Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi metodiki vəsait



Yüklə 46,23 Kb.
tarix26.03.2018
ölçüsü46,23 Kb.
#34168

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Salyan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

metodiki vəsait

Gənclər bizim gələcəyimizdir”2017


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin inkişafına hər zaman böyük qayğı ilə yanaşmışdır. Belə ki, idmanımızın inkişafı da məhz onun sayəsində mümkün olmuşdur. Bütün bunlar dövlətin gənclərimizə qayğısının nəticəsidir. 1999-cu il iyulun 29-da ümummilli lider Heydər Əliyev “Dövlət gəncləri siyasəti haqqında” fərman imzalamışdır. Bu fərmanla geniş tədbirlər planı həyata keçirilməyə başlandı. 2002-ci il aprelin 9-da “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunda

gənclər siyasətinin məqsəd və prinsipləri, onun həyata keçirilməsində dövlətin vəzifələri, bu siyasətin əsas istiqamətləri, həyata keçirilməsinin təşkilati, maddi və maliyyə təminatı və digər məsələlər konkret əksini tapıb. Bu istiqamətdə aparılan məqsədyönlü işlər nəticəsində dövlət-gənclər siyasətinin normativ hüquqi bazası formalaşıb. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan gəncləri “... sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.” Inanırıq ki, bu gənclik böyük azərbaycanlı Heydər Əliyevin ideyalarını ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirəcək, inkişaf etdirəcək daha işıqlı gələcəyə aparacaq.

2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-ci ilin 2 fevralında keçirilmişdir. 1997-ci ildən fevralın 2-si ümumilli liderimiz Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Gəncləri Günü” elan olunub.Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişi, 51 faizi isə qadınlardır. 14 ildir qeyd etdiyimiz Gənclər

Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq

Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunan-dan sonar digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlanmışdır. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si “Gənclər gü-nü” elan edilib. 1997-ci ildən etibarən ölkəmizdə gənclərin hüququnu müdafiə edən, onların inkişafına yönələn bir sıra qərar və sərəncamlar qəbul edilmişdir. Bu sərəncama əsaslanaraq kitabxanalarımız gənclərimizin xüsusi maraq və meyillərinin aşkar edilməsini nəzərdə tutan müəyyən tədbirlər görə bilər. Həmin tədbirlər aşağıdakı problemləri əhatə etməlidir:

1. Gənclərin təşəbbüslərinin dəstəklənməsi;

2. Gənclərin asudə vaxtının səmərəli təşkil olunması;

3. Gənclərə vətənpərvərlik hissinin aşılanması;

4. Gənclərin sağlamlığının qorunması məqsədilə onların zərərli vərdişlərdən uzaqlaşdırılması üçün tədbirlərin görülməsi;

5. Yaradıcı gənclərin üzə çıxardılması;

Müasir dövrdə kitabxanalarda gənclərin bir sıra problemlərinin aradan

qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Belə ki, bir sıra problemlərlə əlaqədar kitabxanalarımızda aksiyaların, gənclərlə görüşlərin və müəyyən tədbir planlarının həyata keçirilməsi məqsədə müvafiq olardı:

1. Müəyyən səbəblərdən gənclərin təhsildən yayınmasının qarşısını almaq və onlarda təhsilə maraq artırmaq məqsədilə onlarla görüşlərin keçirilməsi.

2. Gənclərin sağlamlığının qorunması və onlar arasında AİDS-in törətdiyi fəsadlar haqqında geniş maarifçilik işi aparmaq.

3. Gənclərimizi ziyanlı vərdişlərdən (narkotik, alkoqol, popiros) yayındırmaq məqsədilə aksiyaların təşkili.

4. Gənclərin mütaliəsinin düzgün istiqamətləndirilməsi məqsədilə kitabxanalarda xüsusi proqramların təşkil edilməsi, informasiya və məsləhət xidmətinin həyata keçirilməsi.

Gənclər arasında iş aparan zaman kitabxanaçılar onları aşağıdakı müəyyən qruplara ayıraraq öz işlərini istiqamətləndirə bilərlər.
Yuxarı sinif şagirdləri arasında “Ən yaxşı povest”, “Ən yaxşı şeir”, “Ən

yaxşı hekayə” adları altında müsabiqələr təşkil etmək olar. Gənc istedadları həvəsləndirmək məqsədilə qalibin hekayə və ya povestini elə gənclərin öz iştirakı ilə səhnələşdirmək onların həvəsini daha da artırar.


Gənc oxucularımızın ideya və maraqlarını öyrənmək məqsədilə dəyirmi

masanın keçirilməsi məqsədə uyğundur. Gənclərin həyatının yaxşılaş-dırılmasında mühüm rolu olan gənclər təşkilatlarının nümayəndələri tədbirə dəvət olunur.

Tədbir zamanı gənclər və təşkilat nümayəndələri məruzə edirlər. Gənclərimizin öz ideyaları, gələcək planları barədə çıxışları dinlənilir.

Ki-tabxana işçilərinin digər bir borcu da gəncləri ziyanlı vərdişlərdən

Uzaqlaşdırmaq, popiros, alkoqol, narkotikin ziyanlarından onları xəbərdar tməkdir. Demək olar ki, hamı narkotikin necə ziyanlı olduğunu bilir. Buna baxmayaraq onun toruna düşənlərin sayı çox sürətlə artır. Niyə? Çünki insanlar arasında maarifləndirmə aşağı səviyyədədir. Buna görə də narkotikin insanı və onun həyatını necə məhv etməsi barədə məlumat çox az insanda var. Bizim məqsədimiz bu təhlükəni gənclərimizə çatdırmaqdır. Bu məq-sədlə kitabxana işçilərinin məktəblərdə gəncləri bu haqda maarifləndirmələri vacib şərtlərdəndir.

Narkotik

Narkotik ilk növbədə insanın sağlamlığına ziyan vurur. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün zəifləməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsi-nə gətirib çıxarır. Böyük narahatçılıq başlayır. Insan artıq bir işlə məşgul ola bilmir.Narkotikə aludə olan insan hər bir alçalmaya, iyrənc hərəkət eləməyə məcbur olur.Həmin insanın bütün maraqları, ümüdləri və qarşısına qoydugu məqsədləri getdikcə sönür.



Siqaret

Siqaretin tərkibi xərçəng xəstəliyi yaradan maddələrlə zəngindir. Onun tərkibində

3700-ə qədər zərərli maddə var. Və bu zərərli maddələr siqaretlə birgə alınan hər

nəfəsdə insan orqanizmini zəhərləyir. Bunun nəticəsində ciddi xəstəliklər meydana

gəlir. Dünyada hər 13 saniyədə bir insan siqaretlə bağlı xəstəliklərdən dünyasını

dəyişir. Hər il dünya miqyasında 2 milyon yarım insan siqaretə görə ölür. Bu

ölümlərin başlıca səbəbi isə ağciyər xərçəngidir. İkinci səbəb isə ürək xəstəlikləri

və xərçəng xəstəliyidir. Insanlar olduqca ehtiyatlı olmalıdırlar.




Alkoqol


Alkoqol dildə, dodaqda, qırtlaqda xərçəng xəstəliyinin yaranmasına səbəb olur. O həm də ürək-damar xəstəklərinin törədicisidir. Spirtli içkinin insan orqanizminə olduqca böyük təsiri var: qaraciyər, mədə-bağırsaq, baş beyin, ürək

Alkoqoldan istifadə zamanı ən çox zədələnən orqanlardır. Bildiyimiz kimi, mədə və bağırsaqlarda qidanı həzm etmək üçün fermentlər ifraz edən xüsusi vəzlər yerləşir. Alkoqol bu vəzləri qıcıqlandırdığı halda fermentlər qidanı həzm etmək xüsusiyyətini itirir. Digər tərəfdən alkoqol mədənin hərəkət aktivliyini gücləndirir. Nəticədə qida kifayət qədər həzm olunmayaraq mədəni tərk edir.

Gənclərin sağlamlığını təhlükə qarşısında qoyan əsas xəstəliklərdən biri

AİDS xəstəliyidir ki, bu barədə gənc oxucuların maarifləndirlməsi olduqca

vacibdir. Bu məqsədlə xüsusən məktəblərdə kitabxanaçı tərəfindən maarifləndirici

söhbətlərin aparılması yaxşı nəticələr doğurar. Kitabxanaçının maarifləndirici

çıxışında aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

AİDS

AIDS xəstəliyi QİÇS, SPİD adları ilə də tanınır. HİV insanın

immunçatışmazlığı virusudur. Bu viruslar insan orqanizminin CD4 adlanan

hüceyrələrini məhv edir. HİV-ə yoluxmuş insanlarda müdafiə sistemi zəiflədiyinə

görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə

nəticələnir. Virus daşıyıcısı tamamilə sağlam görünə bilər. QİÇS-ə yoluxmuş insan

yoluxduğundan xəbərsiz ola bilər. Bu xəstəlik əsasən qanla yoluxur və hər kəs iynə

vurdurarkən, salonlara gedərkən ehtiyatlı olmalıdır.

AIDS xəstəliyi QİÇS, SPİD adları ilə də tanınır. HİV insanın

immunçatışmazlığı virusudur. Bu viruslar insan orqanizminin CD4 adlanan

hüceyrələrini məhv edir. HİV-ə yoluxmuş insanlarda müdafiə sistemi zəiflədiyinə

görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə

nəticələnir. Virus daşıyıcısı tamamilə sağlam görünə bilər. QİÇS-ə yoluxmuş insan

yoluxduğundan xəbərsiz ola bilər. Bu xəstəlik əsasən qanla yoluxur və hər kəs iynə

vurdurarkən, salonlara gedərkən ehtiyatlı olmalıdır.

kitab oxumaq istirahət etməyin ən yaxşı üsuludur. Britaniyalı psixoloqlar bəyan etmişlər ki, kitab oxumaq başqa üsullarla müqayisədə sakitləşməyə tez bir zamanda kömək edir. Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini ikidə üç dəfə endirir. Kitab oxumaq fikri cəmləşdirməyə, ədəbiyyat aləminə daxil olmağa və problemlərdən yayınmağa kömək edir. Kitabxanaçıların bu mühüm vərdişi gənclərə sevdirməsi olduqca vacib amillərdən biridir.



Gənclərin fikir və düşüncələrini öyrənmək üçün onlar arasında müsahibənin keçirilməsi məqsədə uyğundur. Onu da deyək ki, müsahibə oxucuları öyrənməyin ən yaxşı üsullarındandır.Müsahibənin ali təhsil və orta ixtisas məktəbKitabxana-larına müraciət edən tələbələr arasında keçirmək daha yaxşı olar. Müsahibə

zamanı təqdim olunacaq sualları sizə təqdim edirik:

1.Özünüzü təqdim edin. Harada təhsil alırsınız?

2.Tez-tezmi kitabxanalara müraciət edirsiniz?

3.Hansı janrda olan ədəbiyyata daha çox

üstünlük verirsiniz?

4. Ən son hansı kitabı oxumusunuz?

5. Sizcə Azərbaycanda gənclər azmı mütaliə edir?

6. Özünüzü hazırki cəmiyyətdə hansı mövqedə görürsünüz?

7. Bəs gələcəkdə hansı mövqedə olmaq istərdiniz?

8. Sizcə gələcəkdə öz ixtisasınız üzrə mütəxəssis ola biləcəksinizmi?

10. Siz gənc olmağın üstünlüyünü nədə görürsünüz?

11. Sizcə təhsil gənclərimiz üçün nə dərəcədə önəmlidir?

12. Sizcə Azərbaycan gəncliyi nəyə qadirdir?

13. Azərbaycan gənclərinə nə tövsiyyə edərdiniz?

14. Azərbaycanımızı necə görmək istərdiniz?

15. Asudə vaxtlarınızı necə keçirirsiniz?

16. Ən çox sevdiyiniz məşğuliyyət nədir?

17. Sizcə bizim gənclərin əsas problemləri nədən ibarətdir?

Maraqlı tədbirlərdən biri ədəbi bəddi gecədir. “Bizim gələcəyimizgənclərimiz”

ədəbi bədii gecənin ssenarisini sizə təqdim edirik.


(Səhnədəki plakatda Ümummilli liderimiz Heydər Əliyevin respublika gənclərinin

II forumundakı nitqindən olan sözləri əksini tapmışdır: XXI əsr gənclərin əsridir.

XXI əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub-yaratmaq inkişaf

etdirmək dövrüdür .)

(Tədbir ekranda Ulu öndərimiz Heydər Əliyevin çıxışnın nümayişi ilə

başlanır.

I Aparıcı: Hamınızı xoş gördük, əziz gənclərimiz və hörmətli qonaqlar!

Əziz gənclər, ulu öndərimizin çıxışında eşitdiyiniz kimi bu

günki tədbirimiz məhz sizə həsr olunmuşdur.
I Aparıcı: Ümummilli liderimizin də hər dəfə çıxışlarında qeyd etdiyi kimi

Azərbaycan gəncliyi müstəqil respublikamız üçün böyük

nailiyyətlər qazanmaq iqtidarına malikdir.
II Aparıcı: Bildiyimiz kimi inkişafa gedən yol ilk növbədə təhsildən keçir.

Elə bu səbəbdən də hamınız təhsilinizə, savadınızı artırmağa xüsusi diqqətlə yanaşmalısınız. Dostlar, çalışın daima intellektual səviyyənizi, savadınızı inkişaf etdirin. Bu imkanlardan yararlanın, əziz gənclər!


I Aparıcı: Dostlar, unutmayın ki, siz artıq cəmiyyətin yetkin üzvüsünüz.

Hər addımı atmazdan öncə hərtərəfli düşünün, ziyanlı

vərdişlərdən uzaq olmağa çalışın. Heç bilirsinizmi ki, bu kimi

vərdişlər insanın gələcək həyatında necə dərin yaralar aça bilər?

Elə bu səbəbdən də popiros çəkmək, içki içmək, narkotikdən

istifadə etmək kimi pis vərdişlərdən uzaq olun. Buna nail olmaq

üçünsə ilk növbədə ətrafınıza yaxşı dostlar toplayın.
II Aparıcı: Unutmayın ki, dostluq bütün hisslərin, bütün münasibətlərin ən

ülvisi ən əvəzolunmazı və ən önəmlisidir. Dostluq olmadan sevgi olmaz, dostluq olmadan heç bir münasibət baş tutmaz,dostluq olmadan inam, dəyər və səmimiyyət olmaz. Atalarımız əbəs yerə deməyiblər ki, “Dostunu mənə göstər sənə kim

olduğunu deyim”Odur ki, özünüzə yaxşı dostlar qazanın və özünüz də yaxşı dost olmağa çalışın!

Oxucu

Bir gecə qələmi əlimə aldım

Düşündüm dostluqda səhv etmişəm mən ?

Ilk öncə yadıma mən səni saldım

Gördüm xoş xatirələri məhv etmişəm mən !
Yadimda qalmisan pis fikirlərlə

Hər zaman dostuna demisən yalan

Dar gündə sən məni vermisən ələ

Əsl dost dostuna can verər qurban


Oxucu İgid oğul istəyir

Vətən hər dar günündə

Şücaətlə dayansın

Mərdim düşmən önündə

Igid oğul, ər oğul

Vətənin şöhrətidir

Tədbirli rəhbər oğul

Xalqın səadətidir.

Gül üstə gül bitirir

Övladın fərliləri

Vətən tarixi olur

Elin hünərliləri.

Sizə uğurlu yollar

Şücaətli oğular

Vətənin qartalları!

Qədirbilən xalqımız

Bəzəyərək güllərlə

Keçdiymiz bu çətin,

Bu əzablı yolları

I aparıcı:

Hər bir şəxs gələcəyini düşünərək yaşayır, çünki hər bir

günün sabahı var. Müasir gənclərimiz həm öz, həm də

ümumilikdə Azərbaycanımızın gələcəyi üçün daim

çalışmalıdır. Gəlin vətənimizi göz bəbəyimiz kimi qoruyub

onun keşiyinə duraq. Ulu öndərimiz Heydər Əliyevin və

hörmətli prezidentimiz İlham Əliyevin bizə olan etimadını

doğruldaq. Azərbaycanımızı gündən-günə inkişaf etdirək.



Metodika şöbəsi: Yarıyeva Səadət.
Yüklə 46,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə