Azərbaycan Respublikası Konstitusiya Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü IL tarixli müraciətində göstərilmiş məsələlərin şəhri ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının dosenti



Yüklə 210,45 Kb.
Pdf görüntüsü
tarix25.07.2018
ölçüsü210,45 Kb.
#58771


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Sosial-si

yasi elmlər seriyası   

 

2013 

 

 

 

 

UOT 101.1:316 

 

FƏLSƏFƏDƏ ÜNSİYYƏT PROBLEMİ 

 

A.

Ə.ƏHMƏDOVA 

Bakı Dövlət Universiteti 

a_akhmedova@mail.ru 

 

Məqalə sosial fəlsəfənin aktual və elmi ədəbiyyatda az işlənilmiş problemlərindən bi-



rinin

 

təhlilinə  həsr  olunmuşdur.  Burada  ünsiyyət  anlayışının  mahiyəti  açılır,  formaları 

göstərilir,  müasir  dövrdə  ünsiyyətin  problemsiz  (maneəsiz)  olmasından  bəhs  edilir.  Müəllif 

haqlı  olaraq  belə  bir  məqamı  vurğulayır  ki,  ünsiyyət  konkret  bir  fəaliyyətin  nəticəsinə,  o 

cümlədən  maddi  istehsala  istiqamətlənməsə  də,  istehsalın  baş  verməsinə  şərait  yaradan 

amillərdəndir.  

 

Açar sözlər: ünsiyyət, cəmiyyət, mədəniyyət, fəaliyyət, insan, şəxsiyyət, münasibət 

 

Ünsiyyət  müasir dövrün aktual problemlərindən  biridir. Çünki  ünsiyyət 



cəmiyyətin inkişafına səbəb olan amillərdəndir. Belə ki, cəmiyyətin inkişafının 

mühüm  şərti  olan  şəxsiyyətin  formalaşması  məhz  ünsiyyət  prosesində 

mümkündür. Ünsiyyət subyektlər arasında qarşılıqlı əlaqə və qarşılıqlı fəaliy-

yət  prosesində  yaranaraq  informasiya,  təcrübə,  qabiliyyət  və  bacarıqların, 

elmin və fəaliyyətlərin nəticələrinin mübadiləsi prosesidir. Ünsiyyət prosesində 

əsas rolu dil, siqnallar və işarələr oynayır ki, məhz ünsiyyət onlarsız mövcud 

ola bilməz. Məhz ünsiyyət prosesində insanın şəxsiyyəti, onun özünüdərki və 

dünyanı dərki formalaşır.  

Başlıca olaraq ünsiyyət birbaşa  və dolayı olmaqla  iki cür  fərqləndirilir. 

İştirakçılar arasında bilavasitə əlaqə zamanı birbaşa ünsiyyət baş verir. Dolayı 

ünsiyyət  isə  o  zaman  yaranır  ki,  subyektlər  arasında  məkan-zaman müna-

sibətləri mövcud olur.  

Birbaşa ünsiyyət zamanı əsas rolu dil – şifahi dil, mimika və jestlərin dili 

oynayır.  

Dolayı  ünsiyyət  isə  şifahi  xalq  ədəbiyyatı,  incəsənət  nümunələrinin 

qavranılması, KİV və s. ilə həyata keçirilir. Göründüyü kimi bu ünsiyyət bir-

tərəfli xarakter daşıyır. Lakin onun insan şəxsiyyətinin inkişafında rolu böyük 

əhəmiyyət kəsb edir.  

Bəşəriyyətin  meydana  gəlməsi  ilə  ünsiyyətin  yaranması  üst-üstə  düşür. 

Belə ki,  bəşər övladı özünü qorumaq, saxlamaq,  yeni  nəsillər  yaratmaq üçün 

 

81 



digər  insanlarla  ünsiyyətdə  olmalı  idi.  Bu  isə  ünsiyyətsiz  qeyri-mümkündür. 

Burada  ünsiyyət  dedikdə  isə  mən  təkcə  dil  ilə  həyata  keçirilən  aktı  deyil, 

həmçinin instinktiv olaraq mövcud olan siqnalları nəzərdə tuturam. Göründüyü 

kimi ünsiyyət dildən daha geniş həcmə malikdir. Ünsiyyətin həyata keçirilməsi 

təkcə  dil  ilə  məhdudlaşmadığına  görə  belə  nəticə  çıxarmaq  olar  ki,  bu 

biofizioloji akt bütün canlıların həyatında önəmli yer tutur. Məhz buna görə də, 

ünsiyyət linqvistlərin, semiotiklərin, məntiq, informasiya nəzəriyyəsi mütəxəs-

sislərinin  diqqət  mərkəzindədir.  Bununla  yanaşı,  psixoloqlar,  filosoflar,  este-

tiklər, antropoloqlar, ritoriklər, semiotiklər, kibernetiklər və digər ayrı-ayrı peşə 

sahibləri  də  ünsiyyəti  müxtəlif  aspektdən  nəzərdən  keçirir.  Ünsiyyət 

problem

ləri  ilə  məşğul  olmuş  hər  bir  elmin  özünəməxsus  yanaşma  tərzi  var. 



Psixologiya ünsiyyəti insanın psixi və fizioloji strukturunu onun sosial statusu 

ilə  determinizə  edən  psixofizioloji  həyatın  nəticəsi  kimi  öyrənir.  Psixologiya 

ünsiyyətin  daxili  aspektlərini  tədqiq  edir.  Ünsiyyətin  ayrı-ayrı  tərəflərini, 

komponentlərini,  strukturunu  analiz  etmək  daha  çox  psixologiya  elminə 

məxsusdur. Məsələn, psixoloq Q.M. Andreyeva ünsiyyətin üç tərəfini göstərir: 

kommunikativ, interaktiv və perseptiv.  

 Sosiologiya, etnoqr

afiya  və  mədəniyyətşünaslıq  ünsiyyətin  xarici 

aspektlərini  nəzərdən  keçirir.  Bu  elmlər  üçün  ünsiyyət  iştirakçılarının  bio-

sosio-


mədəni  xüsusiyyətlərini  öyrənmək  vacib  məsələdir.  Bəs  nə  üçün 

ünsiyyəti müxtəlif elmlər bir problem səviyyəsinə qaldırır? Bildiyimiz kimi hər 

bir  cəmiyyət  həyatı  ziddiyətlərdən  yan  keçə  bilmir  –  bu  ziddiyyətlər  siyasi, 

sosial  və  iqtisadi  zəmində  olur,  lakin  hər  bir  partlayışın  –  istər  sosial,  istər 

siyasi, istərsə də iqtisadi zəmində olsun – müəyyən səbəbi var, bunun əsasında 

isə insanların bir-birilə ünsiyyəti dayanır. Tarix sübut edir ki, münasibətlərdəki 

anlaşılmazlıq, qeyri-müəyyənliyin nəticəsi cəmiyyət üçün hər zaman ağır olub.  

Fəlsəfə  ünsiyyəti  insan  fəaliyyətinin  strukturunda  və  daha  geniş 

götürdükdə  isə  mövcudluğun  strukturunda  öyrənir.  Fəlsəfədə  ünsiyyət  yeni 

problem  deyil,  bu  problemin  öyrənilməsi  qədim  dövrlərdən  başlamışdır. 

Ünsiyyət  –  sosial  münasibətlər  problemi  kimi  antik  filosofların  diqqətini 

çəkmişdir. Sokrat və Platonun əsərlərində nəinki şəxsiyyətdaxili münasibətlər, 

həmçinin etik problemlərdən sayılan insanlararası ünsiyyət də əsas yer tutur. 

XVII-


XIX  əsrlərdə  insanlararası  münasibət  məsələsində  yeni  baxışlar 

meydana  gəldi.  Yeni  dövr  fəlsəfi  fikrində  ünsiyyətlə  bağlı  müəyyən  nəzəri 

fikirlərə  rast  gəlmək  olar.  Belə  ki, R.Dekart, Q.Leybnis, F.Bekon, T.Hobbs, 

C.Lokk,  D.Yum,  C.Berkli,  P.Holbax,  J.J.Russo,  D.Didro,  İ.Kant,  İ.Q.Fixte, 

Q.V.F.Hegel, Y.V.Şellinq, L.Feyerbax, K.Marks və F.Engels, O.Kont, Q.Spen-

ser  və  digərlərinin  əsərlərində  ünsiyyətə  mühüm  amil  kimi  diqqət  yetirilir. 

Artıq  bu  dövrdə  ünsiyyət  prosesində  iştirak  edən  subyektlər  bərabərhüquqlu 

şəxslər  kimi  tanındılar.  J.J.Russonun  ideyaları,  İ.Kantın  etika  və  estetikası, 

Şillerin  estetik  tərbiyəsi  –  bütün bunlar ictimai  fikirdə,  etika  və  estetika, 

pedaqogika

,  antropologiya  sahəsindəki  inkişafa  nümunədir.  Artıq  bu  dövrdə 

əsas  diqqət  mərkəzində  olan  məsələ  insanın  Allah  və  təbiətlə  münasibətləri 

 

82 



deyil,  şəxsiyyətlərarası  münasibət  məsələləri  idi.  XX-XXI  əsrlərdə  ünsiyyət 

probleminə maraq daha da artdı. İndi ünsiyyət yuxarıda qeyd etdiyim kimi bir 

neçə elmin tədqiqat sahəsinə çevrildi.  

İ.Kanta görə insan başqa insanların əhatəsində yaşamağa məcburdur, “o 

insanların  ki,  insan  həqiqətən  onlara  dözə  bilmir,  lakin  onlarsız  da  keçinə 

bilmir” [4, 33]. 

Martin  Büber  də  bu  mövzuya  müraciət  edən  filosoflardandır.  Onun 

fikrincə  ünsiyyət  bir  “Mən”in  digər  “Mən”lə  görüşməsidir.  Filosof  bu 

görüşməni “ikinci mövcudluq” adlandırır. “Mən və sən” əsərində Büber yazır 

ki, sən və onlar arasında ünsiyyət – qarşılıqlı bəxşiş xarakterlidir. Belə ki, sən 

ona Sən deyirsən və özünü ona təslim edirsən, həmçinin o, sənə Sən deyir və 

özünü sənə verir [6] . 

Haydeqqer  göstərir  ki,  insan  yalqız,  tənha  varlıq  deyil.  Hər  bir  insan 

digər  insanların  əhatəsində  yaşamağa  və  fəaliyyət  göstərməyə  məcburdur. 

Ancaq  başqalarının  mövcudluğu və  insanın onlarla  həmrəyliyi ona gətirib çı-

xarır ki, özlüyündə yüksəkdə duran, unikal və yeganə olan subyekt artıq ortada 

dayanır  və  “simasızlaşır”.  Bu  şəkildə  görünməni  Haydeqqer  Das  man 

adlandırır [6]. 

Ünsiyyət  nəzəriyyəsinin  inkişafına  alman  filosofu  K.Yaspers  “Ekzis-

tensial kommunikasiya” nəzəriyyəsi ilə əhəmiyyətli dərəcədə xidmət etmişdir.  

Fransız fəlsəfi fikrində ünsiyyət nəzəriyyəsinin inkişafı ekzistensializmin 

nümayəndəsi Q.Marselin adı ilə əlaqədardır. Marselin xidməti intersubyektiv-

lik  nəzəriyyəsinin  işlənməsi  ilə  bağlıdır.  Onun  fikrincə,  əsas  əhəmiyyət  kəsb 

edən  məsələ  subyektin  obyektə  münasibəti  deyil,  əsas  vacib  olan  subyektə 

bütöv, tam kimi, yəni “Mən” olaraq yanaşmaqdır [6].  

J.P.Sartrın  fəlsəfi  görüşlərində  Mən  Başqalarına  qarşı  qoyulur.  Onun 

fikrincə istənilən ünsiyyət aktı dağıdıcı xarakter daşıyır. Belə ki, ünsiyyət pro-

sesində  Mən  başqalarına  qarşı  gərginlik  hiss  edir,  Başqalarından  gələn 

çətinliklə  qarşılaşır.  Sartrın  çıxardığı  nəticə  isə  budur:  “Cəhənnəm  – 

Başqalarıdır” [3, 128]. 

Habermasa  görə,  hər  bir  kommunikativ  fəaliyyətin  məqsədi  qarşılıqlı 

anlama əldə etməkdir. Qarşılıqlı anlama isə kor-koranə olmamalıdır. Müəyyən 

qanunlar yaradılmalıdır ki, bunlar da insanların bir-birini anlamasına yonəldil-

məlidir.  Bu  qanunları  isə  Habermas  “Lebensvelt”  (həyati  dünya)  qanunları 

adlandırır. O, hesab edir ki, bu qanunlardan hər zaman istifadə etmək olar, belə 

ki, həyatda gözlənilməz hadisələr və vəziyyətlər yoxdur. Habermasa görə hətta 

ən yeni hadisələr də əvvəlkilərə nəzərən meydana çıxır [6]. 

N.A.Berdyayevin  fikrincə,  başqası  ilə  ünsiyyətdə  olmadan  insan  özünü 

tapa  bilməz.  O,  hesab  edir  ki,  məhz  başqası  “mən”ə  onun  əsl  mahiyyətini 

göstərir [6] . 

Ünsiyyət  insan  fəaliyyətinin  bir  istiqamətli  forması  deyil,  o,  qarşılıqlı 

təsirdir. Ünsiyyət zamanı insanlar nəinki bir-birilə münasibət qururlar, yaxın-

laşırlar,  həmçinin  özünü  müəyyənləşdirir,  digər  şəxsdən  onun  şəxsiyyətinin 

 

83 




varlığını  və  dəyərini  tanımasını  tələb  edir.  Lakin  hazırkı  dövrdə  ünsiyyətin 

yuxarıda  sadalanan  funksiyalarını  reallaşdırmaq  mümkün  deyil.  Məhz 

dövrümüzdə ünsiyyət üçün dağıdıcı olan  iki tamamilə  bir-birinə zidd tenden-

siya  vardır.  Bir  tərəfdən,  individualizmin  inkişafı  insanın  ünsiyyət  qurmasını 

çətinləşdirir,  yəni  onu  sözün  həqiqi  mənasında  bacarıqsız  edir.  Bunun 

nəticəsində də saysız-hesabsız psixi, sosial  və  mədəni  böhranlar və  fəlakətlər 

baş  verir.  Digər  tərəfdən  isə,  insanların  kütlə  daxilində  qarşılıqlı  fəaliyyəti 

inkişaf  edir.  Hər  iki  tendensiya  ünsiyyəti  dağıdaraq  onu  ya  laqeyd  ictimai 

münasibətə, ya da karların dialoquna çevirir. 

Ünsiyyət  –  siniflər,  sosial  qruplar,  şəxsiyyətlərarası  qarşılıqlı  təsir  və 

əlaqələrdir.  Məhz  ünsiyyət  vasitəsilə  insanlar  arasında  və  bütövlükdə  isə 

millətlər  arasında  bilik  və  informasiya,  təcrübə,  müxtəlif  fəaliyyətlərin 

nəticələri mübadilə edilir, bu isə cəmiyyətin inkişafına təkan verir.  

Ünsiyyət  –  insan  fəaliyyətinin  struktur  elementidir,  onun  formaları 

mədəniyyətin tərkibinə daxildir və mədəniyyətlə birgə addımlayır, birinin var 

olması digərinin mövcudluğunu şərtləndirir.  

Ünsiyyət  hər  hansı  bir  fəaliyyətin  nəticəsinə  istiqamətlənməsə  də  ona 

xidmət edə bilər. O, elə  bir prosesdir ki,  başlıca məqsəd elə onun özündədir. 

Ünsiyyət  insanın  konkret  və  vəhdət  halında  (mənəvi  və  praktik)  qarşılıqlı 

fəaliyyətidir.  

Ünsiyyətin  tiplərə  ayrılması  birmənalı  olmayıb,  onun  müxtəlif 

xüsusiyyətliliyinə  görə  müəyyənləşdirilir.  Məsələn,  xarakterinə  görə  -  formal 

və  qeyri  formal,  məqsədinə  görə  -  utilitar  və  utulitar  olmayan,  istiqamətinə 

görə - humanist və manipulyativ, özünü göstərmə formasına görə - vasitəli və 

vasitəsiz,  səmimilik  dərəcəsinə  görə  -  açıq  və  qapalı,  fəaliyyət  istiqamətinə 

görə - işgüzar, ailəvi, idman kimi növləri fərqləndirilir. 

Ünsiyyətin tarixi tipologiyasına görə iki tipi fərqləndirilir: 1) ənənəvi mə-

dəniyyətlər  üçün  səciyyəvi  olan  funksional  ünsiyyət  və  2)  kreativ  mədə-

niyyətlər üçün səciyyəvi olan şəxsiyyətlərarası və şəxsiyyətdaxili ünsiyyət. 

-

 



Funksional  ünsiyyət  -  eyni  və  ya  müxtəlif  sosial  qrupların  nümayən-

dələri arasında ənənə şəklini almış əlaqəni nəzərdə tutur. Bu əlaqə isə müvafiq 

sosial funksiyaların həllinə istiqamətlənmişdir. 

-

 



Şəxsiyyətdaxili  ünsiyyət  –  iki  konkret  şəxsin  əlaqəsidir.  Bu  əlaqə  isə 

yalnız və yalnız onların özlərinin təqdim etməsinə istiqamətlənir. 

-

 

Şəxsiyyətlərarası  ünsiyyətdə  iştirakçılar  təmsil  etdikləri  sosiumun 



müəyyənləşmiş  funksiyalarını  həyata  keçirirlər,  lakin  bu  zaman  onların 

subyektivlikləri sosiumun xarakterində itmir; sosiumun xarakteri ilə şəxsiyyət 

arasında müəyyən fərqlər saxlanır [7] . 

Ünsiyyət  insanın,  bütövlükdə  cəmiyyətin  həyatında  xüsusi  əhəmiyyətə 

malikdir.  Məhz  ünsiyyət  insanların  çoxşaxəli  ehtiyaclarının  nəticəsi  kimi 

meydana  çıxır.  Ünsiyyət  və  fəaliyyət  qarşılıqlı  vəhdət  təşkil  edir.  Belə  ki, 

ünsiyyət,  insanların  qarşılıqlı  münasibət  yaratma  üsulu,  söz  mübadiləsi 

olmadan heç bir fəaliyyət prosesi müvəffəqiyyətlə nəticələnə bilməz. Ünsiyyət 

 

84 



olmadan  heç  bir  insan  fəaliyyəti  baş  verə  bilməz,  bu  da  onu  göstərir  ki, 

cəmiyyət inkişaf edə bilməz və daha da irəli gedərək demək olar ki, ünsiyyət 

olmadan cəmiyyət mövcud ola bilməz.  

Əvvəlki  dövrlərdən  fərqli  olaraq  XX  əsrdə  ünsiyyət  probleminə  maraq 

daha  da  artmışdır.  Dini  fenemonologiyada  E.Levinasın  fəlsəfəsində  ünsiyyət 

əsas anlayış kimi ifadə olunur. Fəlsəfədə insanlar arasında qarşılıqlı münasibət-

lər  problemləri  ilə  ekzitensializm,  personalizm,  fəlsəfi  antropologizmin 

nümayəndələri geniş  şəkildə  məşğul olmuşlar. Bununla da  fəlsəfədə ünsiyyət 

nəzəriyyəsi  formalaşmışdır.  Buna  misal  olaraq  E.Münyenin, K.Yaspersin, 

M.Haydeqqerin, J.P.Sartrın adlarını çəkmək olar.  

Pessi

mist  fəlsəfənin  nümayəndəsi  olaraq  J.P.Sartr  belə  bir  iddia  irəli 



sürürdü:  gün  gələcək  münaqişələr  ünsiyyətin  yeganə  forması  olacaqdır.  Bəzi 

detalları istisna edərək filosofun verdiyi proqnozla razı deyiləm. Çünki elm və 

texnikanın günbəgün inkişafı insanların həyatını, yaşayış şəraitini rahat və asan 

etməklə  cəmiyyətin  inkişafını  sürətləndirir.  Elm  və  texnologiya  insanlar 

arasındakı  əlaqə  və  münasibətləri  qırılmaz  edir,  insanlar  arasında  ünsiyyəti 

artırır,  insanların  bir-birilə  ünsiyyət  yaratması  üçün  yeni  üsul  və  vasitələr 

yaradır. Əvvəllər ünsiyyətin şifahi və yazılı formaları var idisə, müasir dövrdə 

şifahi ünsiyyətlə əlaqəli olan vizual ünsiyyət forması da yaranmışdır. Bir neçə 

onillik  öncə  yazılı  ünsiyyətin  çətinlikləri  var  idisə,  hazırda  heç  bir  çətinlik 

olmadan insan yazılı formada ünsiyyət qura bilər.  

Vizual  ünsiyyətin  də  üstünlükləri  çoxdur  və  onun  insan  həyatında  rolu 

əvəzedilməzdir.  Belə  ki,  kilometrlərlə  uzaqdakı  insanlarla  ünsiyyət  qurmaq 

cəmiyyətin  inkişafı  üçün  mühüm  addımdır.  Bu  həm  xarici  ölkə  insanları  ilə 

təmas qurmaq, yenilikləri tez tutmaq imkanı verir, həm də insanı öz kökündən, 

doğmalarından  uzaq  düşməyə  qoymur.  Bu  da  doğma  dilin,  mentalitetin 

yaşaması üçün mühüm vasitədir. 

Yaspersə  görə,  ünsiyyət  həqiqətdir,  həqiqətin  aşkar  edilməsi  yoludur. 

Onun  fikrincə,  gözəllik,  qayğı  və  təəccüb  kimi  stimullar  insanları  ünsiyyət 

qurmağa  vadar  edir.  Əgər  yuxarıda  sadaladığımız  anlayışlar  insanların 

gündəlik  praktikasında  (həyatında)  özünü  göstərirsə,  onda  insanlar  arasında 

ünsiyyət  yaranır.  Yaspersin  belə  bir  fikri  də  maraqlı  səslənir:  əgər  mən  öz-

özümə,  təkbaşıma  həqiqəti  anlasam,  onda  ünsiyyətin  yetərsiz  olduğu,  çatma-

dığı  (ünsiyyət  olmadığı)  zaman  yaranan  narahatlığı  hiss  etmərəm  və  eyni 

zamanda ünsiyyət baş verdiyi zaman yaranan həzzi ünsiyyətdən kənarda duya 

bilmərəm. Çünki məhz ünsiyyət prosesində mən özüm kimi oluram. Bu zaman 

mən sadəcə olaraq yaşamır, həm də həyatı mükəmməlləşdirirəm [8, 26-27]. 

Yaspersə  görə,  ünsiyyəti  aşağıdakı  mənalarda  nəzərdən  keçirmək  olar: 

insanın dünya ilə ünsiyyəti, başqaları ilə ünsiyyət, insanın öz-özü ilə ünsiyyəti 

və  ali  ünsiyyət.  Birinci  anlamda  Yaspers  obyektiv  dünya  ilə  insanın  öz 

dünyasını  bir-birindən  fərqləndirir.  Obyektiv  dünya  insandan  asılı  olmayaraq 

mövcud  olan  dünyadır.  İnsanın  dünyası  isə  əsasında  insanın  düşüncəsi, 

davranışı  və  ünsiyyəti  duran  dünyadır.  Obyektiv  dünya  uca  dağları,  yaşıl 

 

85 



meşələri və s. ilə zəngin mənzərəli dünyadır. Ancaq bu zənginliklər dünyasında 

insan  tənhadır.  Yaspersə  görə,  bununla  yanaşı  insan  obyektiv  dünya  ilə 

ünsiyyət  qura  bilər.  Bu,  onu  qavrayaraq,  ona  təsir  edərək  mümkündür.  Əgər 

dünya  mövcuddursa,  bu,  mənim  düşüncələrimdə  mövcuddur.  Əgər  dünya 

mövcud deyilsə, demək mən mövcud deyiləm [2, 494]. 

İnsanın başqaları ilə ünsiyyəti – Yaspersə görə, insanın hər zaman baş-

qalarına ehtiyacı vardır. İnsan özünün mövcudluğunu başqaları ilə ünsiyyətdə 

dərk edir.  

Həqiqətin aşkar edilməsi də məhz insanların bir-birilə ünsiyyəti zamanı 

mümkündür.  

İnsanın öz-özü ilə ünsiyyəti –  bunu Yaspers  həqiqi ünsiyyət adlandırır. 

Həqiqi ünsiyyət onun fikrincə emosiyadır. İnsan özü üçün hər zaman rahatlıq 

və xoşbəxtlik arzulayır və onun xoşbəxt olması üçün digər insanlarla ünsiyyəti 

vacibdir. Burada Yaspers insan azadlığı məsələsinə də toxunur və qeyd edir ki, 

azadlıqla  ünsiyyət  qırılmaz  əlaqədədir.  Belə  ki,  ünsiyyət  olmadan  insan 

mövcud ola bilməz, o zaman isə deməli, azadlıq da mümkün ola bilməz.  

Ali 

ünsiyyət dedikdə isə Yaspers insanın Allahla olan ünsiyyətini nəzərdə 



tutur. 

İnsanın  Allaha dua etməsi, ondan kömək  istəməsi  və ona tapınması ali 

ünsiyyətə aiddir. Onun fikrincə bu ünsiyyət hər bir şəxsin gündəlik yaşamının 

bir 


parçasıdır [8, 324]. 

Hazırda ünsiyyətə maraq mədəniyyətin bütün sferalarında görünür, onun 

şüaları  adi  həyatdan  tutmuş  siyasətə  və  elmə  qədər  uzanır.  Ünsiyyətə  maraq 

XXI  əsrdə  daha  da  artmışdır.  Bunun  mühüm  səbəbi  tarixi  vəziyyətin, 

insanlığın,  humanist  ideyaların  dövrün  mərkəzində  dayanmasıdır.  Texnika, 

rabitə  və  nəqliyyat sahəsindəki  irəliləyişlər  minillik tarixdə  insanlara  ilk dəfə 

həqiqətən  birləşmək  imkanı  verir.  Dünyəvi  inteqrasiya  şəraitində  ünsiyyətin 

yolları və vasitələri ciddi problem olaraq qarşıda durur.  

 

ƏDƏBİYYAT 

1.

 



İsmayılov F. Seçilmiş əsərləri. I cild. Bakı, 2011, 576 s. 

2.

 



İsmayılov F. Seçilmiş əsərləri. II cild. Bakı, 2011, 664 s.  

3.

 



Sartr J.P. 

Varlıq və Heçlik: Fenomonoloji ontologiya təcrübəsi. Bakı, 2012, 856 s. 

4.

 

Агальцев А.М. Проблема общения в нравственно-критической философии И.Канта. 



Вестник Томского Государственного Университета. 2007, №302, с.32-35.  

5.

 



Демченко  Л.М. Проблема  единства  экзистенциальной  коммуникации  и  экзистен-

циального  прояснения  в  философии  К.Ясперса:  Текст  //  Вестник  Оренбургского 

государственного университета. 2006. Т. 1, №1, с. 25-34. 

6.

 



Общение и этика общения hi-edu.ru/e-books/  

7.

 



Ясперс К. Экзистенция и коммуникация http://existentialism.traktaty.ru 

8.

 



Ясперс К. Смысл и назначение истории: пер. с нем. М., 1991, 527 с. 

 

 



86 


ПРОБЛЕМА ОБЩЕНИЯ В ФИЛОСОФИИ  

 

А.А.АХМЕДОВА 

 

РЕЗЮМЕ 

 

Научная  статья  посвящена  исследованию  одной  из  актуальных  проблем 

современности – проблема общения в философии. В данной статье говорится о роли и 

значении общения, выявляются соответствующие ему и отличающие его исторические 

типы,  анализируются  структурные  особенности  по  отношению  к  различным 

философским школам.  

На  основании  приведенных  в  работе  рассуждений  делается  вывод  о  том,  что 

раньше были приняты устные и письменные формы общения, то в современный период 

появилась новая визуальная форма общения  

 

Ключевые  слова:  общение,  общество,  культура,  деятельность,  человек,  лич-

ность, отношения 

 

THE PROBLEM OF COMMUNICATION IN PHILOSOPHY  



 

A.A.AHMADOVA 

 

SUMMARY 

 

The problem of communication is one of the most urgent problems of philosophy. The 

main aim of the article is to demonstrate the role of communication in philosophy. It maintains 

that the problem of communication has  changed during the development of philosophical 

thought. Yet, it has become one of fundamental issues in our time.  

The article concludes that the novel visual form of communication prevails over the 

known written and oral forms. 

  

Key words: intercourse, society, culture, activities, human, personality, attitude 



 

 

87 



Yüklə 210,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə