Azərbaycan Respublikası Konstitusiya Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü IL tarixli müraciətində göstərilmiş məsələlərin şəhri ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının dosenti



Yüklə 244,93 Kb.
Pdf görüntüsü
tarix25.07.2018
ölçüsü244,93 Kb.
#58943


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Sosial-

siyasi elmlər seriyası   

 

2013 

 

 

 

 

UOT 1 (091) 

 

ƏBU NƏSR ƏL-FƏRABİNİN İCTİMAİ–ETİK GÖRÜŞLƏRİ 

 

M

ÜJDƏ CU MƏHBUB QULAM oğlu 

Ba

kı Dövlət Universiteti 

Mahbub.1350@yahoo.com 

 

Orta

 

əsr Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri də Əl-Fərabidir. Onun 

tədqiqatlarında sosial inkişafa və dövlətə dair baxışları mühüm yer tutur.  

Oxuculara

 

təqdim  olunan  bu  məqalənin  yazılmasında  məqsəd  Əl-Fərabinin  nəzəri 

cəhətdən mühüm fəlsəfi əhəmiyyət kəsb edən sosial baxışlarını təqdim və xarakterizə etməkdir. 

Müəllif Əl-Fərabi irsinə müasir elmi düşüncə prizmasından, qnoseologiya nöqteyi-nəzərindən 

və müasir metodologiya planından qiymət vermişdir. Bu mənada məqalədə dövlətlə əlaqədar 

utopik

 ideyalar aid olan orta 

əsr fəlsəfi baxışları təhlil edilir. 

 

Açar sözlər: Şərq peripatetikləri, etika, əql, xoşbəxtlik, iradə, ləyaqət, şərəf, həzz 

 

Bəşər  fəlsəfəsi  fikrinin,  elminin  və  incəsənətinin  yaradılmasında  Orta 



Şərq peripatetiklərinin ideya irsi qabaqcıl yerlərdən birini tutur. Tədqiqatçılar 

çox haqlı olaraq onların  fəlsəfi  irsini  bütövlükdə dünya sivilizasiya tarixinin, 

xüsusi halda isə dünya fəlsəfi fikrinin mühüm mərhələsi, bir növ zəruri həlqəsi 

hesab edirlər. Orta əsrlərın güclü fəlsəfi cərəyanının nümayəndələri olmuş əl-

Kindi, əl-Fərabi, İbn-Sina, Bəhmənyar, İbn-Tüfeyl, İbn-Rüşd, Nəsirəddin Tusi 

və  b.  islam  ideologiyasının  şüurlara  hakim  kəsildiyi  bir  şəraitdə  nəinki  dün-

yanın rasional dərki uğrunda  mübarizə  missiyasını  bacarılqla  yerinə  yetirmiş, 

həm  də  özlərinin  təkrarsız  və  heyranedici  yaradıcılıqları  ilə  Avropada  Yeni 

dövr 

fəlsəfəsinin  və təbii-elmi fikrin  hazırlanmasında  mühüm rol oynamışlar. 



Təsadüfi  deyil  ki,  dünya  fəlsəfi  fikrinin  görkəmli  nümayəndələrindən  olan 

F.Engels 

“ərəbdən  əxz  edilmiş  azad  fikirliliyi”  Avropa  materializminin 

müjdələrindən biri hesab etmişdir. 

Böyük 

təfəkkür  və  dərin  ensiklopedik  zəka  sahibi  olmuş  şərq  peripate-



tiklərinin  misilsiz  tarixi  xidməti  ondadır  ki,  onlar  qədim  yunan  filosoflarının 

zəngin  və çoxtərəfli  nəzəri  irsini  və  ilk  növbədə, Aristotelin  fəlsəfi əsərlərini 

qəbul  edib  onları  yenidən  işləmək  əsasında  antik  fəlsəfə  ilə  Avropa  İntibahı 

arasında mənəvi bir körpü salmışlar. Şərq peripatetizminin bu cəhəti görkəmli 

rus  inqilabçı  demokratı  A.İ.Gertsenin  dilində  sərrast  bir  ifadə  ilə  belə 

səslənmişdir:  “ərəb  (İbn-Rüşd  nəzərdə  tutulur)  Aristoteli  tapıb  Avropaya 

 

88 



gətirənədək  o,  qədim  dünyanın  xarabalıqları  altında  çirkaba  bulaşmış  halda 

cəhalət bataqlığında uyuşmuşdur” [6, 95]. 

Bu  sözləri  eynilə  antik  mədəniyyət  nümunələrinin  yenidən  həyata 

qaytarılmasında  böyük  xidmətləri  olmuş  orta  əsr  Şərq  peripatetizminin  digər 

nümayəndələrinə də aid etmək olar. Onların hər biri, həqiqətən, qədim yunan 

filosoflarının  və  birinci  növbədə,  Aristotelin  Yaxın  və  Orta  Şərqdə  sədaqətli 

davamçılarına  və  şərhçilərinə  çevrilərək  öz  zəmanələrində  dünya  fəlsəfəsinin 

və elmi fikrinin inkişafına güclü təkan vermişlər. Belə filosoflar içərisində əgər 

şərq  peripatetizminin  ilk  böyük  nümayəndəsi  ərəb  filosofu  Yəqub  əl-Kindi 

(800-


873)  olmuşdursa,  bu  təlimin  mükəmməl  sisteminin  yaradıcısı  türk 

mənşəli  böyük  alim  Əbunəsr  əl-Fərabi  (874-950)  olmuşdur.  Şərq  təfəkkür 

tərzində  Aristoteldən  sonra  “ikinci  müəllim” (əl-müəllim əs-sani)  adını  almış 

əl-Fərabinin  zəngin  elmi-nəzəri  irsi  bütün  müsəlman  ölkələrində  elmi-fəlsəfi 

fikrin inkişafında misilsiz rol oynamış, özündən sonra gələn bütün müsəlman 

filosoflarının  yaradıcılıq  fəaliyyətinə  güclü  təsir  göstərən  nümunəvi  bir 

paradiqmaya 

çevrilmişdir.  Orta  əsr  ərəb  tarixçisi  Zahirəddin  Beyhəddinin 

(1105-

1169)  şəhadətinə  görə  “qabaq  ki,  islam  alimləri  içərisində  Əbunəsr 



Fərabidən  daha  fəzilətlisi  olmamışdır”.  Doğrudan  da,  öz  zəmanəsinin  bütün 

elmlərinə  dərindən  nüfuz  etmək  qüdrətinə  malik  olmuş  bu  böyük  alim  və 

fi

losofun  yaradıcılıq  diapazonu  həddən  ziyadə  geniş  olmuş,  zəmanəsinin 



prinsipial əhəmiyyətli mürəkkəb problemləri belə onun yaradıcı təfəkkürünün 

tədqiqat predmetinə çevrilərək öz dövrü çərçivəsində  həll edilmişdir. Bu gün 

bizi Fərabinin yaşayıb-yaratdığı dövrdən min illik bir zaman kəsiyi ayırsa da, 

bu  illər  ərzində  müxtəlif  zəmanələrdə  yaşamış  filosof  və  alimlər  öz  böyük 

sələflərinin nəzəri irsinə həmişə müraciət edərək onu müxtəlif bucaqlar altında 

təhlil etmişlər. Azərbaycan fəlsəfi fikir tarixinin nümayəndələri də Fərabi irsinə 

biganə  qalmamış,  onun  zəngin  fəlsəfi  dünyagörüşünün  bu  və  ya  digər 

məsələsini,  epizodik  şəkildə  olsa  da,  özlərinin  tədqiqat  obyektinə,  fikir 

predmetinə çevirmişlər. 

Əl-Fərabi  müasir  İran  ərazisində  doğulub,  boya-başa  çatmışdır.  Buna 

görə də, bir İran vətəndaşı, bir türk oğlu kimi mənim Fərabi irsinə marağım və 

onun  nəzəri  irsinə  müraciət  etməyim  heç  də  təsadüfi  deyil.  Oxucuların 

diqqətinə yönəltdiyim bu məqalədə mən Fərabinin nəzəri irsində özünəməxsus 

yer tutan etik görüşlərini tədqiq etməyi nəzərdə tutmuşam. 

Şərq  peripatetiklərinin,  o  cümlədən  Fərabinin  etik  konsepsiyasının 

başlanğıc prinsiplərinin təhlilində nəzəri ilk növbədə onların etikanın vəzifəsi, 

məqsədi  və  predmeti  haqqında  fikirləri  cəlb  edir.  Fərabinin  sələfi  olmuş  ilk 

ərəb  filosofu  Əl-Kindi “Aristotelin  kitablarının  sayı  və  fəlsəfənin  dərki  üçün 

zəruri olan nədir” adlı əsərində etikanı “ruhun mənəvi keyfiyyətləri və onların 

idarə  olunması  haqqında  elm”  kimi  mənalandırmışdır.  Belə  idarəetmənin 

məqsədi  bundan  ibarətdir  ki,  insanların  davranışları  xeyirxahlığa  əsaslanmalı 

və  onun  tərəfindən  idarə  olunmalıdır  [7,  44].  Əl-Kindidən  fərqli  olaraq  Əl-

Fərabi  etikaya  praktiki  fəlsəfə  (“falsafa  amaliyya”),  müdriklik  fəlsəfəsi  kimi 

 

89 




baxırdı.  Lakin  Əl-Kindi  kimi  Fərabi  də  etikanı  “yüksək  xeyirxahlığa  və 

xoşbəxtliyə çatmaq yolları haqqında elm” kimi dəyərləndirirdi. Onun təbirincə 

etika  “şəhərləri  necə  idarə  etmək,  onların  çiçəklənməsinə,  sakinlərinin  həyat 

tərzinin necə yaxşılaşdırılmasına və onları xoşbəxtliyə hansı yollarla istiqamət-

ləndirmək  haqqında  göstərişlər  verməlidir”  [1,  132].  Əl-Fərabi  “Vətəndaş 

siyasəti”  traktatında  isə  etikanı  “xoşbəxtliyin  dərk  edilməsi  haqqında  elm” 

adlandırırdı [1, 121]. 

Orta əsr şərq peripatetiklərinin etikasında Aristotelin, qismən də Platonun 

fəlsəfi görüşlərinin təsiri altında formalaşmış “nəfs” haqqında təlim mühüm yer 

tutmuşdur.  Bununla  belə  şərq  peripatetiklərinin  böyük  xidməti  bundadır  ki, 

onlar antik yunan filosoflarının təlimlərinin sadəcə şərhi ilə məhdudlaşmayıb, 

həm  də  şərqdə  ilk  dəfə  nəfs  (ruh)  haqqında  təsəvvürlərin  strukturunu  işləyib 

hazırlamaqla onun mükəmməl sistemini yaratmışlar. Onların fikrincə nəfs, hər 

şeydən  əvvəl,  canlı  orqanizmlər  üçün  səciyyəvi  olan  spesfik  funksiyaların 

məcmusudur. 

Yaxın  şərq  peripatetiklərinin  etikasının  mühüm  prinsiplərinindən  biri 

bundan ibarətdir ki, onların demək olar ki, hamısı qədim yunan filosoflarının 

və ilk növbədə Aristotelin ardıcılına çevrilərək insana zəkalı ictimai varlıq kimi 

baxmış və zəkanı özlərinin etik konsepsiyalarının nüvəsində yerləşdirmişlər. 

Ərəbdilli fəlsəfədə “əql” anlayışını diferensiallaşdıraraq “nəzəri əqlə” və 

“əməli  əqlə”  ayıran  ilk  filosof  Əl-Fərabi  olmuşdur.  Onun  anlamında  “nəzəri 

əql”  elmi  tədqiqatlardan  və  ya  sillogizmlərdən  alınmayan,  insana  yalnız 

təbiətin  bəxş  etdiyi  qüvvə  kimi  mövcud  olan  fenomendir.  Əqlin  funksiyası 

biliyin  başlanğıc  nöqtəsini  təşkil  edən  ümumi  və  zəruri  müqəddəm  şərtlər 

vasitəsilə səhih biliklər qazanmaqdan ibarətdir. Praktiki əql isə elə bir qüvvədir 

ki,  insan onun  vasitəsilə özü ilə ətraf cisimlər arasında  yaratdığı əlaqələrə  və 

hisslərlə  qavradığı  cisimlər  üzərində  apardığı  canlı  müşahidələrə  söykənərək 

ona  təsir  edən  əşyalardan  hansını  dərk  etməyin  vacib  olduğunu,  hansının  isə 

nəzərə alına bilməyəcəyini müəyyənləşdirmək imkanı qazanır. İnsanda təcrübə 

hasil  olanadək  bu  əql  yalnız  potensiallı  zəka  olaraq  qalır.  Praktika  meydana 

gəldikdən  sonra  isə  praktiki  əql  aktual  əqlə  çevrilir.  İnsan  şəxsi  təcrübəsinin 

artırdıqca onun aktual əqli də yüksəlir [1, 202-207]. Qeyd edək ki, Fərabinin bu 

fikirləri bir çox cəhətdən Aristotelin “Nikomal etikası” və “Siyasət” əsərlərində 

əql haqqında təfsir etdiyi dahiyanə fikirlərlə həmahəng səslənir. Xatırladaq ki, 

Aristotel  adları  çəkilən  əsərlərində  ruhun  zəka  hissəsini  “elmi”,  “nəzəri”, 

“dərrakəli” və “praktiki” hissələrə ayırmışdı [3, 108]. 

Əl-Fərabi  insanı  “nəzəri  yaradıcılığın  ən  yüksək  növünün  daşıyıcısı  və 

buna  görə  də  kimsənin  ondan  üstün  ola  bilməyəcəyi  heyvan”  adlandırırdı. 

Onun  dərin  inamına  görə  insanın  zəkası,  biliyi,  idrakı  qabiliyyəti  təbii 

mənşəlidir. Zəkanı insan təbiətinin yeganə xassəsi hesab edən Əl-Fərabi qeyd 

edirdi ki, “insanın insanlıq kəsb etdiyi birinci pillə o zaman baş verir ki, onda 

fəaliyyətdə olan zəkaya çevrilməyə hazır forma yaranır” [2, 239]. 

 

90 



Mənəviyyatı  birbaşa  insan  zəkası  ilə  bağlı götürən Əl-Fərabi ağılsızlığı 

şəxsin  ruhunun  əxlaqi  çatışmazlıqlarına  başlanğıc  verən  xəstəlik  kimi  qəbul 

edirdi.  O,  yazırdı  ki,  ağılsız  adam  həmişə  kinli  və  bədniyyət  olub,  yararsız 

məqsədlərə  can  atır.  Lakin  ruhunun  xəstəliyi  üzündən  bütün  bəd  hərəkətləri 

ona 

xeyirxah  əməllər  kimi  görünür.  Bic  və  yalançı  adam  həm  də  kinli  və 



qüsurlu olur. Dərrakəli  adam  isə  məntiqi  baxımdan  xeyirxah olmalıdır ki, öz 

məqsədlərinin düzgünlüyünün ona bəxş edilmiş xeyirxahlıqla təsdiq edə bilsin 

[1, 100-102 ]. 

Qeyd  edək  ki,  düşüncəli  və  zəkalı  insanın  xeyirxah  və  yüksək  əxlaq 

sahibi olması fikri yalnız Fərabi etikasının deyil, ümumiyyətlə, bütün orta əsr 

şərq  peripatetiklərinin  etikasının  başlıca  leytmotivi  olmuşdur.  Əl-Fərabi 

düşüncəsinə  görə,  ümumiyyətlə,  zəka  və  düşüncə  sahibi  olmayan  bir  insanın 

xeyirxahlığa, yüksək mənəviyyata malik ola bilməsi fikri ağlasığmazdır. Bütün 

şərq peripatetikləri kimi Əl-Fərabi də bu əqidədə olmuşdur ki, insanın əxlaq və 

xeyirxahlıq dərəcəsi onun əqli və dərakəsi ilə müəyyən olunur. 

Zəmanələrinin məntiqi bilikləri ilə silahlanan, Aristotelin və digər qədim 

yunan  filosoflarının  əsərlərinə  söykənən  şərq  peripatetikləri  insanın  əxlaqi 

davranış və hərəkətlərinin ilahi tərəfindən yaradılması ideyasını qətiyyətlə rədd 

etmişlər. Onlar qüdrətli insan zəkasına arxalanmaq əsasında təsdiq edirdilər ki, 

allah  şər  işlər  yaratmağa  qadir  deyil.  O,  bu  mövqedən  çıxış  edərək  yazırdı: 

“Ölümdən  sonra  insanın  mükafatlandırılması  və  yaxud  cəzalandırılması  çox 

böyük bir 

dəqiqliklə onun əməllərinə uyğun seçilir və Allah onları nə artıra, nə 

də azalda bilər” [5, 22-23]. Əl-Fərabinin əsərlərində dəfələrlə qeyd olunur ki, 

insanın  azad  iradəsinin  inkar  edilməsi  labüdən  Allahın  şər  qüvvə  kimi 

təsdiqlənməsinə gətirib çıxara bilər. Əl-Fərabi əmin idi ki, insan öz hərəkət və 

davranışlarında xeyir və şərin, icazə verilənlə yasaq edilənin seçilməsində tam 

sərbəstdir.  Əgər  öz  davranışlarının  seçilməsində  insan  tam  sərbəstliyə  və 

muxtariyyata malik 

olmasaydı,  onun  bu  və  ya  digər  hərəkətini  təqdir  və  ya 

tənqid  etmək  mümkün  olmazdı.  Əl-Fərabinin  etik  görüşlərinin  digər  bir 

maraqlı cəhəti də bundan ibarətdir ki, o insanın idarə azadlığını ağıl və düşüncə 

tərzi ilə əlaqələndirirdi “İnsan öz zəkası hüdudlarında azad və fail-muxtardır” – 

etikanın  bu  mühüm  məsələsi  üzrə  əl-Fərabinin  formalaşmış  fikri  məhz  belə 

olmuşdur.  Əl-Fərabi  əmin  idi  ki,  insanların  iradə  azadlığının,  hərəkət  və 

davranışlarının  seçim  müstəqilliyinin  inkar  edilməsi  labüddən  əxlaqi 

məsuliyyətin inkarına, mənəviyyatsızlığa, özbaşnalığa bəraət qazandırılmasına 

səbəb ola bilər.  

Əl-Fərabi  “Xoşbəxtliyə  çatdıran  yolun  müəyyələşdirilməsi”  əsərində 

Aristotelə  istinadən  “iradə”  terminini  sözün  geniş  mənasında  anlayaraq  onu 

“əqli  iradə”,  “hissi  iradə”  və  “sərbəst  seçim”  (ixtiyar)  kimi  üç  növə  ayırır. 

Onun  fikrincə  iradənin  ən  mühüm təzahür  forması  insan azadlığıdır. Insanlar 

öz hərəkət və davranışlarını sərbəst icra etdikdə  xeyir və şəri,  icazə  verilənlə 

yasaq ediləni, gözəlliklə çirkinliyi bir-birindən daha yaxşı fərqləndirə bilirlər. 

Əl-Fərabi belə guman edirdi ki, insanın iradəsi, hər şeydən əvvəl, onun arzu və 

 

91 



istəklərində  ifadə  olunur.  Heyvanlardan  fərqli  olaraq  insanlarda  arzu  onların 

düşüncə  tərzindən  irəli  gəlir.  İradənin  ən  yüksək  dərəcəsi  “yalnız  insana  xas 

olan sərbəst seçimdir. İnsan onun hesabına tərifə və məzəmmətə layiq görülür, 

o yaxşı və pis hərəkətləri həyata keçirməklə ya tərifə, ya da cəzaya layiq görülə 

bilər” [1, 112-114]. 

Əl-Fərabi  insanın iradə azadlığının eyni zamanda onun sağlam düşüncə 

tərzi ilə əlaqələndirirdi. Onun fikrincə insanın xoşbəxtliyi şəxsin görə biləcəyi 

“Xoş hərəkətlərlə” bağlıdır. Əl-Fərabi irsinin öyrənilməsi göstərir ki, bu böyük 

filosofun əqidəsinə görə insan yalnız o halda əsl xoşbəxtliyə nail ola bilər ki, 

“onun hərəkət və davranışları xoş niyyətə və azad seçimə arxalanmış olsun” [1, 

7]. Bundan əlavə, insanın xoş hərəkətləri, habelə ruhunun affektlərinin yüksək 

səviyyədə  idarə  olunması  təsadüfi  xarakter  daşımamalı,  onun  möhkəm 

inamından,  sağlam  düşüncə  tərzindən,  fikir  dünyasının  zənginliyindən  irəli 

gəlməlidir.  İnsan  xoşbəxtliyə  yalnız  o  zaman  nail  olur  ki,  özünün  gözəl 

davranışlarını həyatı boyu etdiklərinin hamısından yüksək dəyərləndirir. 

Əl-Fərabi  yaradıcılığı  üçün  səciyyəvi  olan  cəhətlərdən  biri  də  bundan 

ibarətdir  ki,  o  insanın  iradə  azadlığını  onun  əqli  ruhuna  xas  olan  qabiliyyət 

hesab edirdi

. Həm də Əl-Fərabinin fikrincə bu qabiliyyət birbaşa insanın idraki 

qabiliyyəti  ilə  bağlıdır.  İnsanın  xoşbəxtliyə  çatması  və  bu  yolda  uğur 

qazanması  onun  idraki  qabiliyyətindən  asılı  olan  iradə  aktıdır.  İnsan  yaxşı 

bilməlidir ki, o, bu və ya digər hərəkəti nə üçün və nəyin naminə edir. O, öz 

hərəkətlərinin  nəticəsini  irəicədən  səhvsiz  müəyyənləşdirməyi  bacarmalıdır. 

Xoşbəxtliyə çatmaq üçün insana inam verən amil də elə bu olmalıdır. İnsanda 

isə belə bir inamı təxəyyül deyil, yalnız zəngin və hərtərəfli bilik tərbiyə edə 

bilər.  Buradan  əl-Fərabinin  çıxardığı  nəticə  belə  səsləndirilə  bilər:  fikri 

xeyirxahlıqla  böyük  gücə  malik  etik  xeyirxahlıq  hökmən  bir-birini 

tamam


lamalıdır [1, 315, 318]. 

Əl-Fərabinin  etik  konsepsiyasının  mühüm  prinsiplərindən  biri  də  onun 

m

ənəviyyatın  mənbəyi  haqqında  fikirləri  ilə  bağlıdır.  Etikanıın  bu  kardinal 



məsələsinin  həllində  əl-Fərabi  rəsmi  ortodoksal  islam  çərçivəsindən  kənara 

çıxaraq  əxlaqi  keyfiyyətlərin  anadangəlmə  olması  ideyasını  qətiyyətlə  təkzib 

etmişdir.  Cəmiyyətdə  islam ehkamçılarının  böyük  qüvvəyə  çevrildyi  bir 

şəraitdə onun bu hərəkəti irəliyə atılmış cəsarətli bir addım idi. Fərabi yazırdı: 

“insan anadan toxucu və ya mirzə doğulmadığı kimi, lap ilk başlanğıcdan da 

xeyirxah və ya qüsurlu ola bilməz” [1, 12]. 

Əl-Fərabi  əsərlərində  dəfələrlə  etiraf  etmişdir  ki,  eyni  təbiətli  insanlar 

bir-


birindən  tərbiyələrinə  görə  fərqlənə  bilərlər.  Başqa  sözlə,  insanlar  malik 

olduqları  bütün  yaxşı  və  pis  əxlaqi  keyfiyyətləri  ancaq  tərbiyə  prosesində 

qazanırlar. İnsanlar müxtəlif və ya eyni tərzdə tərbiyə oluna bilərlər. Fərabiyə 

görə insanlar anadan hazır peşə seçimi ilə doğulmadıqları kimi, dünyaya hazır 

əxlaqi keyfiyyətlərlə də gəlmirlər. 

Məlumdur  ki,  orta  əsrlər  şərq  peripatetizminin,  o  cümələdən  bu  ideya 

istiqamətinin  görkəmli  nümayəndəsi olan  Əl-Fərabinin  etik  konsepsiyasının 

 

92 




nüvəsini  “  xoşbəxtlik”  kateqoriyası  təşkil  etmişdir.  Xoşbəxtlik  ideyası  insan 

həyatının məqsədi kimi Əl-Fərabi yaradıcılığından qırmızı xəttlə keçərək onun 

bütün  etikasına  nüfuz  edir.  Bu  isə  təsadüfi  olmamışdır,  belə  ki,  şərq 

peripatetiklərinin  fəaliyyət  göstərdiyi  orta  əsrlərdə  xoşbəxtlik,  onun  təbiəti, 

xoşbəxtliyə  nail  olmağın  yolları  və  vasitələri  məsələsi  yalnız  etikanın  deyil, 

bütövlükdə bütün fəlsəfi sistemin mühüm problemlərindən birinə çevrilmişdir. 

Bu dövrd

ə  müxtəlif  fəlsəfi  cərəyanların  nümayəndələrinin  dünyagörüşünün 

mahiyyəti  onların  məhz  xoşbəxtlik  probleminə  münasibətində  açıqlanmışdır. 

Məlumdur  ki,  bu  dövrdə  ortodoksal  insanın  bütün  rəsmi  nümayəndələri  xoş-

bəxtliyin  qazanılmasını  insanın  axirət  dünyasına  qovuşması  ilə  bağlayırdılar. 

Bu baxımdan müqəddəs “Qurani-Kərim”in surələrindən biri belə səslənir: “Yer 

həyatı  oyun  və  əyləncədən  başqa  bir  şey  deyil,  gələcək  sığınacaq  isə  ancaq 

allahısevərlər  üçündür”.  İslam  ardıcılları  təsdiq  edirlər  ki,  insanlar  transen-

dental təbiətli xoşbəxtliyə yalnız cənnətdə nail ola bilərlər. Şərq peripatetikləri 

Quranın  bu  ehkamına  qarşı  açıq  çıxış  etməyə  cəsarət  etməsələr  də,  onların 

fəlsəfi və etik traktatlarının sistemli təhlili şübhə yeri qoymur ki, onların demək 

olar ki, 

hamısı  xoşbəxtliyi  ancaq  yer  mövcudluğu  ilə  bağlayırdılar.  Həyatın 

başa  düşülməsinin  evdomonist  prinsipi  bütün  orta  əsr  şərq  peripatetiklərinin 

yaradıcılığı  üçün  səciyyəvi  hal  olmuşdur.  Yer  xoşbəxtliyi  və  onun  əldə 

edilməsi yolları onların etik görüşlərinin mühüm tərkib hissəsi, ictimai-siyasi, 

fəlsəfi və etik əsərlərinin mərkəzi mövzularından biri olmuşdur. Bu baxımdan 

Əl-Fərabinin  “Xoşbəxtliyə aparan  yol”, “Vətəndaş siyasəti”, “Dövlət xadimi-

nin  aforizmləri”,  “Xoşbəxtliyə  nail  olunması”  və  s.  əsərlərində  xoşbəxtlik 

kateqoriyasının  təhlilinə  xüsusi  və  geniş  yer  ayrılması  heç  də  təsadüfi 

olmamışdır.  Daha  bir  diqqətçəkən  məqam  ondan  ibarətdir  ki,  Əl-Fərabi 

xoşbəxtlik  kateqoriyasına  hər  bir  insanın  təbii  olaraq  can  atdığı  kamilləşmə 

kateqoriyası  ilə  üzvi  əlaqədə  baxmışdır.  Onun  təbirincə  xoşbəxtlik  elə  bir 

nemətdir ki, “hər bir insan ona nail olmaq eşqilə yaşayır”. Əl-Fərabi  yazırdı: 

“İnsan mövcudluğunun məqsədi ali xoşbəxtliyə çatmaq olduğundan həqiqətin 

nə olmasını  bilmək, onu öz məqsədinə çevirmək ona doğru getmək  lazımdır. 

İnsan  həm  də  bilməlidir  ki,  xoşbəxtliyə  qovuşmaq  üçün  o,  nə  etməlidir”  [1, 

121]. Əl-Fərabi “Xoşbəxtliyə aparan yol” traktatında isə yazırdı ki, “Xoşbəxlik 

– 

hər  bir  insanın  can  atdığı  məqsəddir”  [1,  3].  Daha  sonra,  Əl-Fərabi 



xoşbəxtliyi ali nemət saydığından ona nemətlə qarşılıqlı əlaqədə baxırdı. 

Əl-Fərabinin  interpretasiyasında  xoşbəxtlik  həmçinin  ən  mükəmməl 

məqsəd elan edilir:  “xoşbəxtlik  nemətlər  içərisində ən  yüksək  nemət, əşyalar 

içərisində ən müqəddəs məqsəddir”. Fərabi yuxarıda adları çəkilən əsərlərində 

dəfələrlə qeyd edir ki, insanlar xoşbəxtliyə yalnız bilik və fəaliyyət vasitəsilə 

nail ola bilərlər. 

Əl-Fərabinin şəhadətinə görə insanların xoşbəxtlik haqqında təsəvvürləri 

müxtəlifdir.  Xoşbəxtliyin  anlam  tərzi  insanların  xarakterindən  və  həyat 

təzzindən asılıdır. Xoşbəxtliyə münasibətdə Demokritin, Platonun, Aristotelin 

fikirlərinə  şərik  çıxan  Əl-Fərabi  yazırdı  ki,  “hər  bir  insan  xoşbəxtliyi  özü 

 

93 



təsəvvür etdiyi kimi qəbul edir. Bəzi adamlar xoşbəxtliyi var-dövlətdə, bəziləri 

isə başqa bir şeydə görsələr də, lakin hər birisi düşünür ki, mütləq xoşbəxtlik 

haqqında yalnız onun təsəvvürü mövcud təsəvvürlərin ən mükəmməlidir” [1,5]. 

Qədim yunan mütəfəkkirləri kimi Əl-Fərabi də bu əqidədə olmuşdur ki, 

xoşbəxtlik insana bəxş edilmiş hədiyyə deyil, özünün qazanmış olduğu mənəvi 

kefiyyətdir. Xoşbəxtlik isə bilik və fəaliyyətin gedişində qazanılır. Bu fikir Əl-

Fərabinin bütün sosial-etik traktatlarından qırmızı xəttlə keçir. O, xoşbəxtliyin 

üsul  varlığından  danışdıqda  ilk  növbədə  insanın  bilik  və  fəaliyyətini  nəzərdə 

tutur. Əl-Fərabiyə görə insanı xoşbəxtliyə aparan yol düzxətli və asan olmayıb, 

çətin  və  girintili-çıxıntılıdır.  Bu  yolda  insan  xoşbəxtliyə  birdən-birə  deyil, 

yalnız  nəzərə  alınması  vacib  olan  bir  sıra  amillərin  köməyi  ilə  nail  olur.  Əl-

Fərabi  belə  amillərdən  üçünə  xüsusi  üstünlük  verirdi:  birincisi,  insanın  öz 

bədən  orqanlarından  istifadə  edilməsi,  məsələn,  oturub-qalxması,  cisimləri 

görməsi,  səsləri  eşitməsi  üçün  istifadə  etdiyi  fəaliyyət;  ikincisi,  ruhun 

affektləri,  məsələn,  ehtiras,  ləzzət,  sevinc,  qəzəb,  qorxu,  məhəbbət,  kədər, 

qısqanclıq və s.; üçüncüsü, sağlam düşüncə. Bu sonuncu keyfiyyət insanda ya 

bütün ömrü boyu, ya da müvəqqəti təzahür edir. 

Əl-Fərabiyə  görə  insanın  xoşbəxtliyə  çatmasının  mühüm  vasitələrindən 

biri də onun səmərəli fəaliyyətidir. Həm də, bu fəaliyyət, əvvala xoş iradəyə və 

azad seçimə əsaslanmalı, ikincisi, o təsadüfi və müvəqəti olmayıb, bütün həyatı 

boyu insanı müşayiət etməlidir. 

Əl-Fərabi  yaradıcılığının  belə  bir  cəhəti  də  diqqət  çəkir  ki,  insanı 

xoşbəxtliyə  çatdıran  amillərin  hər  üçü  –  fəaliyyət,  ruhun  affektləri,  sağlam 

düşüncə  -  bir-birinə  uyğun  olmalı,  bir-birini  qarşılıqlı  tamamlayaraq  ümumi 

harmoniya yaratmalıdır. Əks halda insan gec-tez bədbəxtliklə üzləşə bilər. O, 

yazırdı:  “İnsana  o  zaman  bədbəxtlik  üz  verir  ki,  onun  fəaliyyəti,  ruhunun 

affektləri və sağlam düşüncəsi bir araya sığmır” [1, 25]. 

Əl-Fərabinin yaradıcılığında xoşbəxtlik kateqoriyası həzz anlayışı ilə də 

əlaqələndirilir,  həzz  və  ləzzət  xoşbəxtliyin  tərkib  hissəsi  hesab  edilir. 

Xoşbəxtliyin  ayrılmaz  elementi  olmaq  etibarilə  ləzzət  insanın  mühüm 

məqsədinə  çevrilə  bilir.  O,  bu  münasibətlə  yazırdı:  “Biz  elə  düşünürük  ki, 

ixtiyari 

fəaliyyətdə və işdə ləzzət məqsədə çevrilir və biz bütün fəaliyyətimizlə 

buna  can  atırıq”  [1,  27].  Əl-Fərabi  xoşbəxtliyə  nail  olmaqda  hissi-ləzzətə 

mühüm əhəmiyyət versə də, dəfələrlə qeyd edir  ki, hissi-ləzzət heç  bir  halda 

həqiqi  xoşbəxtliyi  təmin  edə  bilməz,  belə  ki,  bunun  üçün  o,  sadəcə  kifayət 

deyil, 

insan  xoşbəxtliyə  ancaq  idrak,  anlaşma  və  biliklə  bağlı  həzz  vasitəsilə 



nail ola bilər. 

Əl-Fərabiyə görə insanın  xoşbəxtlik  və  ağıl dərəcəsi,  hər  şeydən əvvəl, 

onun  həzzi  nə  dərəcədə  düzgün  seçməsindən  asılıdır.  Həzzi  sərbəst  seçməyi 

bacarmayan, öz hərəkətlərində qətiyyətsizliyə yol verən adam azad insan sayıla 

bi

lməz, həmin  adam sadəcə quldur, fərqinə  varmadan  hər cür həzz  arxasınca 



qaçan adam  isə əslində  insan adına  layiq olmayıb,  heyvanabənzər  bir  şeydir. 

 

94 




Əl-Fərabi  “Xoşbəxtliyə  aparan  yol”  traktatında  bu  məsələ  üzərində  xüsusi 

dayanaraq 

ona geniş şərh verir. 

Əl-Fərabinin  etik  konsepsiyasında  özünə  geniş  yer  almış  məsələlərdən 

bir də iradə azadlığı məsələsidir. Onun iradə azadlığına verdiyi xarakteristika 

belə səslənir: “İradə, hər şeydən əvvəl, duyğulardan doğan arzudur. Arzu ruhun 

cəhd  göstərən  hissəsinə,  qavrayış  isə  hissələrə  aiddir  və  daha  sonra  ruhun 

təxəyyül hissəsi və təxəyyülün hesabına insan arzusu meydana gəlir. Bununla 

da  insanda  birinci  iradədən  sonra  ikinci  iradə  formalaşır”  [1,  28].  Fərabi 

iradənin üçüncü formasını insanın fikri qabiliyyəti ilə bağlayıb, insanın həqiqi 

arzusu və bu arzunun mənbəyi adlandırır. Bu baxımdan Əl-Fərabi xeyir və şər 

kateqoriyalarını təhlil edərək onların lakonik xarakteristikasını verir. O, yazır: 

“Xoşbəxtlik mütləq nemətdir. Xoşbəxtliyin əldə edilməsi üçün zəruri olan nə 

v

arsa, hamısı xeyirdir. Xoşbəxtliyə çatmağa mane olan nə varsa, hamısı mütləq 



şərdir. Xeyir xoşbəxtliyə çatmaq üçün faydalıdır... Şər isə xoşbəxtliyə çatmağa 

əngəl törədir” [1, 113-114]. 

Əl-Fərabiyə görə xoşbəxtlikdən kənarda nə xeyir, nə də şər vardır. “Dövlət 

xadiminin aforizmləri” traktatında o, xeyir və şər haqqında mülahizələrini belə 

səsləndirir:  “Şər  iki  formada  mövcuddur:  birincisi,  xoşbəxtliyə  əks  olan 

bədbəxtlik  formasında  və  ikincisi,  insana  bədbəxtlik  gətirmək  xassəsinə  malik 

olan hər şey formasında. Bu iki şər qüvvəyə qarşı iki xeyir qüvvə durur: birincisi, 

xoşbəxtlik, ikincisi, xoşbəxtliyə çatmağa fayda verə biləcək hər şey” [1, 236]. 

Orta əsrlərin şərq peripatetiklərinin etikasında ləyaqət haqqında təlim də 

mərkəzi  yerlərdən  birini  tutur.  Əl-Kindi,  Əl-Fərabi,  İbn-Sina,  Bəhmənyar, 

Nəsrəddin  Tusi  və  digər  şərq  peripatetikləri  ləyaqət  anlayışına  zəka  və 

xoşbəxtlik anlayışları ilə sıx əlaqədə baxmışlar. Əl-Fərabi ləyaqətə xoşbəxtliyə 

çatmağın mühüm vasitəsi kimi baxır və inanırdı ki, ağıl və xoşbəxtlik insana 

yuxarıdan bəxş edilmiş nemət olmayıb, onun bütün həyatı boyu qazanılan ali 

keyfiyyətləridir.  Əl-Fərabi  insanı  xoşbəxtliyə  çatdıran  xoş  xasiyyyəti  və 

müsbət vərdişləri onun ləyaqətləri sırasına aid edirdi. Onun təbirincə rasional 

və etik, ağıl və xoş xasiyyət bir-birindən ayrılmaz keyfiyyətlərdir. Qeyd edək 

ki, 


Əl-Fərabinin ləyaqət anlayışına diqqəti təsadüfi olmamışdır. 

Onun fikir dünyasında belə bir inam kök salmışdır ki, yalnız ləyaqətin nə 

olduğunu  bilən  adam  həqiqi  xoşbəxtliyə  qovuşa  bilər.  Ən  doğru  bilik  isə 

ləyaqət  haqqında  bilikdir,  xeyiri  şərdən,  ləyaqəti  qüsurdan  ayırmağa  imkan 

verən  bilikdir. O, “İntellekt sözünün  mənası  haqqında” traktatında  yazırdı ki, 

“insanlar o şəxsi ağıllı adlandırırlar ki, onlar ləyaqətlidir, xeyri seçməyi, şərdən 

uzaqlaşmağı bacarırlar” [2, 19-20]. 

Əl-Fərabi  məhşur  “Xoşbəxtliyə  aparan  yol”,  “Vətəndaş  siyasəti”, 

“Xoşbəxtliyə  nail  olunması”,  “Dövlət  xadiminin  aforizmləri”  traktatlarında 

ləyaqətdən  xoşbəxtliyə  çatmağın  mühüm  vasitəsi  kimi  bəhs  etmişdir.  Onun 

fikri

ncə  ləyaqətli  olmadan  xoşbəxtliyə  çatmaq  ağlasığmazdır.  Xoşbəxtliyə 



aparan  yol  ləyaqətdən  keçir.  Əl-Fərabinin  açıqlamasına  görə  ləyaqət  insanın 

böyük  önəm  daşıyan  mənəvi  keyfiyyətlərindən  biridir.  O,  ləyaqət  anlayışına 

 

95 



münasibətini belə səsləndirir: “İnsanı xeyir işə və gözəl fəaliyyətə təhrik edən 

mənəvi keyfiyyət  ləyaqət, naqis  işə  və  yaramaz hərəkətə təhrik edən cəhətlər 

isə alçaqlıq və qüsurdur” [2, 227]. 

Ləyaqətə münasibətdə bu mövqedən çıxış edən Əl-Fərabiyə görə ləyaqət 

insana  özünün  ən  başlıca  həyat  məqsədinə  -  ən  yüksək  xoşbəxtliyə  çatması 

üçün lazımdır. 

Eyniylə “birinci müəllim” Aristotel kimi Əl-Fərabi də ləyaqəti 4 növə bölür: 

“nəzəri  ləyaqət”,  “fikri  ləyaqət”,  “etik  ləyaqət”,  “praktiki  incəsənət”  [2,  17]. 

Aristotelin 

davamçısı  və  fikirlərinin  şərhcisi  olmaq  etibarilə  Fərabi  ləyaqətin 

strukturu  məsələsindən  də  yan  ötməyərək  onu  aşağıdakı  növlərə  ayırırdı: 

intellektual  ləyaqət,  fikri  ləyaqət,  nəzəri  ləyaqət,  praktiki  ləyaqət  və  etik 

ləyaqət Fərabi  yaradıcılığı  ilə  bağlı  belə  bir  cəhəti də qeyd edək ki, ərəbdilli 

şərq  peripatetikləri  arasında  insani  ləyaqətlərin  təsnifatını  vermək  şərqdə  ilk 

dəfə  məhz  bu  böyük  filosofa  nəsib  olunmuşdur.  Öz  təsnifatında  müəyyən 

mülahizələrə  söykənən  Fərabi  rəngarəng  ləyaqətlər  dəstini  iki  böyük  qrupa 

ayırmışdır:  intellektual  ləyaqətlər  (fadail  kutkiya)  və  etik  ləyaqətlər  (fadail 

xulgiya). O, müdrüklüyü, intellekti, ağılı, nüfuz etmə qabiliyyətini intellektual 

ləyaqətlərə, mərdliyi, mülayimliyi, səxavəti, ədaləti isə etik ləyaqətlər qrupuna 

aid etmişdir. “Dövlət xadiminin aforizmləri” traktatında əl-Fərabi ləyaqəti ruh 

haqqında  təlimlə  əlaqələndirərək  yazırdı:  “Ləyaqətlər  iki  növ  olur:  etik  və 

intellektual. 

İntellektual  ləyaqətlər  ruhun  ağıl  hissəsinin  ləyaqətlərini,  o 

cümlədən  müdrikliyi,  əqli,  fərasəti,  əqli  kəskinliyi,  başa  düşməni,  etik 

ləyaqətlər  isə  ruhun  nəyə  isə  cəhd  göstərən  hissəsi  olub,  həlimliyi,  cəsarəti, 

s

əxavəti, ədaləti ehtiva edir” [2, 179]. 



Əl-Fərabinin  əsərlərində  ləyaqət  hissi  insan  ağlı  ilə  sıx  əlaqələndirilir. 

Ləyaqətlərin  təsnifatını  verdikdən  sonra  Əl-Fərabi  etik  ləyaqətlər  üzərində 

xüsusi 

dayanır, belə ki, onun fikrincə etik növdən olan ləyaqətlər formaca daha 



mükəmməl olub, insan həyatında intellektual ləyaqətlərə nisbətən daha böyük 

qüvvə  nümayiş  etdirirlər.  Bütün  ləyaqətlərin  məcmusu  olan  etik  ləyaqətlərdə 

digər ləyaqətlərin təsiri aşkar hiss olunur [2, 312]. 

Əl-Fərabi etikasının ən böyük nailiyyəti onun ləyaqətlərin mənbəyini və 

mənşəyini  aşkara  çıxarması  olmuşdur.  Mühüm  dünyagörüşü  və  evristik 

əhəmiyyət kəsb edən  bu  məsələ  hələ qədim  yunan  fəlsəfəsində uzun  müddət 

kəsgin  mübahisə  predmetinə  çevrilərək,  Sokrat,  Platon,  Aristotel,  Demokrit, 

Epikur kimi böyük təfəkkür sahiblərinin düşüncə tərzini həyacanlandırmış və 

onların  hər  biri  öz  prizmasından  bu  məsələyə  müstəqil  münasibətlərini 

bildirmişlər.  Şərq  peripatetizmində  isə  məhz  Əl-Fərabi  ilk  dəfə  mənəvi 

keyfiyyətlərin  anadangəlmə  olması  haqqında  fəlsəfədə  qərarlaşmış  mövcud 

fikirlərin əleyhinə çıxaraq bilik kimi ləyaqətlərin də anadangəlmə olmadığını, 

insanların real həyatda qazandıqları keyfiyyətlər olduğunu sübut etmişdir.  

Əl-Fərabinin  mühüm  nəticələrindən  biri  də  bundan  ibarətdir  ki,  etik 

ləyaqətlərin  qazanılması  prossesi  eyni  zamanda  insan  mənəviyyatının 

təkmilləşməsi  prosesidir.  Onun  qəti  inamına  görə  insan  öz  şəxsi  səyləri 

 

96 



nəticəsində  bir  sıra  zəruri  ləyaqətlərə  yiyələnib,  bununla  da  mənəvi 

kamilləşməyə nail ola bilər. Bu işdə sözsüz ki, vərdişin də böyük əhəmiyyəti 

vardır. Bu halda böyük filosof belə bir əminlik sərgiləyir ki, vərdişin köməyi 

ilə  insan  hər cür  ləyaqəti  və qüsuru özünə  əks olan  halla əvəz  edə  bilər. Əl-

Fərabinin ləyaqətlər haqqında təlimində “ölçü” məsələsinə də geniş yer ayrılır.  

Fərabinin  etik  konsepsiyasında  ədalət  konsepsiyası  da  özünəlayiqli  yer 

alıb.  Digər  peripatetiklər  kimi  Fərabi  də  ədalət  anlayışına  geniş  mənada 

bax


araq onu insanların sosial həyatının əsası hesab etmişdir. Əl-Fərabi ictimai 

münasibətlər  anlayışının  mənasını  sezərək  insanların  robinzoncasına 

tənhalıqda,  bir-biri  ilə  ünsiyyətdə  olmadan  yaşaya  biləcəyi  fikrini  qəbul 

etməmişdir. İnsanların ədalət prinsipindən istifadə etmədən birgə yaşayış qura 

biləcəyi  fikrini  ağlasığmaz  adlandıran  Əl-Fərabi  “Vətəndaş  siyasəti” 

traktatında yazmışdır ki, “insan canlıların o tipinə mənsubdur ki, onlar zəruri 

işlərdə  ən  yüksək kamilliyə  yalnız o halda  nail ola  bilər ki,  bir çox  insanları 

birgə yaşamaq üçün birləşdirə bilsinlər” [2, 108]. 

“Dövlət  xadimlərinin  aforizmləri”  əsərində  bir  neçə  aforizm  vasitəsilə 

ədalət  anlayışına  münasibətini  ifadə  edən  Əl-Fərabi  ona  ictimai  həyatın  asılı 

olduğu  ümumi  nemətlərin  insanlar  arasında  bölüşdürülməsi  baxımından 

yanaşaraq onu dörd əsas etik ləyaqətə ayırır. Onun fikrincə ümumi nemətlərin 

ədalətli  bölgüsü  reallaşmadan  nə  sosial  həyat,  nə  də  insanların  birgə  yaşayış 

tərzi qərarlaşa  bilməz.  Bu  münasibətlə o,  yazırdı:  “Ədalət, hər  şeydən  əvvəl, 

bütün şəhər adamlarının birgə istehsal etdiyi ümumi nemətlərin bölüşdürülməsi 

və daha sonra onlar arasında aparılmış bölgünün qorunub saxlanılmasıdır. Bu 

nemətlərin sırasına firavanlıq, var-dövlət, ehtiram, vəziyyət və digərləri aiddir. 

Bu nemətlərdən şəhərlilərin (cəmiyyət üzvlərinin) hər birinin payına müəyyən 

qədər düşməlidir, ayrılmış payın lazım olduğundan az və ya çox olması artıq 

ədalətsizlikdir” [2, 224].  

Əl-Fərabi insanda ədalət hissinin yaranmasına onun kamilləşməsi ilə sıx 

əlaqədə  baxırdı.  Onun  fikrincə,  ədalət  və  kamilləşmə  qarşılıqlı  şərtlənib,  bir-

birindən təcrid edilmiş halda mövcud ola bilməz. İnsan ən yüksək kamilləşmə 

naminə  yaşayır,  kamilləşmə  insanın  ali  və  son  məqsədidir.  Kamilləşməsiz 

xoşbəxtlik yoxdur. 

Əl-Fərabi  etikasının  ən  böyük  nailiyyəti  ondan  ibarətdir  ki,  burada 

insanın kamilləşməsi onun  mənəviyyatının kamillşəməsi  ilə  eyniləşdirilir. Bu 

etikanın  digər  bir  səciyyəvi  cəhəti  isə  belə  bir  həqiqətin  qəbul  edilməsindən 

ibarətdir  ki,  insan  harmoniyaya,  ədalətə,  kamilləşməyə  yalnız  cəmiyyətdə, 

ictimai  münasibətlər  sistemində  nail  ola  bilər.  Tənhalıqda  nə  harmoniya,  nə 

ədalət, nə də kamilləşmə baş verə bilməz. Buna görə də, “hər bir insan onun 

nail  ola  biləcəyi  kamilləşməyə  yiyələnmək  üçün  digər  insanların  əhatəsində 

olmalı, onlarla birləşməyi bacarmalıdır. 

Qeyd edək ki, yalnız ədalətin özü deyil, onun mənbəyi məsələsi də Fərabi 

fikrinin məşğuliyyəti olmuşdur. ədalət hissi nəyə əsaslanmalıdır? Sualını belə 

cavablandırarkən Əl-Fərabi əsasən Platonun fikrinə söykənmişdir: Platon kimi 

 

97 



o, 

da  belə  düşünmüşdür  ki,  insanları  ədalətə  sövq  edən  cəhət  məhəbbətdir. 

Ədalət  məhz  məhəbbətdən  qaynaqlanır.  Əl-Fərabi  məhəbbəti  ədalətin  əsası 

elan etsə də, Platondan fərqli olaraq bu qənaətə gəlmişdir ki, ədalət məsələsinə 

fərdi  mənafelərdən,  yəni  ayrı-ayrı  insanların  mənafelərindən  daha  yüksəkdə 

duran ictimai mənafeyi nəzərə almaq lazımdır. Əl-Fərabiyə görə ədalət insanı 

yüksəldərək  ona  mələk  gözəlliyi  bəxş  etdiyi  halda,  özündə  hər  cür 

eybəcərlikləri  və  yaramazlıqları  ehtiva  edən  ədalətsizlik  də  onu  aşağılayaraq 

kəskin tənqid hədəfinə çevirir. Ədalətsizlik insanın adi qüsuru olmayıb, onun 

məninin cılızlığından, mənəvi yoxsulluğundan xəbər verən bütün qüsurlarının 

məcmusudur.  Ədalətsizlik  haqqında  Əl-Fərabinin  son  qərarı  belə  olmuşdur: 

ədalətsizlik  insanı  insanlıqdan  mərhum  edən  alçaqlıq,  rəzalət  və  rəzillikdən 

başqa bir şey deyildir. 

 

ƏDƏBİYYAT 

1.

 

Аль-Фараби. Социально-этические трактаты. Алма-Ата: Наука 1973, 450 с. 



2.

 

Аль-Фараби. Философские трактаты. Алма-Ата: Наука, 1970, 628 с. 



3.

 

Аристотель. Анкомаова этика. СПБ, 1908, 2л. IV. 



4.

 

Аристотель. Метафизика. Баку: Mütərcim, 2008, 384 с. 



5.

 

Бертельс Е.Э. Избранные труды. Суфизм и суфийская литература. М: Знание, 1965, 



524 с. 

6.

 



Герцен А.И. Писмо об изучении природы. М: Госполитиздат, 1944, 200 с. 

7.

 



Избранные  произведения  мыслителей  стран  Ближнего  и  Среднего  Востока.  М.: 

Соцэктиз, 196, 629 с. 

8.

 

İmanov H., Əhədov A. Orta əsr islam şərqində fəlsəfi fikir. Bakı: BDU, 1998, 192 s. 



9.

 

Məmmədov Zakir. Azərbaycan fəlsəfi tarixi. Bakı: İrşad, 1994, 304 s. 



10.

 

Расиковский Е.В. Науковедение и Восток. М.: Наука, 1980, 464 с. 



11.

 

Şərq fəlsəfəsi (IX-XII əsrlər). Bakı: BDU, 1999, 304 s. 



 

ОБЩЕСТВЕННО-ЭТИЧЕСКИЕ ВЗГЛЯДЫ АБУ-НАСЫРА АЛ-ФАРАБИ 

 

М.Г.МУЙДАЧУ 

 

РЕЗЮМЕ 

 

Одной из наиболее представительной фигур средневековой исламской философии 



является Абу-Насыра ал-Фараби (873-950). Предъявляемая вниманию читателей статья 

показывает высокое творческое наследие известного мыслителя Абу-Насыра ал-Фараби. 

В  статье  анализируется  этические  взгляды  его  творчества,  определяется  категории 

этической концепции такие, как жажда, ум, счастье, воля, свобода воли, удовольствие и 

т.д., проводится логико-гносеологический анализ указанных категорий.  

 

Ключевые  слова:  Восточный  перипатетизм,  этика,  ум,  счастье,  воля,  жажда, 

достоинства, честь, удовольствие 

 

 



98 


ABU-NASYRA AL-FARABI’S SOCIAL-AETHETICAL VIEWS 

 

M.G.MUYDACHU 

 

SUMMARY 

 

One of the most representative figures of medieval Islamic philosophy is Abu-Nasyra 

al-Farabi (873-950).  The present paper  shows a high creative heritage of the  known thinker 

Abu-Nasyra al-Farabi. The article analyzes ethical views of his creativity, defines categories of 

the ethical concept such as thirst, mind, happiness, will, free will, pleasure etc., and carries out 

a logical-gnoseological analysis of the specified categories. 

 

Key words:  Eastern  peripatetizm, ethics, mind, happiness, will, thirst, advantages, 

honor, pleasure 



 

 

99 



Yüklə 244,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə