi iş metodlarını 

və ya əlaqələndirmə üsullarını müəyyən edirlər. 

7.  Zərurət  yarandığı

təqdirdə,

Tərəflər  öz  dövlətlərinin  diplomatik 

missiyalarında əlaqələndirici zabitlər təyin edə bilərlər. 

Maddə 6. 

Əməkdaşlığın üsulları 

1. Bu Sazişlə nəzərdə tutulan sorğuların icrası və informasiya mübadiləsi yazılı 

şəkildə,  bilavasitə  səlahiyyətli  orqanlar  və  ya  onların  müəyyən  etdiyi  əlaqələndirici 

zabitlər  vasitəsilə  həyata  keçirilməlidir.  Bu  barədə  Tərəflər  yuxarıda  göstərilənləri 

nəzərə alaraq bir‐birini məlumatlandırırlar. 

2.  Zəruri  hallarda,  Tərəflər  Sazişin  yerinə  yetirilməsi  məqsədilə,  sonradan 

dərhal yazılı şəkildə göndərilməklə, sorğunu şifahi təqdim edə bilərlər. 

3. Səlahiyyətli orqanlar Sazişin yerinə yetirilməsi üçün informasiya mübadiləsi 

və tədbirlərin görülməsi haqqında sorğuları təxirə salınmadan icra edirlər. 

4. Sorğularda aşağıdakı məlumatlar əks olunmalıdır:  

a)  istintaqı  aparan,  yaxud  məsələ  üzrə  səlahiyyətli  olan  hüquq  mühafizə 

orqanının adı; 

b) istintaqın növü, eləcə də cinayətlə əlaqəsi olan şəxslər barədə məlumatlar; 

c) sorğunun və ya əməkdaşlığın məqsədi; 

d) sorğu edilən məlumat və ya digər tədbirlər; 

e) sorğu edilən məlumatın təqdim olunması üçün son tarix. 

5.  1‐ci  maddədə  sadalanmış  cinayətlərlə  mübarizədə  əməkdaşlığın  daha  da 

möhkəmləndirilməsi  məqsədilə  Tərəflər  mütəmadi  olaraq  məsləhətləşmələr 

aparırlar. 



Maddə 7.  

Sorğuların təxirə salınması və ya icrasından imtina  

1. Əməkdaşlıq haqqında sorğu alan Tərəf aşağıdakı hüquqlara malikdir: 

a) bu Sazişin müddəalarına uyğun olmayan, ölkənin milli təhlükəsizliyinə xələl 

yetirən,  qanunvericiliyə  və  milli  maraqlara  zidd  olan  sorğuların  icrasından  qismən, 

yaxud tamamilə imtina etmək; 

b)  sorğunun  icrasının  sorğu  alan  Tərəfin  keçirdiyi  istintaq,  yaxud  məhkəmə 

icraatına müdaxilə ehtimalı olduqda, onu təxirə salmaq. 

2.  Sorğunun  icrasından  imtina  etməzdən  əvvəl və  ya  onu  təxirə  salmazdan 

əvvəl sorğu alan Tərəf: 

a)  sorğu  göndərən Tərəfi  sorğunun  icrasından  imtinanın  səbəbləri  barədə 

dərhal yazılı surətdə məlumatlandırır; 

b) 


digər

məqbul 


şərtlər

 əsasında

 əməkdaşlığın 

mümkünlüyünü 

müəyyənləşdirmək məqsədilə sorğu göndərən Tərəflə məsləhətləşmələr aparır. 

Maddə 8.  

Xərclər  

1.  Bu  Saziş  çərçivəsində  digər Tərəfə  yazılı  sorğu  verən Tərəf  sorğuvermə 

prosedurları və sorğunun icrası ilə bağlı bütün adi xərcləri ödəyir. 

2.  Sorğu  göndərən Tərəf həmçinin  digər Tərəfin  ölkəsinə  ezam  etdiyi 

nümayəndələrinin yol və mehmanxana xərclərini ödəyir. 

3. Digər əlavə xərclər yaranmazdan əvvəl Tərəflər arasında razılaşdırılır. 

4.  Tərəflər  arasında  başqa  qayda  razılaşdırılmadığı təqdirdə,  beynəlxalq 

nəqliyyat  xərcləri  istisna  olmaqla,  Tərəflərdən  birinin  nümayəndə  heyətinin  digər 

Tərəfin ərazisində qalma xərcləri qəbul edən Tərəfin hesabına ödənilir. 

Maddə 9.  

Məxfi və şəxsi xarakterli məlumatların qorunması  

1.  Bu  Sazişin  müddəalarının  yerinə  yetirilməsi  məqsədilə  Tərəflər məlumatın 

konfidensiallığını  və  fiziki  mühafizəsini  məlumatı  təqdim  edən Tərəfin  müəyyən 

etdiyi mühafizə səviyyəsinə uyğun təmin edirlər. 

2. Məlumatdan yalnız əvvəlcədən nəzərdə tutulmuş məqsəd üçün istifadə edilə 

bilər. 


3.  Sonradan  əldə  edilmiş  məlumatın  və  sənədlərin  müəyyən  dövr  üçün  və  ya 

daimi  olaraq  çoxaldılmasına,  əməkdaşlıq  məqsədilə  üçüncü  tərəfə  ötürülməsinə  və 

ya mübadiləsinə yalnız məlumat verən müvafiq orqanın yazılı razılığı ilə icazə verilə 

bilər. 


4.  Hər  bir  səlahiyyətli  orqan  digər səlahiyyətli  orqanlardan  alınan  məlumatın 

təhlükəsizliyinə  görə  məsuliyyət  daşıyır,  bu  Saziş  qüvvəyə  mindikdən  sonra  əldə 




olunan  məlumat  və  sənədlərə  dair  əqli  mülkiyyət  hüququna  riayət  edir  və  məxfi 

informasiya  kanallarından  istifadənin  ancaq  rəsmi,  xidməti  məqsədlər  üçün  və 

yalnız  səlahiyyətli  şəxslərin  dairəsi  ilə  məhdudlaşdırılması  məqsədilə  tədbirlər 

görür. 


5. Hər bir səlahiyyətli orqan öz dövlətinin milli qanunvericiliyində baş verən və 

ötürülən məxfi  informasiyanın  mühafizəsinə  təsir  edə  biləcək hər  hansı  dəyişiklik 

barədə dərhal digər səlahiyyətli orqanlara məlumat verməlidir. 

6.  Şəxsi  xarakterli  məlumatları  avtomatik  işlənmədən  qorumaq  məqsədilə 

Tərəflərin səlahiyyətli orqanları aşağıdakıları həyata keçirirlər: 

a)  sorğu  göndərən Tərəfin  səlahiyyətli  orqanı  müvafiq  məlumatlardan  sorğu 

alan Tərəfin müəyyənləşdirdiyi məqsədlə və müddətdə istifadə edə bilər; 

b)  sorğu  alan  Tərəfin  sorğusuna  əsasən,  sorğu  göndərən Tərəfin  səlahiyyətli 

orqanı  ötürülmüş  şəxsi  xarakterli  məlumatların  istifadəsinə  və  əldə  olunmuş 

nəticələrə dair əlavə məlumatları təqdim edə bilər; 

c) sorğu alan Tərəf məlumatları yalnız digər Tərəfin müəyyən etdiyi səlahiyyətli 

orqana verməlidir; 

d)  sorğu  alan  Tərəfin  səlahiyyətli  orqanı  qarşı Tərəfi  düzgün  və  həqiqi 

məlumatla  təmin  etməyə  borcludur.  Əgər Tərəflər həqiqi  olmayan  məlumatların 

ötürülməsini  təsdiq  edərsə,  onda  sorğu  göndərən Tərəf səhvləri  düzəltməli  və  ya 

ötürülməli olmayan məlumatları məhv etməlidir; 

e)  məlumatların  ötürülməsi  zamanı,  sorğu  alan  Tərəf  digər Tərəfi  milli 

qanunvericilikdə məhvi və ya kənarlaşdırılması nəzərdə tutulan məlumatlar barədə 

xəbərdar  edir.  Bu  Sazişin  müddəti  bitdikdə  ona  əsasən  əldə  olunmuş  bütün 

məlumatlar məhv edilməlidir; 

f) Tərəflər şəxsi xarakterli məlumatların ötürülməsi, alınması və məhv edilməsi 

barədə qeydiyyat aparmalıdırlar; 

g)  Tərəflərin  səlahiyyətli  orqanları  şəxsi  xarakterli  məlumatların  icazəsiz 

yollarla  ötürülmədən  mühafizəsinə,  itirilməsinə,  yayılmasına,  dəyişdirilməsinə  və 

məhvinə görə məsuliyyət daşıyırlar. 

Maddə 10.  

Mütəmadi təhlil  

Sazişin  icrasını  nəzərdən  keçirmək və  gələcək  əməkdaşlıq  planlarını  müzakirə 

etmək məqsədilə  Tərəflər  razılaşdırılmış  tarixlərdə  növbə  ilə  Bakıda  və  Buxarestdə 

keçiriləcək görüşlərdə iştirak üçün nümayəndə heyətlərini ezam edirlər. 



Maddə 11.  

Digər beynəlxalq müqavilələr üzrə öhdəliklər  

Bu  Saziş  Tərəflərin  iştirakçısı  olduqları  digər  müqavilələrdən  irəli  gələn 

öhdəliklərinə toxunmur. 



Maddə 12.  

Əlavə və dəyişikliklər  

Bu  Sazişə  Tərəflərin  qarşılıqlı  razılığı  ilə  dəyişikliklər  edilə  bilər.  Bu 

dəyişikliklər həmin  Sazişin  14‐cü  maddəsinin  1‐ci  bəndinə  müvafiq  qaydada 

qüvvəyə minir. 



Maddə 13. 

Mübahisələrin həlli 

Bu  Sazişin  təfsiri  və  icrası  ilə  bağlı  bütün  mübahisələr Tərəflərin  səlahiyyətli 

orqanları arasında qarşılıqlı müzakirələr yolu ilə həll edilir. 

Maddə 14. 

Sazişin qüvvəyə minməsi və qüvvədən düşməsi 

1. Saziş, onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların həyata 

keçirildiyi  barədə  Tərəflərin  verdiyi  sonuncu  bildirişin  alındığı  tarixdən  qüvvəyə 

minir. 


2.  Saziş  bir  il  müddətinə  bağlanılır  və  Tərəflərdən  biri  Sazişin  etibarlılıq 

müddətinin sona yetməsinə ən azı üç ay qalmış onu ləğv etmək niyyəti barədə digər 

Tərəfə  diplomatik  kanallar  vasitəsilə  müraciət  etməzsə,  Sazişin  qüvvəsi  daha  bir  il 

müddətinə uzadılır. 

3. Hər bir Tərəf Sazişi ləğv etmək üçün müraciət edə bilər. Ləğvetmə digər Tərəf 

belə müraciəti aldıqdan üç ay sonra qüvvəyə minir. 

4. Bu Sazişin ləğv olunması Tərəflərin 9‐cu maddədə əks olunmuş öhdəliklərinə 

toxunmur. 

Buxarest  şəhərində  28  sentyabr  2009‐cu  ildə, hər  biri  Azərbaycan,  rumın  və 

ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni hüquqi qüvvəyə 

malikdir.  Təfsir  zamanı  fikir  ayrılığı  olduğu təqdirdə,  ingilis  dilindəki  mətndən 

istifadə ediləcəkdir. 



Azərbaycan Respublikası 

Rumıniya 

Hökuməti adından 

Hökuməti adından 

(imza) 

(imza) 

Document Outline

  • Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhədmütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsindəəməkdaşlıq haqqında SAZİŞ
    • Maddə 1.Əməkdaşlığın sahələri
    • Maddə 2.Məlumat mübadiləsi
    • Maddə 3.Təcrübə mübadiləsi
    • Maddə 4.İnterpol vasitəsilə əməkdaşlıq
    • Maddə 5.Səlahiyyətli orqanlar
    • Maddə 6.Əməkdaşlığın üsulları
    • Maddə 7.Sorğuların təxirə salınması və ya icrasından imtina
    • Maddə 8.Xərclər
    • Maddə 9.Məxfi və şəxsi xarakterli məlumatların qorunması
    • Maddə 10.Mütəmadi təhlil
    • Maddə 11.Digər beynəlxalq müqavilələr üzrə öhdəliklər
    • Maddə 12.Əlavə və dəyişikliklər
    • Maddə 13.Mübahisələrin həlli
    • Maddə 14.Sazişin qüvvəyə minməsi və qüvvədən düşməsi

Yüklə 53,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə