Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 10,28 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix18.07.2018
ölçüsü10,28 Mb.
#56463
  1   2   3   4   5   6   7


Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini 

rəhbər tutaraq qərara alıram:

Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər 

“Tərəqqi” medalı ilə təltif edilsinlər:

Bakı şəhəri, 13 iyun 2016-cı il.

Amerikalı professor 

Tibb Universitetində 

qonaq olub

“Əməkdar həkim”

Abuzərov Rafiq Mahmud oğlu

Adnayev Sabir Adnayeviç

Ağayev Gündüz Xeyrəddin oğlu

Balakişiyeva Fəxrəndə Kamil qızı

Əliyeva İradə Tofiq qızı

Əliyeva Nigar Ramiz qızı

Hacıyev Tahir İbad oğlu

Hüseynova Edilya Cümşüd qızı

Qarayeva Nailə Ələkbər qızı

Məmmədov Əhəd Süleyman oğlu

Məmmədov Nizami Həsən oğlu

Rəcəbov Fərhad Məzahir oğlu

“Əməkdar müəllim”

Əzizova Svetlana Qəşəmovna

İsmayılov Fuad Nadir oğlu

“Əməkdar tibb işçisi”

Eldarova Kəmalə Seyidqulu qızı

Əliyeva Fazilə Məhəmməd qızı

Hüseynova Könül Kamil qızı

Seyidova Sevda Mirəli qızı.

İlham Əliyev,

Azərbaycan Respublikasının 

Prezidenti

Bakı şəhəri, 13 iyun 2016-cı il.

Babayev Fariz Kamil oğlu

Cəfərli Əhəd Məmməd oğlu

Hüseynova Zərifə Əzizağa qızı

İsmayılova Südabə Nəbi qızı

Məcidova Nigar Zahid qızı

Mustafayeva Zəkiyyə Müslüm qızı

Rəhimov İbrahim İslam oğlu.



İlham Əliyev,

Azərbaycan Respublikasının 

Prezidenti

Ben-Gurion 

Universitetinin 

nümayəndə heyəti 

rektor Gəray Gəraybəyli 

ilə görüşüb

Prezident səhiyyə işçilərini 

mükafatlandırdı

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 12 (1630) 29 iyun 2016 - cı il                           Qiyməti 50 qəpik

Dövlət Attestasiya Komissiyası 

sədrlərinin hesabatı dinlənildi

Səhiyyə Nazirliyində Tibb 

İşçiləri günü qeyd edildi

BU  SAYIMIZDA 

3

6

6

2

Azərbaycan Respublikasının səhiyyə 

işçilərinə fəxri adların verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci 

bəndini rəhbər tutaraq qərara alıram:

Tibb elminin inkişafındakı xidmətlərinə görə Sabir Qaçay oğlu Həbibov 

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2016-cı il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini 

rəhbər tutaraq qərara alıram: 

Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə 

Azərbaycan Respublikasının fəxri adları verilsin:

Azərbaycan Respublikasının səhiyyə 

işçilərinin “Tərəqqi” medalı ilə təltif 

edilməsi haqqında

S.Q.Həbibovun “Azərbaycan Respublikası 

Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi 

haqqında

Bu gün ATU-da Buraxılış Günüdür!



http://www.amu.edu.az

29 iyun  2016-cı il

2

Fəxri  Xiyabanı  ziyarət  edən 



O.Şirəliyev  və  səhiyyə  işçiləri 

xalqımızın  ümummilli  lideri 

Heydər Əliyevin abidəsi önünə 

əklil  qoyaraq  və  görkəmli  of-

talmoloq-alim, 

akademik 

Zərifə xanım Əliyevanın məzarı 

üzərinə  gül  dəstələri  düzərək 

hər  iki  şəxsiyyətin  xatirəsini 

dərin hörmət və ehtiramla yad 

etmişlər.

Daha  sonra  O.Şirəliyev 

və  səhiyyə  nümayəndələri 

Şəhidlər  Xiyabanını  ziyarət 

edərək Vətənimizin suverenliyi 

və  müstəqilliyi  uğrunda  həlak 

olmuş  şəhidlərimizin  məzarı 

üzərinə  və  onların  xatirəsinə 

ucaldılmış 

“Əbədi 


məşəl” 

abidəsinin  önünə  əklil  və  gül 

dəstələri qoymuşlar.

Tədbirin  davamı  olaraq 

Səhiyyə  Nazirliyində  tibb 

işçilərinin  peşə  bayramına 

həsr  edilmiş  Kollegiya  icla-

sı  keçirilmişdir.  İclasda  Bakı 

və  digər  şəhər  və  rayonlar-

da  fəaliyyət  göstərən  tibb 

müəssisələrinin 

rəhbərləri, 

tanınmış  elm  və  tibb  elmi 

xadimləri iştirak etmişdir.

Tədbiri  giriş  sözü  ilə 

açan  səhiyyə  naziri  çıxışın-

da  xüsusi  vurğulamışdır  ki, 

bu  peşə  bayramı  ulu  öndər 

Heydər  Əliyevin  Azərbaycan 

səhiyyəsinə 

hədiyyəsidir: 

“Ümummilli  liderin  2001-ci 

ildə  imzaladığı  Sərəncamla 

Tibb  İşçiləri  Gününün  təsis 

etməsi  onun  həkimlik  sənə-

tinə  münasibətini,  tibb  işçi-

lərinin  zəhmətinə  yüksək 

dəyər  verdiyini  göstərir.  İndi 

səhiyyəmizin  hər  ili,  hər  ayı 

irəliləyişlə,  yeni-yeni  uğur-

larla  yadda  qalır.  Ötən  bir  ilə 

nəzər salanda deyə bilərik ki, 

bu  dövr  Azərbaycan  Respub-

likasının Prezidenti möhtərəm 

cənab  İlham  Əliyevin  sosial 

yönümlü siyasəti, ölkəmizdəki 

ictimai-siyasi stabillik, iqtisadi 

inkişaf  sayəsində  həm  bütün 

Vətənimiz  üçün,  həm  də  ölkə 

səhiyyəsi  üçün  uğurlu  bir  il 

olub. Səhiyyənin inkişafı, tibb 

müəssisələrinin  yüksək  stan-

dartlara  cavab  verən  qayda-

da  tikilib  istifadəyə  verilməsi 

üçün  xeyli  vəsait  ayrılır.  Bu 

da  bir  daha  səhiyyə  sahəsinə 

olan böyük diqqət və qayğının 

sübutudur”,-deyə nazir bildir-

mişdir.

Daha sonra O.Şirəliyev təd-



bir  iştirakçılarının  diqqə tinə 

çatdırdı  ki,  ölkədə  səhiyyənin 

inkişafına,  əhalinin  sağlam-

lına  böyük  yer  ayrılır:  “Ölkə 

başçısı  İlham  Əliyev  cənabları 

fəaliyyətinin  ilk  günlərindən 

etibarən əhalinin sağlamlığının 

qorunmasını  ölkənin  prioritet 

vəzifəsi  kimi  müəyyən  etdi. 

Bir neçə il əvvələ nəzər salsaq, 

tibb  müəssisələrində  müayinə 

və  müalicə  üçün  vacib  olan 

avadanlıqlar  yox  vəziyyətində 

idi. Bakı şəhərinin ən iri klini-

kalarında  yalnız  süni  tənəffüs 

avadanlıqları var idi. Lakin son 

bir neçə ildə 600-ə yaxın tibb 

müəssisəsi  tikilib,  təmir  olu-

nub  və  ən  müasir  avadanlıq-

larla təchiz edilmişdir”.

Nazir  Təcili  Təxirə salınmaz 

Tibbi  Yardımın  işinin  nəinki 

paytaxt Bakıda, eləcə də regi-

onlarda  da  yüksək  səviyyədə 

qurulduğunu  vurğulamışdır. 

O,  əlavə  etmişdir  ki,  qəbul 

olunmuş  və  uğurla  həyata 

keçirilən  dövlət  proqramları 

bu  gün  insanların  sağlamlı-

ğında  mühüm  yerlərdən  bi-

rini  tutur:  “Hazırda  11  Dövlət 

Proqramı mövcuddur. Səhiyyə 

sahəsində  dövlət  proqram-

ları  uğurla  yerinə  yetirilir.  Bu 

proqramlardan  biri  irsi  qan 

xəstəlikləri  ilə  mübarizəyə 

həsr olunmuşdur və bu sahə   də 

ciddi  irəliləyişlər  var.  Heydər 

Əliyev  Fondunun  Preziden-

ti,  Azərbaycanın  birinci  xa-

nımı  Mehriban  xanım  Əli-

yevanın təşəbbüsü ilə Respub-

lika  Talassemiya  Mər kəzinin 

istifadəyə  verilməsi  ölkəmiz 

üçün aktual problem olan ta-

lassemiya xəstələrinin müalicə 

imkanlarını geniş ləndirib. Ha-

zırda  bu  mərkəzdə  20  minə 

yaxın  uşaq  dövlət  hesabına 

müalicə  alır.  Artıq  30  uşağa 

yalnız  yüksək  inkişaf  etmiş 

səhiyyəyə malik ölkələrdə icra 

edilən  sümük  iliyi  transplan-

tasiyası əməliyyatları icra olu-

nub. Çox sevindirici haldır ki, 

bu  yaxınlarda  ancaq  yüksək 

nəticələr  əldə  etmiş  ölkələrə 

təqdim  olunan  Avropa  Do-

nor  Bankına  üzvlük  statusu 

Azərbaycana verilmişdir.

İrsi qan xəstəliklərinin pro-

filaktikası  baxımından  böyük 

əhəmiyyət  kəsb  edən  nika-

ha  daxil  olan  hər  kəs  tibbi 

müayinədən  keçməlidir.  Bu 

zaman onlar İİV infeksiyasına, 

zöhrəvi xəstəliklərə və talasse-

miyaya görə müayinə edilirlər. 

Bu  tədbir  həm  adı  çəkilən 

xəstəliklərlə 

mübarizədə, 

həm  də  gələcəkdə  doğulacaq 

körpələrin  sağlamlığı  ilə  bağlı 

ciddi irəliləyişlərə nail olmağa 

imkan verir”.

Cənab  nazir  vurğuladı  ki, 

səhiyyə  sahəsində  həyata 

keçirilən  bütün  dövlət  proq-

ramları artıq öz bəhrəsini ve-

rir.  Dövlət  proqramı  ilə  əhatə 

olunan  bütün  xəstəliklər  üzrə 

sağlamlıq  və  demoqrafik 

göstəricilər yaxşılaşır.

Ana  və  uşaq  sağlamlı-

ğı  ilə  bağlı  diridoğulmanın 

yeni  meyarlarına  keçilmiş-

dir.  Beynəlxalq  səhiyyə  təş-

kilatlarının  tövsiyələrinə  uy-

ğun  olan  bu  meyarlar  müasir 

dövrün  tələbidir:  “Azərbaycan 

səhiyyəsinin  bugünkü  inki-

şafı,  xüsusiləşdirilmiş  tibb 

müəssisələrinin 

avadanlıqla 

təc hizatı  bizə  imkan  verir  ki, 

yeni  meyarlara  uyğun  ola-

raq,  vaxtından  xeyli  tez  do-

ğulanların  da  həyatı  uğrunda 

mübarizə aparaq”.

Səhiyyə  Naziri  daha  son-

ra  dünyada  problem  olan 

şəkərli  diabetdən  əziyyət 

çəkən  insanlara  dövlət  he-

sabına  özünənəzarət  apa-

ratların,  pompaların,  həyati 

əhəmiyyətli  dərmanların  döv-

lət  hesabına  paylanmasından, 

habelə  böyrək  çatışmazlığın-

dan  əziyyət  çəkən  insanların 

hətta bölgələrdə belə həftədə 

3  dəfə  dializ  almaları  üçün 

yaradılan  şəraitdən  danış-

dı.  Bildirdi  ki,  hazırda  26-sı 

bölgələrdə  olmaqla  36  Dia-

liz  Mərkəzi  fəaliyyət  göstərir: 

“Bütün  bunlar  bir  daha  ölkə 

rəhbərliyinin  insanların  sağ-

lamlığına 

verdiyi 

xüsusi 


diqqət və qayğının nəticəsidir. 

Ölkəmizdə  tibb  işçilərinin 

nəcib  və  şərəfli  əməyi  həm 

əhali tərəfindən, həm də dövlət 

səviyyəsində  həmişə  yüksək 

dəyərləndirilir.  Hər  il  Tibb 

İşçiləri  Günündə  ölkə  rəhbəri 

tibb  işçilərinin  təltif  edilməsi 

barədə  sərəncamlar  imzala-

yır.  Hər  il  onlarla  həkim,  orta 

tibb işçisi orden və medallarla, 

fəxri  adlarla  mükafatlandırı-

lır.  Bu  Peşə  bayramı  da  bizim 

üçün  Azərbaycan  Prezidenti-

nin  imzaladığı  sərəncamlarla 

əlamətdar  oldu.  Bu,  bir 

tərəfdən,  tibb  sahəsində  ça-

lışan  ən  layiqli,  ən  görkəmli 

insanların  xidmətlərinə  dəyər 

verilməsidir,  digər  tərəfdən, 

ümumilikdə  tibb  işçilərinin 

əməyinə,  bütünlükdə  Azər-

baycan  səhiyyəsinə  verilən 

qiy mətdir.

Bir daha sizin hamınızı peşə 

bayramımız  –  Tibb  İşçiləri 

Günü münasibətilə təbrik edir, 

hamınıza uzun ömür, möhkəm 

cansağlığı,  xoşbəxtlik  və  fi-

ravanlıq  dolu  həyat,  əmin-

amanlıq arzulayıram”.

Sonra 


səhiyyə 

nazi-


ri  Oqtay  Şirəliyev  Prezident                             

İlham  Əliyevin  Sərəncamları 

ilə “Tərəqqi” medalı, “Əməkdar 

Həkim”,  “Əməkdar  Müəllim”, 

“Əməkdar  Tibb  İşçisi”  fəxri 

adları  ilə  təltif  edilən  səhiyyə 

işçilərinin 

mükafatlarını 

təqdim etdi.

Səhiyyə Nazirliyinin əmrləri 

ilə “Səhiyyə əlaçısı” döş nişa-

nı  ilə,  “Fəxri  fərman”la  təltif 

edilən tibb işçilərinin də mü-

kafatları  sahiblərinə  təqdim 

olundu.

Səhiyyə Nazirliyinin 

mətbuat xidməti



17 iyun - tibb işçilərinin peşə bayramı münasibəti 



ilə səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla Səhiyyə 

Nazirliyinin səlahiyyətli şəxsləri və respublikanın tanın-

mış tibb işçiləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını 

ziyarət etmişdir. 

Səhiyyə Nazirliyində Tibb 

İşçiləri günü qeyd edildi

“Bu gün bizim üçün ikiqat bayram-

dır. Həm belə bir möhtəşəm tədbirin, 

Formula 1-in ölkəmizdə keçirilməsinə 

start  verilib,  həm  də  ənənəvi  olaraq 

tibb işçilərinin peşə bayramıdır. Məhz 

bu  münasibətlə  sizləri  və  rəhbərlik 

etdiyiniz  kafedraların,  şöbələrin 

işçilərini  təbrik  edirəm.  Bizim  uni-

versitet  tibb  işçilərini  və  müəllimləri 

birləşdirən  yeganə  müəssisədir.  Bu 

sırf bizim halal bayramımızdır”.

Azərbaycanda  səhiyyə  sahəsinin 

ildən-ilə  inkişaf  etdiyini  xatırladan 

G.Gəraybəyli bunu ölkə rəhbərliyinin 

səhiyyəyə,  tibb  işçilərinə  daima  bö-

yük diqqət və qayğıyla yanaşması ilə 

əlaqələndirib:  “Cənab  Prezidentin  səhiyyə  işçiləri 

haqqında  söylədiyi  xoş  sözləri  yəqin  ki,  eşitdi-

niz.  Ölkə  başçısı  bildirdi  ki,  son  3  ildə  600-dən 

çox səhiyyə müəssisəsində ya yenidənqurma işləri 

aparılıb,  ya  da  tam  təmir  olunub.  Bu  həddindən 

artıq böyük bir rəqəmdir. Hətta indi ucqar rayon-

lardakı  klinikalarda  da  böyük  tibbi  əməliyyatlar 

aparılır.  Tibb  Universitetinin  məsuliyyəti  də  hər 

gün bir daha artır. Bizim müasir klinikalarımız var, 

tibb avadanlıqları müntəzəm yenilənir. Lakin bun-

lar yetərli deyil, əlbəttə ki, əsas bu avadanlıqlarla 

işləyən  mütəxəssislərin  olmasıdır.  Bu  istiqamətdə 

də bizim işimiz çox önəmlidir”.

Xatırladaq 

ki, 


Azərbaycan 

Prezidentinin 

“Azərbaycanda  tibb  işçilərinin  peşə  bayramı  gü-

nünün təsis edilməsi haqqında” 2001-ci il iyunun 

4-də verdiyi sərəncama əsasən, hər il iyunun 17-

si ölkədə tibb işçilərinin peşə bayramı günü kimi 

qeyd olunur.

Gəray Gəraybəyli: «Bu gün bizim üçün ikiqat bayramdır...»

Azərbaycan Tibb Universitetinin rek-

toru, professor Gəray Gəraybəyli ATU 

işçiləri heyətini tibb işçilərinin peşə bay-

ramı münasibətilə təbrik edib:

ATU-nun mətbuat xidməti



Yüklə 10,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə