Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar xanım Muradovaya



Yüklə 15,15 Kb.
tarix08.07.2018
ölçüsü15,15 Kb.
#54426



Azərbaycan Respublikası

Milli Məclisi sədrinin müavini
Bahar xanım Muradovaya
11 aprel 2016-cı il tarixli

011/10-153 nömrəli məktuba



Hörmətli Bahar xanım,
Vətəndaş Nərminə Qazıyevanın ona aparılmış məhkəmə-tibbi ekspertizası müayinələrinin əsaslılığı ilə bağlı müxtəlif dövlət idarələrindən daxil olan ərizəsində qaldırılan məsələlər Səhiyyə Nazirliyində araşdırılmışdır.
Bildiririk ki, 59 yaşlı N.Qazıyeva “postravmatik serebral araxnoidit, kəllədaxili hipertenziya; kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə Bakı 20 nömrəli Şəhər Poliklinikasında ikinci qrup əlil kimi qeydiyyatdadır.
N.Qazıyevaya 2013-cü ilin sentyabr ayında yol-nəqliyyat hadisəsi zamanı aldığı travma ilə əlaqədar hüquq-mühafizə orqanlarının qərarına əsasən müxtəlif vaxtlarda yüksəkixtisaslı mütəxəssislər cəlb olunmaqla üç dəfə Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində, bir dəfə isə Müdafiə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində təkrarı komission məhkəmə-tibbi ekspertiza aparılmışdır.
Araşdırma zamanı N.Qazıyevaya aparılmış radioloji müayinələrdə sınıq nahiyəsində yeni sınığa məxsus əlamətlərin olmaması, radioloji əlamətlərin dinamikada stabil olması, yeni sınıqlardan sonra baş verməli olan proseslərin aşkarlanmadığı müəyyən edilmişdir. Həmçinin digər fəqərələrdə də analoji dəyişikliklərin mövcudluğu qeyd olunmuşdur.
Ekspertlərin rəylərində N.Qazıyevada müəyyən edilmiş “ikinci bel fəqərəsinin cisminin kompression sınığı”nın travmatik xarakterli deyil, birmənalı olaraq osteoporoz nəticəsində yaranmış köhnə bitişmiş sınıq olduğu və yol-nəqliyyat hadisəsi baş verdiyi tarixdən əvvəlki dövrlərə uyğun gəldiyi bildirilmişdir.

Bu barədə ərizəçiyə məlumat verilmişdir.



Hörmətlə,
Tibbi yardımın təşkili

şöbəsinin müdiri G.Poladov
Yüklə 15,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə