Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İQTİsadi İslahatlar elmi TƏDQİqat institutuna



Yüklə 21,52 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü21,52 Kb.
#51078


Yenilənmə tarixi:  

2014-cü ilin oktyabr ayı 

 

 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin  

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTUNA 

RƏHBƏRLİK ETMİŞ DİREKTORLAR 

 

 

 

Prof., i.e.d. Sofiq HÜSEYNOV     

(1994-1996-cı illər)

 

 



 

Sofiq  Kəlbi  oğlu  Hüseynov  (1950-1997)  1950-ci  il  iyul  ayının 

22-də  Zəngilan  rayonunun  Cöpədərə  kəndində  kəndli  ailəsində  anadan 

olmuşdur. Zəngilan şəhərində orta məktəbi bitirdikdən sonra 1967-ci ildə 

D.  Bünyadzadə  adına  Azərbaycan  Xalq  Təsərrüfatı  İnstitutunda 

“Sənayenin iqtisadiyyatı” fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur. 

Əyani təhsil dövrünün son iki ilində axşamlar Vano Sturua adına Gəmi 

Təmiri zavodunda fəhlə işləmişdir. Ali məktəbi bitirdikdən sonra, 1971-

ci  ildə  təyinatla  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  İqtisadiyyat 

İnstitutuna  göndərilmişdir  və  həmin  il  əyani  aspiranturaya  daxil 

olmuşdur. 

 

1973-1974-cü illərdə həqiqi hərbi xidmətdə qulluq etmişdir. 



 

1977-ci  ildə  aspiranturada  təhsilini  başa  vurduqdan  sonra  iqtisad 

elmləri  namizədlik  dissertasiyasını  müdafiə  etmişdir.  1984-1986-cı 

illərdə  Moskvaya  –  SSRİ  Elmlər  Akademiyası  İqtisadiyyat  İnstitutuna 

ezam  olunmuş,  orada  doktorluq  dissertasiyası  üzərində  işi  başa 

çatdırmışdır.  1988-ci  ildə  doktorluq  dissertasiyasını  müdafiə  etmişdir. 

1988-ci  il  23  mayda  Azərbaycan  SSR  Dövlət  Plan  Komitəsi  yanında 

Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, 

1994-cü  il  3  may  tarixindən  Azərbaycan  Respublikasının  İqtisadiyyat 

Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin direktoru təyin edilmişdir. 

Əsas  elmi-praktik  fəaliyyəti  ilə  yanaşı  20  ilə  yaxın  Bakının  bir 

sıra  ali  məktəblərində  pedaqoji  fəaliyyətlə  məşğul  olmuşdur.  1993-cü 

ildə ona professor adı verilmişdir. 

 

İki  Beynəlxalq  Elmi  Akademiyanın-Beynəlxalq  Pedaqoji  və 



Sosial Elmlər Akademiyasının və Beynəlxalq Ekoenerji Akademiyasının 

həqiqi üzvü olmuşdur. 

 

1992-ci  ildə  Azərbaycan  “Bilik”  maarifçilik  cəmiyyətinin 



akademik  Yusif  Məmmədəliyev  mükafatı  laureatı  adına  layiq 

görülmüşdür.  Rəhbərliyi  altında  10-dan  artıq  aspirant  elmlər  namizədi 

alimlik  dərəcəsi  adına  layiq  görülüb.  Yüzdən  artıq  elmi  əsərin,  o 

cümlədən  5  monoqrafiyanın  müəllifidir.  “Elm”  nəşriyyatı  tərəfindən 

1987-ci  ildə  çap  edilmiş  “İntensivləşdirmə  şəraitində  istehsalın 

quruluşunun  səmərəliliyi”  (rus  dilində)  monoqrafiyası  keçmiş  SSRİ 

Elmlər  Akademiyasının  Rəyasət  Heyəti  tərəfindən  1987-ci  ildə  ictimai 

elmlər sahəsində Sovet elminin nailiyyətləri sırasına daxil edilmişdir. 

Tədqiqatları  ilə  regional  iqtisadiyyat  elmi  məktəbini  inkişaf 

etdirmiş,  1990-cı  illərin  əvvəllərində  baş  vermiş  böhranın  səbəblərini 

elmi  cəhətdən  araşdırmış  və  onun  aradan  qaldırılmasında  mütəsna 

xidmətləri  olmuşdur.  Alimin  respublikanın  müstəqilliyinin  ilk  illərində 

çap  olunmuş  “Bazara  keçid  şəraitində  Azərbaycan  iqtisadiyyatının 

analitik-proqnoz 

tədqiqi”, 

“Planlaşdırmanın  təkmilləşdirilməsinin 




metodoloji  məsələləri”  və  s.  kimi  çoxsaylı  tədqiqatları  problemin 

dərinliklə  öyrənilməsi  və  perspektivlilik  baxımından  qiymətləndirilməsi 

üçün  çox  qiymətli  elmi-əməli  xarakterə  malik  idi.  “Azərbaycan 

iqtisadiyyatının  böhrandan  çıxarılması  və  islahatlaşdırılmasının 

konseptual  əsasları”  adlı  silsilə  yazıları,  dövlət  orqanlarına  təqdim 

olunmuş  “Azərbaycan  Respublikasında  iqtisadiyyatın  böhrandan 

çıxarılması və onun dinamik inkişaf yoluna düşməsində struktur siyasətin 

müstəsna rolu haqqında mülahizələr” adlı tədqiqat işi Sofiq Hüseynovun 

yüksək  alim  və  vətəndaş  mövqeyinin  ifadəsi  idi.  O,  bir  neçə 

ixtisaslaşdırılmış  müdafiə  şurasının  üzvü,  çoxlu  dissertasiyalara  rəsmi 

opponent olmuş və aparıcı təşkilatın rəhbəri kimi saysız dissertasiyalara 

rəy vermişdir. 



 

Sofiq Hüseynov ondan artıq beynəlxalq konfrans və simpoziumda 

Azərbaycanı  təmsil  etmiş,  məruzə  ilə  çıxış  etmişdir.  Respublikada 

iqtisadi  islahat  yollarının  işlənməsi  üzrə  müxtəlif  əməli-işçi 

komissiyalarının  və  hökumətin  elmi  məsləhətçilər  qrupuna  daxil  idi. 

Müəllifi 

olduğu 

“Azərbaycan 



Respublikası 

iqtisadiyyatının 

sabitləşdirilməsi  və  radikal  iqtisadi  islahatların  həyata  keçirilməsi 

proqramı”  İqtisadiyyat  Nazirliyinə  təqdim  olunmuşdur.  Respublika 

parlamenti  və  hökuməti  tərəfindən  qəbul  olunmuş  bir  çox  qanun  və 

proqramların  hazırlanmasında  bilavasitə  iştirak  etmişdir,  “Azərbaycan 

Respublikasında 

dövlət 


mülkiyyətinin 

özəlləşdirilməsi 

Dövlət 

Proqramı”nı hazırlamış Dövlət Komissiyasının üzvü olmuşdur. 



 

Azərbaycan  Respublikasının  Milli  Məclisinə  seçkilər  haqqında 

Azərbaycan  Respublikasının  Qanununun  35-ci  maddəsinə  əsasən  5 

oktyabr  1995-ci  ildə  tutduğu  vəzifədən  azad  edilmiş  və  1995-ci  il  24 

noyabr 

Azərbaycan 



Respublikasının  Milli  Məclisinin  deputatı 

seçilmişdir. 1995-ci il 12 dekabrda Milli Məclisin İqtisadi Siyasət daimi 

komissiyasının sədri təyin edilmişdir.  

 

Sofiq Hüseynov 1997-ci il dekabr ayının 30-da 47 yaşında vəfat 

etmişdir. 

 

 

 



 

 

 



 

Yüklə 21,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə