Azərbaycan Respublikası Konstitusiya Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü IL tarixli müraciətində göstərilmiş məsələlərin şəhri ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının dosenti



Yüklə 229,49 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü229,49 Kb.
#80822


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Sosial-

siyasi elmlər seriyası   

 

2013 

 

 

 

 

UOT 342.553:352 

 

YERLİ ÖZÜNÜİDARƏETMƏNİN HÜQUQİ TƏNZİMİNİN  

NƏZƏRİ ƏSASLARI 

 

A.İ.EYVAZOV 

Bakı Dövlət Universiteti 

anarkm@mail.ru 

 

Məqalə yerli özünüidarəetmənin hüquqi tənziminin nəzəri əsaslarına həsr olunmuşdur. 

Müəllif  yerli  özünüidarəetməyə  dair  əsas  nəzəriyyələri  -  azad  icma  nəzəriyyəsini,  ictimai 

nəzəriyyəni, dövlət nəzəriyyəsini, dualist bələdiyyə idarəetməsi nəzəriyyəsini və sosial xidmət 

nəzəriyyəsini hərtərəfli təhlil edir, onların hər birinin məzmununu, fərqli xüsusiyyətlərini, digər 

nəzəriyyələrlə  qarşılıqlı  əlaqəsini  araşdırır.  Həmin  nəzəriyyələrin  yerli  özünüidarəetmənin 

hüquqi tənziminə təsiri məsələlərinə xüsusi diqqət yetirilir. 

 

Açar  sözlər:  yerli  özünüidarə,  hüquqi  tənzim,  nəzəri  əsaslar,  azad  icma  nəzəriyyəsi, 

ictimai nəzəriyyə, dövlət nəzəriyyəsi, dualist bələdiyyə idarəetməsi nəzəriyyəsi, sosial xidmət 

nəzəriyyəsi 

 

Yerli  özünüidarəetmənin  hüquqi  tənziminin  nəzəri  əsaslarını  yerli 



özünüidarəetmənin mahiyyəti və təbiəti haqqında elmi cəhətdən əsaslandırılmış 

müddəalar  təşkil  edir.  Hazırda  yerli  özünüidarəetmənin  mahiyyəti  və  təbiəti 

haqqında  hamılıqla  qəbul  edilən  vahid  nəzəriyyə  mövcud  olmasa  da  tarixən 

formalaşmış  və  bir-birini  qismən  əvəz  edən  və  bəzən  də  inkişaf  etdirərək 

tamamlayan  ayrı-ayrı  nəzəriyyələr  müasir  dünya  dövlətlərinin  təcrubəsində 

yerli  hakimiyyətin  təşkilinin  və  yerli  özünüidarəetmənin  hüquqi  tənziminin 

müxtəlif modellərinin yaranmasının əsasını qoymuşdur. 

Yerli  özünüidarəetmə  haqqında  elmi  fikirlərin  konseptual  baxımdan 

sistemləşdirilməsi  və  müxtəlif  nəzəriyyələrin  formalaşması  əsasən  XIX  əsrə 

aiddir.  Lakin  elmi  hüquq  ədəbiyyatında  yerli  özünüidarəetmənin  və  onun 

haqqında  nəzəri  fikirlərin  inkişafı  feodal  mütləqiyyətinin  dağılması, 

federalizim və konstitusion ideyaların inkişafı ilə əlaqələndirilir (8, 216-217). 

Professor  Z.Əsgərovun  da  qeyd  etdiyi  kimi  icma  (yəni  yerli)  hakimiyyətinin 

təşkilı və onun dövlət hakimiyyəti ilə qarşılıqlı əlaqəsi haqqında elmi fıkirlər 

hələ  orta  əsr  Avropasında  inkişaf  etməyə  başlamışdır.  Bu  elmi  fikirlərin 

yaranması  və  inkişafı  ticarət-sənaye  kapitalının  formalaşmağa  başladığı  və 

feodalların  təsirindən  azad  olmaq,  torpaq  sahibkarlarının  yurisdiksiyasından 

 

40 




çıxmaq  istəyən  ayrı-ayrı  şəhər  icmalarının  cəhdləri  ilə  bilavasitə  bağlı 

olmusdur (1, 33). 

Rus  alimi  N.İ.Lazarevski  XX  əsrin  əvvəllərində  hesab  edirdi  ki,  yerli 

özünüidarəetmənin  4  əsas  nəzəriyyəsi  –  azad  icma  nəzəriyyəsi,  təsərrüfat  və 

ictimai  nəzəriyyə, hüquqi şəxs kimi özünüidarəedən  vahid  nəzəriyyəsi, siyasi 

nəzəriyyə - mövcuddur. O, həmin nəzəriyyələri hərtərəfli təhlil edərək belə bir 

nəticəyə gəlmişdi ki, bu nəzəriyyələrin hər biri eyni zamanda həm düzgündür 

və  həm  də  düzgün  deyil.  Belə  ki,  həmin  nəzəriyyələrin  hər  biri yerli 

özünüidarəetmənin əlamətlərindən yalnız birini ayrı-ayrılıqda əsas kimi götürür 

və ona üstünlük  verir,  lakin  həmin  əlamətin eyni zamanda  bütün ölkələrə  və 

hallara mütləq şəkildə şamil edilməsi yolverilməzdir (7, 50-51). 

Müasir rus alimi V.İ.Fadeev də araşdırılan məsələni təhlil edərkən yerli 

özünüidarəetmə  haqqında  5  əsas  nəzəriyyənin  mövcudluğunu  qeyd  edir  və 

aşağıdakıları  fərqləndirir:  azad  icma  nəzəriyyəsi;  ictimai  nəzəriyyə;  dövlət 

nəzəriyyəsi;  dualist  bələdiyyə  idarəetməsi  nəzəriyyəsi  və  sosial  xidmət 

nəzəriyyəsi (12, 17-21). 

Azərbaycanın elmi hüquq ədəbiyyatında da əsasən yerli özünüidarəetmə 

haqqında yuxarıda göstərilən 5 nəzəriyyə təhlil olunur (1, 32-39; 2, 28-36). 

Tarixən  yerli  özünüidarəetmənin  mahiyyəti  və  təbiətini  konseptual 

baxımdan əsaslandırmağa cəhd göstərən  ilk elmi nəzəriyyə azad  icma (və  ya 

icmanın təbii  hüquqları)  nəzəriyyəsi olmuşdur. Yerli özünüidarəetmənin azad 

icma  (icmanın  təbii  hüquqları)  nəzəriyyəsi  tam  şəkildə  XIX  əsrin  ortalarına 

yaxın vaxtlarda formalaşsa da onun bəzi prinsipial müddəaları bir qədər əvvəl 

Fransa 


inqilabı  zamanı  irəli  sürülmüşdür.  Məlumdur  ki,  hələ  1790-cı  ildə 

Fransa  Milli  Məclisində  yerli  idarəetmənin  islahatı  haqqında  qanun  layihəsi 

barədə  məruzəsində  Fransanın  dövlət  xadimi  J.-Q.Ture  icma  idaretməsinin 

təşkili ideyasını irəli sürmüş və onun əsas müddəalarını formalaşdırmışdır. J.-

Q.Ture hesab edirdi ki, yerli özünüidarəetmə mahiyyəti və təbiəti etibarilə iki 

qrup məsələləri əhatə edir: 

Birincisi,  bələdiyyə  idarəetməsinə  təbiətən  xas  olan  icmanın 

özünəməxsus işlərinin idarə olunması; 

İkincisi,  dövlət  tərəfindən  yerli  özünüildarəetmə  orqanlarına  verilən 

dövlət işlərinin idarə olunması. 

Qeyd  etmək  lazımdır  ki,  göstərilən  müddəalar  sonralar  həm  azad  icma 

(icmanın  təbii  hüquqları)  nəzəriyyəsi,  həm  də  yerli  özünüidarəetməyə  dair 

digər müxtəlif nəzəriyyələrdə daha da inkişaf etdirilmiş və təkmilləşdirilmişdir 

(6, 48-49). 

Azad  icma  (icmanın  təbii  hüquqları)  nəzəriyyəsinin  formalaşması  və 

inkişafına  fransız  dövlət  xadimi  A.Tokvilin  fikirləri  də  əhəmiyyətli  təsir 

göstərmişdir. O, 1835-ci  ildə  ilk hissələrini çap etdirdiyi  məhşur  “Amerikada 

demokratiya”  əsərində  qeyd  edirdi  ki,  elm  üçün  ibtidai  məktəblər  hansı  rol 

oynayırsa,  müstəqilliyin  bərqərar  olmasında  da  icma  institutları  həmin  rolu 

oynayır;  belə ki,  icma  institutları  xalqın azadlığa  yolunu açır  və  xalqı  həmin 

 

41 



azadlıqdan istifadəyə öyrədir. İcma institutları olmadan da millət azad hökumət 

qura bilər, lakin həqiqi azadlıq ruhu əldə edə bilməz (11, 65). 

Azad  icma  (icmanın  təbii  hüquqları)  nəzəriyyəsinin  formalaşması  və 

inkişafına  alman  hüquqşünas  alimlərinin  təsiri  daha  böyükdür.  Azad  icma 

(icmanın  təbii  hüquqları)  nəzəriyyəsi  məhz  alman  hüquq  məktəbi  tərəfindən 

bitkin  bir  təlim  halına  salınmışdır.  Bu  nəzəriyyənin  baniləri  E.Meyer, 

O.Labond, O.Rossler və başqaları hesab olunur.  

Ümumiləşdirilmiş  şəkildə  azad  icma  nəzəriyyəsinin  mahiyyəti  və 

məzmununu aşağıdakı kimi ifadə etmək olar: 

İcmanın  öz  işlərini  idarə  etmək  hüququ  insan  hüquqları  və  azadlıqları 

kimi  təbii  və  ayrılmaz  xüsusiyyətə  malikdir.  Belə  ki,  icma  təbii  şəkildə 

formalaşmış, mahiyyətcə dövlətdən asılı olmayan üzvi bir korporasiyadır. İcma 

dövlətə  münasibətdə  ilkindir  və  ondan  öncə  yaranmışdır;  dövlət  məhz  icma 

idarəetməsinin  inkişafı  nəticəsində  formalaşmışdır.  Dövlətin  yaranması  ilə 

icma  və  onun  rolu  dəyişikliyə  uğrayır;  belə  ki,  icma  dövlətin  zəruriliyini  və 

ö

zünün  ondan  asılılığını  tanımağa  məcburdur.Buna  görə  də  icma  öz 



hüquqlarının  bir  hissəsini  dövlətə  verir.  Lakin  icma  dövlətdən  əvvəl  yaran-

dığından  dövlət  icma  idarəetməsinin  müstəqilliyini  tanımalı  və  ona  hörmətlə 

yanaşmalıdır. Dövlət icmanı yaratmadığı, sadəcə olaraq onu tanıdığı üçün icma 

öz təbiətinə görə sərbəst olmaq  və  mərkəzi  hakimiyyətdən  müstəqillik  hüqu-

quna malikdir. Başqa sözlə, icmanın özünüidarə hüququ onun mahiyyətindən 

irəli gəlir  və təbiəti  ilə şərtlənir. Dövlət hakimiyyətinin təşkili  mexanizmində 

qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətləri  ilə  yanaşı  dördüncü 

hakimiyyət də - yerli (bələdiyyə, icma) hakimiyyəti də mövcuddur (10, 24). 

Azad icma 

(icmanın  təbii  hüquqları)  nəzəriyyəsinə  görə  yerli 

özünüidarəetmənin təşkili bir sıra prinsiplərə əsaslanmalıdır. Elmi ədəbiyyatda 

yerli  özünüidarəetmənin  təşkilinin  azad  icma  (icmanın  təbii  hüquqları) 

nəzəriyyəsindən irəli gələn aşağıdakı prinsipləri göstərilir: 

yerli  özünüidarəetmə  icmanın  öz  təbiəti  etibarilə  dövlət  işlərindən 



fərqlənən özünəməxsus işlərinin idarə olunmasıdır; 

icma  idarəetməsinə  aid  olan  işlər  icmanın  özünəməxsus  işlərinə  və 



dövlət tərəfındən ona həvalə olunan işlərə bölünür; 

yerli özünüidarəetmə orqanları dövlətin deyil, icmanın orqanlarıdır;  



- yerli özünüida

rəetmə orqanları icma üzvləri tərəfindən seçilir; 

dövlət  orqanları  icmanın  səlahiyyətlərinə  müdaxilə  etmək  hüququna 



malik  olmayıb  yalnız  icmanın  öz  səlahiyyət  həddindən  kənara  çıxmamasına 

nəzarət edə bilərlər (14, 5). 

Yerli özünüidarəetmənin hüquqi tənzimi zamanı azad icma (icmanın təbii 

hüquqları) nəzəriyyəsinin bəzi müddəalarının qanunvericilikdə tətbiqi ilk dəfə 

Belçikanın  1831-ci  il  Konstitusiyasında  öz  əksini  tapmışdır.  Həmin 

konstitusiya 

qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətləri  ilə  yanaşı 

dörd


üncü  hakimiyyət  kimi  icma  hakimiyyətini  təsbit  edirdi  və  icma 

idarəetməsinə həsr olunmuş ayrıca maddə nəzərdə tuturdu. 

 

42 



Təbii  hüquq  ideyalarına  əsaslanan  azad  icma  (icmanın  təbii  hüquqları) 

nəzəriyyəsi  yerli  özünüidarəetmənin  təbiətinin  aydınlaşdırılmasına  və  onun 

hüquqi  tənziminin  nəzəri  əsaslarının  müəyyən  olunmasına  yönəlmiş  ilk 

nəzəriyyə idi və mahiyyət etibarilə icma ilə dövlətin qarşı-qapşıya qoyulmasını 

şərtləndirirdi.  Bu  nəzəriyyənin  müddəaları  sonradan  yerli  özünüidarəetməyə 

dair  digər  nəzəriyyələrdə  daha  da  inkişaf  etdirilməklə  yanaşı  bu  gün  də  öz 

əhəmiyyətini  itirməmişdir. Belə ki, təkcə Belçikada deyil,  Avropanın  bir  sıra 

digər  ölkələrində  də  yerli  özünüidarəetmənin  hüquqi  tənzimi  nəzəri  cəhətdən 

həmçinin  azad  icma  (icmanın  təbii  hüquqları)  nəzəriyyəsinin  bəzi  müddəa-

larına əsaslanır. 

Yerli özünüidarəetmənin azad icma (icmanın təbii hüquqları) nəzəriyyəsi 

müəyyən çatışmazlıqlara malikdir. Belə ki, bu nəzəriyyə icmanın təbii xarakte-

rinə və ayrılmaz hüquqlarına əsaslandığından yalnız aşağı, icma səviyyəli yerli 

özünüidarəetmənin  təbiətini  və  təşkilinin  əsaslarını  nəzəri  cəhətdən  aydınlaş-

dırmağa yönəldilmişdir. Lakin nəzərə almaq lazımdır ki, yerli özünüidarəetmə 

təkcə  icmalar  səviyyəsində  həyata  keçirilmir.  Bir  çox  ölkələrdə  yerli 

özünüidarəetmə  həm  də  regional  (vilayətlər,  departamentlər  və  s.)  səviyyədə 

həyata keçirilir. İnzibati ərazi vahidləri kimi regionlar icmalardan fərqli olaraq 

təbii şəkildə formalaşmır, “süni şəkildə” dövlət tərəfindən yaradılır və onların 

sərhədləri  vaxtaşırı  dəyişdirilə  bilir.  Buna  görə  də,  icmalara  nisbətən  daha 

yuxarı səviyyəli  yerli  idarəetmənin, xüsusən də regional idarəetmənin  mahiy-

yəti və təbiətinin azad icma (icmanın təbii hüquqları) nəzəriyyəsi ilə əsaslandı-

rılması  elmi  cəhətdən  qeyri-mümkündür.  Belə  ki,  regionların  təbii  şəkildə 

formalaşmasına,  onların  təbii  xarakterinə  istinad  etmək  və  həmin  səviyyədə 

olan yerli özünüidarəetməni ayrılmaz təbii hüquqlarla əlaqələndirmək olmaz və 

bu fikir heç bir nəzəri və elmi əsasa malik deyil. 

XIX  əsrin  ikinci  yarısından  etibarən  formalaşmağa  başlamış  yeni 

nəzəriyyə  -  yerli  özünüidarəetmənin  ictimai  nəzəriyyəsi  azad  icma  nəzəriy-

yəsinin bu çatışmazlıqlarının aradan qaldırılmasını nəzərdə tutur. Rusiyada bu 

nəzəriyyə daha çox təsərrüfat və ya ictimai-təsərrüfat nəzəriyyəsi kimi tanınırdı 

və onun banilərindən biri professor V.N.Leşkov olmuşdur.  

Yerli özünüidarəetmənin ictimai (ictimai-təsərrüfat) nəzəriyyəsi də azad 

icma nəzəriyyəsində olduğu kimi, dövlət və icmanın (yerli cəmiyyətin) qarşı-

qarşıya  qoyulması  müddəasına  əsaslanır.  Lakin  azad  icma  nəzəriyyəsindən 

fərqli  olaraq  burada  icma  və  dövlətin  qarşı-qarşıya  qoyulması  icmanın  təbii 

xarakterinə  və  ayrılmaz təbii  hüquqlarına deyil,  başqa  ideyalara,  yəni  ictimai 

maraqlarla siyasi maraqların qarşı-qarşıya qoyulması, dövlət və cəmiyyətin hər 

birinin  öz  aralarında  əhəmiyyətli  şəkildə  fərqlənən  və  hətta  ziddiyyət  təşkil 

edən özünəməxsus işlərini ayrı-ayrılıqda idarə etmək hüququnun olması kimi 

ideyalara əsaslanır. 

İctimai  (ictimai-təsərrüfat)  nəzəriyyəsinə  görə  yerli  özünüidarəetmənin 

mahiyyəti icmanın təbii xarakteri və ayrılmaz hüquqları ilə deyil, yerli özünü-

idarəetməni həyata keçirən orqanların fəaliyyətinin xarakteri ilə müəyyənləşir. 

 

43 




Yəni  yerli  özünüidarəetməni  həyata  keçirən  orqanların  fəaliyyəti  öz  təbiəti 

etibarilə  qeyri-dövlət,  başlıca  olaraq  ictimai  və  təsərrüfat  xarakteri  daşiyir. 

Başqa  sözlə,  ictimai  (ictimai-təsərrüfat)  nəzəriyyəsi  yerli  özünüidarəetməni 

mahiyyət  etibarilə  yerli  əhəmiyyətli  təsərrüfat  işlərinin  idarə  olunması  ilə 

eyniləşdirir. 

Klassik  rus  hüquqşünas  alimi  N.M.Korkunov  yerli  özünüidarəetmənin 

ictimai (ictimai-

təsərrüfat)  nəzəriyyəsinin  təhlili  zamanı  qeyd  edir  ki,  bu 

nəzəriyyəyə  görə  yerli  özünüidarəetmənin  mahiyyətini  yerli  cəmiyyətə  öz 

ictimai  maraqlarının  təmin  edilməsi  hüququnun  verilməsi,  hökumət  orqanları 

üçün isə yalnız dövlət işlərinin idarə olunması səlahiyyətinin tanınması təşkil 

edir. O, daha sonra hesab edir ki, ictimai nəzəriyyə yerli cəmiyyətin dövlətə, 

ictimai maraqların siyasi maraqlara qarşı qoyulmasından çıxış edərək cəmiyyət 

və  dövlətin  hər  birinin  yalnız  öz  maraqlarının  təmin  olunması  istiqamətində 

fəaliyyətini tələb edir (5, 489). 

Yerli özünüidarəetmənin ictimai (ictimai-təsərrüfat) nəzəriyyəsinin ayri-

ayri 

elementləri  XIX  əsrin  ortalarında  bəzi  Avropa  ölkələrində  yerli  özünü-



idarəetmənin  hüquqi  tənziminə  müəyyən  qədər  təsir  göstərmişdir.  Rusiyada 

1864  və  1870-ci  illlərdə  keçirilmiş  yerli  (zemstvo)  və  şəhər  özünüidarəet-

məsinin islahatları faktiki olaraq bu nəzəriyyəyə əsaslanırdı. Həmin islahatlara 

görə yerli (zemstvo və şəhər) özünüidarəetmə orqanları dövlət orqanları deyil, 

xüsusi təsərrüfat vəzifələrini realizə etmək üçün mövcud olan ictimai orqanlar 

hesab olunurdu.  

Bu nəzəriyyənin əsas çatışmazlıqlarına, ilk növbədə, cəmiyyətlə dövlətin, 

ictimai  maraqlarla  siyasi  maraqların  qarşı-qarşıya  qoyulması  aiddir.  Belə  ki, 

təcrübədə  icmanın  (inzibati  ərazi  vahidinin)  özünəməxsus  işləri  ilə  dövlət 

tərəfindən ona həvalə olunmuş işlərin dəqiq fərqləndirilməsi çətindir və hətta 

bəzi hallarda mümkün deyil. Yəni yerli özünüidarəetmə orqanlarının həll etdiyi 

bir çox məsələlər sırf ictimai əhəmiyyətli deyil və dövlət işlərinə qarşı qoyula 

bilməz. İctimai əhəmiyyətli hesab olunan bir çox işlər (yolların çəkilməsi, yerli 

vergilər, təhsilin, mədəniyyətin, səhiyyənin idarə olunması və s. bu kimi işlər) 

öz 

məzmununa  görə  yerlərdə  dövlət  idarəetməsinin  vəzifələrindən  heç  nə  ilə 



fərqlənmir.  Həmin  məsələlər  təkcə  yerli  əhalinin  (icmanın)  deyil,  həm  də 

bütövlükdə dövlətin nəzərində maraq kəsb edən məsələlərdir (6, 51). 

Cəmiyyət ilə dövlətin qarşı-qarşıya qoyulması ilə yanaşı, ictimai (ictimai-

təsərrüfat) nəzəriyyəsinin digər çatışmazlıqları da vardır. Belə ki, bu nəzəriyyə 

onun tənqidçilərinin də qeyd etdiyi kimi, yerli özünüidarəetmənin mahiyyətini 

yalnız  təsərrüfat  funksiyalarının  həyata  keçirilməsi  ilə  məhdudlaşdırır  və 

bununla da özünüidarəetmə hüququna malik olan ərazi vahidlərini (icmaları və 

regionları)  xüsusi  hüququn  subyekti  olan  hər  hansı  təsərrüfat  və  digər 

birliklərlə (sənaye müəssisələri, korporasiyalar, xeyriyyə fondları və s.) bərabər 

tutur; lakin 

xüsusi hüququn subyekti olan birliklərə insanın mənsubiyyəti, eləcə 

də  həmin  birliyin  tərkibindən  çıxması  bilavasitə  onun  özündən  asılı  olduğu 

halda, özünüidarəetmə hüququna malik olan ərazi vahidlərinə mənsubiyyət və 

 

44 




həmin ərazi  vahidinin özünüidarəetmə orqanlarına tabeçilik  isə  insanın özün-

dən asılı olmayıb qanunla müəyyən edilir və onun yaşayış yeri ilə əlaqədardır. 

Fikrimizcə,  yerli  özünüidarəetmənin  mahiyyətinin  yalnız  təsərrüfat 

funksiyalarının həyata keçirilməsi ilə məhdudlaşdırılması da yolverilməz hesab 

olunmalıdır.  Belə  ki,  yerli  özünüidarəetmə  orqanları  müvafiq  ərazidə  təkcə 

xüsusi hüququn subyektlərinə aid olan təsərrüfat funksiyalarını deyil, həmçinin 

publik (kütləvi) hakimiyyət orqanlarına xas olan hüquqi hakimiyyət xarakterli 

bir sıra funksiyaları da həyata keçirirlər. Yerli özünüidarəetmə orqanları tərə-

findən  yerinə  yetirilən  publik  (kütləvi)  xarakterli  hüquqi-hakimiyyət  funksi-

yalarına  müvafiq  ərazidə  normativ  tənzimləməni  həyata  keçirmək,  orada 

yaşayan  insanlar  və  fəaliyyət  göstərən  hüquqi  şəxslər  üçün  ümumməcburi 

qaydalar müəyyən etmək, vergilər toplamaq və s. aid edilə bilər. 

Rus hüquqşünas alimi N.İ.Lazarevski bu nəzəriyyə barədə qeyd edirdi ki, 

ictimai (ictimai-

təsərrüfat) nəzəriyyənin nümayəndələri icma özünüidarəetmə-

sinin həyata keçirdiyi işlərin hansılarının hakimiyyət xarakterli olmayan xalis 

təsərrüfat  işlərinə,  mahiyyət  etibarilə  dövlət  idarəetməsinin  işlərindən 

fərqlənən, yalnız yerli özünüidarəetmə orqanlarına aid olan işlərə aid olduğunu 

müəyyən  etməyə  daimi  olaraq  ciddi  şəkildə  cəhd  göstərirlər.  Lakin  sırf  belə 

işlər yoxdur, belə ki, yerli özünüidarəetmə məcburi xarakter daşıyır və yalnız 

yerli  özünüidarəetmə  orqanlarına  aid  hesab  olunan  işlər  (yerli  polis,  yerli 

vergilər və s) həm də dövlət əhəmiyyətli işlərə aiddir (9, 12). 

XIX əsrin ortalarında  formalaşmış  və  Avropa ölkələrinin qanunvericili-

yinə  mühüm  təsir  göstərən  nəzəriyyələrdən  biri  də  yerli  özünüidarəetmənin 

dövlət  nəzəriyyəsidir.  Yerli  özünüidarəetmənin  dövlət  nəzəriyyəsinin  baniləri 

alman  hüquqşünas  alimləri  L.Şteyn  və  R.Qneyst  hesab  olunur.  XIX  əsrin 

sonları  –  XX  əsrin  əvvəllərində  həmin  nəzəriyyə  Rusiyada  geniş  yayılmış, 

klassik 


rus  hüquqşünas  alimləri  N.İ.Lazarevski,  A.D.Qradovski,  V.P.Be-

zabrazov tərəfindən daha da inkişaf etdirilmişdir. 

Yerli özünüidarəetmənin dövlət nəzəriyyəsinə görə yerli özünüidarəetmə 

orqanları tərəfindən sərbəst şəkildə həll olunan yerli əhəmiyyətli məsələlər öz 

təbiətinə görə dövlət işlərindən heç nə ilə fərqlənmir. Belə ki, publik (kütləvi) 

xarakterli  istənilən  idarəetmə  dövlətin  işi  hesab  olunmalıdır.  Başqa  sözlə, 

mahiyyət  etibarilə  dövlət  vəzifələrindən  fərqlənən  xüsusi  yerli  işlər,  yerli 

vəzifələr mövcud deyil; buna görə də, yerli orqanların özünəməxsus səlahiy-

yətləri də yoxdur. Yerli özünüidarəetmə orqanları bütün səlahiyyətlərini döv-

lətdən alırlar, həmin səlahiyyətlər dövlətindir və beləliklə yerli özünüidarəet-

mə orqanları dövlət təbiətinə malikdirlər. Bu baxımdan yerli özünüidarəetmə 

yerlərdə  dövlət  idarəetməsinin  təşkilinin  xüsusi  bir  formasıdır.  Lakin  bütün 

ölkə  ərazisində  yerləşən  icmaların  yalnız  mərkəzi  hakimiyyət  tərəfindən 

birbaşa  idarə olunması  mümkün olmadığından dövlət hakimiyyət səlahiyyət-

ləri  mərkəz  və  yerlər  arasında  bölünməlidir.  Yerli  özünüidarəetmə  dövlət 

işlərinin idarə olunması səlahiyyətlərinin mərkəzi hakimiyyətlə yerlər arasında 

bölünməsində  təzahür  edir.  Yerli  özünüidarəetmənin  mahiyyəti  dövlətdən 

 

45 




ayrılmaqda  deyil,  onun  maraqlarına  və  məqsədlərinə  tabe  olmaqdadır.  Yerli 

özünüidarəetmənin  dövlət  hakimiyyətindən  ayrılması  dövlətçilik  üçün  son 

dərəcə  əlverişsiz  olan  nəticələrə  gətirib  çıxara  bilər.  Ona  görə  də  yerli 

özünüidarəetmə  ünsürləri  nə  qədər  geniş  inkişaf  etsə  də,  onun  orqanları  nə 

qədər  müstəqil  olsalar  da,  onlar  daha  sıx  şəkildə  ümumi  dövlət  idarəetmə 

sisteminə daxil olmalıdırlar (3, 9). 

Beləliklə,  dövlət  nəzəriyyəsinin  tərəfdarları  hesab  edirlər  ki,  yerli 

özünüidarəetmə orqanlarının səlahiyyətlərinin mənbəyi dövlət hakimiyyətidir, 

yəni həmin səlahiyyətlər dövlət tərəfındən müəyyən olunur və verilır. Dövlət 

idarəetməsinin  bir  sıra  məsələlərinin  yerli  özünüidarəetmə  orqanlarına 

verilməsində  əsas  məqsəd  həmin  məsələlərin  yerli  səviyyədə  daha  səmərəli 

həllinə nail olmaqdır. Lakin mərkəzi dövlət idarəetməsindən fərqli olaraq yerli 

özünüidarəetmə  dövlət  məmurları  tərəfındən  deyil,  yerli  idarəetmədə 

özünəməxsus  maraqları  olan  yerli  əhalinin  seçdiyi  nümayəndələr  tərəfındən 

həyata  keçirilməlidir.  Belə  ki,  ciddi  tabeçilik  əsasında  təşkil  olunan  mər-

kəzləşdirilmiş dövlət  idarəetməsi zamanı dövlət  məmurları  bir qayda olaraq, 

təşəbbüskarlıqdan  və  sərbəstlikdən  məhrum  olurlar.  Onlar  icma  qarşısında 

hesabat  vermədikləri  üçün  mahiyyət  etibarilə  yerli  əhalidən  asılı  olmurlar. 

Odur  ki,  yerli  əhəmiyyətli  məsələlərin  mərkəzi  hakimiyyət  tərəfındən  təyin 

olunan  məmurlar  tərəfindən  həlli  yerli  maraqları  tam  təmin  edə  bilməz.  Bu 

baxımdan yerli əhəmiyyətli dövlət məsələlərin həlli üçün yerli əhali tərəfindən 

formalaşdırılan seçkili özünüidarəetmə orqanlar mövcud olmalıdır. 

Elmi  hüquq  ədəbiyyatında  yerli  özünüidarəetmənin  dövlət  nəzəriyyə-

sində  iki  əsas  cərəyanın  –  siyasi  və  hüquqi  cərəyanların  mövcudluğu  qeyd 

olunur.  Bəzi  hallarda  bu  cərəyanlar  yerli  özünüidarəetmənin  iki  müxtəlif 

nəzəriyyəsi  kimi  də  şərh  olunur;  lakin  onlar  mahiyyət  etibarilə  müstəqil 

nəzəriyyələr  deyil.  Qeyd  etmək  lazımdır  ki,  yerli  özünüidarəetmənin  dövlət 

nəzəriyyəsinin siyasi və hüquqi cərəyanları bir-birindən yerli özünüidarəetmə 

orqanlarının  müstəqilliyinin  əsas  əlamətlərinin  müəyyən  olunmasına 

münasibətdə fərqlənir. 

Siyasi  cərəyana  görə  (bu  cərəyana  R.Qeyst  rəhbərlik  edirdi)  yerli 

özünüidarəetmə orqanlarının və onların vəzifəli şəxslərinin seçkili olması öz-

özlüyündə  yerli  özünüidarəetmənin  reallığını  və  müstəqilliyini  tam  şəkildə 

təmin  etmir.  Belə  ki,  istənilən  məmurun  xidməti  fəaliyyətinin  onun  üçün 

dolanacaq  mənbəyi  olması  istər-istəməz  həmin  məmurun  iqtisadi  asılılığını 

şərtləndirir;  həmin  məmur  öz  iqtisadi  vəziyyətinə  görə  ona  aid  olmayan  və 

həttə  bəzən  zidd  olan  maraqlara  xidmət  etməyə  məcburdur.  Yəni  məmurun 

iqtisadi asılılığı onun siyasi asılılığını şərtləndirir və  yerli özünüidarəetmənin 

həyata keçirilməsi zamanı ona  müstəqil qərarlar qəbul etməyə  imkan  vermir. 

Buna  görə  də,  yerlərdə  özünüidarəetmə  yerli  əhali  arasından  xüsusi  qaydada 

seçilmiş  nüfuzlu  şəxslər  tərəfindən  və  əvəzi  ödənilmədən  (yəni  ictimai 

əsaslarla) həyata keçirilməlidir.  

 

46 



Qeyd etmək lazımdır ki, siyasi cərəyanın müəyyən qədər tərəfdarları olsa 

da,  geniş  yayılmadı  və  yerli  özünüidarəetmənin  hüquqi  tənziminə  ciddi  təsir 

göstərə  bilmədi.  Bu  cərəyanın  irəli  sürdüyü  müddəalar  yalnız  Prussiya 

qanunvericiliyində XX əsrin əvvəllərinə qədər öz əksini tapmış oldu. 

Hüquqi  cərəyana  görə  (bu  cərəyana  L.Şteyn  rəhbərlik  edirdi)  yerli 

özünüidarəetmə orqanlarının müstəqilliyinin əsasını onların bilavasitə dövlətin 

orqanları  olması  deyil,  dövlət  tərəfindən  müəyyən  hakimiyyət  xarakterli 

vəzifələrin həvalə olunduğu yerli icmanın (cəmiyyətin) orqanları olması təşkil 

edir. Hüquqi cərəyanın tərəfdarlarına görə yerli özünüidarəetmənin özünəməx-

susluğu  ondadır  ki,  özünüidarəedən  ərazi  kollektivləri  hüququn  xüsusi 

subyektləridir,  dövlətlə  hüquq  münasibətinə  daxil  ola  bilən  xüsusi hüquqi 

şəxslərdir.  Məhz  bu  xüsusiyyət  yerli  özünüidarəetmə  orqanlarını  dövlətin 

adından çıxış edən və ümumdövlət maraqlarından fərqlənən xüsusi maraqlara 

malik olmayan digər dövlət orqanlarından fərqləndirir. Başqa sözlə, bu orqan-

ları  digər  dövlət  orqanlarından  fərqləndirən  əsas  xüsusiyyət  yerli  özünüida-

rəetmə  orqanlarının  xüsusi  hüquq  subyektliyinə  malik  olmasındadır.  Belə  ki, 

onlar dövlətlə ayrıca hüquqi şəxs kimi bu və ya digər hüquqi münasibətə daxil 

olmaq səlahiyyətinə malikdirlər.  

D

övlət  nəzəriyyəsi  uzun  müddət  ayrı-ayrı  Avropa  dövlətlərində  yerli 



özünüidarəetmənin  hüquqi  tənziminə,  bu  sahədə  müvafiq  qanunvericiliyin 

formalaşmasına  və  inkişafına  əhəmiyyətli təsir göstərmişdir. Rusiyada 1890-

1892-

ci  illlərdəki  yerli  (zemstvo)  və  şəhər  idarəetməsinin  islahatları  məhz 



həmin nəzəriyyə əsasında həyata keçirilmişdir.  

Yerli  özünüidarəetmənin  hüquqi  tənziminə  əhəmiyyətli  təsir  göstərən 

nəzəriyyələrdən  biri  də  dualizm  nəzəriyyəsidir.  Bu  nəzəriyyəyə  görə  yerli 

özünüidarəetmə  ikili  təbiətə  malikdir;  bir  tərəfdən  yerli  işlərin  müstəqil  həll 

olunmasını, digər tərəfdən isə müəyyən dövlət funksiyalarının yerli səviyyədə 

həyata  keçirilməsini  əhatə  edir  (4,  43).  Yerli  özünüidarəetmə  orqanlarının 

müstəqilliyi yalnız yerli əhəmiyyətli məsələlərin sərbəst həlli ilə məhdudlaşır. 

Lakin yerli özünüidarəetmə orqanları öz funksiyalarını həyata keçirərkən yerli 

maraqlar və yerli əhəmiyyətli məsələlər çərçivəsindən kənara çıxaraq yerlərdə 

mərkəzi  hakimiyyətin  səlahiyyətlərini  də  reallaşdırırlar.  Buna  görə  də,  onlar 

həm də dövlət orqanları sayılmalı və dövlət vəzifələrini həyata keçirərkən mər-

kəzi  hakimiyyətə  tabe  olmalıdırlar.  Bu  da  son  nəticədə  yerli  özünüidarəetmə 

fəaliyyətinə  dövlət  orqanlarının  müəyyən  həddə  müdaxilə  etməsini  nəzərdə 

tutur.  


Yerli  özünüidarəetmə  orqanları  tərəfindən  həyata  keçirilən  fəaliyyətə 

dövlətin  müəyyən  həddə  müdaxilə  imkanı  onunla  izah  olunur  ki,  təhsil, 

mədəniyyət, səhiyyə  və s. kimi  bir  sıra  yerli  məsələlər eyni zamanda ümum-

dövlət əhəmiyyəti kəsb edir və bələdiyyələr müvafiq idarəetmə funksiyalarını 

həyata  keçirərkən  yerli  mənafelər  çərçivəsindən  kənara  çıxır.  Bu  zaman 

bələdiyyələr  mərkəzi  dövlət  hakimiyyətinin  təmsilçisi  kimi  çıxış  etməlidir. 

Bununla  yanaşı,  bələdiyyələr  sırf  yerli  əhəmiyyətli  məsələlərin  həllində  öz 

 

47 




müstəqillyini  saxlayırlar.  Elmi  hüquq  ədəbiyyatında  mərkəzi  hakimiyyətin 

bələdiyyələrin  işinə  müdaxiləsinin  səbəbi  ümumdövlət  əhəmiyyətli  sahələrin 

idarə  edilməsində  vahid  və  yüksək  səviyyəli  standartların  təmin  edilməsinin 

zəruriliyi  ilə  əlaqələndirilərək  qeyd  olunur  ki,  bələdiyyələr  üzərində  mərkəzi 

hakimiyyətin  nəzarəti,  hər şeydən əvvəl,  yuxarıda göstərdiyimiz ümumdövlət 

əhəmiyyəti  kəsb  edən  bir  sıra  yerli  məsələlərin  həll  edilməsində  dövlətin 

maraqlarının təmin edilməsinə xidmət edir (2, 35). 

Müasir dünya ölkələrində yerli özünüidarəetmənin hüquqi tənziminə və 

müvafiq  sahədə  qanunvericiliyinin  formalaşmasına  bilavasitə  təsir  göstərən 

nəzəriyyələrdən biri də XX əsrdə formalaşan sosial xidmət nəzəriyyəsidir. Bu 

nəzəriyyəyə  görə  yerli  özünüidarəetmə  fəaliyyətinin  əsas  məqsədini  əhalinin 

həyat tərzinin  yaxşılaşdırılmasına köməklik göstərmək təşkil edir. Buna görə 

də yerli özünüidarəetmə orqanlarının qarşısında duran ən mühüm vəzifələrdən 

bi

ri  də  müvafiq  ərazisində  yaşayan  əhaliyə  müxtəlif  sosial  xidmətlər  gös-



tərilməsidir. Yerli özünüidarəetmə orqanlarının bu funksiyanı lazımi qaydada 

həyata keçirməsi üçün tələb olunan ən vacib şərt onların lazımi maddi texniki 

bazasının mövcudluğu və dövlət tərəfindən yetərli təminatın verilməsidir. 

Şərh olunanları ümumiləşdirərək aşağıdakıları qeyd etmək olar: 

Birincisi,  müasir  dünya  dövlətlərində  yerli  özünüidarəetmənin  hüquqi 

tənzimi  nəzəri  cəhətdən  yerli  özünüidarəetmənin  mahiyyəti  və  təbiəti  haq-

qındakı  elmi  müddəalara  əsaslanır.  Yerli  özünüidarəetmənin  mahiyyəti  və 

təbiəti haqqında tarixən formalaşmış və bir-birini qismən əvəz edən və bəzən 

də tamamlayan  nəzəriyyələrin  hər  biri  müxtəlif  dövrlərdə ayrı-ayrı ölkələrdə 

yerli özünüidarəetmə haqqında qanunvericiliyin formalaşmasına və inkişafına 

bu  və  ya  digər  dərəcədə  təsir  göstərmiş,  bir  növ  yerli  özünüidarəetmənin 

hüquqi tənzimi üçün nəzəri əsaslar rolunu oynamış və onun təşkilinin müxtəlif 

modellərinin  yaranmasını  şərtləndirmişdir.  Bəzi  ölkələrin  qanunvericiliyində 

eyni zamanda bir neçə nəzəriyyənin müddəalarının təsirini görmək olar.  

İkincisi, hazırda yerli özünüidarəetmənin mahiyyəti və təbiəti haqqında 

hamılıqla qəbul edilən vahid nəzəriyyə mövcud olmasa da, yerli özünüidarəet-

mənin  müasir  modellərinin  əksəriyyəti  və  müvafiq  olaraq  onların  hüquqi 

tənzimi, habelə bu sahədə olan elmi şərhlər daha çox dualizm nəzəriyyəsinin 

müddəalarına  əsaslanır  ki,  bu  nəzəriyyə  də  mahiyyət  etibarilə  digər  nəzəriy-

yələrin, xüsusən də azad icma, ictimai və dövlət nəzəriyyələrinin bəzi prinsi-

pial  cəhətlərini  özündə  ehtiva  edir.  Dualizm  nəzəriyyəsi  həmçinin  Yerli 

özünüidarə  haqqında  Avropa  Xartiyasının  bir  çox  müddəalarının  və 

normalarının formalaşmasına da mühüm təsir göstərmişdir. 

Üçüncüsu, Azərbaycan Respublikasında yerli özünüidarəetmənin konsti-

tusiya-

hüquqi tənzimində azad icma və dualizm nəzəriyyələrinin müddəaların-



dan  istifadə  olunur.  Belə  ki,  yerli  özünüidarəetmə  orqanları  dövlət  orqanları 

hesab  olunmur  və  yerli  əhali  tərəfindən  seçki  yolu  ilə  formalaşdırılır, yerli 

əhəmiyyətli məsələlərin həllində onların nisbi müstəqilliyi tanınır, bəzi dövlət 

funksiyalarının  yerli  özünüidarəetmə  orqanlarına  verilməsi  imkanı  nəzərdə 

 

48 



tutulur,  müvafiq  dövlət  orqanı  tərəfindən  bələdiyyələrin  fəaliyyətinə  inzibati 

nəzarət müəyyən olunur və s. 

 

ƏDƏBİYYAT 

1.

 



Əsgərov  Z.A.  Yerli  özünüidarəetmənin  nəzəri-hüquqi  əsasları  //  Bakı  Universitetinin 

xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2009, № 3, s. 32-39 

2.

 

Nəcəfov İ.Ə. Yerli özünüidarəetmə haqqında nəzəriyyələr // “Dövlət və hüquq”, 2003, № 



5-6, s. 28-36 

3.

 



Безобразов В.П. Государство и общество. Управление и самоуправление и судебная 

власть. СПб.: 1882 

4.

 

Ковешников  Е.М.  Государство  и  местное  самоуправление  в  России:  теоретико-



правовые взаимодействия. М.: НОРМА, 2002, 272 с. 

5.

 



Коркунов Н.М. Русское государственное право. Т.II, СПб.: 1909, 689 с. 

6.

 



Кутафин О.Е., Фадеев В.И. Муниципальное право Российской Федерации. Учебник, 

М.: Проспект, 2009, 672 с.  

7.

 

Лазаревский Н.И. Лекции по русскому государственному праву. СПб.: 1910 



8.

 

Лазаревский Н.И. Русское государственное право. В 2 т., Т.1, СПб.: 1913 



9.

 

Лазаревский  Н.И.  Самоуправление.  Мелкая  земская  единица  //  Сборник  статей. 



СПб.: 1903. С. 12. 

10.


 

Овчинников И.И. Местное самоуправление в системе народовластия. М.: Институт 

государства и права РАН, 1999, 329 с. 

11.


 

Токвиль А. Демократия в Америке. М.: Прогресс, 1992, 365 с. 

12.

 

Фадеев В.И. Муниципальное право России. М.: Юрист, 1994, 168 с. 



13.

 

Черник  И.Д.  Основные  теории  местного  самоуправления:  происхождение  и 



развитие. М.: ИНИНОН РАН , 1996, 35 с. 

14.


 

Ясюнас В.А. Основы местного самоуправления. Учебное пособие. М.: Ось-89, 1998, 

224 с. 

 

ТЕОРЕТИЧЕСКИЕ ОСНОВЫ ПРАВОВОГО 



РЕГУЛИРОВАНИЯ МЕСТНОГО САМОУПРАВЛЕНИЯ 

 

А.И.ЭЙВАЗОВ 

 

РЕЗЮМЕ 

 

Статья  посвящена  теоретическим  основам  правового  регулирования  местного 



самоуправления.  Автор  исследует  несколько  теорий  –  теорий  свободной  общины, 

общественную и государственную теории местного самоуправления, теорию дуализма. 

В  статье  подробно  рассматривается  содержание,  отличительные  черты  и  соотношение 

этих  теорий.  Особое  внимание  уделяется  влиянию  этих  теорий  на  правовое  регули-

рование местного самоуправления. 

 

Ключевые  слова:  местное  самоуправление,  правовое  регулирование,  теорети-

ческие  основы,  теория  свободной  общины,  общественная  теория,  государственная 

теория, дуалистическая теория, теория социального обслуживания  

 

 

49 




THE THEORETICAL BASES OF THE LEGAL REGULATION  

OF LOCAL SELF-GOVERNMENT 

 

A.I.EYVAZOV 

 

SUMMARY 

 

The article is devoted to the theoretical foundations of the legal regulation of local self-



government. The author researches free community, social, state and dualism theories of local 

self-government. The article details the contents, characteristics and relationship of these 

theories. Particular attention is paid to the influence of these theories in the legal regulation of 

local self-government.  

 

Key words: local self – government, legal regulation, theoretical basis, theory of a free 

community, public theory, state theory, dualistic theory, theory of social services  



 

 

 



 

50 

Yüklə 229,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə