Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə1/84
tarix04.07.2018
ölçüsü
#53336
  1   2   3   4   5   6   7   8   9   ...   84
53336

Azərbaycan Respublikası Milli Elmlər Akademiyası 
Fəlsəfə, Sosiologiya və H üquq  İnstitutu
QARAYEV RAUF MƏMMƏD oğlu
A M  E A  Fəlsəfə, Sosiologiya və Hüquq 
İnstitutunun Elmi Şurasınınl3 noyabr 
2010-cu il tarixli qərarı ilə çapa tövsiyə 
olunub
ERMƏNİSTAN-AZƏRBAYCAN,  DAĞLIQ QARABAĞ 
MÜNAQİŞƏSİNİN NİZAMLANMASINDA 
BEYNƏLXALQ TƏŞKİLATLARIN QƏRARLARININ 
ƏHƏMİYYƏTİ VƏ  BEYNƏLXALQ HÜQUQ
15594
______
Azərbaycan  Respublikası  Prezidentinin 
işlər  İdarəsi
PREZİDENT  KİTABXANASI 
B a k ı- 2012_______


Qarayev R.M.
hüquq elmləri üzrə fəlsəfə doktoru 
Məmmədzadə İ.R.
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun 
direktoru, fəlsəfə elmləri  doktoru
Əliyev Ə.İ.
BDU hüquq fakültəsinin dekanı, 
hüquq  elmləri doktoru, professor;
Zahidov B.S.
Fəlsəfə, Sosiologiya və Hüquq 
İnstitutunun direktor müavini,  hüquq  elmləri 
doktoru, professor.
Rauf Məmməd oğlu Qarayev.  Ermənistan-Azərbaycan,  Dağlıq 
Qarabağ  münaqişəsinin  nizamlanmasında  beynəlxalq  təşkilatların 
qərarlarının əhəmiyyəti və beynəlxalq hüquq.  Bakı, 2012. 344 səh.
Dünya birliyi  dövlətlərin  mövqeyi  ilə  yanaşı,  Ermənistan-Azərbaycan 
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması  prosesinə əhəmiyyətli dərəcə­
də  təsir  göstərən  vacib  amillərdən  biri  də  bu  münaqişəyə aid  nüfuzlu  bey­
nəlxalq  dövlətlərarası  təşkilatların  öz  qərarlarında  əks  olunmuş  mövqeləri­
dir.  Monoqrafiyada  ilk  dəfə  azərbaycan  beynəlxalq  hüquq  ədəbiyyatında 
sistemləşdirilmiş  şəkildə  Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ  münaqi­
şəsinə  aid  BMT,  ATƏT,  Avropa  Şurası,  Avropa  Birliyi,  İK.T,  НАТО, 
GUAM  kimi  dünyanın  aparıcı  beynəlxalq  hökumətlərarası  təşkilatlan  tərə­
findən  qəbul  olunmuş  beynəlxalq  aktlar tədqiq  edilmişdir.  Aparılmış tədqi­
qat  nəticəsində müəllif belə bir nəticəyə gəlir ki,  bu  münaqişənin nizamlan­
masında Azərbaycanın mövqeyi müasir beynəlxalq hüquq norma və prinsip­
lərin  tələblərinə  uyğundur.  Bu  isə,  öz  növbəsində,  sübhəsiz ki,  azərbaycan 
tərəfinin mövqesinin əsaslı, qanuni və ədalətli olmasının sübutedici bazasını 
daha  da  gücləndirir.  Monoqrafiya  alimlər,  tələbələr,  beynəlxalq  hüquq  və 
münasibətlər  problemləri  ilə  məşğul  olan  mütəxəssislər,  ekspertlər,  polito- 
loqlar  və  beynəlxalq  hüquq  problemləri  ilə  maraqlananlar  üçün  nəzərdə 
tutulmuşdur.
ISBN 978-9952-445-10-7
Müəllif:
Elmi redaktor:
Rəyçilər:
© Qarayev R. M., 2012
MÜNDƏRİCAT
G iriş............................................................................................. 4
Fəsil  I.  Ermənistanın  Azərbaycana  qarşı  təcavüzünün  ümumi
beynəlxalq - hüquqi aspektləri  ................................................. 13
Fəsil  II.  Ermənistan-Azərbaycan.  Dağlıq  Qarabağ  münaqişəsi­
nin  nizamlanmasında BMT-nın qərarlarının rolu 
və əhəmiyyəti  ............................................................................ 25
1.1.  BMT Təhlükəsizlik Şurasının qərarları.......................... 25
1.2.  BMT Baş Məclisinin qərarları  ........................................31
Fəsil  III.  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişə­
sinin  nizamlanmasında İKT-nın qərarlarının rolu
və əhəmiyyəti  ............................................................................ 39
Fəsil  IV.  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ münaqişəsi­
nin  nizamlanmasında  Avropa  regional  təşkilatlarının  qərarları­
nın  rolu və əhəmiyyəti...............................................................66
4 .1.  Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin 
nizamlanmasında ATƏT qərarlarının rolu
və əhəm iyyəti............................................................................ 66
4.2.  Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin
Nizamlanmasında AŞPA-nın qərarları.....................................85
4.3.  Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında Avropa Birliyinin qərarları........................ 88
Fəsil V.  Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ 
münaqişəsinin  nizamlanmasında  NATO-nun  qərarlarının  rolu
və əhəmiyyəti  .........................................................................   104
Fəsil VI.  Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi­
nin nizamlanmasında QlJAM-ın qərarlarının  rolu
və əhəmiyyəti  .........................................................................  116
Nəticə  ....................................................................................... 128
İstifadə olunmuş ədəbiyyat siyahısı  ....................................... 134
O lavələr..................................................................................   149
3


GİRİŞ
Müasir  dünyada  geosiyasi  vəziyyət  və  dünya  arenasında 
dövlətlərin  qüvvələrin  nisbəti  kəskin  surətdə  dəyişir.  Sosialist 
sisteminin və bu düşərgəyə başçılıq edən Sovet İttifaqının dağıl­
masından  sonra  ideoloji  meyarlara  görə  ölkələrin  iki  düşərgəyə 
bölünməsinə  qədər  mövcud  olan  ikiqütblü  dünya  hansısa  bir 
zaman  dövründə  birqütblü  dünyaya  çevrildi.  Bu,  dünyanın  ye­
ganə  superdövləti  olan -  Amerika Birləşmiş  Ştatlarının  iqtisadi, 
hərbi və  siyasi qüdrətinin artması ilə bağlı  idi. Hətta ABŞ dövlət 
katibi  xanım  Hillari  Klinton  öz  ölkəsinin  beynəlxalq  mü­
nasibətlər üzrə  Şurasında çıxış edərək bəyan etdi  ki:  “ABŞ üçün 
dünya  liderliyi  eyni  vaxtda  həm  məsuliyyətdir,  həmdə  yeganə 
imkandır”.  Onun  sözlərinə  görə  müasir  beynəlxalq  müna­
sibətlərdə elə bir zaman gəldi ki: “ABŞ dünya liderliyi həyati də­
rəcədə  zəruridir,  hətta bunu yeni  yollarla həyata  keçirmək məc- 
buriyyətinda  olsa  bilə...Bütün  dünya bizə  baxır,  çünki Amerika 
dünya  problemlərinin  həlli  məqsədilə  birgə  səyləri  səfərbərlik 
etmək üçün  imkana və qüdrətə  malikdir.  Bunda bizim rəqibimiz 
yoxdur”.[90]  Lakin  hazırki  dövrdə  dünya  siyasətçilərin, 
beynəlxalq  münasibətlər  və  beynəlxalq  hüquq  üzrə  alimlərin, 
ekspertlərin  və  politoloqların  çoxu  artıq  dünyanın  çoxqütblü 
istiqamətinə  doğru  inkişafından  danışır və  bunu  beynəlxalq  mü­
nasibətlər  sistemində  müşayiət  olunan  ABŞ-ııın  rolunun  dur­
madan daimi azalması tendensiyası və bununla yanası digər döv­
lətlərin (m.ü. Çinin,  Hindistanın) və ya dövlətlər ittifaqının (m.ü. 
Avropa  Birliyinin)  təsirinin  tədricən  artması  ilə  bağlayırlar. 
Məsələn,  Amerika  hökumətinin  araşdırma təşkilatı -  Milli  Kəş­
fiyyat  Şurası  (National  Intelligence  Council,  NIC)  2025-ci  il 
üçün dünyanın  ən qüdrətli  dövlətlərinin (yəni  dünya hadisələrin
4
inkişafına təsir göstərə  bilən  dövlətlərin)  siyahısını  tərtib  etmiş­
dir.  “International  Futures”  nümunəsi  (modeli)  əsasmda  hazır­
lanmış  cədvələ  uyğun  olaraq  2010-cu  ildə  dünyanın  ən  qüdrətli 
dövləti  Amerika  Birləşmiş  Ştatlarıdır.  Dünyada  təsirin  20  fai­
zindən çoxu bu dövlətin  payına düşür.  İkinci yeri  Avropa Birliyi 
ölkələri,  üçüncü  yeri  Çin,  dördüncü  yeri  Hindistan,  beşinci  yeıi 
Yaponiya,  altıncı  və  yeddinci  yerləri  isə  müvafiq  olaraq  Rusiya 
və Braziliya tuturlar.  2025-ci  ilə isə, mütəxəssislərin proqnozuna 
görə,  qüvvələrin  nisbəti  dəyişəcək.  ABŞ  liderliyi  saxlasada, 
onun təsir payı  18% qədər enəcək,  ikinci yerə Çin çıxacaq (onun 
təsir  faizi  təxminən  16%  çatacaq),  Avropa  Birliyi  ölkələri 
üçüncü yeri  tutacaq.  Hindistan  dördüncü yerdə qalacaq  və onun 
təsiri  az qala  10% qədər artacaq.  Yaponiya,  Rusiya və  Braziliya 
öz  yerlərində  qalacaq,  lakin  Yaponiya  və  Rusiya  bir  qədər 
geriyələcək.  Braziliya  isə  bir qədər irəliyəcəkdir.  (“International 
Futures”  modelində  hesablamalar  siyahıya  daxil  edilmiş 
ölkələrin  ÜDM  və  həmdə  bu  ölkələrin  müdafiəyə  ayrılmış 
xərclərinə,  əhalinin  sayına,  texnologiyaların  inkişaf səviyyəsinə 
əsaslanır).  Aparılmış  hesablamalar  əsasənda  hazırlanmış  bu 
cədvəl  çoxqütblü  dünyaya doğru  inkişaf edilməsi  tendensiyasını 
göstərir.    «Berlin  divarının  sökülməsindən  sonra  yaranmış 
düzüm  dağılır,  ABŞ  və  Qərbin  təsiri,  bütövlükdə  azalır”  -   bu 
Londonda  britaniya  strateji  araşdırmalar beynəlxalq  institutunun 
təqdim etdiyi  illik  məruzəsinin əsas nəticəsidir.  İnstitutun başçısı 
professor  Jon  Çipman  geosiyasi  problemlərin  öyrənilməsi  üzrə 
dünyada analitik  mərkəzlərin  arasında ən  nüfuzlulardan  biri olan 
bu  təşkilatın  “2009  ilin  Strateji  icmalı”  adlı  məruzəsini  təqdim 
etdi.  Məruzədə  qeyd  olunur  ki,  indiki  ağır  maliyyə  və  iqtisadi 
böhran,  SSRİ-in  dağılmasından  və  Berlin  divarının  sökülməsin­
dən  sonra yaranmış dünya geosiyasi  düzümüm  özünün  əsasında
5


Yüklə

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə