Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №



Yüklə 27,5 Kb.
səhifə1/5
tarix24.06.2022
ölçüsü27,5 Kb.
#90070
  1   2   3   4   5
Sərbəst iş-Nərmin İsayeva (Pedaqogika)


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Qızlar Universiteti

SƏRBƏST İŞ №



Mövzu:

Pedaqogika

Fənnin adı:

İfadəli oxu

Qrup:

F2-20

Kurs:

2/4

İxtisas:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Tələbə:

İsayeva Nərmin

Müəllim:

Dosent İlham Məmmədov


Bakı – 2022


  1. Tərbiyədə şüurun formalaşması məqsədi.

Bu məqsədin iki mühüm vəzifəsi vardır:

  1. Nəzəri fikirlərin məktəbli şüuruna çatdırılması. Yəni mənəviyyat, əmək, Vətən, vətənsevərlik, estetik biliklər və s. haqqında şagirdlərə konkret biliklər, məlumatlar vermək.

  2. Məktəbli təcrübəsinin, əməllərinin, hərəkət və davranışlarının ümumiləşdirilməsi.

Bu məqsədin başlıca aləti, təsir vasitəsi sözdür. Şübhəsiz ki, bunu nəsihət və öyüdlərlə məhdudlaşdırmaq olmaz. Söz qüdrətli təsir vasitəsidir. Dahi Nizami deyirdi ki, söz dünyanın naxışıdır. Mücirəddin beyləqani söz haqqında fikrini belə ifadə etmişdir:
Təbimin sapanı aldı nişanə,
Söz daşım yetişdi ta kəhkəşanə.

Məhəmməd Füzuli deyirdi: “mən... aləm sədəfində insandan qiymətli bir gövhər görmədim və insan gövhərində isə sözdən şərəfli cövhər tapmadım”.


Şüuru formalaşdırmaqda məqsəd şagirdlərdə əxlaq və əmək normalarını, estetik hisslərə və anlayışlara möhkəm inam yaratmaqdır. Bu, məktəbli fəaliyyətində emosional əhvali-ruhiyyə yaradır, müsbət mənəvi, ictimai motivləşmənin inkişafını təmin edir. Məktəbli şüurunu formalaşdıran məqsəd hər bir yaş dövründə daha əhəmiyylətli xarakter alır. Məsələn, kiçikyaşlı məktəbliləri hər hansı bir fəzilətli və qəbahətli hərəkətə asanlıqla inandırmaq olar. Lakin yeniyetməyə hər hansı bir hərəkəti icra etdirmək olmaz. Yəni yeniyetməni hər hansı bir hərəkətin qəbahət və ya fəzilət olduğuna asanlıqla inandırmaq olmaz. Bunun üçün məntiqi dəlil və faktlar lazımdır. Başqa sözlə, nəyin qəbahət və nəyin fəzilət olduğuna onları konkret nümunələrlə inandırmaq olar. Yuxarı sinif şagirdləri qarşısında isə mənəvi anlayışların dərinliyi, mahiyyəti açılır. Yuxarı sinif şagirdlərini fəal iştiraka cəlb etmək zəruridir. Mübahisələrdə, disputlarda yuxarı sinif şagirdlərinin mənəvi əqidəsi, dünya görüşü canlanır.
Məktəblilərin şüurunu formalaşdırmaq məqsədilə nağıl, müsahibə, fərdi və kollektiv söhbət, mübahisə, debat, disput, nümunə, kitab müzakirələri, görkəmli adamlarla görüşlər, tarixi şəxsiyyətlərin həyat və fəaliyyətləri nümunəsindən və s. istifadə çox faydalıdır. Məktəblilərin xarakter əlamətlərini, mənəvi keyfiyyətlərini, əmək vərdişlərini, estetik zövqlərini, sahibkarlıq keyfiyyətlərini, hüquq və ekoloji normalarını tərbiyə edərkən onlarda müəyyən bilik, bacarıq və vərdişlər formalaşır. Həmin əxlaqi, mənəvi, etik, estetik biliklər cəmiyyətdə adamlarla ünsiyyətə girmək qabiliyyətini formalaşdırır. Bu zaman əsas diqqət məktəblinin təcrübəsinin zənginləşməsinə, onun işlərində və əməllərində təzahür etməsinə və inandırıcı təsirinə yetirilməlidir.
Nümunələr məktəbliləri real müsbət hərəkətlərə və xeyirxah əməllərə təhrik edir, həyatı dərk etmək vasitəsinə çevrilir. Ona görə də görkəmli pedaqoqlar haqlı olaraq qeyd etmişlər ki, nümunələr yolu yaxın, nəsihətlər yolu uzaqdır. Nəsihətçilik çox zaman müsbət nəticə vermir.
Məktəblilərinin şüurunun, əqidəsinin formalaşdırılması məqsədində nümunə özünü müxtəlif şəkidə büruzə verir. İlk növbədə valideynlərin nümunəsi mühüm əhəmiyyət kəsb edir. Ana nümunəsi ilə yanaşı, ata nümunəsi də mühüm əhəmiyyət kəsb edir. Uşaq altı yaşında deyir: Atam hər şeyi bilir. On yaşında: atam çox şeyi bilir. Uşaq kiçik yaşlarında atasından bilikli və güclü heç kimi tanımır. Uşaq böyüdükcə valideynlərinin kimliyini daha yaxşı dərk edir. Məsələn, 15 yaşlı yeniyetmə deyir: mən də atam qədər bilirəm. 20 yaşında isə belə fikirləşir: atamın çox şeylər haqqında məlumatı yoxdur.
Məktəblilərdə öz şüurunun formalaşdırılması məqsədinin həyata keçirilməsinə müəyyən tələblər verilir:

  1. Seçilmiş mövzular öz aktuallığı, məzmunu ilə şagirdlərin tələbat və maraqlarına uyğun olmalıdır;

  2. Şagirdlərin təcrübəsinə istinad edilməli, yeri gəldikdə həmin təcrübənin düzəldilməsi zəruridir;

  3. İstifadə olunan söhbətlər, disputlar, müxtəlif mövzularda təşkil edilən debatlar şagirdlərin yaşına uyğun olmalıdır;

  4. Nəticələr dəqiq ifadə edilməlidir;

  5. Şagirdləri düşünməyə təhrik edən problemlərin qoyulması vacibdir;

  6. Tədbirlərdə əyani vəsaitlərdən, video və televiziyadan istifadə olunmalı, misallar konkret ifadə edilməli, şagirdləri düşünüb müəyyən mənəvi, əxlaqi-etik, estetik nəticələr çıxarmağa təhrik etməlidir;

  7. Tədbirlər romantik, cəlbedici olmalı, yerli faktlarla əlaqələndirilməlidir.

Şagirdlərdə şüurun formalaşdırılmasında müxtəlif mövzularda təşkil edilən disputlar mühüm yer tutur. Şagirdlərin baxış və əqidələri disputlar zamanı təşəkkül edir. Disputlar əxlaqi-etik, mənəvi, estetik, siyasi problemlərə həsr edilə bilər. Bu, şagirdlərdə əxlaqi-etik, estetik, vətənsevərlik və s. məsələlər haqqında müəyyən fikir, mülahizə yaradar. Disputların gedişində müəyyən zidd fikirlər aşkar edilir, fəzilətli və qəbahətli məsələlər, xeyir və şər problemləri müqayisə edilərək həqiqətlər aşkar olunur.
Disputlar şagirdləri mütaliə etməyə, bədii əsərlərdəki xarakterlərin, obrazların təhlilini verməyə, həmin əsərlərdən müsbət nəticələr çıxarmağa istiqamətləndirilir. Başlıcası isə hazırda məktəblilərin o qədər də həvəs göstərmədikləri kitab mütaliəsinə şərait yaradır. Disputlar uşaqları oturaq kompüter oyunlarından nisbətən uzaqlaşdırır. Disputlarda ictimai rəy formalaşır, kimin haqlı, kimin haqsız olduğu aşkar edilir.
Disputa ciddi hazırlıq işləri görülməlidir. Belə bir hazırlıq həm müəllimlərə, həm də şagirdlərə lazımdır. Şagirdlər problemli suallarla əvvəlcədən tanış olmalıdırlar. Disputda iştirak edənlərin hamısı öz fikrini bildirməlidir. Disputu müəllim yekunlaşdırmalıdır. Müəllim müzakirə zamanı qarşıya çıxan suallara öz fikrini bildirməklə, tutarlı cavablar verməli, kimin haqlı, kimin haqsız olduğunu bildirməli, hər bir şagirdin cavabına obyektiv qiymət verməlidir.
Beləliklə məktəblilərin şüurunun formalaşdırılmasında məqsəd onlarda təbiətə, cəmiyyətə, Vətənə, xalqa, əməyə, özünə və həyatda baş verən hadisələrə hüquqi və mənəvi baxımdan düzgün, müstəqil münasibət göstərmək qabiliyyətini inkişaf etdirməkdən ibarətdir.




  1. Yüklə 27,5 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə