Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 383,44 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix08.10.2017
ölçüsü383,44 Kb.
#4131
  1   2   3   4   5   6   7   8   9   ...   15


 

Azərbaycan Respublikası Təhsil Nazirliyi 



Azərbaycan Dövlət Pedaqoji Universiteti 

 

 

 

 

 

Filologiya fakültəsi  

P A S P O R T 

2016 

 

 

 

 

Azərbaycan  Dövlət  Pedaqoji  Universiteti  Ü.Hacıbəyli 

küçəsi 68 Az 1000 Bakı (Azərbaycan) 

 

 




 

 



M Ü N D Ə R İC A T 

Dekanın müraciəti...................................................................................................3 

Fakütənin yaranma və inkişaf tarixi......................................................................5 

Fakültə haqqında ümumi məlumat.......................................................................6 

Məqsədimiz.............................................................................................................12 

Missiyamız..............................................................................................................12 

Vizionumuz.............................................................................................................12 



Fakültə ixtisasları və tədris planları....................................................................13 

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tədris planı 

 (əyani təhsil forması üzrə)......................................................................................14 

Xarici dil (ingilis) müəllimliyi ixtisasının tədris planı............................................16 

Xarici dil (fransız) müəllimliyi ixtisasının tədris planı...........................................18 

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tədris planı 

 (qiyabi təhsil forması üzrə).....................................................................................20 

Fakültənin idarəetmə strukturu...........................................................................22 

Dekan.......................................................................................................................22 

Dekan müavinləri...............................................................................................29-31 

Fakültə tyutorları................................................................................................31-37 

Filologiya fakültəsinin təşkilati strukturu................................................................38 

Filologiya fakültəsinin Elmi Şurasının üzvləri........................................................39 



Filologiya fakültəsinin ixtisas kafedraları...........................................................42 

Müasir Azərbaycan dili kafedrası............................................................................42 

Azərbaycan dilçiliyi kafedrası.................................................................................43 

Azərbaycan və dünya ədəbiyyatı kafedrası.............................................................44 

Azərbaycan dili və onun tədrisi metodikası kafedrası.............................................46 

Ədəbiyyat və onun tədrisi metodikası kafedrası.....................................................46 

İngilis dili və onun tədrisi metodikası kafedrası......................................................47 

Xarici dillər və onların tədrisi metodikası kafedrası...............................................49 

İngilis dili kafedrası.................................................................................................50 

Strateji hədəflərimiz və gələcək planlarımız.......................................................52 

Normativ hüquqi aktlar, qaydalar və əsasnamələr............................................54 

Filologiya fakültəsi haqqında əsasnamə..................................................................54 

Filologiya fakültəsinin Elmi Şurası haqqında əsasnamə.........................................57 

Filologiya fakültəsi Elmi Şurasının 2016/2017-ci tədris ili üçün iş planı...............60 

Filologiya fakültəsinin 2016/2017-ci tədris ili üçün akademik təqvimi..................64 



 

 



Dekanın müraciəti 

Azərbaycan  Respublikasının  iqtisadi,  siyasi,  elmi,  texniki,  ictimai,  mədəni 

inkişafı  ali  təhsilin  də  qarşısına  ciddi  vəzifələr  qoyur.  Ali  məktəblər  müasir 

texnologiyaları  dərindən  mənimsəyən,  bilən,  dünyada  gedən  bütün  prosesləri 

hərtərəfli  təhlil  etmək  bacarığına  malik  olan  və  bu  proseslərdən  baş  çıxaran, 

müasirliyə, yeniliyə kifayət qədər meyilli olan, müasir dünyanın tələblərinə uyğun 

rəqabət  prosesində  özünü  təsdiq  edən  kadrlar  hazırlamalıdır.  Müəllim  kadrların 

hazırlığına gəldikdə isə qarşıda duran vəzifələrin məsuliyyəti daha böyükdür. Onu 

da  qeyd  edək  ki,  doğma  ana  dilini,  ədəbiyyatını,  eləcə  də  əcnəbi  xalqların 

(ingilislərin,  fransızların  və  digərlərinin)  dillərini,  ədəbiyyatını  öyrədən  müəllim 

kadrlarını  hazırlamaq  milli  dəyərlərimizi  qorumaqla  yanaşı,  dünyəvi  dəyərlərə 

önəm  verməklə  irəliyə  doğru  inkişafımızı,  bu  istiqamətdə  bilik,  bacarıq  və 

vərdişlərimizin formalaşmasını təmin edəcəkdir. 

Yaxşı  müəllim  olmaq  üçün  elmlərin  əsaslarını,  o  cümlədən  dil,  ədəbiyyat 

fənlərinin əsaslarını dərindən öyrənmək və bunları bilik, bacarıq, vərdişə çevirmək 

lazımdır. Eyni zamanda dünya ölkələrinin topladığı ən yaxşı, nümunəvi təcrübə ilə 

tanış olmaq, onu sintez etməyi bacarmaq lazımdır. Bu mənada biz ən mütərəqqi iş 

metodlarından istifadə etməli və onları inkişaf etdirməliyik. 

Dünya hər gün dəyişir, yeniləşir və yeni-yeni metodları tələbata çevirir. Bu 

mənada dil, ədəbiyyat elə bir sahədir ki, o, hər bir xalqın mənəvi sərvəti və mənəvi 

qidası  kimi  böyük  əhəmiyyətə  malikdir.  Bunun  üçün  biz  dili  və  ədəbiyyatı 

sevdirməyi  bacarmalıyıq  və  sevgi  yolu  ilə  onu  yeni-yeni  metodlarla  müasir 

dünyanın  mənəvi  xəzinəsinin  dəyərinə  çevirməliyik.  Bu  müqəddəs  işi  həyata 

keçirmək  üçün  mütərəqqi  iş  metodlarını  inkişaf  etdirməli,  öyrənmə  və  öyrətmə 

qaydalarına əməl etməyi bacaran, rəqabətə davamlı kadrlar hazırlamalıyıq. 

Əziz  tələbələr,  qloballaşan  dünyada  milli-mənəvi  dəyərlər,  o  cümlədən  dil, 

ədəbiyyat  rəqabət  prosesində  daha  çox  təsirə,  təqibə,  müqavimətə  məruz  qalan 

sahələrdən biridir.  Ona  görə də bu rəqabət prosesinə davam  gətirmək  üçün bütün 

imkanlardan  maksimum  səviyyədə  istifadə  etməli,  dilimizin,  ədəbiyyatımızın 



Yüklə 383,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə