Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi



Yüklə 257,38 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix14.05.2018
ölçüsü257,38 Kb.
#43707
  1   2   3   4   5   6   7   8   9   10


 


 

  

 

 



 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi   

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU  

 

 

 

 

 

 

 

 

 

  

 

İNSAN KAPİTALININ İNKİŞAFI:  

NƏZƏRİ ASPEKTLƏRİ və 

QİYMƏTLƏNDİRMƏ 

METODOLOGİYASI  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2017 




Tədqiqat qrupu

Rəhbər:  i.e.d. Arzu Hüseynova

İcraçılar:  Aynurə İsmayılova, t.e.n. Vəfa Rzayeva, i.ü.f.d. Fərhad Mikayılov, i.ü.f.d.

Arzu Süleymanov, Təranə Salıfova, Əlvan Süleymanova, Nərminə

Quliyeva, Əminə Yaqublu, Fatma İmaməliyeva, İzzət Salmanova, Aliya

Şabanova, Dilrufə Hüseynova, Xalid Cavadov, Afaq Qasımova, Hüseyn

Məmmədov, Xanım Rzayeva

Redaktor: Sayalı Abbasəliyeva

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası. Bakı:

“Çap ART” Nəşriyyatı, 2017, 28 s.

Kitab Azərbaycan Respublikası Prezidentinin 2016‐cı il 6 dekabr tarixli 1138 nömrəli

Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi

üzrə Strateji Yol Xəritəsi”nin tədbirlərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan

Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən

işlənilmişdir

© İİETİ, Bakı, 2017



   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 



 

 

 



MÜNDƏRİCAT 

 

 

GİRİŞ ............................................................................................................................................................................. 4 

İNSAN KAPİTALI KONSEPSİYASININ  NƏZƏRİ ASPEKTLƏRİ .............................................................. 5 

İNSAN KAPİTALININ İNKİŞAFININ QİYMƏTLƏNDİRİLMƏSİ METODOLOGİYASI .................... 15 

 


   

 

İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası



  

 

 



 

 



GİRİŞ    

Məlum olduğu kimi, hazırda ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin qar-

şısında duran əsas vəzifələrdən biri də əldə olunmuş iqtisadi inkişafın nəticələrinin sosial 

inkişafa  yönəldilməsini  təmin  etməkdən  ibarətdir.  Çünki  aparılan  iqtisadi  siyasət 

nəticəsində əldə edilən makroiqtisadi sabitlik və iqtisadiyyatın real sektorunda baş verən 

davamlı  inkişaf,  cəmiyyətin  keçid  dövründən  irəli  gələn  sosial  problemlərin  həll 

edilməsinə obyektiv zəmin yaratmışdır.  

Əslində inkişafın əsas məqsədi xalqın həqiqi sərvəti olan insanların maddi və mənəvi 

tələbatının  ödənilməsinə  yönəldilmişdir.  İnkişaf  prosesi  seçim  variantlarının  sayının 

artırılması vasitəsilə insanın imkanlarını genişləndirə bilər. Onun sayəsində isə insanlar 

dəyərli və yaradıcı həyatlarını keçirirlər. Bununla yanaşı, insanlar, eyni zamanda, inkişaf 

sərvətinin  alıcıları,  həmçinin  tərəqqi  və  dəyişikliklərin  hərəkətverici  qüvvələri  hesab 

olunurlar.  Həmin  proses  bərabər  səviyyələrdə  bütün  sahələrdə  fayda  gətirməlidir  və 

onlardan hər birinin iştirakına əsaslanmalıdır. İnkişafa – insan inkişafına belə yanaşma 

1990-cı ildən başlayaraq insan inkişafı haqqında hesabatda əsaslandırılır. 

Fərdlərin sahib ola bildiyi imkanların diapazonu onları genişləndirməyə imkan verə 

bilən seçim variantları potensial olaraq sonsuzdur və hər bir fərddən asılı olaraq şəklini 

dəyişir. Lakin açıq siyasət prioritetlərin müəyyən edilməsindən ibarətdir.  

İnsan  rifahının  nail  olunmasında  əhəmiyyətli  qlobal  tərəqqinin  qiymətləndirilməsi 

üçün daha vacib imkanların üzə çıxmasında iki kriteriya faydalıdır. Birincisi bu həyat üçün 

əsas olmalıdır. İkincisi onlar həyat üçün əsas olmalıdır, o halda ki, onların olması çoxlu 

digər seçim variantlarını istisna etsin. Bu səbəbdən də insan inkişafı haqqında hesabatda 

uzun  və  sağlam  həyat,  biliyə  malik  olma  və  layiqli  həyat  üçün  tələb  olunan  resurslara 

təminat kimi üç vacib göstəriciyə diqqət yetirilməsi nəzərdə tutulur.  

Bu tədqiqat işi də məhz belə bir məqsədə - insan kapitalının formalaşması və inkişaf 

problemləri  üzrə  nəzəri-metodoloji  bazanın  formalaşdırılmasına  və  bu  əsasda  da 

tədqiqatların aparılmasına xidmət edir. 

 



Yüklə 257,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə