Azərbaycan Respublikası iqtisadiyyatının və
iqtisadi rayonların prioritet istiqamətlərinə
aid sahələr
1. İnformasiya texnologiyaları
komputer texnologiyaları;
elm və texnologiyaya əsaslanan informasiya sahələri;
internet xidmətləri.
2. Turizm sektoru
3. Kənd təsərrüfatı
texniki bitkiçilik (pambıqçılıq, üzümçülük, çayçılıq, tütünçülük, şəkər çuğunduru);
meyvəçilik (o, cümlədən məhsuldar meyvə bağlarının salınması üçün tingçilik təsərrüfatlarının inkişafı),
tərəvəzçilik və bostançılıq;
heyvandarlıq;
cins maldarlıq (damazlıq təsərrüfatlarının yaradılması və yaxud inkişaf etdirilməsi);
sənaye quşçuluğu (broyler təsərrüfatlarının inkişafı);
dənli bitkiçilik (taxılçılıq);
baramaçılıq;
balıqçılıq;
arıçılıq.
4. İnnovasiya yönümlü sahibkarlıq fəaliyyəti
5. Yeyinti sənayesi
meyvə, tərəvəz, bostan məhsullarının konservləşdirilməsi və balıq konservləri;
ət və süd emalı məhsulları;
şərabçılıq;
təbii meyvə və tərəvəz şirələri istehsalı;
çörək və un məmulatları istehsalı;
qənnadı məmulatları istehsalı;
müxtəlif çeşidli bitki yağları istehsalı;
sərinləşdirici içkilər istehsalı.
6. Yüngül sənaye
toxuculuq sənayesi;
tikiş sənayesi.
7. Kimya sənayesi
8. Maşınqayırma sənayesi
elektrotexnika;
elektronika;
radioelektronika;
cihazqayırma;
dəzgah və alətqayırma;
nəqliyyat, kənd təsərrüfatı və digər sahələr üçün maşın, mexanizm və avadanlıqlar istehsalı.
9. Yerli xammala əsaslanan tikinti materialları istehsalı
mineral – tikinti xammalının (qum, çınqıl, müxtəlif daş və mərmər) çıxarılmasına əsaslanan sahələr;
hörgü materiallarının (sement, əhəng, gips) istehsalı;
bina və tiklilər üçün müxtəlif divar materiallarının istehsalı;
beton və dəmir-beton konstruksiyaların istehsalı.
10. Əhalinin ənənəvi və tarixi əmək vərdişlərinə əsaslanan iqtisadiyyatın sahələri (xalçaçılıq,
misgərlik, duluzçuluq, dəmirçilik, dülgərlik və s.)
11. Ağac emalı və mebel istehsalı
12. Xidmət sahələri
tibbi xidmətlər;
kənd təsərrüfatı məhsulları üçün soyuducu anbar təsərrüfatı infrastrukturunun yaradılması, yaxud inkişaf
etdirilməsi;
dondurulmuş ərzaq istehsal edən müəssisələrin qurulması.