Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
  1   2   3   4   5   6   7   8   9   ...   25


 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 



Y.Ş.Şıxəliyev, İ.Ə.Qasımov, M.A.Şıxlinskaya 

 

 

 

 

 

Vərəm əleyhinə dərmanlar və onların əlavə 

 təsirlərinin aradan qaldırılması yolları 

 

 

 

 

 

 

 

Metodik təlimat 

 

 

 

 

Bakı 2017 


 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Elmi Tədqiqat Ağ ciyər Xəstəlikləri 



İnstitutu 

Vərəm əleyhinə dərmanlar və onların əlavə  təsirlərinin aradan qaldırılması 

yolları (metodik təlimat) 

 

Müəlliflər:   Əməkdar həkim, tibb elmləri doktoru  -   Y.Ş.Şıxəliyev 



Tibb üzrə fəlsəfə doktoru  - İ.Ə.Qasımov 

Tibb üzrə fəlsəfə doktoru  - M.A.Şıxlinskaya 

 

Rəyçi – tibb elmləri doktoru G.S.Hacıyev (9 saylı Xüsusiləşdirilmiş vərəm 



xəstəxanasının baş həkimi) 

 

Metodik  təlimata    Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  Elmi 



Tədqiqat  Ağ  ciyər  Xəstəlikləri  İnstitutunun  elmi  şurasında  baxılıb  dərc  edilməsi 

məsləhət görülmüşdür.   

 

  

Metodik  təlimat  vərəmin  profilaktikası  və  müalicəsi  ilə  məşğul  olan  həkim 



ftizio-pulmonoloqlar  üçün  nəzərdə  tutulmuşdur.  Metodik  təlimatdan    tibb 

universitetinin tələbələri dərs vəsaiti kimi istifadə edə bilərlər.  

 

 



 

Vərəm əleyhinə dərmanların qısa xarakteristikası 



 

Antibakterial  dərmanlar  bakteriostatik  təsirə  malik  olub,  mikobakteriyaların 

virulentliyini azaldır və onların artmasının qarşısını alır. Bununla yanaşı, antibakterial 

dərmanlar öz növbəsində orqanizmə toksiki təsir göstərərək qaraciyərin, böyrəklərin 

və digər orqanların funksiyalarına mənfi təsir edir. 

 

Dərman preparatlarının düzgün təyin edilməməsi istər ilkin, istərsə də xroniki 



xəstələrin müalicəsində dərmana davamlı mikobakteriyaların yaranmasına, artmasına 

səbəb olur və nəticədə müalicədə effekt əldə edilmir.  

  

Kimyəvi terapiya vərəm xəstəliyinin müalicəsində mühüm yer tutur və vərəm 



törədicisinin  artmasının  (bakteriostatik  effekt)  və  orqanizmdən  təmizlənməsinin 

(bakteriosid effekt) baş verməsində mühüm rol oynayır.  

  Kimyəvi  terapiya  vərəm  xəstəliyi  təyin  olunan  andan  başlanmalıdır.  Dərman 

preparatları nəzarət altında qəbul olunmalıdır. Antibakterial dərmanlar 4-5 və bəzən 

çox  preparatların  kombinasiyası  şəklində  təyin  edilməlidir  ki,  mikobakteriyaların 

dərmanlara davamlığı yaranmasın. 

 

Kimyəvi terapiya kursu iki mərhələdən ibarətdir: 



-

 

intensiv mərhələ - bu mərhələ xəstəliyin kliniki əlamətlərinin ləğv edilməsinə, 



mikobakteriyaların  artmasının  qarşısının  alınmasına,  mikobakteriya  ifrazının 

dayanmasına  və  mikobakteriyaların  spesifik  dərmanlara  davamlı  formalarının 

yaranmasının  qarşısının  alınmasına  yönəldilir.  Bu  mərhələdə  spesifik  infiltrativ 

dəyişikliklərin  sorulması,  dağılma  boşluğunun  kiçilməsi  və  ya  ləğv  edilməsi  baş 

verir.  Bəzi  hallarda,  bu  mərhələ  cərrahi  müdaxiləyə  hazırlıq  funksiyasını  yerinə 

yetirir;  

-

 

davamedici  mərhələ  -  bu  mərhələ  mikobakteriyaların  tam  ləğv  edilməsinə, 



spesifik prosesin invalyusiya edilməsinə və orqanların funksiyasının bərpasını təmin 

edir.  


     Spesifik dərmanlar 5 qrupa bölünürlər:  

-

 



birinci sıra dərmanlar (əsas qrup) – bu qrupa izoniazid (H), rifampisin (R), 

etambutol  (E),  pirazinamid  (Z)  aiddir.  Bu  dərmanlar  ayrı-ayrılıqda  və  kombinasiya 

olunmuş şəkildə tətbiq olunurlar.  

-

 



inyeksion vərəm əleyhinə dərmanlar – bu qrupa streptomisin (S), kanamisin 

(Km),  amikasin  (Am),  kapreomisin  (Cm),  viomisin  (Vi)  aiddir.  Bu  dərmanlar 

həssaslığı  qorunan  bütün  xəstələrə  tətbiq  olunur.  Həssaslıq  qorunan  halda 

streptomisinin  təyini  yüksək  effektliyə  malikdir.  Kanamisin  və  amikasin 

streptomisindən  sonrakı  yerləri  tutur  və  onlar  çarpazlaşmış  davamlığa  malikdirlər. 



 

Kanamisinə və streptomisinə davamlıq müşahidə olunduqda kapreomisin və viomisin 



tətbiq edilə bilər. Sonuncu iki preparatın da çarpaz davamlığı qeyd olunur.  

-

 



ftorxinolonlar  –  ofloksasin  (Ofz),  siprofloksasin  (Cfx),  levofloksasin  (Lfz), 

moksifloksasin  (Mtz),  qatifloksasin  (Gfz)  və  s.  aiddir.  Bu  preparatları  həssaslıq 

qorunduqda  tətbiq  etmək  mümkündür.  Vərəm  əleyhinə  təsirinin  səviyyəsinə  görə 

xinolonlar  aşağıdakı  şəkildə  qəbul  olunur:    moksifloksasin  (Mtz)  =  qatifloksasin 

(Gfz)  >  levofloksasin  (Lfz)  >  ofloksasin  (Ofz)  =  siprofloksasin  (Cfx).  Bu 

preparatların uzun müddətli tətbiqi mümkündür.  

-

 

ikinci  sıra  vərəm  əleyhinə  dərmanlar  (ehtiyat  qrup) – bu qrupa etionamid 



(Eto),  protionamid  (Pto),  sikloserin  (Cs),  terizidon  (Trd),  PAST  (PAS),  tioasetazon 

(Th)  aiddir.  Bu  dərmanlar  vərəm  əleyhinə  müəssisələr  tərəfindən  mərkəzləşmiş 

qaydada  mikobakteriyaların  dərmanlara  həssaslığının  təyini  mümkün  olan  halda 

tətbiq olunur. 

-

 

dərmana davamlı vərəmin müalicəsində istifadə olunan yeni  preparatlar   



-bu qrupa (klofazemin (Cfz), amoksisillin / klavulanat (Amx/Clv), klaritromisin (Clr), 

bedaquilin,    linezolid  (Lzd)  və  s.  aiddir.    ÜST  tərəfindən  bu  qrupa  aid  dərmanların 

effektlik səviyyəsi öyrənilməkdədir.   Beynəlxalq Vərəm  və Ağ Ciyər  xəstəliklərinə 

qarşı İttifaq vərəm əleyhinə dərmanları antibakterial aktivliyinə görə  üç kateqoriyaya 

(A,  B,  C)    bölərək  təsnifat  tərtib  etmişdir:  A-kateqoriyasına    ən  güclü    dərmanlar  – 

izoniazid  və  rifampisin;    B-kateqoriyasına  nisbətən  güclü  dərmanlar  –etambutol, 

kanamisin,  streptomisin,  etionamid,  protionamid,  tizamid,  pirazinamid,  floromisin 

(viomisin),  sikloserin;  C-kateqoriyasına  isə  ən  zəif  dərmanlar  –  PAST  və  tibon 

(tioasetazon)  aid edilmişdir.  Dünyada spesifik dərmanlara davamlığın multirezistent 

formasının  (Rifampisinə  və  Rifampisin-İzoniazidə  davamlıq)  artması  ilə  əlaqədar 

olaraq  vərəm əleyhinə dərmanlar aşağıdakı kimi  qruplaşdırılır: 

A.

 



ftorxinolonlar (Lfz, Mtz, Gfz);  

B.

 



ineksion   preparatlar (S, Km, Am, Cm, Vi); 

C.

 



ikinci sıra preparatlar (Eto,  Pto, Cs, Trd, Th,  Clr, Lzd); 

D.

 



əlavə dərmanlar (multirezistent xəstələrin  müalicəsində əsas  müalicə rejiminə 

daxil olmayan); 

d

1

. Z, E, yüksək dozada izoniazid  



d

2

. Bdq, Dlm, 



d

3

. PAST, İpm, Mpm, Amk/Clv, Th; 



Dərmanların dozası xəstənin yaşı, çəkisi və yanaşı xəstəlikləri nəzərə alınmaqla 

optimal səviyyəyə uyğun təyin edilməlidir.   Spesifik  dərmanların  təyini  zamanı 

mikobakteriyaların  bu  dərmanlara  həssaslığı  və  davamlığı  nəzərə  alınmalıdır. 

Orqanizmdə dərmana qarşı toksiki, toksikoallergik, allergik reaksiyalar baş verdikdə 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə