Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi



Yüklə 24,29 Kb.
tarix21.06.2018
ölçüsü24,29 Kb.
#50279

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ey ana torpağım! Ey Azərbaycan!

Metodiki vəsait

2016

c:\users\admin\desktop\downloads\thumb_302_8203158.jpg

Can qurban etmənin vaxtı çatıbsa,                            

Səndən hansı namərd əsirgəyər can?                           

Qoyaram başımı ayaqlarına,                           

Ey ana torpağım! Ey Azərbaycan!

İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır. Ana müqəddəsdir və məhz müqəddəsliyinə görə Vətəni də anamız kimi sevir, ona "Ana Vətən!” deyirik. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. 

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar! Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdır və daim yaşayacaqdır. Son dövrlərin narahat dünyası, zorla cəlb etdiyimiz Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alınmayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları qəhrəman olmaya bilməz. Bu torpağın övladını torpaq özü götürməz. 

Şəhidlərim!


Elimizə sizsiz gələn
İlkin bahar nəfəsindən
Torpağınız isindimi?
Göyümüzdən durna keçir
Məzarınız diksindimi?
Bu sədanın sizə gəlib
Çatmazından-çatarından
Salam olsun!
Göyümüzdən-
İlkin durna qatarından 
Salam olsun!
Nanə-nanə gözü dolan bulaqlardan,
Yasınızı saxlar olan,
Buludları ağlar olan
Bu dağlardan salam olsun!

Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır. 

Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır.Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır.        

Vətən müqəddəsdir, ülvidir.Onun hərşeyi – dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır.    

     


Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başaçatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsil vətəndaş ola bilməzsən.        

Mənim vətənim Azərbaycandır.Bura Azərbaycanlıların tarixi vətəni, tarixi yurdudur. Gəlin Azərbaycan xalqının çox əsrlik tarixini vərəqləyək.    


   Əliniz ümiddən qopmayıb hələ
Qanınız torpağa hopmayıb hələ
“Sevirəm”kəlməsi tapmayıb hələ
Qəfil güllə tapdı sevdanı ,qardaş,
Torpaq götürməsin buqanı , qardaş.

  

Azərbaycan xalqının tarixi çox qədimdir.Hazırda Respublikamızda yaşı bir neçə min il olanAzığ mağarası, Qobustan, Qəbələ kimi çoxlu tarixi abidə, Naxçıvan, Bərdə, Gəncə kimi qədim şəhərlər vardır. Azərbaycan xalqı bəşər dünyasına Nizami, Nəsimi, Füzuli, Əcəmi kimi dahilər vermişdir.Onları təkcə ölkəmizdə deyil, bütün dünyada tanıyırlar.Xalqın azadlıq, müstəqillik uğrunda mübarizəsi isə tariximizin ən parlaq səhifələrini təşkil edir.         



Arzusu göylərə ,yerə sığmayan
Araza sığmayan , Kürə sığmayan
Nağıla , dastana , şerə sığmayan
ən ali , müqəddəs sözdü Şəhidlər.
Torpaq götürməsin bu qanı ,qardaş.
Gözləriniz yoxdu torpaq tökülə
Telləriniz yoxdu sığal çəkilə
Cəsədiniz yoxdu kəfən bükülə
Biz necə oxşayaq yaranı ,qardaş,
Torpaq götürməsin bu qanı ,qardaş.

Anamız Tomris bir qılınc zərbəsi ilə Keyxosrovun başını kəsəndə dünya heyran qaldı türk qadının hünərinə, igidliyinə.Bəli, bu torpaq özünə layiq igid oğullar, qızlaryetirib.Elə igidlər ki, əsrlər keçsə də, onların adı xalqımızın daş yaddaşında əbədi iz buraxmış, gələcək nəsillərə örnək kimi xatirələrdə qalmışdır.Bu gün öz keçmişi ilə Cavanşiri,Tomrisi, Babəki, Koroğlusu, Xətaisi, Cavadxanı, Xiyabanisiilə və daha neçə-neçə igid oğlu, qızı ilə fəxredir Azərbaycan.     


Bu savaşAzərbaycana neçə-neçə qəhrəman bəxş etdi və tarix sübut etdi ki, qəhrəman Azərbaycan oğulları həmişə Vətənə sadiqdirlər və onun yolunda canlarını qurban verməyə hazırdırlar.        

Azərbaycan Mənim Vətənimdir və mən bu diyarı ürəyim qədər sevirəm.Mən bu diyarın oğluyam və lazım gələrsə, canımı da, qanımı da, Vətənimə fəda etməyə hazıram.                         

Əzilmişik, amma üzülməmişik.Qəhrəman oğulları, qeyrətli qızları olan bir xalq heç zaman sına bilməz, əyilə bilməz.Çox keçməyəcək ki, Azərbaycan oğlu kükrəyərək yerindən qalxacaq, əsl hərb meydanını düşmənə göstərəcəkdir.Ya odlara yanmalı, ya da Vətənimiz Azərbaycanın ən dilbər guşəsi olan Qarabağı yağı əlindən xilas etməliyik.Ya şəhid olmalı, ya da Koroğlu cəsarətini, Babəkvüqarını düşmənə göstərməliyik.
Millətimiz öz yurdunda əsir-yesir,

Bu musibət ürəklərdə sanki bir dağ,

Ayağa dur, Vətən oğlu, bayrağını

Düşməninin düz gözünün içinə çax!


https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/78/flag_of_azerbaijan_1918.svg/200px-flag_of_azerbaijan_1918.svg.png

 

MənVətənim Azərbaycanın vüqarı, şərəfi naminə canımdan da, qanımdan da keçməyə hazıram.Mənim ürəyim vətənə sonsuz məhəbbətlə doludur.



Əgər bu ürək:

Vətənimçin lazım gəlsə,

Polad kimi gərilməsə,

Torpağına sərilməsə,

Demək, o heç üərk deyil,

O heç mənə gərək deyil.



d:\sekil ana\xalc.jpg

Tərtərrayonu…..Ön cəbhəmiz.Ordumuzun Aperlin 2-də işğaldan azad etdiyi Talış kəndi ətrafındakl yüksəkliklərin yaxınığında....

Bir neçə gün əvvəl bu yüksəklilərin düşməndən azad edilməsində qəhrəmanlıq göstərərək şəhid olan Salyanlı Rövşən qardaşımız da vardır. Şəhidin anasına yazdığı son “mesaj “da “ təki vətən sağ olsun. Vətən üçün şəhid olacam ana “ deyən Rövşəninin yalnız bir istəyi vardı:” Üzərində qardaşlarının qanı olan həmin yerlərin bir daha düşmənin əlinə keçməsinə imkan verməyəcək!!!!!” Nə bahasına olursa olsun son damla qanına kimi vuruşacaq. Salyan rayonunu Xələc kəndində böyümüşdü Rövşən.Arzularından ən böyüyü hərbçi olmaq idi. Hərb yolunu da torpaqlarımızı düşmən işğalından azad etmək arzusu ilə seçmişdi.

Axşam qaralırdı.Sanki talış kəndi ətraındakı yüksəkliklər düşmən tapdağından azad etdyiniz üçün “ Sizə halal olsun” deyə halallıq verirdi torpağa qoyulan şəhidlərimizə.

Indi şəhidlərimizin qanı ilə daha da müqəddəsləşib bu yerlər.

Vətən torpağı kimi ən müqəddəs olmaqla yanaşı talış kəndi ətrafındakı yüksəklilərin strateji önəmi də böyükdür. Axşam düşür . Şər qaraırdı.Biz isə kənardan Talışkəndi ətrafındakı yüksəklilərə baxırdiq. Gözəl yaz qoxusu kəndin qoxusna qarışmışdı.



Şəhidlərimizin ruhuna dualar oxuduq. Son hadisələrin gərginliyinə baxmayaraq hamı ruh yüksəkliyi içərisindədir. Qürurla dedilər ki. Torpaqlarımızı azad etmək üçün hamımız ali Baş Komandanın əmrində olan əsgərlərik. Allahdan bütün şəhdlərimizə rəhmət diləyirik!!!!!!!

Metodika şöbəsi: Yarıyeva Səadət...
Yüklə 24,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə