Azərbaycan Respublikası Prezidentinin Fərmanı «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında»



Yüklə 9,78 Kb.
tarix04.11.2017
ölçüsü9,78 Kb.
#8201

«İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarını «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 5-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş avtomatlaşdırılmış informasiya sistemində elektron imzasının identikləşdirilməsi və istifadə olunma qaydası barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 7-ci maddəsinin dördüncü hissəsinin müddəalarını nəzərə alaraq, dövlət informasiya ehtiyatlarının formalaşdırılması və xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşan təşkilatların fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) verən icra hakimiyyəti orqanı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş informasiya ehtiyatları və ya onların müəyyən hissələrinin milli informasiya ehtiyatları elan edilməsi və onların milli sərvət kimi mühafizə edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 16-ci maddəsinin birinci hissəsinin müddəalarını nəzərə alaraq informasiya sistemlərinin, habelə bu sistemlərin mühafizə vasitələrinin sertifikasiya qaydaları və belə sertifikasiyanı təşkil edən icra hakimiyyəti orqanları barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 16-ci maddəsinin ikinci hissəsinin müddəalarını nəzərə alaraq informasiya mühafizə vasitələrinin layihələşdirilməsi və istehsalı sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziyanı) verən icra hakimiyyəti orqanı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlərə dair müvafiq normativ-hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

öz səlahiyyətləri daxilində «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

«İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində və 11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya həyata keçirir;

həmin Qanunun 8-ci maddəsinin birinci hissəsində, 11-ci maddəsinin dördüncü hissəsində və 14-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.


Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

Bakı şəhəri, 19 iyun 1998-ci il



№ 729
Yüklə 9,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə