Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İQTİsadi İslahatlar elmi TƏDQİqat institutuna



Yüklə 268,33 Kb.
Pdf görüntüsü
tarix12.08.2018
ölçüsü268,33 Kb.
#62377


Yenilənmə tarixi:  

2014-cü ilin oktyabr ayı 

 

 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin  

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTUNA 

RƏHBƏRLİK ETMİŞ DİREKTORLAR 

 

 

 

Prof., i.e.d. Namiq TAĞIYEV 

(2006-2009-cü illər)

 

 



 

 

Namiq  Faiq  oğlu  TAĞIYEV  1960-cı  il  noyabr  ayının  21-də 

Bakı şəhərində  anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1977-ci 

ildəAzərbaycan  Neft  və  Kimya  İnstitutunun  (indiki  Azərbaycan  Dövlət 

Neft Akademiyası) İstehsal proseslərinin Avtomatlaşdırılması fakültəsinə 

daxil  olmuş  və  1982-ci  ildə  oranı    fərqlənmə  diplomu  ilə  bitirmişdir. 

Təhsil  aldığı  dövrdə  Lenin  təqaüdçüsü  olmuşdur.  1983-cü  ildə  

aspiranturaya daxil olmuş və 1986-cı ildə aspiranturanı bitirdikdən sonra 

iri  sistemlərin  layihəndirilməsinin  avtomatlaşdırılması  sistemləri 

sahəsində  Moskvanın  Elektron  Texnikası  İnstitutunda  dissertasiya  işini 

müdafiə  edərək  texnika  elmləri  namizədi  elmi  dərəcəsinə  layiq 

görülmüşdür. 

Azərbaycana qayıtdıqdan sonra 1986-1996-cı illərdə Azərbaycan 

Neft  və  Kimya  İnstitutunun  İstehsal  proseslərinin  Avtomatlaşdırılması 

fakültəsində  assistent  və  dosent  kimi  elmi-pedoqoji  fəliyyətlə  məşğul 

olmuşdur.  Bu  müddət  ərzində  N.Tağıyev    tədrislə  yanaşı,  istehsal 

proseslərinin  və  müəsissələrinin  idarəetmə  alqoritmlərinin,  idarəetmə 

sistemlərinin,  hərbi-sənaye  kompleksində  mürəkkəb  sistemlərin 

layihələşdirilməsi və ölkənin neft-kimya kompleksində fəaliyyət göstərən 

müəsissələrin  iqtisadi  idarəetmə  sisteminin  yaradılması  və  tətbiqi  ilə 

bağlı elmi-tədqiqat işlərində fəal iştirak etmişdir. 

 

 

Elmi-pedoqoji  fəaliyyəti  praktiki  işlə  birləşdirərək  bir  sıra  xarici 



şirkətlərdə  milli  iqtisadiyyatın  problemləri  üzrə  ekspert-konsultant  kimi 

çalışmışdır.  

1996-cı 

ildə  dövlət  qulluğuna  keçmiş  və  Azərbaycan 

Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə şöbə müdiri, 

idarə  rəisi  vəzifələrində  çalışmışdır.  Bazar  iqtisadiyyatının  effektiv 

idarəetmə  üsullarını  öyrənmək  məqsədilə  1996-2000-ci  illərdə 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  nəzdində  Xalq 

Təsərüfatının  İdarəetməsi  İnstitutunda  menecer  ixtisası  üzrə  tədris 

keçmişdir.  1997-1999-cu  illərdə  Rusiya  Federasiyası  Hökumətinin 

nəzdində  olan  Xalq  Təsərüfatı  Akademiyasının  Karnegi  Melon 

Universitetinin birgə proqramı çərçivəsində tədris keçərək Maliyyə təhlil 

və qiymətli kağızlar bazarı ixtisası üzrə magistr dərəci almışdır. 

İqtisadiyyatın idarəetməsi sahəsində dərin bilgilərə malik olduğu 

nəzərə  alınaraq  2000-2006-cı  illərdə  ölkənin  qeyri-neft  sektorunun 

qabaqcıl  müəsissələrindən  olan  "European  Tobacco  Baku"  ASC-nin 

İdarə Heyətinin üzvü və sədr müavini seçilmişdir. 

2006-cı ildə N.Tağıyev investisiya proseslərinin idarə olunmasına 

həsr olunmuş doktorluq disertasiyasını müdafiə etmiş  və iqtisad elmləri 

doktoru  elmi  dərəcəsi  almışdır.  2006-cı  ilin  noyabr  ayında  N.Tağıyev 

Azərbaycan  Respublikası  İqtisadi  İnkişaf  Nazirliyinin  yanında  İqtisadi 

İslahatlar Mərkəzinin direktoru təyin olunmuşdur. 




2007-ci  ildən  Bakı  Dövlət  Universitetinin  "İqtisadi  Kibernetika" 

kafedrasının müdiri vəzifəsinə seçilir. 2013-cü ildə ona iqtisadiyyat üzrə 

professor elmi adı verilmişdir. 

N.Tağıyev Azərbaycan iqtisadiyyatının aktual problemlərinə həsr 

olunmuş Azərbaycanda  və həmçinin  xaricdə nəşr olunmuş 100-dən çox 

elmi  işin,  5  monoqrafiya  və  2  dərsliyin  müəllifidir.  Müxtəlif  illərdə 

Namiq  Tağıyev  Avropa  İttifaqının,  BMT-nin  İnkişaf  Proqramının 

(UNDP),  Asiya  İnkişaf  Bankının  (ADB),  İslam  İnkişaf  Bankının 

layihələrində milli koordinator olmuşdur. N.Tağıyevin rəhbərliyi altında 

və  bilavasitə  iştirakı  ilə  ölkə  iqtisadiyyatının  bir  sıra  fundamental 

sahələrində elmi-tədqiqatlar aparılmış və öz praktiki tətbiqini tapmışdır. 

Bunlardan  iqtisadiyyatın  idarəolunmasının  səmərəliliyinin  artırılması, 

sosial-iqtisadi inkişafın planlaşdırılması üzrə makroiqtisadi modellərin və 

metodologiyanın 

işlənib 

hazırlanması, 

qeyri-səlis 

çoxluqlar 

nəzəriyyəsinin tətbiqi vasitəsilə informasiyanın tam olmaması şəraitində 

risklərin  qiymətləndirilməsi  və  s.  sahələrdə  elmi-tədqiqat  işlərini  qeyd 

etmək olar.  

N.Tağıyev gənc mütəxəssislər və alimlərin hazırlanmasına xüsusi 

diqqət  yetirir.  2014-cü  ilin  əvvəlinə  onun  rəhbərliyi  altında  10  nəfər 

iqtisad elmlər namizədi hazırlanmışdır.  

2007-2009-cu illərdə N.Tağıyev İqtisadi İslahatlar Elmi Tədqiqat 

İnstitutu tərəfindən nəşr olunan "İqtisadi inkişaf" jurnalının baş redaktoru 

olmuşdur.  Hal-hazırda  Azərbaycanda  iqtisadiyyat  üzrə  nəşr  olunan  bir 

sıra  jurnalların,  Qazaxıstan  Respublikasının  İqtisadiyyat  və  Büdcə 

Planlaşdırması Nazirliyinin “İqtisadiyyat.Maliyyə.Tədqiqatlar” jurnalının  

redaksiya heyətinin üzvüdür.  

2007-ci 

ildən  N.Tağıyev  Ekonometrika  üzrə  doktorluq 

dissertasiya  şurasının  üzvüdür.  Azərbaycan  Respublikasının  Prezidenti 

yanında  iqtisadiyyat  üzrə  Ali  Attestasiya  Komissiyasının  Ekspert 

Şurasının üzvü olmuşdur. 

Avrasiya  İqtisadçılar  Klubunun  Koordinasiya  Şurasının  sədr 

müavini  kimi  N.Tağıyev  hər  il  150-dən  çox  ölkədən,  10000-dən  artıq 

iştirakçı  toplayan  Astana  İqtisadi  Forumunun  təşkili  və  keçirilməsində 

iştirak edir. Bu nüfuzlu klubun fəxri professorları və üzvləri iqtisadiyyat 

sahəsində Nobel mükafatı laureatları Robert Mandel, Con Neş, Robert C. 

Auman,  Fin  Kidland,  Ser  Ceyms  Mirlis,  Erik  Maskin,  Edmund  Felps, 

kimya  sahəsində  Nobel  mükafatı  laureatı,  “Skolkovo”  Fondunun 

həmsədri  Rocer  Kornberq  və  həmçinin  beynəlxalq  səviyyəli  siyasi 

xadimlər–İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli Əl- 

Mədani,  BMT-nin  Baş  katibinin  müavini,  BMT-nin  Avropa  İqtisadi 

Komissiyanın (UNECE) İcraçı katibi Yan Kubiş, BMT-nin Baş katibinin 

müavini,  BMT-nin  Asiya  və  Sakit  okean  üzrə  İqtisadi  və  Sosial 

Komissiyasının  İcraçı  katibi  Noyelin  Heyzer,  Boliviyanın  sabiq 

prezidenti,  Madrid Klubunun üzvü Xorxe Kiroqa kimi şəxslərdir. 

N.Tağıyev  Qazaxıstan  Respublikasının  İqtisadiyyat  və  Büdcə 

Planlaşdırılması  Nazirliyinin  nəzdində  olan  İqtisadi  Tədqiqatlar 

İnstitutunun fəxri professorudur. 

2009-cu 

ildən 


N.Tağıyev 

Azərbaycan 

Respublikası 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Milli 

Metrologiya  Mərkəzinə  direktor  vəzifəzinə  təyin  olunmuşdur.  Bu 

vəzifədə  o,  2011-ci  ilə  qədər  çalışmışdır.  Bu  müddət  ərzində  Avropa 

İttifaqının  Tvinninq  Proqramı,  Beynəlxalq  Atom  Enerjisi  Agentliyi 

(İAEA), Almaniyanın fizika-texnika üzrə İnstitutunun (PTB), İsveçrənin, 

Almaniyanın    və  Amerikanın  nüfuzlu  şirkətlərinin  dəstəyi  ilə  kütlə, 

temperatur,  təzyiq,  vaxt,  tezlik  üzrə  qamma  və  rentgen  diapazonunda 

dozimetrik  laboratoriyalar  yaradılmış,  spektrometrik  laboratoriyanın 

əsası qoyulmuşdur. 

2011-ci ildən o, texniki tənzimləmə və standartlaşdırma şöbəsinin 

müdiridir.  Hal-hazırda  N.Tağıyevin  bilavasitə  iştirakı  ilə  “Texniki 

tənzimləmə  haqqında"  qanun  və  “Standartlaşdırma  haqqında”  qanunun 

yeni  versiyası  hazırlanır,  ölkə  iqtisadiyyatı  üçün  əhəmiyyət  kəsb  edən 

Azərbaycanın  milli  standartları  qəbul  olunur.  2014-cü  ildən  N.Tağıyev 

Azərbaycan  Respublikası  tərəfindən  milli  standartlaşdırma  sisteminin 

təkmilləşdirilməsinə  həsr  olunmuş  Tvinninq  layihəsinin  rəhbəri  təyin 

olunmuşdur. 

Britaniya, 

Fransa 


və 

Sloveniyanın 

Standartlar 

İnstitutlarından  ibarət  konsorsium  tərəfindən  layihə  çərçivəsində 

standartlaşdırma üzrə Azərbaycan qanunvericiliyinin işlənib hazırlanması 

və  standartlaşdırma  infrastrukturunun  təkmilləşdirilməsi  istiqamətləri 



üzrə geniş miqyaslı işlər həyata keçirilir. 

 

 

Yüklə 268,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə