Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 11,2 Kb.
tarix17.05.2022
ölçüsü11,2 Kb.
#87149
Avto.eks ser.iş.2


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti

Kafedra: Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi

Fənnin adı: Nəqliyyat vasitələrinin avtotexniki ekspertizası

Sərbəst iş No 2

Müəllim: Məmmədov Məmməd

Fakültə: Nəqliyyat və Logistika

Kurs: 4


Qrup: 108a1

Tələbə: Sadıqov Babaxan

Bakı - 2021

Yol-nəqliyyat hadisələri anlayışı, onların təsnifatı

və baş vermə səbəbləri.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yol-nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların ölməsinə və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Bununla yanaşı yol-nəqliyyat hadisələri ekspertizası üzrə müxtəlif elmi ədəbiyyatlara, xüsusilə V.A.İlarionovun «Yol-nəqliyyat hadisələri ekspertizası»- na əsasən - nəqliyyat vasitəsinin normal hərəkət rejiminin pozulması nəticəsində yaranan və insanların ölümü, xəsarəti, nəqliyyat vasitəsinin və yükün, süni qurğuların zədələnməsi yaxud başqa maddi ziyan yetirilən qəziyyələr - yol-nəqliyyat hadisəsidir.

Baş vermiş hadisənin yol-nəqliyyat hadisəsi olub-olmamasının araşdırılması bir sıra hallarda o qədər də asan olmur. Bunun üçün yol-nəqliyyat hadisəsinin tərifinin özünü araşdırdıqda məlum olur ki, aşağıdakı hallarda baş vermiş hadisəni yol-nəqliyyat hadisəsi hesab etmək olmaz:

- baş vermiş hadisədə nəqliyyat vasitəsi iştirak etməmişdir;

- baş vermiş hadisədə nəqliyyat vasitəsi statik vəziyyətdə olmuşdur;

- nə nəqliyyat vasitəsinə, nə də yol hərəkətinin digər iştirakçılarına zərər dəyməmişdir.

Əksinə, aşağıdakı şərtlərdən biri ödənildikdə baş vermiş hadisəni yol-nəqliyyat hadisəsi hesab etmək olar:

1. Yol-nəqliyyat hadisəsi yalnız nəqliyyat vasitəsi hərəkətdə olduqda baş verə bilir.

2. Yol-nəqliyyat hadisəsi yalnız nəqliyyat vasitəsi yolda 6 hərəkətdə olduqda baş verə bilir.

3. Yol-nəqliyyat hadisəsi zamanı insanların həyatına, sağlamlığına zərər yetirilir və ya onlara maddi ziyan vurulur.

Qeyd etmək lazımdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda yol-nəqliyyat hadisəsinin verilmiş tərifini tam dolğun hesab etmək olmaz. Belə ki, Qanunun 1-ci maddəsində "Əsas anlayişlar"da "yol-nəqliyyat hadisəsi"nin anlayışı verilərkən hadisənin "yollarda..." baş verdiyi qeyd olunduğu halda, bundan əvvəl ümumi şəkildə "yol"un yox, "avtomobil yolu"nun anlayışı verilir. Bundan başqa, həmin maddənin 1-ci bəndində yol-hərəkətinin anlayışı "xüsusi nəzərdə tutulmuş yollarda ..." yaranan ictimai münasibətlərin məcmusu kimi verilir. Bu isə bəzən baş vermiş hadisənin yolnəqliyyat hadisəsi olub-olmadığının müəyyənləşdirilməsində çətinlik törədir. Məsələn, həyətlərdə nəqliyyatın hərəkəti zamanı baş verən hadisələri yuxarıdakı təriflərin tələbinə əsasən yolnəqliyyat hadisəsi kimi qiymətləndirmək olmaz, çünki, həyət yol deyildir və, deməli, yol-nəqliyyat hadisəsinin əsas atributlarından biri ödənilmir (2-ci əlamət).

"Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun Kommentariyası"-da göstərir ki, "Yol hərəkətinə YHQ-də verilmiş anlayışda "xüsusi nəzərdə tutulmuş yollarda" ifadəsinin işlədilməsi o anlamı verir ki, yol kimi nəzərdə tutulmayan yerlərdə (məsələn, çöllükdə, tarlada, müxtəlıf obyektlərə aid qapalı ərazilərdə və s.) nəqliyyat vasitəsi ilə hərəkət zamanı yaranan münasibətlərin yol hərəkətinə aidiyyəti yoxdur". “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda yol-nəqliyyat hadisəsinin verilmiş tərifi Rusiya Federasiyasının "Yol hərəkətinin təhlükəsizliyi haqqında" Qanununda, Ukraynanın müvafiq Qanununda verilən anlayışlar fərqlidir. Belə ki, Azərbaycan Respublikasının Qanununda hadisənin "yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində", Rusiya Federasiyasının Qanununda "nəqliyyat vasitəsinin yolunda" baş verdiyi qeyd olunduğu halda, Ukraynanın müvafiq Qanununda hadisənin yalnız "nəqliyyatın 7 hərəkəti zamanı" baş verdiyi qeyd edilir

Yol-nəqliyyat hadisələrinin səbəbləri obyektiv və subyektiv səbəblərə bölünür: Yol-nəqliyyat hadisələrinin subyektiv səbəblərinə aşağıdakılar aid edilir:

- yol hərəkəti qaydalarının sürücü, piyada, sərnişin, yol hərəkətinin digər iştirakçısı tərəfindən pozulması;

- nəqliyyat vasitəsinin hərəkətinin və istismarının təhlükəsizlik qaydalarının pozulması.

Yol-nəqliyyat hadisələrinin obyektiv səbəbləri isə aşağıdakılardır:

- küçə və avtomobil yollarının planlaşdırılmasında olan çatışmazlıqlar;

- günün qaranlıq vaxtında yolun hərəkət hissəsinin işıqlandırılması;

- yol örtüyünün vəziyyəti;

- müxtəlif tənzimləmə vasitələri (o cümlədən yol nişanları);

- nəqliyyat vasitəsinin tormozlama, manevr və digər xüsusiyyətləri.

YNH-lərini analiz etmək və qeydiyyatlarını aparmaq üçün onların vahid təsnifatını vermək lazımdır. Bu təsnifat müxtəlif amillərə görə aparıla bilər. Bunlara aşağıdakılar aiddir:



  • növünə və ya baş vermə mexanizminə görə;

  • nəticəsi və ağırlığına görə;

  • hadisə iştirakçılarının sayına görə;

  • baş vermə yerinə görə.

YNH-ləri baş vermə mexanizminə görə aşağıdakı kimi təsnif olunurlar:

1.Piyadanın vurulması

2.Velosipedçinin vurulması

3.Maneənin vurulması

4.Dayanmış nəqliyyat vasitəsinin vurulması

5.At arabasının vurulması

6.Mal-qaranın vurulması

7.Nəqliyyat vasitələrinin toqquşması

8.Nəqliyyat vasitəsinin aşması

9.Sərnişinin yıxılması

10.Digər hadisələr

Nəticənin ağırlığına görə yol-nəqliyyat hadisələri 3 qrupa bölünür:

  • ölümlə nəticələnən;

  • xəsarətlə nəticələnən;

  • maddi ziyanla nəticələnən

Bizim respublikada qəbul edilmiş məhkəmə-tibbi təsnifata görə bədən xəsarətləri 3 qrupa bölünürlər:

  • yüngül;

  • az ağır;

  • ağır

Hadisə iştirakçılarının sayına görə YNH-ləri aşağıdakı kimi təsnif olunurlar:

  • bir nəqliyyat vasitəsinin iştirakı ilə (piyadanın və ya maneənin vurulması,

NV-sinin aşması, sərnişinin yıxılması və s.);

  • iki və daha çox nəqliyyat vasitələrinin iştirakı ilə

Baş vermə yerinə görə YNH-ləri aşağıdakı kimi təsnif olunurlar:

  • respublika, diyar və vilayət mərkəzlərində baş vermiş YNH;

  • digər şəhərlərdə baş vermiş YNH;

  • ümumidövlət əhəmiyyətli yollarda baş vermiş YNH;

  • respublika əhəmiyyətli yollarda baş vermiş YNH;

  • vilayət əhəmiyyətli yollarda baş vermiş YNH;

  • rayon, inzibati əhəmiyyətli yollarda baş vermiş YNH;

  • digər yollarda baş vermiş YNH

Yüklə 11,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə