Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Qızlar Universiteti SƏRBƏst iŞ №



Yüklə 34,86 Kb.
səhifə1/6
tarix24.06.2022
ölçüsü34,86 Kb.
#90072
  1   2   3   4   5   6
Sərbəst iş-Nərmin İsayeva (Füzuli ədəbiyyatı)
Sərbəst iş-Nərmin İsayeva (Pedaqogika)

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Qızlar Universiteti

SƏRBƏST İŞ №



Mövzu:

Füzuli ədəbiyyatı tarixi

Fənnin adı:

İfadəli oxu

Qrup:

F2-20

Kurs:

2/4

İxtisas:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Tələbə:

İsayeva Nərmin

Müəllim:

Dosent İlham Məmmədov


Bakı – 2022


  1. Məhəmməd Füzulinin “Söz” qəzələnin təhlili.

"Söz"rədifli qəzəli Füzulinin ədəbiyyat, şeir sənəti haqqında nəzəri estetik görüşlərini öyrənmək üçün daha çox material verən mötəbər bir sənət incisidir. Bu qəzəl adi qəzəl deyil, qəzəl formasında yazılan fəlsəfi düşüncələrdir. Əsər qəzəl janrında, əruz vəzninin rəməl bəhrindədir. 7 beytdən ibarətdir. Əsər sözün qüdrəti, məna gözəlliyi haqqında yazılıb. Əsərdə şairin sözlə bağlı düşüncələri, insanın, sənətkarın həyatında sözün rolu barədəki fikirləri əks olunub.


Şeirdə şairin ədəbi-ictimai fikirləri, hər bir insanın sözə dəyər verməsinin zəruriliyi də vurğulanir.Şeirdə başlıca fikir, ideya: Hər danışan adam öz nitqinə məsuliyyətlə yanaşmalı, mənalı sözlər seçib işlətməlidir. Çünki gözəl və mənalı söz insanın mənəvi aləminin zənginliyini, onun mərifətini göstərir.


Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,
Ol nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.

Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.

Bir nigari-ənbərinxətdir könüllər almağa,
Göstərər hərdəm niqabi-qeybdən rüxsar söz.

Xazini-gəncineyi-əsrardır, hərdəm çəkər
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.

Olmayan qəvvasi-bəhri-mərifət arif degil
Kim, sədəf tərkibi-təndir, lölöi-şəhvar söz.

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.



  1. İnsanın sirrini hər kəsə açan sözdür. Hər an yoxdan var olan sözdür.

  2. Sözün qiymətini bilən, ona dəyər verən insan özünə dəyər vermiş olur. Söz hansı dəyərdə olsa, sahibini də o dəyərdə edər.İnsana onun danışdığı sözə görə qiymət verilir.

  3. Sən sözü canlandır, dirilt ki, səni də ölüm yuxusu tutanda o səni diriltsin. Qiymətli sözlər danış ki, öləndən sonra sözlərin hər dəfə xatırlandıqca dirilmiş olasan.

  4. Mənalı söz könüllər alan gözəl kimidir. O da hərdən örtüyünü açıb üzünü göstərər və könülləri şad edər.

  5. Söz sirlər xəzinəsinin xəzinədarıdır, qoruyucusudur. Hər zaman sirli gövhərlərini sapa düzüb aşkar edər.

  6. Söz tərkibi əla, sahanə incilərdən ibarət olan mərifət dənizdir. O dənizdə üzməyi bacarmayan arif deyil.

  7. Əgər sözün hörmətli, dəyərli olmasını istəyirsənsə, miqdarini az et, çünki çox danışmaq çox insanı hörmətdən salıb.

Füzulinin anlamında "yoxdan var olan", xalqa insanın daxili dünyasının sirlərini açan söz şairin istedadının göstəricisi, meyarıdır. Sözünün qədir - qiymətini bilən adam əslində elə öz qədrini də artırmış olur. Üzü pərdəli gözəl bir nigara bənzədilən söz hamıya yox, yalnız onu duyan, dəyərləndirməyi bacaran adamlara öz sehrli üzünü göstərir. Mərifət dənizinin qəvvası olmayanlar heç zaman söz incilərinin sahibinə çevrilə bilməzlər.
Sözdə "ölünü diriltmək", cansıza can vermək, insanı əbədi yaşatmaq qüdrəti vardır.
Qəzəlin son beytində irəli sürülən fikir aydınca göstərir ki, Füzuli də öz sənət müəllimi Nizami kimi bədii yaradıcılıqda az sözlə dərin məna ifadə etməyə, lakonizmə böyük əhəmiyyət vermişdir.



  1. Yüklə 34,86 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə