Azərbaycan Respublikası Mərkəzi Bankı Banklara Nəzarət Departamenti



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə1/36
tarix14.09.2018
ölçüsü1,1 Mb.
#68533
  1   2   3   4   5   6   7   8   9   ...   36


Azərbaycan Respublikası Mərkəzi Bankı 
Banklara Nəzarət Departamenti 
ÇPY/TM qarşı təcrübələrin yoxlanılması prosedurlarına dair Təlim 
Gündəlik 
 
 
Məqsəd: 
Maliyyə  təşkilatlarının  ÇPY/TM  ilə  bağlı  tənzimləyici  tələblərə  və  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə  riayət  etmək  üçün  strukturunun  və  idarəetmə  təcrübələrinin  effektivliyinin  və 
yanaşmasının  qiymətləndirilməsinə  görə  məsuliyyət  daşıyan  Mərkəzi  Bankın  müvafiq  nəzarətçilərinə 
ÇPY/TM ilə mübarizəyə dair təlimlərin keçirilməsi. 
 
Missiya: 
Maliyyə təşkilatları üçün tənzimləyici yükü azaltmaqla davamlı nəzarəti təşviq etmək. 
Keçiriləcək yer: 
Mərkəzi Bankın Banklara Nəzarət Departamenti tərəfindən təqdim ediləcəkdir. 
 
Müddət: 
Təlim kursları 3 həftə ərzində ən azı 15 iş günü müddətində saat 10-dan 12.30-dək keçiriləcək yarım günlük 
məşğələlərdən ibarətdir.   
 
Mövzu:   
Təlim  kursunun  təqdimat  və  materialları  yuxarı  səviyyəli  olacaq  və  aşağıdakı  mövzulara  dair  təcrübi 
misallarla tamamlanacaqdır: 
 
 
 
Yoxlamanın Həcminin və Risk Reytinqinin Müəyyənləşdirilməsi 
 
Maliyyə Təşkilatının ÇPY/TM üzrə təcrübələrinin Qiymətləndirilməsi 
 
Uyğunluq Proqramları 
 
Müştərinin Eyniləşdirilməsi Proqramları 
 
Müştərinin Araşdırılması (Due Dilligence)   
 
Geniş/Dərindən Araşdırma 
 
Şübhəli Əməliyyatalar haqqında Hesabatlar 
 
Qeyri-adi Fəaliyyətin Müəyyənləşdirilməsi 
 
Əməliyyatların Monitorinqi 
 
Fövqəladə hallarda İdarəetmə, Qərar Qəbulu 
 
ŞƏH formasının doldurulması və təqdim edilməsi 
 
Valyuta Əməliyyatları barədə Hesabatın hazırlanması və təqdim edilməsi 
 
Vəsaitlərin köçürülməsi 
 
Müxbir hesablar 
 
Daxili nəzarət mexanizmləri 
 
Müstəqil yoxlama 
 
ÇPY/TM qarşı tələblərə uyğunluq üzrə mütəxəssisin vəzifələri 
 
ÇPY/TM ilə mübarizəyə dair daxili təlimlər 
 
İlkin Qiymətləndirmənin Nəticələri 
 
Xülasə və Yoxlamaya dair Yekun Hesabat 
 
 
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Uyğunluq proqramı
 
Bankın  ÇPY  ilə  bağlı  tələblərə  uyğunluq  proqramının 
ümumi  adekvatlığını  müəyyən  etmək  üçün  ilk  olaraq  onun 
yazılı  siyasətləri,  prosedurları  və  prosesləri  nəzərdən 
keçirilməlidir. ÇPY ilə bağlı tələblərə uyğunluq proqramının 
ümumi  adekvatlığına  dair  yekun  fikir  bildirmək  üçün  əsas 
və,  tələb  olunarsa,  geniş  yoxlama  prosedurlarının  həyata 
keçirilməsi  vacibdir.  Yoxlamanın  nəticələri  bankın 
menecmenti  (rəhbərliyi)  ilə  müzakirə  edilməli  və  aşkar 
edilmiş  mühüm  faktlar  yoxlama  hesabatına  və  ya  nəzarət 
məktubuna daxil edilməlidir.   
ÇPY  ilə  mübarizəyə  dair  uyğunluq  proqramı  yazılı  şəkildə 
tərtib edilməli, müşahidə şurası tərəfindən təsdiqlənməli və 
şuranın  iclas  protokolunda  qeyd edilməlidir.    Bankın ÇPY 
ilə  mübarizəyə  dair  uyğunluq  proqramı  ÇPY  ilə  bağlı  risk 
profilinə uyğun/mütənasib olmalıdır. 
ÇPY üzrə uyğunluq proqramı ÇPY-na qarşı tələblərə cavab 
verəcək şəkildə hazırlanmalı və tam yerinə yetirilməlidir. 
Sadəcə  siyasətlərin  olması  kifayət  deyildir;  bankın 
təcrübələri  də  onun  yazılı  siyasət,  prosedur  və  proseslərinə 
uyğun olmalıdır. 
ÇPY  üzrə  uyğunluq  proqramı  aşağıdakı  minimum  tələbləri 
nəzərdə tutmalıdır: 
1)
 
Davamlı  uyğunluğu  təmin  etmək  üçün  daxili  nəzarət 
sistemi; 
2)
 
ÇPY qarşı tələblərə uyğunluğunun müstəqil yoxlanması; 
3)
 
ÇPY qarşı tələblərin riayət olunmasına görə məsul şəxsin 
və ya şəxslərin təyin edilməsi;   
4)
 
Müvafiq 
işçilər 
üçün 
təlimlərin 
keçirilməsi.                             
Əlavə  olaraq,  Müştərinn  Müəyyənləşdirilməsi  Proqramı 
(MMP)  da  ÇPY  üzrə  uyğunluq  proqramının  bir  hissəsi 
kimi daxil edilməlidir.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məqsəd.  Bankın  ÇPY/TM  qarşı  tələblərə  uyğunluq  proqramının  adekvatlığını  qiymətləndirmək.  Bankın 
ÇPY-na qarşı tələblərə və onların icra edilməsinə dair bütün göstərişlərə riayət etmək üçün effektiv proqram 
hazırladığını və həyata keçirdiyini müəyyənləşdirmək.   
 
2
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Uyğunluq proqramı
 
 
-  Mükafatlandırma  sistemi  ÇPY  qarşı 
tələblərin pozulması hallarını nəzərə alır. 

Çirkli  pulların  yuyulması  baxımından  yüksək 
riskli  əlaqələrin  qəbul  edilməsi  və  ya 
saxlanmasına dair qərarlar nəzərdən keçirilir və 
həmin  əlaqələrdən  müstəqil  şəkildə  yoxlanılır 
və  yüksək  rəhbərliyə  (menecmentə)  və  ya 
komitələrə çatdırılır.
 
-  Çirkli  pulların  yuyulması  baxımından  yüksək 
riskli  əlaqələrin  qəbul  edilməsi  və  ya 
saxlanmasına  dair  qərarlar  barədə  məlumat 
vermək  məqsədilə  yüksək  rəhbərliyə  təqdim 
edilən sənədlər həmin əlaqələr qurulduqda və ya 
saxlandıqda maliyyə təşkilatının məruz qalacağı   
risklər barədə aydın təsəvvür yaradır. 
   
 

ÇPY  ilə  mübarizənin  yüksək  rəhbərlik 
tərəfindən ciddi qəbul olunduğuna dair az dəlil 
var.  Bu  biznes  üçün  vacib  olan  məsələ  kimi 
deyil, daha çox hüquqi və ya tənzimləyici tələb 
kimi qəbul edilir.
 
 
-  Yüksək  rəhbərlik  müştərinin  rüşvətxor  və  ya 
digər  maliyyə  cinayətləri  ilə  məşğul  olması 
riskindən  daha  çox  ictimai  qalmaqallar 
yaşaması riskinə əhəmiyyət verir. 
-  Şura  ÇPYM-in  hesabatlarını  heç  vaxt  nəzərə 
almır. 
-  Filial və ya törəmə şirkət  qanunvericiliyin  və 
tənzimləyici  orqanların  ÇPY  qarşı  tələblərinə 
tam 
şəkildə 
uyğun 
olmayan 
vahid 
siyasətlərdən istifadə edir. 
   
 
 
 
YAXŞI təcrübə
 
2
 
Biz  maliyyə  təşkilatının  ÇPY  qarşı  tədbirlərinə  görə  yüksək  rəhbərliyin  (baş  menecmentin) 
məsuliyyət daşıyacağını güman edirik. Buraya maliyyə təşkilatının çirkli pulların yuyulması riskləri 
barədə  xəbərdar  olması  və  bu  riskləri  effektiv  şəkildə  azaltmaq  üçün  müvafiq  addımların 
atılmasının təmin edilməsi daxildir. 
Özünü-qiymətləndirmək üçün suallar: 

 
ÇPY  üzrə  effektiv  nəzarət  mexanizmlərinin  yaradılması  və  qorunub  saxlanmasına  görə 
ümumi məsuliyyəti kim daşıyır? Onlar kifayət qədər yüksək vəzifəlidirmi?   

 
Hesabatlıq xəttləri hansılardır? 

 
Baş  menecment  ÇPY  ilə  bağlı  vəzifələrini  yerinə  yetirmək  üçün  kifayət  qədər  tam  və 
obyektiv məlumatla təmin olunurmu? 

 
Baş  menecment  ÇPY  üzrə  Mütəxəssisdən/Məsul  şəxsdən  (ÇPYM)  hesabatları  hansı 
tezliklə  alır?  (Ən  azı  ildə  bir  dəfə  olmalıdır)  Aldıqları  hesabatlarla  nə  edirlər?  ÇPYM-in 
verdiyi tövsiyələr necə yerinə yetirilir (yerinə yetirilməsinə nəzarət necə aparılır). 

 
Baş  menecmentin  yüksək  riskli  müştərilər,  o  cümlədən  siyasətlə  əlaqəli  şəxslərlə  (SƏŞ) 
əlaqələrin təsdiq edilməsində iştrirakı nədən ibarətdir?
 
PİS təcrübə
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə