Azərbaycan Respublikası Şirvan şəhər Mədəniyyət və Turizm Nazirliyi mks-nin metodika və biblioqrafiya şöbəsi



Yüklə 27 Kb.
tarix01.07.2018
ölçüsü27 Kb.
#52570

Azərbaycan Respublikası Şirvan şəhər

Mədəniyyət və Turizm Nazirliyi MKS-nin metodika və biblioqrafiya şöbəsi

Rəşid Behbudov 100



Metodik tövsiyə

2015

Rəşid Behbudovun həyat və yaradıcılığı

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayır. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır.



1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.

1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.

Bütün Sovet respublikaları ilə yanaşı ArgentinaBolqarıstanBelçikaÇiliÇinEfiopiyaFinlandiyaHindistanİranİraqİtaliyaMisir,Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rәşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.

Mükafatları



  • Azərbaycan SSR Dövlət mükafatı — 1978

  • 1959-cu ildə ona SSRİ Xalq artisti,

  • Sosialist Əməyi Qəhrəmanı — 23.04.1980

  • Lenin Ordeni — 23.04.1980

  • Qırmızı Əmək Bayrağı,

  • Xalqlar Dostluğu ordenləri

Əsərləri

  • Alagöz

  • Ana

  • Azərbaycanım

  • Ayrılıq

  • Bakı

  • Bakının ulduzları

  • Bayatılar

  • Bahar sənsiz

  • Evləri var

  • Gözəlim sənsən

  • Küçələrə su səpmişəm

  • Lalələr

  • Sənə də qalmaz

  • Qızıl üzük və s.

Filmoqrafiya

  1. Arşın mal alan (film, 1945)

  2. Doğma xalqıma (film, 1954)

  3. Bəxtiyar (film, 1955)

  4. Səadət yolu ilə (film, 1956) (sənədli film)

  5. Azərbaycan mədəniyyətinin baharı (film, 1959)

  6. Romeo mənim qonşumdur (film, 1963)

  7. Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-filmdə iştirak edən

  8. Toyda görüş (film, 1970) (sənədli film)

  9. Ürəkdən-ürəyə (film, 1970) (sənədli film)

  10. 1001-ci qastrol (film, 1974)

  11. Rəşid Behbudov (film, 1975) (sənədli film)

  12. Azərbaycan elləri (film, 1976) (sənədli film)

  13. Nəğməkar torpaq (film, 1981)

  14. Rəşid Behbudov (film, 1985) (sənədli film)

  15. Ürək nəğməsi (film, 1989) (sənədli film)

  16. Absurdistan (film, 2008)(tammetrajlı bədii film)-ifasından istifadə edilən müğənni


Kitabxanalarda Rəşid Behbudov irsinin təbliği.
2015-ci ilin dekabr ayında dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudovun anadan olmasının 100 illiyi tamam olur. Buna görə də Mərkəzi Kitabxanalarda və filiallarda müğənninin yubileyi yüksək səviyyədə qeyd olunmalıdır. Kitabxanalarda sərgilər hazırlanmalı, müxtəlif tədbirlər həyata keçirilməlidir. Belə ki, kitabxanalarda,filiallarda kitab müzakirələri, musiqili ədəbi-bədii gecə, oxucu konfransı, sual-cavab gecələri və s. keçirmək olar.

Tədbirlərin həyata keçirilməsi üçün aşağıdakı ədəbiyyatdan istifadə etmək olar:



Ədəbiyyat

  • Babayeva Məryəm. Rəşid Behbudovun sənətkarlığı (ali musiqi məktəbləri üçün dərs vəsaiti). Bakı: "Xəzər Universiteti", 2012.

  • "Qarabağın görkəmli şəxsiyyətləri:Rəşid Behbudov (1915-1989)".

  • Əhmədov, Səbuhi. Azərbaycan tarixindən yüz şəxsiyyət.- B.: Ayna Mətbu Evi,2006.-268 S.

Internetdə

    1. https://az.wikipedia.org/wiki/R%C9%99%C5%9Fid_Behbudov

    2. https://www.youtube.com/watch?v=dHLYvG-DgK8

    3. http://musicday.az/az/artist-21247-resid-behbudov

    4. http://www.anspress.com/index.php?a=2&lng=az&nid=104302

    5. http://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/5594/r%C9%99%C5%9Fid-behbudov.html

    6. http://modern.az/articles/22421/1/

Yüklə 27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə