Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin 2015-ci IL



Yüklə 17,83 Kb.
Pdf görüntüsü
tarix01.04.2018
ölçüsü17,83 Kb.
#35617


Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin 2015-ci il 

6 avqust tarixli F-80 nömrəli əmri ilə təsdiq edilib. 

 

Dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə 



qaydasında çap edilməsi

 

mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsulları 



 

1.  Bu  üsullar  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət 

qeydiyyatına 

alınmış 

dərman 


vasitələrinin 

qiymətlərinin 

tənzimlənməsi  və  həmin  qiymətlərə  nəzarətin  həyata  keçirilməsi 

Qaydası”nın  6.2-ci  bəndinə  əsasən  hazırlanmışdır  və  qiymətləri 

Azərbaycan  Respublikasının  Tarif  (qiymət)  Şurası  (bundan  sonra  - 

Şura)  tərəfindən  tənzimlənmiş  dövlət  qeydiyyatına  alınmış  dərman 

vasitələrinin (bundan sonra – dərman vasitəsi) qiymətlərinin onların 

qablaşdırmalarının  üzərində  mətbəə  qaydasında  çap  edilməsi 

mümkün  olmadıqda,  qiymətlərin  göstərilməsinin  digər  üsullarını 

müəyyən edir. 

2.  Dərman  vasitəsinin  qiymətinin  qablaşdırmanın  üzərində 

mətbəə 


qaydasında 

çap 


edilməsi 

mümkün 


olmadıqda, 

qablaşdırmanın  üzərində  pərakəndə  satış  qiyməti  (bundan  sonra  – 

qiymət) aşağıdakı üsullardan biri ilə göstərilir: 

2.1. sənaye printeri vasitəsilə çap olunmaqla; 

2.2. qiymət kağızı yapışdırmaqla; 

2.3. ştamp vasitəsilə vurmaqla. 

3.  Bu  üsulların  2-ci  hissəsində  göstərilən  üsullarla  dərman 

vasitəsinin  qiyməti  onun  dövlət  qeydiyyatına  alınması  zamanı 

müəyyən  edilən  qablaşdırmasının  üzərində  istehsalçı  və  ya  onun 

səlahiyyətli  nümayəndəsi,  habelə  dərman  vasitəsinin  qiymətində 

dəyişiklik baş verdikdə onun mülkiyyətçisi tərəfindən göstərilir. 



4.  Qiymət  dərman  vasitəsinin  üzərinə  topdansatış  əczaçılıq 

müəssisəsinə mədaxil edilməzdən əvvəl vurulur. 

5. Aptek təşkilatı topdansatış əczaçılıq müəssisəsindən dərman 

vasitəsi  mədaxil edərkən  onun üzərindəki  qiymətin  Şura tərəfindən 

təsdiq edilmiş qiymətə uyğun olub-olmadığını yoxlayır. 

6. Qiyməti Şura tərəfindən təsdiqlənmiş, lakin üzərində mətbəə 

qaydasında  və  ya  bu  üsullarla  göstərilməyən,  habelə  təsdiqlənmiş 

qiymətdən fərqli qiymət göstərilmiş dərman vasitəsi aptek təşkilatına 

satış üçün mədaxil olunmur. 

7. Dərman vasitəsinin Şura tərəfindən təsdiq edilmiş qiymətində 

dəyişiklik  baş  verdikdə,  dərman  vasitəsinin  üzərində  yeni  qiymətin 

göstərilməsi bu üsulların 2-ci hissəsində nəzərdə tutulmuş üsullarla 

dərman vasitəsinin mülkiyyətçisi tərəfindən təmin edilir. 

8. Dərman vasitəsinin üzərində yeni qiymətin əvvəlki qiymətin 

üzərinə vurulmasına yol verilmir və əvvəlki qiymətin üzərindən xətt 

çəkilir. 

9. Dərman vasitəsinin qablaşdırmasının üzərinə qiymət sənaye 

printeri vasitəsilə çap olunduqda aşağıdakı tələblərə əməl edilir: 

9.1. qiymət manat ifadəsində rəqəmlə göstərilir, manat və qəpik 

göstəricisinin  arasında  nöqtə  (“.”)  işarəsi  qoyulur  (məsələn  X.XX; 

XXX.XX); 

9.2. qiymətdə rəqəmlərin və hərflərin yazılmasında hündürlüyü 

0,4-0,7 sm, eni 0,2-0,3 sm ölçüdə şriftlərdən istifadə olunur; 

9.3.  qara  rəngli,  su,  spirt  və  ya  digər  məhlulla  silinməyən 

boyadan istifadə olunur. 

10. Dərman vasitəsinin qablaşdırmasının üzərinə qiymət kağızı 

yapışdırıldıqda aşağıdakı tələblərə əməl edilir: 

10.1.  qiymət  manat  ifadəsində  rəqəmlə  göstərilir,  manat  və 

qəpik  göstəricisinin  arasında  nöqtə  (  “.”)  işarəsi  qoyulur  (məsələn 

X.XX; XXX.XX); 




10.2. qiymət kağızının rəngi ağ, yazıların rəngi qara olur

10.3.  qiymət  kağızının  eni  0,9-1,2  sm,  uzunluğu  2,0-2,5  sm 

ölçüsündə olur; 

10.4. rəqəmlərin yazılmasında hündürlüyü 0,4-0,7 sm, eni 0,2-

0,3 sm ölçüdə şriftlərdən istifadə olunur. 

11.  Dərman  vasitəsinin  qablaşdırmasının  üzərinə  ştamp 

vasitəsilə qiymət vurulduqda  aşağıdakı tələblərə əməl edilir: 

11.1.  qiymət  manat  ifadəsində  rəqəmlə  göstərilir,  manat  və 

qəpik  göstəricisinin  arasında  nöqtə  (“.”)  və  ya  defis  (“-”)  işarəsi 

qoyulur (məsələn X-XX; XX-XX; X.XX; XX.XX); 

11.2. qara və ya tünd göy rəngli, su, spirt və ya digər məhlulla 

silinməyən mürəkkəbdən istifadə olunur; 

11.3 rəqəmlərin yazılmasında hündürlüyü 0,4-0,7 sm, eni 0,2-

0,3 sm ölçüdə şriftlərdən istifadə olunur; 

11.4.  bu  üsulla  qiymət  şüşə  qablaşdırmanın  üzərinə  və  silinə 

biləcək səthlərə vurulmur. 

12.  Dərman  vasitəsinin  üzərində  bu  Üsulların  2-ci  hissəsində 

nəzərdə tutulmuş üsullarla qiymət göstərilən zaman, qiymətin aydın 

oxunması təmin edilir və dərman vasitəsinin  istehsal və son istifadə 

tarixlərinin  üzərinin  örtülməsinə,  eləcə  də  istehlakçı  tərəfindən 

dərman  vasitəsi  barədə  məlumatların  oxunmasının  vizual 

məhdudlaşdırılmasına yol verilmir. 



 

Yüklə 17,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə