Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti



Yüklə 31,84 Kb.
tarix05.02.2018
ölçüsü31,84 Kb.
#25423


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

Fizika fakültəsi

«Optika və molekulyar fizika» kafedrası

«Fizik» ixtisası - 050503 bakalavr hazırlığı üzrə

«Molekulyar fizika» fənninin proqramı

Müəllif: dos. B.G. Paşayev, p.g.bakhtiyar@gmail.com

Proqram «Optika və molekulyar fizika» kafedrasında bəyənilib.

Kafedra müdiri prof. R.C. Qasımova « » 2016-cı il

Fizika Fakültəsinin Tədris-Metodiki Şürası tərəfindən tövsiyə edilib.

Sədr prof. Ə.Ş. Abdinov « » 2016-cı il

Fizika Fakültəsinin Elmi Şurasında təsdiq olunub.

Elmi katib prof. R.C. Qasımova « » 2016-cı il


Bakı-2016

Fənnin tədrisində məqsəd
«Molekulyar fizika» fənninin tədrisində məqsəd tələbələrə qaz, maye və bərk halda olan maddələrin fiziki xassələrini molekulyar quruluş əsasında izah edən fundamental bilikləri yiyələndirməkdir.
Fənnin tədris planındakı yeri
«Molekulyar fizika» fənni «Fizik» ixtisası üzrə bakalavr hazırlığnın tədris planında ixtisasın peşə hazırlığının fənləri qrupuna (İPFS-B08) daxildir.
Fənnin tədrisi üsulları: Mühazirə, məşğələ, laboratoriya işləri, kurs işləri, fərdi işlər və kollokvumlar
Fənnin məzmunu
1. Maddələrin molekulyar quruluşu. Molekulyar fizikanın mövzusu. Maddələrin molekulyar quruluşunu təsdiq edən təcrübi faktlar. Molekul və atom. Çox sayda hissəciklərdən ibarət sistemləri öyrənmək üsulları-statistik və termodinamik metodlar. Molekulyar-kinetik nəzəriyyənin (MKN) əsas müddəaları. Atom və molekulların ölçüləri və kütləsi. Molekullararası qarşılıqlı təsirin xüsusiyyətləri. Maddənin aqreqat halları. Qazlarda, mayelərdə və bərk cisimlərdə atom və molekulların istilik hərəkətinin xarakteri.

2. İdeal qazın molekulyar kinetik nəzəriyyəsi. İdeal qaz modeli. Molekulyar-kinetik nəzəriyyənin əsas tənliyi və ondan alınan nəticələr. Mikroskopik və makroskopik kəmiyyətlər. İdeal qazın təzyiqi. Mütləq temperatur. Kelvin, Selsi Reomer və Faranheyt temperatur şkalaları arasında əlaqə. Maddə miqdarı. Bolsman sabiti. Universal qaz sabiti. İdeal qazın hal tənliyi. İdeal qaz qanunları. Avoqadro ədədi. Avoqadro qanunu. Parsial təzyiq. Dalton qanunu. İdeal qaz üçün izotermik sıxılma, izobar genişlənmə və təzyiqin termik əmsallarının təyini.

3. Molekulyar hərəkətin kinematik təsviri. Molekulların istilik hərəkətinin əsas xarakteristikaları. Toqquşma və ya səpilmə. Effektiv kəsik, effektiv diametr və effektiv radius. Molekulların toqquşmalarının orta sayı. Bir molekulun və vahid həcmdə olan molekulların vahid zamandakı toqquşmalarının orta sayı. Molekulların sərbəst yolunun orta uzunluğu və orta qaçış müddəti. Sərbəst yolun orta uzunluğunun təcrübi təyini. Born təcrübəsi.

4. Broun hərəkəti. Broun təcrübəsi. Broun hərəkəti. Broun hərəkətinin molekulyar kinetik təsəvvürlər əsasında izahı. Fluktasiya. Broun hərəkətinin nəzəriyyəsi. Eynşteyn-Smoluxovski tənliyi. Fırlanma Broun hərəkəti.

5. İdeal qaz xarici potensial sahədə. Yer atmosferi. Atmosfer təzyiqinin hündürlüyə görə paylanması. Barometrik düstur. Atmosferi təşkil edən hava molekullarının konsentrasiyasının hündürlüyə görə paylanması. Bolsman paylanması. Bolsman paylanmasının təcrübi təsdiqi. Perren təcrübəsi. Bolsman sabitinin təcrübi təyini.

6. Molekulların sürətlərə görə paylanması. Maksvell paylanması. Hissəciklərin sayına və zamana görə orta qiymətin hesablanması. Təsadüfi hadisələr və kəmiyyətlər. Ehtimal anlayışı. Ehtimal sıxlığı. Asılı olmayan hadisələrin ehtimal sıxlığı. Kəmiyyətlərin orta qiymətinin ehtimal sıxlığına görə təyini. Molekulların sürətlərə görə paylanması. Paylanma funksiyası və onun təhlili. Sürətlərin komponentlərə görə paylanması. Molekulların sürətlərin qiymətlərinə görə paylanması. Maksvell paylanması. Maksvell paylanmasına görə ən ehtimallı, orta və orta kvadratik sürətlərin hesablanması. Nisbi sürətlərlə ifadə olunan Maksvell paylanması. Maksvell-Bolsman paylanması. Molekulların sürətinin təcrübi təyini. Ştern təcrübəsi. Maksvell paylanmasının təcrübi yoxlanması. Lammert-Eldric təcrübəsi.

7. Termodinamikaya giriş. Termodinamikada sistem anlayışı. Açıq sistem, qapalı sistem və izolə edilmiş sistem. Proses. Tarazlı və qeyri-tarazlı proseslər. Relaksasiya və relaksasiya müddəti. Termodinamikanın əsas anlayışları. Termodinamik kəmiyyətlər. Termodinamik hal funksyaları. Temperatur və termodinamik tarazlıq. Termodinamikanın sıfırıncı qanunu. Termodinamikada iş. Daxili enerji. İstilik miqdarı.

8. Termodinamikanın birinci qanunu. Termodinamikanın birinci qanunu. Termodinamikanın birinci qanununun müxtəlif proseslərə tətbiqi. Birinci növ daimi mühərrik. Adiabatik proses. Puasson tənliyi. Politropik proses. Politrop tənliyindən xüsusi halların alınması. İdeal qazın müxtəlif proseslərdə gördüyü iş. Termodinamik funksyalar. Gibbs enerjisi, Helimhols enerjisi, entalpiya, entropiya, kimyəvi potensial.

9. İstilik tutumu. İstilik tutumu. Xüsusi və molyar istilik tutumları. Sabit təzyiqdə və sabit həcmdə istilik tutumları. İdeal qazın daxili enerjisi və istilik tutumu. Mayer düsturu. Sərbəstlik dərəcəsi və sərbəstlik dərəcələrinin sayı. Müxtəlif atomlu molekullar üçün sərbəstlik dərəcələrinin sayının təyini. Enerjinin sərbəstlik dərəcələrinə görə bərabər paylanması qanunu. İstilik tutumu ilə sərbəstlik dərəcələrinin sayı arasında əlaqə. İki və çoxatomlu qazların istilik tutumunun klassik nəzəriyyəsi. Klassik nəzəriyyənin nöqsanları. Qazların istilik tutumunun temperaturdan asılılığı. İstilik tutumunun kvant nəzəriyyəsi haqqında məlumat.

10. Termodinamikanın ikinci və üçüncü qanunu. Dairəvi proses. İstilik mühərrikləri və onların FİƏ. İkinci növ daimi mühərrik. Termodinamikanın ikinci qanunu və onun ifadə olunma formaları. Dönən və dönməyən proseslər. İdeal Karno maşını. Karno dairəvi prosesi və onun FİƏ. Karno teoremləri və onların isbatı. Gətirilmiş istilik. Dairəvi proseslər üçün Klauzius bərabərsizliyi. Entropiya. Entropiyanın xassələri. Dönən və dönməyən proseslər üçün entropiyanın dəyişməsi. Entropiyanın artması qanunu. Termodinamikanın ikinci qanunun statistik mənası. Sistemin makro- və mikrohalları. Makrohalın ehtimalı və onun hesablanması. Entropiya və termodinamik ehtimal. Bolsman düsturu. Termodinamikanın üçüncü qanunu. Nernst teoremi. Termodinamikanın üçüncü qanundan alınan nəticələr.

11. Real qazlar. Real qazın hal tənliyi. Molekullararası qarşılıqlı təsir qüvvələri. İnduksion, orientasion və dispersion qarşılıqlı təsirlər. Molekullararası qarşılıqlı təsir enerjisi. Lennard-Cons potensialı. İdeal qaz qanunlarından kənara çıxmalar. Real qazlar. Van-der-Vaals tənliyi. Van-der-Vaals izotermləri. Təcrübi izotermlər. Metastabil hallar. Böhran nöqtəsi. Böhran kəmiyyətlərinin hesablanması. Van-der-Vaals tənliyindən kənara çıxmalar. Real qazlar üçün başqa hal tənlikləri (Klauzius, Bertlo, Ditric hal tənlikləri). Maksvel qaydası. Gətirilmiş hal tənliyi. Uyğun hallar teoremi. Real qazın daxili enerjisi. İdeal və real qazın adiabatik olaraq boşluğa genişlənməsi. Coul-Tomson təcrübəsi. Coul-Tomson effekti. Qazların mayeləşməsi. Lindenin soyuducu maşını.

12. Mayelər. Mayelərdə səth hadisələri. Mayelərin xassələri. Mayelərdə səthi gərilmə hadisəsi. Səthi gərilmə qüvvəsi. Səthi gərilmə əmsalı. Səthi gərilmə əmsalının təcrübi təyini. Maye və ikinci mühitin sərhəddində tarazlıq şərti. Kənar bucaq. Mayenin əyri səthi altındakı əlavə təzyiq. Laplas düsturu. Kapilyar hadisələr. İslatma. Jüren düsturu. Mayelərin buxarlanması və qaynaması. Mayenin əyri səthi üzərində doymuş buxarın təzyiqi. İfrat doymuş buxarın alınması şərti. Klapeyron-Klauzius tənliyi. Mayelərin istilik tutumu.

13. Köçürmə hadisələri. Qazlarda köçürmə hadisələri. Diffuziya hadisəsi. Fik qanunu. Diffuziya əmsalı. Qazlarda diffuziya əmsalının molekulyar-kinetik nəzəriyyəyə görə hesablanması və təcrübi təyini. Öz-özünə diffuziya, qeyri-stasionar diffuziya, termik diffuziya. İstilik keçirmə hadisəsi. Furye qanunu. İstilik keçirmə əmsalı. Qazlarda istilik keçirmə əmsalının molekulyar-kinetik nəzəriyyəyə görə hesablanması və təcrübi təyini. Qazlarda stasionar və qeyri-stasionar istilik keçirmə. Daxili sürtünmə hadisəsi. Nyuton düsturu. Daxili sürtünmə əmsalı-özlülük. Qazlarda daxili sürtünmə əmsalının molekulyar-kinetik nəzəriyyəyə görə hesablanması və təcrübi təyini. Qazlarda köçürmə əmsalları arasında əlaqə. Mayelərdə və bərk cisimlərdə köçürmə hadisələri.

14. Məhlullar. Məhlullar. Komponent və faza. Məhlulun konsentrasiyası. Maye məhlullar. Məhlul üzərindəki doymuş buxar təzyiqi. Raul qanunu. Henri qanunu. Osmos hadisəsi. Osmotik təzyiq. Vant Hoff qanunu.

15. Bərk cisimlər. Bərk cisim anlayışı. Kristal və amorf cisimlər. Simmetriya elementləri. Fəza qəfəsi. Kristallarda qarşılıqlı təsir qüvvələrinin xarakteri. Kristallarda defektlər. Dislokasiyalar. Bərk cisimlərinin istilik xassələri. Bərk cismin istilik tutumu. Dülonq və Pti qanunu. Coul və Koop qanunu. Bərk cismin istilik tutumunun kvant nəzəriyyəsi: Enşteyin və Debay nəzəriyyələri. Bərk cisimlərin əriməsi və bərkiməsi. Klapeyron-Klauzius tənliyinin əriməyə tətbiqi. Aqreqat halları arasındakı tarazlıq əyriləri. Üçlük nöqtə. I və II növ faza keçidləri. Maye heliumun xassələri. Ərintilər, bərk məhlullar. Hal diaqramları. Polimerlər haqqında məlumat. Maye kristallar və onların tətbiqi.

Əsas ədəbiyyat


  1. Qocayev N.M. Ümumi fizika kursu, II cild, (Molekulyar fizika), Çaşıoğlu, 2008, 432 s.

  2. Əhmədov F.A. Ümumi fizika (Mexanika, molekulyar fizika), BDU, 2006, 350 s.

  3. Friş C.E. Timoryeva A.B. Ümumi fizika kursu, 1964, 516 s.



Əlavə ədəbiyyat


  1. Кикоин А.К., Кикоин И.К. Молекулярная физика. М.: Наука, 1976.

  2. Raymond A. Serway, John W. Jewett. Physics for Scientists and Engineers, Thomson Brooks/Cole 2004;1296 p.

  3. Джанколи Д. Физика. Том 1. Москва «Мир» 1989. 659 ст.

  4. Əsgərov B. “Termodinamika və statistik fizika”, Bakı, 2005.

  5. Məsimov E.Ə., Həsənov H.Ş. Bioloji sistemlərin termo-dinamikası. Bakı, “Ləman Nəşriyyat Poliqrafiya” 2007. 418 c.

  6. Сивухин Д.В. Общий курс физики. Т.2. Термодинамика и молекулярная физика. М.: Наука, 1990.

  7. Телеснин Р. «Молекулярная физика», Москва 1973.

  8. Матвеев А.Н. «Молекулярная физика» М. Высшая школа, 1987, 360 с.

  9. Mahmudov A.U., Əliyev E.Z., Abbasova G.C. Fizika praktikumu (molekulyar fizika) dərs vəsaiti, Bakı, 2008

  10. M.A.Abdullayev “Fizika məsələləri” (molekulyar fizika) Bakı,2006



Yüklə 31,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə