Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin



Yüklə 74,72 Kb.
Pdf görüntüsü
tarix07.11.2017
ölçüsü74,72 Kb.
#8713


 

 

Azərbaycan Respublikası 



Mərkəzi Bankının İdarə Heyətinin  

«_21__» _yanvar___2015-ci il tarixli  

qərarı ilə təsdiq edilmişdir 

Protokol № __01_  

   

 

 



 

 

 



 

 

 

 

 

 

 

AZƏRBAYCAN  RESPUBLİKASI  MƏRKƏZİ  BANKININ 

TƏDQİQATLAR  VƏ  İNKİŞAF  MƏRKƏZİ  HAQQINDA 

 

Ə  S  A  S  N  A  M  Ə 



 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

B A K I  -  2 0 1 5 




 

 

 



 

1. ÜMUMİ MÜDDƏALAR 

1.1.  Azərbaycan  Respublikası  Mərkəzi    Bankının  Tədqiqatlar  və  inkişaf  

mərkəzi   (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Mərkəzi Bankının 

(bundan sonra – Mərkəzi Bank) mərkəzi aparatının struktur bölməsidir. 

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, 

“Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”,  “Banklar  haqqında” 

Azərbaycan  Respublikasının  qanunlarını,  Azərbaycan  Respublikasının  qüvvədə 

olan  digər  normativ  hüquqi  aktlarını,  Mərkəzi  Bankın  normativ  xarakterli 

aktlarını,  İdarə  Heyətinin  qərarlarını,  Mərkəzi  Bank  üzrə  əmrləri,  sərəncamları 

və bu Əsasnaməni rəhbər tutur. 

1.3.  Mərkəz  bu  Əsasnamə  ilə  müəyyən  olunmuş  funksiyaların  yerinə 

yetirilməsi prosesində Mərkəzi Bankın digər struktur bölmələri və qurumları ilə 

fəaliyyətini əlaqələndirir.  



2. MƏRKƏZİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏDİ 

Mərkəzin  fəaliyyətinin  əsas  məqsədi  ölkədə  makroiqtisadi  və  maliyyə 

sabitliyinin qorunması, bank-maliyyə sisteminin, habelə sosial-iqtisadi  inkişafın 

dəstəklənməsi istiqamətlərində fundamental tədqiqatlar aparmaq, iqtisadiyyat və 

maliyyə üzrə müasir bilik və  bacarıqların yayılmasını təmin etməkdir. 

3. MƏRKƏZİN  ƏSAS  FUNKSİYALARI 

Mərkəz aşağıdakı əsas funksiyaları həyata keçirir: 

3.1.  pul  və  maliyyə  sabitliyi  siyasətinin,  habelə  bank  sektoru  və  maliyyə 

infrastrukturunun  inkişafı  siyasətinin  işlənməsinə  və  Mərkəzi  Bankın  digər 

funksiyalarının  həyata  keçirilməsinə  dəstək  verən  fundamental  tədqiqatlar 

aparır,  əldə  olunmuş  nəticələri  Mərkəzi  Bankın  müvafiq  struktur  bölmələrinə 

təqdim edir; 

3.2. 


makroiqtisadi 

göstəricilər 

arasında 

səbəb-nəticə 

əlaqələrinin 

ekonometrik qiymətləndirilməsinə, siyasət simulyasiyalarının aparılmasına, orta 

və  uzunmüddətli  makroiqtisadi  proqnozların  verilməsinə  imkan  verən  iqtisadi-

riyazi modellər qurur, iqtisadi modelləşdirmə metodologiyasını təkmilləşdirir;  




 

 

 



 

3.3.  iqtisadi  inkişaf,  struktur  və  sosial  problemlərə  dair  nəzəri  və  elmi-



tədqiqat  bazasını  formalaşdırır,  inkişaf  və  institusional  iqtisadiyyat  sahəsində 

nəzəri  əsasları  və  tədqiqat  metodologiyasını  inkişaf  etdirir,  müxtəlif  elmi 

yanaşmaları  mənimsəyir  və  tədqiqatlarda  tətbiq  edir,  habelə  ölkə  üzrə  iqtisadi 

siyasətin formalaşması və tədqiqində iştirak edir; 

3.4.  qabaqcıl  təcrübələr  əsasında  bank  və  ödəniş  sisteminin  inkişaf  

strategiyalarını  hazırlayır.  Strateji  hədəflərin  həyata  keçirilməsi  istiqamətində 

fundamental tədqiqatlar aparır, modellər qurur və rəhbərliyə təkliflər verir; 

3.5.  digər  dövlət  orqanlarının  müvafiq  struktur  bölmələri  və  iqtisadi 

problemlərin  tədqiqi  ilə  məşğul  olan  elmi  təşkilatlarla  müvafiq  problemlər  üzrə 

əməkdaşlıq həyata keçirir; 

3.6. Mərkəzi Bankda monetar idarəetmənin intellektual resurslarının inkişaf 

etdirilməsini  təmin  edir,  ölkənin  maliyyə-bank  sistemində  zəruri  bilik  və  

səriştələrin  formalaşdırılması  və  mütəmadi  inkişafı  məqsədilə  təlimlər  təşkil 

edir,  iqtisadiyyat,  maliyyə  və  bankçılıq  üzrə  əhali  və  digər  hədəf  qrupları 

arasında    maarifləndirmə  tədbirlərini  həyata  keçirir,  rəhbərliyin  tapşırığı  ilə 

xüsusi layihələri icra edir; 

3.7.  fəaliyyət  istiqamətləri  üzrə  strateji  və  əməliyyat  planlarını  hazırlayır, 

təsdiq olunmuş planların icrasını təmin edir; 

3.8.  Mərkəzə  daxil  olan  müraciətlərə  baxır,  sorğu  və  məktublara  cavablar 

hazırlayır; 

3.9.  rəhbərliyin  tapşırıqlarına  uyğun  olaraq  fəaliyyət  istiqamətləri  üzrə 

digər işləri yerinə yetirir. 



4. MƏRKƏZİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏ OLUNMASI 

4.1.  Mərkəzin təşkilati strukturu aşağıdakılardan ibarətdir: 

4.1.1. Makroiqtisadi tədqiqatlar departamenti; 

4.1.2. İqtisadi inkişafın tədqiqatları departamenti; 

4.1.3. Maliyyə sektorunun tədqiqatları departamenti; 

4.1.4. Resurslar və maarifləndirmə xidməti. 



 

 

 



 

4.2.  Makroiqtisadi  tədqiqatlar  departamentinin  təşkilati  strukturu 

aşağıdakı şöbələrdən ibarətdir: 

4.2.1. Makroiqtisadi və monetar tədqiqatlar şöbəsi; 

4.2.2. Modelləşdirmə və proqnozlaşdırma şöbəsi. 

4.3.  İqtisadi  inkişafın  tədqiqatları  departamentinin  təşkilati  strukturu 

aşağıdakı şöbələrdən ibarətdir: 

4.3.1. Struktur və inkişaf məsələlərinin tədqiqi şöbəsi; 

4.3.2. Mikroiqtisadiyyat şöbəsi. 



4.4.  Maliyyə  sektorunun  tədqiqatları  departamentinin  təşkilati  strukturu 

aşağıdakı şöbələrdən ibarətdir: 

4.4.1. Maliyyə sabitliyinin tədqiqi şöbəsi; 

4.4.2. Maliyyə vasitəçiliyinin tədqiqi şöbəsi. 



4.5.  Resurslar  və  maarifləndirmə  xidmətinin  təşkilati  strukturu 

aşağıdakı struktur vahidlərindən ibarətdir: 

4.5.1. İqtisadi maarifləndirmə qrupu; 

4.5.2. İntellektual resurslar laboratoriyası. 



4.6.  Mərkəzin  fəaliyyətinə  direktor  rəhbərlik  edir.  Mərkəzin  direktoru 

Mərkəzi  Bankın İdarə  Heyəti tərəfindən  vəzifəyə təyin edilir  və  vəzifədən azad 

olunur.  Mərkəzin  direktoru  öz  fəaliyyətini  Mərkəzi  Bankın  İdarə  Heyəti 

tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirir. 



4.7.  Mərkəzin  direktor  müavini,  departamentlərin  direktorları,  şöbə 

rəisləri,  xidmət  (qrup)  rəhbəri  və  laboratoriya  müdiri  Mərkəzi  Bankın  İdarə 

Heyəti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilirlər. 

4.8.  Mərkəzin  direktor  müavini,  departamentlərin  direktorları,  şöbə 

rəisləri,  xidmət (qrup)  rəhbəri  və  laboratoriya  müdiri öz  fəaliyyətlərini Mərkəzi 

Bankın  İdarə  Heyəti  tərəfindən  təsdiq  olunmuş  vəzifə  təlimatına  əsasən  həyata 

keçirirlər. 



4.9.  Departamentlərin 

fəaliyyətinə 

departament 

direktorları, 

departamentlərin  şöbələrinin  fəaliyyətinə  şöbə  rəisləri,  xidmətin  (qrupun) 



 

 

 



 

fəaliyyətinə  xidmət  (qrup)  rəhbəri,  xidmətin  laboratoriyasının  fəaliyyətinə 



laboratoriya müdiri rəhbərlik edirlər. 

4.10.  Mərkəzin  direktoru  işdə  olmadıqda  onun  səlahiyyətlərini  direktor 

müavini, o da işdə olmadıqda, rəhbərliyin  qərarı ilə həvalə edilmiş departament 

direktorlarından biri həyata keçirir. 

4.11.  Departament  direktorları  işdə  olmadıqda  onların  səlahiyyətlərini 

rəhbərliyin qərarı ilə həvalə edilmiş şöbə rəislərindən biri həyata keçirir;  



4.12.  Mərkəzin ştat cədvəlini Mərkəzi Bankın sədri təsdiq edir.  

 

5.  MƏRKƏZİN  İŞİNİN  TƏŞKİLİ 

5.1.  Makroiqtisadi  tədqiqatlar  departamenti  effektiv  pul  siyasətinin 

formalaşmasına  və  həyata  keçirilməsinə  imkan  verən  tədqiqat  bazasının 

inkişafını təmin edir. Departamentə daxil olan şöbələr aşağıdakı vəzifələri yerinə 

yetirir: 



5.1.1. Makroiqtisadi və monetar tədqiqatlar şöbəsi: 

5.1.1.1.  pul  siyasətinin  makroiqtisadi  effektlərinin  tədqiqi  və  onun 

transmissiyası  mexanizminin  təkmilləşdirilməsi  sahəsində  tədqiqatlar  aparır  və 

təkliflər hazırlayır; 

5.1.1.2.  pul  və  məzənnə  siyasətinin  rejimləri  üzrə  tədqiqatlar  aparır  və 

təkliflər hazırlayır; 

5.1.1.3.  iqtisadiyyatda  tsiklləri  izləyir,  makroiqtisadi  qeyri-tarazlıqları 

müəyyən  edir  və  qiymətləndirir,  iqtisadi  artımın  və  makroiqtisadi  dayanıqlığın 

fundamental diaqnostikasını aparır; 

5.1.1.4.  makroiqtisadi tədqiqatlar metodologiyası üzrə qlobal trendləri və 

dəyişiklikləri öyrənir və daxili potensiala inteqrasiyasını təmin edir; 

5.1.1.5.  makroiqtisadi  siyasətlərin  koordinasiyası  məsələlərini  tədqiq 

edir; 



 

 

 



 

5.1.1.6.  dünya 



iqtisadiyyatında, 

cümlədən 



mühüm 

ticarət 


tərəfdaşlarında  mövcud  inkişaf  meyillərini  izləyir,  onun  ölkə  iqtisadiyyatına 

təsir kanallarını tədqiq edir; 

5.1.1.7.  xarici sektoru tədqiq edir, o cümlədən xarici ticarətin struktur və 

coğrafi problemlərini öyrənir; 

5.1.1.8.  daşınmaz  əmlak  bazarının  vəziyyətini  tədqiq  edir  və  burada 

tarazlığı və hərarəti qiymətləndirir; 

5.1.1.9.  qlobal  makroiqtisadi  siyasətdə,  o  cümlədən  əsas  tərəfdaş 

ölkələrin  siyasət  kursunda  baş  verən  mühüm  dəyişiklikləri  mütəmadi  izləyir  və 

təkliflər formalaşdırır. 

5.1.2. Modelləşdirmə və proqnozlaşdırma şöbəsi: 

5.1.2.1.  Makroiqtisadiyyat  sahəsində  modellər,  orta  və  uzunmüddətli 

makroiqtisadi  ssenarilər  və  simulyasiyalar  hazırlayır,  mövcud  modelləri 

mütəmadi olaraq təkmilləşdirir; 

5.1.2.2.  iqtisadi  artım,  inflyasiya,  məşğulluq,  pula  tələb  və  maliyyə 

köpüklərinə  təsir  edən  amilləri  kəmiyyətcə  qiymətləndirir,  həmin  amilləri 

proqnozlaşdırmaq məqsədi ilə müvafiq modellər qurur; 

5.1.2.3.  iqtisadi  inkişaf,  o  cümlədən  struktur  və  institusional  inkişaf 

məsələlərinin  yerli  şəraitə  uyğun  ekonometrik  tədqiqini  və  modelləşdirilməsini 

təmin edir, bu məqsədlə müvafiq metodologiyaları hazırlayır və təkmilləşdirir.   



5.2.  İqtisadi  inkişafın  tədqiqatları  departamenti  iqtisadi  siyasətin 

fundamental  diaqnostikasına,  habelə  onun  strateji  kursunun  formalaşmasına 

imkan  verən  tədqiqat  bazasının  inkişafını  təmin  edir.  Departamentə  daxil  olan 

şöbələr aşağıdakı vəzifələri yerinə yetirir: 



5.2.1. Struktur və inkişaf məsələlərinin tədqiqi şöbəsi: 

5.2.1.1.  dayanıqlı inkişaf sahəsində qlobal prosesləri və təcrübələri tədqiq 

edir, təcrübələrin yerli spesifikaya uyğunluğunu qiymətləndirir; 

5.2.1.2.  inkişaf  iqtisadiyyatı  sahəsində  nəzəri-empirik  məsələləri  və 

modelləri araşdırır; 



 

 

 



 

5.2.1.3.  iqtisadiyyatın  inkişaf  meyillərini,  başlıca  problemlərini  və 



mərhələlərini tədqiq edir; 

5.2.1.4.  müxtəlif  inkişaf  və  artım  paradiqmaları  və  modellərini  araşdırır, 

bu sahədə yerli şəraitə uyğunlaşdırılmış siyasət təkliflərini formalaşdırır;  

5.2.1.5.  iqtisadi  siyasətin  institusional  bazasının  və  bu  sahədə 

idarəetmənin təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparır; 

5.2.1.6.  gəlirlərin  bölgüsü,  sosial  rifah  və  regional  inkişaf  məsələlərini 

tədqiq  edir,  bu  sahədə  müvafiq  siyasətlərin  yaxşılaşdırılması  məqsədi  ilə 

konseptual təkliflər hazırlayır; 

5.2.1.7.  struktur  və  institusional  məsələləri  tədqiq  edir,  bu  sahədə 

müvafiq siyasət çərçivələrinin formalaşmasına dair təkliflər verir;   

5.2.1.8.  iqtisadi inkişafda sosial kapitalın və insan inkişafının roluna dair 

araşdırmalar aparır, bu sahədə konseptual təkliflər hazırlayır; 

5.2.1.9.  qlobal açıqlıq, ticarət və inkişaf, o cümlədən ixrac yönümlü artım 

məsələlərini araşdırır və təkliflər hazırlayır; 

5.2.1.10.  ölkə 

iqtisadiyyatının 

beynəlxalq 

sosial-iqtisadi 

inkişaf 

reytinqlərini təhlil edir; 

5.2.1.11.  qlobal  iqtisadi  beyin  mərkəzlərinin  və  institutların  fəaliyyətini 

izləyir və konseptual təkliflər hazırlayır. 



5.2.2. Mikroiqtisadiyyat şöbəsi: 

5.2.2.1.  istehlakçıların  istehlak,  sərmayə  və  yığım  davranışlarını 

modelləşdirir və onlara təsir edən əsas amilləri müəyyən edir; 

5.2.2.2.  istehsalçı 

davranışlarını, 

istehsal 

və 

istehsal 



xərcləri 

funksiyalarını araşdırır; 

5.2.2.3.  biznes  inamına  və  istehlakçı  gözləntilərinə  təsir  edən  amillərin 

təhlilini aparır; 

5.2.2.4.  iqtisadiyyatın  ayrı-ayrı  sektorları  üzrə  rəqabət  qabiliyyətini 

tədqiq  edir  və  rəqabət  üstünlüklərinin  müəyyənləşdirilməsi  istiqamətində 

konseptual təkliflər hazırlayır; 



 

 

 



 

5.2.2.5.  müxtəlif  fiskal  və  monetar  siyasət  ssenarilərinin  mikroiqtisadi 



subyektlərin qəbul etdikləri qərarlara təsirini tədqiq edir; 

5.2.2.6.  əmtəə, 

əmək 

və 


maliyyə 

bazarlarının 

formalaşması 

qanunauyğunluqlarını  araşdırır  və  bazar  effektivliyinin  determinantlarını 

müəyyən edir; 

5.2.2.7.  müxtəlif  məhsulların  qiymətinin  formalaşmasını  təmin  edən 

amillər  səbətini  müəyyənləşdirir  və  qiymətin  əmələgəlmə  prosesində  onların 

fərdi rolunu tədqiq edir; 

5.2.2.8.  bazarlarda struktur məsələlərini araşdırır; 

5.2.2.9.  mikro  subyektlərin  likvidliyinin,  real  sektorun  inkişafı  üçün 

kapitallaşma  kanallarının  və  digər  mikroiqtisadi  məsələlərin  fundamental 

araşdırmalarını həyata keçirir. 



5.3.  Maliyyə  sektorunun  tədqiqatları  departamenti  maliyyə-bank 

sektorunun  dayanıqlığı,  sabitliyi  və  maliyyə  vasitəçiliyinin  inkişafının  effektiv 

tənzimlənməsi çərçivəsi  üzrə tədqiqat bazasının  inkişafını təmin edir, strategiya 

və  dövlət  proqramları  hazırlayır  və  bu  istiqamətdə  digər  dövlət  proqramlarında 

iştirak edir. Departamentə daxil olan şöbələr aşağıdakı vəzifələri yerinə yetirir: 

5.3.1. Maliyyə sabitliyinin tədqiqi şöbəsi:  

5.3.1.1.  maliyyə sabitliyi sahəsində qlobal  meyilləri və bu sahədə siyasət 

çərçivəsinin formalaşması və tətbiqi üzrə beynəlxalq təcrübələri araşdırır;  

5.3.1.2.  ölkənin  maliyyə-bank  sisteminin  iqtisadi  və  maliyyə  şoklarına 

qarşı dayanıqlığını müntəzəm əsasda tədqiq edir və bunun üçün modellər qurur; 

5.3.1.3.  makroprudensial  tənzimləmə  üzrə  alətlərin  kalibrasiyasını, 

iqtisadiyyata 

və 


maliyyə-bank 

sisteminə 

təsirlərini 

modelləşdirir 

və 

proqnozlaşdırır. 



5.3.2. Maliyyə vasitəçiliyinin tədqiqi şöbəsi: 


 

 

 



 

5.3.2.1.  maliyyə  inkluzivliyinin  orta  və  uzunmüddətli  dövrdə  artırılması 



üzrə  beynəlxalq  təcrübəni  öyrənir  və  bu  istiqamətdə  strategiya  və  dövlət 

proqramları hazırlayır;  

5.3.2.2.  maliyyə  vasitəçiliyinin  iqtisadi  artıma  təsir  kanallarını  empirik 

modellər vasitəsilə tədqiq edir və proqnozlaşdırır; 

5.3.2.3.  maliyyə vasitəçiliyinin dərinliyinin artırılması məqsədilə maliyyə 

sisteminin  bütün  seqmentlərinin,  o  cümlədən  bank  sektorunun  inkişafı  və 

maliyyə infrastrukturunun (ödəniş sistemləri, kredit məlumat büroları və girovun 

qeydiyyatı  sistemi)  müasirləşməsi  üzrə  beynəlxalq  təcrübəni  öyrənir  və  bu 

istiqamətdə strategiya və dövlət proqramları hazırlayır;  

5.3.2.4.  bank  və  ödəniş  sistemləri  sahəsində  praktiki  tətbiq  olunan 

metodlar, alətlər, texnologiyalar və vasitələr hazırlayır;  

5.3.2.5.  maliyyə  vasitəçiliyin  digər  seqmentlərinin  (qiymətli  kağızlar 

bazarı,  sığorta  və  pensiya  sistemləri  və  s.) inkişaf  yollarını  araşdırır  və  təkliflər 

verir, həmçinin bu istiqamətdə dövlət proqramlarında iştirak edir; 

5.3.2.6.  beynəlxalq  maliyyə  bazarlarını  tədqiq  edir  və  onların  ölkə 

iqtisadiyyatına  və  maliyyə  sisteminə  potensial  təsirlərini  qiymətləndirir  və 

təkliflər verir; 

5.3.2.7.  maliyyə savadlılığı sahəsində müxtəlif maarifləndirici vasitələrin, 

məhsulların  və  internet  resursların  məzmununun  hazırlanmasında  iştirak  edir. 

Bank  və  ödəniş  sisteminin  inkişafı  üçün  elmi-tədqiqat  işləri  üzrə  müsabiqələrin 

keçirilməsini həyata keçirir.  

5.4.  Resurslar  və  maarifləndirmə  xidməti  pul  və  bank  siyasətinin 

intellektual  resurslarının  inkişaf  etdirilməsini,  əhali  və  digər  hədəf  qrupları 

arasında  maliyyə  savadlığının  artırılmasını,  maliyyə-bank  sistemində  insan 

resurslarının  peşə  hazırlığı  səviyyəsinin  təkmilləşdirilməsini  təmin  edir,  habelə 

rəhbərliyin  tapşırığı  ilə  Mərkəzi  Bankda  xüsusi  layihələrin  icrasını  təşkil  edir. 

Xidmətə daxil olan struktur vahidləri aşağıdakı vəzifələri yerinə yetirir: 




 

 

 



10 

 

5.4.1. İqtisadi maarifləndirmə qrupu: 

5.4.1.1.  cəmiyyətdə  maliyyə  savadlığının  artırılmasına  xidmət  edən 

müxtəlif  maarifləndirici  vasitələrin,  məhsulların  və  internet  resursların 

hazırlanmasını və inkişafını təmin edir; 

5.4.1.2.  maliyyə  savadlığı  sahəsində  strateji  sənədlərin  hazırlanmasında 

iştirak  edir  və  bu  sahədə  müvafiq  fəaliyyətin  aidiyyatı  qurumlarla 

koordinasiyasını təmin edir;  

5.4.1.3.  makroiqtisadi  tədqiqatlar,  iqtisadi  inkişafın  tədqiqatları  və 

maliyyə 


sektorunun 

tədqiqatları 

departamentləri 

tərəfindən 

aparılmış 

tədqiqatların  əsas  nəticələrinin  öyrənilməsi  üzrə  informasiya  sessiyaları, 

seminarlar,  dəyirmi  masalar  və  digər  məlumatlandırma  tədbirlərini  həyata 

keçirir; 

5.4.1.4.  makroiqtisadi  tədqiqatlar,  iqtisadi  inkişafın  tədqiqatları  və 

maliyyə  sektorunun  tədqiqatları  departamentləri  tərəfindən  aparılmış  və  tətbiqi 

tövsiyə  edilmiş  tədqiqatların  əsas  nəticələri  üzrə  Mərkəzi  Bankın,  aidiyyəti 

dövlət orqanlarının  və  maliyyə sistemi  iştirakçılarının  mütəxəssislərinə  müvafiq 

kompetensiyaların formalaşdırılması məqsədilə xüsusi treninqlər təşkil edir; 

5.4.1.5.  yerli  və  xarici  təlimçiləri  cəlb  etməklə  digər  ölkələrin  bank-

maliyyə  sistemində  özünü  doğrultmuş  və  akkreditasiya  olunmuş  aidiyyəti 

sertifikatlaşdırılmış proqramlara hazırlıq üzrə təlimləri təşkil edir; 

5.4.1.6.  maliyyə-bank  sistemində  insan  resurslarının  inkişafı  məqsədilə 

xarici  dövlətlərin  mərkəzi  bankları,  xarici  və  yerli  tədris  institutları  ilə 

əməkdaşlıq  edərək  lazımi  informasiya  mübadiləsini  aparır,  qarşılıqlı  işgüzar 

əlaqələr  qurur,  Mərkəzi  Bankın  aidiyyəti  departamenti  ilə  birlikdə  zəruri 

resurslar cəlb edir; 

5.4.1.7.  Mərkəzi  Bankın  aidiyyəti  departamentinin  təqdimatı  əsasında 

geniş  ictimaiyyət  üçün  mərkəzi  bankçılıq,  makro  və  mikroiqtisadiyyat  və 



11 

iqtisadiyyatın  digər  sahələri  üzrə  qısamüddətli  seminar,  tədris  məşğələləri  və 

təqdimatların keçirilməsini təmin edir; 

5.4.1.8.  maliyyə-bank sisteminə aid ictimai maraq kəsb edən mövzularda 

maarifləndirmə işlərini təşkil edir. 

5.4.2. İntellektual resurslar laboratoriyası: 

5.4.2.1.  Mərkəzi  Bankın  məqsədləri  və  funksiyaları  üzrə  müvafiq 

intellektual resurslarının yaradılması və inkişaf etdirilməsini təmin edir; 

5.4.2.2.  bank  işçiləri  və  geniş  ictimaiyyət  arasında  xüsusi  təhsil 

layihələrini  və  maarifləndirmə  işlərini  həyata  keçirmək  məqsədilə  E-təhsil,  E-

kitabxana,  E-jurnal,  E-muzey,  Virtual  Mərkəzi  Bank,  İntellektual  oyunlar  və  s. 

bölmələrdən  ibarət  İqtisadi  tədqiqatlar  və  bilik  portalının  formalaşmasını  və 

inkişafını təmin edir; 

5.4.2.3.  Mərkəzi  Bank  əməkdaşları  və  digər  istifadəçilər  üçün 

kitabxananın (o cümlədən elektron kitabxananın)  fəaliyyətini təşkil edir və onun 

resurslarından müntəzəm istifadəni təmin edir; 

5.4.2.4.  Azərbaycanda  bank  sisteminin  tarixi  ilə  bank  işçilərini,  geniş 

ictimaiyyəti tanış etmək məqsədilə  Mərkəzi Bankın muzeyini təşkil edir; 

5.4.2.5.  aidiyyəti  intellektual  və  innovasiya  institutlarının  fəaliyyəti  və 

alətləri  üzrə  araşdırmalar  aparır,  onlarla  qarşılıqlı  əməkdaşlıq  əlaqələrini  qurur, 

Mərkəzin  intellektual  beyin  mərkəzi kimi  formalaşması  üçün  müxtəlif  layihələr 

və tədbirlər həyata keçirir; 

5.4.2.6.  Mərkəzi  Bank  rəhbərliyinin  tapşırığı  ilə  həyata  keçirilən  xüsusi 

layihələrin  icrasını  təşkil  edir,  dövlət  orqanları,  elmi-tədqiqat  müəssisələri, 

müxtəlif  fondlar,  yerli  və  beynəlxalq  təşkilatlarla  müştərək  layihələr  işləyib 

hazırlayır və həyata keçirir; 

5.4.2.7.  iqtisadiyyat  və  maliyyə  sahəsində  beynəlxalq  elmi-praktik 

konfransların, diskussiyaların keçirilməsini təşkil edir; 

5.4.2.8.  Mərkəzi Bankın fəaliyyəti çərçivəsində nəşr işlərini təşkil edir. 



Mərkəzi Bankın sədri 

E.Rüstəmov


12 

Yüklə 74,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə