“Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə



Yüklə 81,78 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü81,78 Kb.
#65221


“Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında 

diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi 

haqqında” Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

"Azərbaycan   Respublikası   Hökuməti   və   Vyetnam   Sosialist   Respublikası   Hökuməti 

arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi 

haqqında" 2010-cu il aprelin 9-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.



İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2010-cu il

           № 1048-IIIQ

"Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası 

Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik 

vətəndaşların vizasız gediş-gəlişi haqqında"

SAZİŞ

Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti 

və Vyetnam Sosialist Respublikası Hökuməti,

iki dövlət arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək,

etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara malik olan vətəndaşlarının iki dövlət 

arasında gediş-gəlişinin və yerdəyişməsinin asanlaşdırılması arzusunda olaraq, 

aşağıdakılar barəsində razılığa gəldilər:

Maddə 1

Bu Sazişdə istifadə olunan terminlər aşağıdakı mənaya malikdir:

"Diplomatik   pasportlar":   Azərbaycan   Respublikasının   diplomatik   pasportları   və 

Vyetnam Sosialist Respublikasının diplomatik pasportları;

"Xidməti   pasportlar":   Azərbaycan   Respublikasının   xidməti   pasportları;   "Rəsmi 

pasportlar": Vyetnam Sosialist Respublikasının rəsmi pasportları.



Maddə   2

1.   Etibarlı   diplomatik,   xidməti   və   ya   rəsmi   pasportlara   malik   olan   Azərbaycan 

Respublikası   və   Vyetnam   Sosialist   Respublikası   vətəndaşları,   habelə   adları   onların 

pasportlarında  qeyd  olunan yetkinlik yaşına çatmamış şəxslər Razılığa  gələn digər Tərəfin 




dövlətinin ərazisinə 1 (bir) ay ərzində vizasız daxil ola, orada qala, oradan gedə və tranzit 

qaydada həmin ərazidən keçə bilərlər.

2. Razılığa gələn Tərəflərin dövlətlərinin vətəndaşlarının qalma müddətinin uzadılması, 

Razılığa gələn Tərəfin səlahiyyətli orqanlarının icazəsindən asılı olaraq, həmin vətəndaşların 

rəsmi müraciəti əsasında həyata keçirilir.

Maddə 3

Müvafiq   diplomatik   missiyada,   konsulluq   müəssisəsində   və   ya   beynəlxalq   təşkilat 

yanında akkreditə edilmiş daimi missiyada öz vəzifələrini yerinə yetirmək üçün Razılığa gələn 

Tərəfin dövlətinin ərazisinə daxil olan və etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara 

malik olan Razılığa gələn digər Tərəfin dövlətinin vətəndaşları, habelə onlarla yaşayan ailə 

üzvləri, qəbul edən ölkənin Xarici İşlər Nazirliyində akkreditə edilir.



Maddə 4

Etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara malik olan Razılığa gələn bir Tərəfin 

dövlətinin vətəndaşları Razılığa gələn digər Tərəfin dövlətinin ərazisinə istənilən beynəlxalq 

sərhəd-buraxılış məntəqələrindən daxil ola və ya oradan gedə bilərlər. Razılığa gələn bir Tərəfin 

dövlətinin vətəndaşına məxsus diplomatik, xidməti və ya rəsmi pasport Razılığa gələn digər 

Tərəfin dövlətinin ərazisində itirildikdə və ya korlandıqda, pasport sahibi bu barədə Razılığa 

gələn digər Tərəfin aidiyyəti səlahiyyətli orqanlarını məlumatlandırmalıdır.

İtirilmiş   və   ya   korlanmış   diplomatik,   xidməti   və   ya   rəsmi   pasport   əvəzinə   pasport 

sahibinin   vətəndaşlığı   mənsub   olan   dövlətin   diplomatik   nümayəndəliyi   və   ya   konsulluq 

müəssisəsi tərəfindən həmin şəxsə yeni keçid sənədi verilir. Keçid sənədi əsasında çıxışa, qəbul 

edən dövlətin aidiyyəti səlahiyyətli orqanlarının müvafiq icazəsindən sonra yol verilir.

Maddə   5

1. Razılığa gələn bir Tərəfin dövlətinin vətəndaşına məxsus diplomatik, xidməti və ya 

rəsmi pasport Razılığa gələn digər Tərəfin dövlətinin ərazisində itirildikdə və ya korlandıqda, 

pasport   sahibi   bu   barədə   Razılığa   gələn   digər   Tərəfin   aidiyyəti   səlahiyyətli   orqanlarını 

məlumatlandırmalıdır.

2. İtirilmiş və ya korlanmış diplomatik, xidməti və ya rəsmi pasport əvəzinə pasport 

sahibinin   vətəndaşlığı   mənsub   olan   dövlətin   diplomatik   nümayəndəliyi   və   ya   konsulluq 

müəssisəsi tərəfindən həmin şəxsə yeni keçid sənədi verilir. Keçid sənədi əsasında çıxışa, qəbul 

edən dövlətin aidiyyəti səlahiyyətli orqanlarının müvafiq icazəsindən sonra yol verilir.

Maddə 6

Etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara malik olan Razılığa gələn bir Tərəfin 

dövlətinin   vətəndaşları   Razılığa   gələn   digər   Tərəfin   dövlətinin   ərazisində   qüvvədə   olan 

qanunlara, qaydalara və normativ aktlara əməl etməlidirlər.




Maddə   7

Razılığa gələn Tərəflər milli təhlükəsizliyin təmin edilməsi, ictimai asayişin qorunması 

üçün və ya vətəndaşların sağlamlığına təhlükə olduqda bu Sazişin tətbiqini müvəqqəti olaraq 

tamamilə və ya qismən dayandırmaq hüququnu özündə saxlayırlar. Razılığa gələn Tərəflər bu 

Sazişin tətbiqinin dayandırılması və onun yenidən qüvvəyə minməsi haqqında qərarı barədə 

dərhal, 48 saatdan gec olmayaraq, diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandırırlar.



Maddə 8

Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfin "persona non qrata" və ya arzu 

olunmaz  sayılan  şəxslərinə öz  dövlətinin ərazisinə daxil  olmasına  icazə  verməkdən imtina 

etmək   və   ya   həmin   şəxslərin   burada   qalmaq   müddətini   dayandırmaq   hüququnu   özündə 

saxlayır.

Maddə 9

1. Razılığa gələn Tərəflərin xarici işlər nazirlikləri bu Sazişin qüvvəyə minməsi tarixindən 

sonra 30 gün müddətində diplomatik kanallar vasitəsilə Sazişin şamil edildiyi pasportların 

nümunələrini mübadilə edirlər.

2.   Razılığa   gələn   Tərəflər   dövriyyəyə   yeni   diplomatik   və   ya   xidməti   pasportlar 

buraxdıqları   halda,   onların   qüvvəyə   minməsi   tarixindən   ən   azı   30   gün   əvvəl   diplomatik 

kanallar vasitəsilə bu pasportların nümunələrini mübadilə edirlər.

Maddə   10

Bu Sazişin müddəalarının yerinə yetirilməsi və tətbiq edilməsində yarana bilən hər hansı 

anlaşılmazlıq və mübahisə Razılığa gələn Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu 

ilə həll ediləcəkdir.



Maddə 11

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavələr və dəyişikliklər edilə bilər. 

Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olaraq ayrı-ayrı protokollar formasında 

rəsmiləşdirilir və bu Sazişin 12-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minir.



Maddə   12

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Razılığa gələn Tərəflərin onun qüvvəyə 

minməsi üçün zəruri  olan dövlətdaxili prosedurları  yerinə yetirdikləri  barədə bir-birilərinə 

diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən 30 gün 

sonra qüvvəyə minir.



Razılığa gələn Tərəflərdən biri bu Sazişin qüvvəsini ləğv etmək niyyətində olduqda, bu 

barədə digər Tərəfə diplomatik kanallarla, yazılı şəkildə bildirir. Saziş belə bildirişin alındığı 

tarixdən 30 (otuz) gün sonra qüvvədən düşür.

Bu Saziş Bakı şəhərində 2010-cu il aprelin 9-da iki əsl nüsxədə, Azərbaycan, Vyetnam və 

ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri və tətbiqi 

zamanı fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.



Azərbaycan Respublikası

Hökuməti adında

Vyetnam Sosialist Respublikası 

Hökuməti adından

(imza)

(imza)


Yüklə 81,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə