Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin



Yüklə 125,58 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü125,58 Kb.
#70066


1

 

 



Azərbaycan Respublikası 

Mərkəzi Bankının İdarə Heyətinin  

«26» dekabr 2011-ci il tarixli   

qərarı ilə təsdiq edilmişdir 

Protokol №  32 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ 

PUL SİYASƏTİ DEPARTAMENTİ HAQQINDA 

Ə

 S A S N A M Ə 

(19 avqust 2014-cü il tarixli 19 N-li Protokola əsasən dəyişikliklər edilib)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

B a k ı – 2 0 14 

 

 



 

1.



 

ÜMUMİ MÜDDƏALAR

 

1.1.


 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  Pul  siyasəti  departamenti 

(bundan  sonra  -  Departament)  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının 

(bundan sonra – Mərkəzi Bank) mərkəzi aparatının struktur bölməsidir. 

1.2.

 

Departament  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını, 



“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında” 

Azərbaycan  Respublikasının  qanunlarını,  Azərbaycan  Respublikasının 

qüvvədə  olan    digər  normativ  hüquqi  aktlarını,  Mərkəzi  Bankın  normativ 

xarakterli  aktlarını,  İdarə  Heyətinin  qərarlarını,  Mərkəzi  Bankın  Pul  Siyasəti 

və  Maliyyə  Sabitliyi  Komitəsinin  qərarlarını,  Mərkəzi  Bank  üzrə  əmrləri, 

sərəncamları və bu Əsasnaməni rəhbər tutur. 

1.3.

 

Departament  bu  Əsasnamə  ilə  müəyyən  olunmuş  funksiyalarının  yerinə 



yetirilməsi  prosesində  Mərkəzi  Bankın  digər  struktur  bölmələri  ilə 

fəaliyyətini əlaqələndirir. 

1.4.

 

Departamentin ştat cədvəlini Mərkəzi Bankın Sədri təsdiq edir.  



 

2. DEPARTAMENTİN FƏALİYYƏTİNİN 

 

Ə

SAS MƏQSƏDİ 

Departamentin fəaliyyətinin əsas məqsədi pul siyasətinin optimal çərçivəsini 

formalaşdırmaq və onun realizasiyasının monitorinqini aparmaqdan ibarətdir.  

 

       3. DEPARTAMENTİN ƏSAS FUNKSİYALARI  

Departamentin əsas funksiyaları aşağıdakılardır: 

3.1.


 

Növbəti  il  və  ortamüddətli  dövr  üçün  pul  siyasətinin  əsas  istiqamətlərinin 

işlənməsini və rəhbərliyə təqdim olunmasını təmin etmək; 

3.2.


 

Pul  siyasətinin  hökumətin  yeritdiyi  iqtisadi  siyasət  ilə  əlaqələndirilməsi 

sahəsində müvafiq işlər aparmaq;  

3.3.


 

Tədqiqatların  nəticələri  və  makroiqtisadi  diaqnostika  əsasında  pul  siyasəti 

çərçivəsinin  və əməliyyat prosedurlarının  təkmilləşdirilməsinə  dair təkliflər 

hazırlamaq; 




 

3.4.



 

Pul siyasəti alətlərinin tətbiqinin makroiqtisadi səmərəsini qiymətləndirmək 

və bu alətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; 

3.5.


 

Pul  Siyasəti  və    Maliyyə  Sabitliyi  Komitəsində  mütəmadi  olaraq  ötən 

dövrün iqtisadi diaqnostikasını həyata keçirmək və siyasət təklifləri vermək; 

3.6.


 

Optimal  makro-fiskal  çərçivə  və  bu  əsasda  makroiqtisadi  siyasətə  dair 

təkliflər hazırlamaq; 

3.7.


 

Pul  və  məzənnə  siyasətinin  orientirlərinə  və  operativ  hədəflərinə  dair 

təkliflər  hazırlamaq  və  onun  yerinə  yetirilməsinin  monitorinqini  həyata 

keçirmək; 

3.8.

 

Strateji  və  əməliyyat  planlarının  hazırlanmasında  iştirak  etmək,  təsdiq 



olunmuş planların icrasını təmin etmək; 

3.9.


 

Pul  və  maliyyə  siyasəti  sferasını  tənzimləyən  hüquqi  aktların  layihələrinin 

hazırlanmasında  iştirak  etmək,  mövcud  aktların  təkmilləşdirilməsi  üzrə 

təkliflər vermək; 

3.10.

 

Səlahiyyətinə  aid məsələlər üzrə müxtəlif dövlət orqanlarından  daxil  olmuş 



sənədlərə rəylərin hazırlanmasında iştirak etmək; 

3.11.


 

Departamentə daxil olan müraciət və sorğulara cavablar hazırlamaq; 

 

4.

 

DEPARTAMENTİN TƏŞKİLATİ STRUKTURU 

 

VƏ İDARƏ OLUNMASI 

 

4.1.    Departamentin təşkilati strukturu aşağıdakılardan ibarətdir: 

4.1.1. Makroiqtisadi təhlil və maliyyə proqramlaşması şöbəsi; 

4.1.2. Pul və məzənnə siyasəti şöbəsi. 

4.2.

 

Departamentin  fəaliyyətinə  direktor  rəhbərlik  edir.  Departament  direktoru 



Mərkəzi Bankın  İdarə Heyəti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən 

azad  edilir.  Departament  direktoru  öz  fəaliyyətini  Mərkəzi  Bankın  İdarə 

Heyəti tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirir. 



 

4.3.



 

Departament  direktorunun  müavini  və  departamentin  şöbə  rəisləri  Mərkəzi 

Bankın  İdarə  Heyəti  tərəfindən  vəzifəyə  təyin  edilir  və  vəzifədən  azad 

olunurlar. Departament direktorunun müavini və departamentin şöbə rəisləri 

öz  fəaliyyətlərini  Mərkəzi  Bankın  İdarə  Heyəti  tərəfindən  təsdiq  olunmuş 

vəzifə təlimatına əsasən həyata keçirirlər. 

4.4.

 

Departament  direktoru  hər  hansı  səbəbdən  işdə  olmadıqda,  onun 



səlahiyyətlərini  departament  direktorunun  müavini,  o  da  işdə  olmadıqda 

rəhbərliyin müvafiq əmri ilə həvalə edilmiş şöbə rəislərindən biri icra edir.   



 

5.

 

DEPARTAMENTİN İŞİNİN TƏŞKİLİ

 

5.1.

 

Makroiqtisadi təhlil və maliyyə proqramlaşması şöbəsi: 

5.1.1.


 

Makroiqtisadi  diaqnostika  üzrə  monitorinq  sistemini  təşkil  edir,  bu  əsasda 

makroiqtisadi prosesləri qiymətləndirir; 

5.1.2.


 

İqtisadi  sektorlarda  baş  verən  proseslərin  təhlilini  aparır,  əsas  meylləri 

qiymətləndirir  və bu  meyllərin  pul siyasətinə faktiki  və  potensial  təsirlərini 

qiymətləndirir; 

5.1.3.

 

İnflyasiya proseslərini təhlil edir və onun əsas faktorlarını qiymətləndirir; 



5.1.4.

 

Mərkəzi  Bankın  yeritdiyi  pul  siyasətinin  hökumətin  iqtisadi  siyasəti  ilə 



koordinasiyasının vəziyyətini qiymətləndirir və bu əsasda təkliflər verir; 

5.1.5.


 

Ortamüddətli  dövr  üçün  optimal  makro-iqtisadi  çərçivəyə  dair  təkliflər 

hazırlayır  və  Pul  Siyasəti  və  Maliyyə  Sabitliyi  Komitəsinin  müzakirəsinə 

çıxarır; 

5.1.6.

 

Dövlət büdcəsinin icrasının operativ monitorinqini aparır, büdcənin gəlir və 



xərclərinin  aylıq  proqnozunu  dəqiqləşdirir,  bu  parametrlərin  pul  sektoruna 

təsirini təhlil edir və proqnozlaşdırır; 

5.1.7.

 

Mərkəzi Bankın nəşrlərində, kütləvi informasiya vasitələrində, elmi-praktiki 



konfranslarda,  seminarlarda  və  Mərkəzi  Bankın  tədris  proqramlarında 

aidiyyəti  mövzularda analitik elmi məqalələrlə və məruzələrlə çıxışlar edir. 

 



 

5.2.     Pul və məzənnə siyasəti şöbəsi: 

5.2.1.

 

Mərkəzi  Bankın  növbəti  il  və  ortamüddətli  dövr  üçün  pul  siyasətinin  əsas 



istiqamətlərinin layihəsini hazırlayıb təqdim  edir; 

5.2.2.


 

Pul  siyasətinin  hədəflərinin  yerinə  yetirilməsinin  monitorinqini  və  əsas 

monetar  göstəricilərin  təhlilini  aparır  və  rüblük    pul  siyasəti  icmalını 

hazırlayır; 

5.2.3.

 

Pul  siyasətinin  makroiqtisadi  səmərəliliyini  artırmaq  üçün  onun  aralıq  və 



son  hədəflərə  nail  olunmasının  təhlili  əsasında  hazırlanmış  nəticə  və 

təklifləri  müzakirə  üçün  aidiyyəti  üzrə  Pul  Siyasəti  və  Maliyyə  Sabitliyi 

Komitəsinə  təqdim edir; 

5.2.4.


 

Məzənnə  siyasətinin  orta  müddətli  və  operativ  hədəflərinə  dair  təkliflər 

hazırlayır; 

5.2.5.


 

Pul  siyasəti  alətlərinin  kəmiyyət  parametrlərinə, o cümlədən faiz  siyasətinə  

dair təkliflər hazırlayır; 

5.2.6.


 

Kommersiya 

banklarının 

Mərkəzi 


Bankda 

yerləşdirilən 

məcburi 

ehtiyatlarının  hüquqi  aktlara  uyğun  olaraq  tənzimlənməsi  və  monitorinqini 

təmin edir; 

5.2.7.


 

Pul  siyasətinin  təkmilləşdirilməsi  sahəsində  Beynəlxalq  Valyuta  Fondu, 

Dünya  Bankı,  digər  beynəlxalq  maliyyə  institutları  və  ayrı-ayrı  ölkələrin 

mərkəzi bankları ilə əməkdaşlıq edir; 

5.2.8.

 

Mərkəzi Bankın nəşrlərində, kütləvi informasiya vasitələrində, elmi-praktiki 



konfranslarda,  seminarlarda  və  Mərkəzi  Bankın  tədris  proqramlarında 

aidiyyəti  mövzularda analitik elmi məqalələrlə və məruzələrlə çıxışlar edir.  



 

     

 

 Mərkəzi Bankın sədri                                                                        E.Rüstəmov 

 

Yüklə 125,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə