Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix11.07.2018
ölçüsü0,52 Mb.
#54839
  1   2   3   4   5   6   7


 

 

 

 

 

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi 

İQTİSADİ İSLAHATLAR  

   ELMİ TƏDQİQAT İNSTİTUTU 

 

 

 

 

 

 

İLLİK  

HESABAT 

2013

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı şəhəri – 2014 

 

 




MÜNDƏRİCAT 

 

Giriş 

I.   Elmi-tədqiqat işləri  

II.  Xarici əlaqələr  

III.  Veb səhifənin idarə olunması   

IV.   Layihələrin idarə olunması   

V.   Elmi və elmi-texniki tədbirlərin təşkili    

VI.   Nəşr fəaliyyəti    

VII.   Elmi katiblik üzrə işlər  

 



GİRİŞ

 

 

Hesabat ilində İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinin müasir 

tələblər səviyyəsində yenidən qurulması istqamətində tədbirlər davam etdirilmişdir. Belə 

ki, 2013-cü ilin əvvəlində İnstitutun Elmi-Tədqiqat İş Planı İqtisadiyyat və Sənaye Nazir-

liyinin  fəaliyyət  istiqamətlərinə  uyğun  tərtib  edilmiş,    müvafiq  şöbələr  və  struktur 

bölmələri ilə razılaşdırılmaqla cənab nazir tərəfindən təsdiq olunmuşdur. İlin əvvəlindən 

etibarən İnstitutun Elmi-Tədqiqat işləri qeyd olunan plana uyğun  təşkil edilmişdir.  

 İş Planını  aşağıdakı istiqamətlər üzrə müəyyənləşdirmişdir:  

 I. Elmi-tədqiqat işləri

II. Xarici əlaqələr

III. İctimaiyyətlə əlaqələr; 

IV. Layihələrin idarə olunması; 

V. Elmi və elmi-texniki tədbirlərin təşkili; 

VI. Nəşr fəaliyyəti

VII. Elmi katiblik üzrə işlər. 

Hesabat  ilində    İş  Planından  əlavə    bir  sıra  Dövlət  Proqramları  üzrə  İnstitutun 

icraçı olduğu  tədbirlər uğurla yerinə yetirilmişdir.  

 



I. ELMİ-TƏDQİQAT İŞLƏRİ

 

 

2013-cü ildə İş Planı üzrə nəzərdə tutulmuş aşağıdakı istiqamətlərdə və mövzularda 



elmi-tədqiqat işləri yerinə yetirilmişdir:  

 

Problem. Vahid platformada Azərbaycan Respublikasının 



Ümumi Tarazlıq Modelinin işlənməsi 

 

“Regionlar üzrə sahələrarası balans modelinin hazırlanması (iqtisadi 

rayonlar üzrə)” 

mövzusu  üzrə  tədqiqat  işində  sənaye,  kənd  təsərrüfatı  və  “digər  sahələr”  əhatə 

olunmaqla Bakı şəhəri və 10 iqtisadi rayonun üç sahəli regionlarının sahələrarası balans 

cədvəlləri  hazırlanmışdır.  Balans  cədvəlləri  hazırlanarkən  texnoloji  əmsallar  və  əlavə 

dəyər  normaları  ölkə  üzrə  tərtib  olunmuş,  balans  cədvəlinə  müvafiq  olaraq  sabit 

götürülmüş,  eləcə  də  son  istehlak  və  yığım  ölkə  üzrə  orta  göstəricilər  əsasında 

hesablanmışdır.Balans  cədvəllərinin  tərtibi  nəticəsində  müəyyən  edilmişdir  ki,  Bakı  və 

Naxçıvan  şəhəri  istisna  olmaqla,  digər  regionlarda  yaradılan  əlavə  dəyər  həmin 

regionlardakı  son  istehlak  xərclərindən  xeyli  azdır  və  regiona  gətirilən  məhsulların 

miqdarı regiondan aparılan məhsulların miqdarından xeyli çoxdur. 

Regionların  balans  cədvəllərinin  hazırlanması  regionlar  üzrə  əmək  və  kapital 

qoyuluşu  balanslarının  hazırlanmasına,  bununla  da  Azərbaycan  regionlarının  sosial-

iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının koordinasiyasına yeni imkanlar yaratmışdı. 

Növbəti  mərhələdə  regionların  balans  cədvəllərinin  6  sahə  üzrə  genişləndirilməsi 

planlaşdırılır(məsul 

icraçı: 


i.e.d. 

V.M.Vəliyev, 

icraçılar: 

M.M.Mehdiyev, 

A.S.Süleymanov, R.R.Musayev, E.E.Ələkbərov, S.X.Xankişiyev). 

 

“Əsas  istehlak  mallarının  qiymətlərinin  monitorinqinin  nəticələrinin 



təhlili” 

mövzusu  üzrətədqiqat  işində  2009-cu  ildən  başlayaraq  Antiinhisar  Siyasəti  və 

İstehlakçıların  Hüquqlarının  Müdafiəsi  Dövlət  Xidməti  tərəfindən  Bakı  şəhərinin  9 

inzibati rayonnunda və 7 iqtisadi rayonun müxtəlif bazarlarında 132 adda məhsul - ərzaq 

məhsulları, tərəvəz, meyvə və giləmeyvələr və tikinti materialları üzrə 3 qrup məhsullar 

arasında monitorinqlərin nəticələri təhlil edilmişdir. Monitorinqin nəticələri müvafiq ilin 

baza  dövrünə  əsasən  təhlil  olunaraq  qiymətlərdəki  dəyişmələr  və  onların  səbəbləri 

araşdırılmışdır.  Müvafiq  aylar  üzrə  tərtib  olunan  hesabatlar  mütəmadi  olaraq  Dövlət 

Xidmətinə  təqdim  olunur  və  təhlilin  nəticələri  istehlak  bazarında  qiymətlərin 

dinamikasını  izləməyə  imkan  verir(məsul  icraçılar:  i.e.d.  V.M.Vəliyev,  i.e.n.  M.R. 

Rəsulova; icraçılar: A.S. Süleymanov, E.E. Ələkbərov, Ə.C. Yaqublu). 

 

“İqtisadiyyatın  müxtəlif  sahələrində  vergi  güzəştlərinin  tətbiqinin 

səmərəliliyinin qiymətləndirilməsinə dair tövsiyələrin hazırlanması” 

mövzusu  üzrə  tədqiqat  işində  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsində 

güzəştlərlə  əlaqədar  dəyişikliklər  (vergi  dərəcələri  istisna  olmaqla)  araşdırılmış,  vergi 

növləri  üzrə  tətbiq  olunan  güzəştlər  təhlil  olunmuş  və  bir  sıra  dünya  ölkələrinin  bu 

sahədə  təcrübələrini  öyrənmək  məqsədilə  araşdırmalar  aparılmışdır.  Həmçinin, 

Rusiyanın  müxtəlif  bölgələrində  yerli  vergilərə  tətbiq  olunan  vergi  güzəştlərinin  büdcə, 

iqtisadi  və  sosial  səmərəliliyinin  qiymətləndirilməsi,  planlaşdırılmış  vergi  güzəştlərinə 

görə  büdcə  daxilolmalarının  miqdarının  qiymətləndirilməsi  metodikaları  öyrənilmişdir 

(məsul  icraçı:  i.e.n.  M.R.Rəsulova;  icraçılar:  V.İ.Mövsümov,  A.O.Həsənova, 

A.Z.İmanova, T.Ş.Məmmədov, S.X.Xankişiyev). 



 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə