Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir Dövlət Universiteti



Yüklə 0,52 Mb.
səhifə1/4
tarix31.12.2021
ölçüsü0,52 Mb.
#81817
  1   2   3   4
Heca ,vurğu ,intonasiya və pauza haqqında məlumat..


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Mingəçevir Dövlət Universiteti

Ad:Şəfiqə

Soyad: Bədirova

Fakültə:İqtisadiyyat və İdarəetmə

İxtisas:Maliyyə işi

Kurs :1


Fənn:Azərbaycan dilində İşgüzar və Akademik Kommunikasiya

Sərbəst işin adı: Heca ,vurğu ,intonasiya və pauza haqqında məlumat

Heca ,vurğu ,intonasiya və pauza haqqında məlumat

Azərbaycan dilində vurğunun uç növü var:


1.Heca vurğusu
2.Məntiqi vurğu
3.Həyəcanlı vurğu

Heca və vurğusu

Sözdə hecalardan birinin o birinə (və ya o birilərinə) nisbətən qüvvətli deyilməsinə vurğu deyilir.


Vurğu qəbul edən heca vurğulu heca adlanır. Vurğulu heca vurğusuz hecalardan iki əlamətə görə fərqlənir:
1. Yüksək səs tonuna malik olur.
2. Qüvvətli tələffüz olunur.

Hər hansı sözdə vurğunu tapmaq üçün sözü hecalara ayırmadan nisbətən qüvvətli demək lazımdır.Yadda saxlamaq lazımdır ki,sözü hecalara ayıranda bütün hecalar eyni vurğu altında deyilir. Bu halda vurğunu müəyyənləşdirmək olduqca çətinləşir. Vurğunu asan tapmaq üçün sözü sərbəst tələffüz edib, hecaları nisbətən qüvvətli demək lazımdır. Bu cür tələffüz olunma zamanı hansı halda vurğu ilə bərabər sözün düzgün tələffüzü üst-üstə düşürsə, bu zaman vurğulu heca həmin hecadır. Yazılışda vurğunu göstərmək üçün (¢) işarəsindən istifadə olunur. Bu işarə vurğu qəbul etmiş hecanın sait səsinin üzərinə qoyulur.


Türk mənşəli sözlərdə vurğu əsasən sözün son hecasına düşür. Məs: sarı', danla', danışıq', Eldəni'z və s. İstisna olaraq vurğusu əvvələ düşən əsl Azərbaycan sözləri də var: dü'nən, bi'ldir, sa'nki, ne'cə, ni'yə, a'ncaq, ba`yaq, la'kin, ye'nə, ya'lnız və s. İlk hecasına m,p,r,s samitlərinin qoşulması ilə yaranan sifətin çoxaltma dərəcəsində olan sözlərdə də vurğu əvvələ düşür. Məs:qa'pqara, bo'mboz, bü'sbütün, tə'rtəmiz və s. Bitişik yazılan mürəkkəb sözlərdə çox zaman vurğu son hecalara düşür. Ancaq bəzi mürəkkəb sözlər var ki, vurğusu əvvələ düşür.Məs:A'ğdaş, A'ğdam, Gö'yçay və s.

Alınma sözlərdə isə vurğu çox zaman əvvəlinci hecalara düşür. Məs:sta'nsiya, fi'rma,a'vqust və s.


Qeyd: Vurğusu son hecaya düşən sözlərin hamısı milli sözlər deyil. Dilimizdə yetərincə vurğusu son hecaya düşən alınma sözlər var. Məs: defi's, dialo'q, kati'b, enerji' və s.

Dilimizdə söz kökünə şəkilçi artırılarkən vurğu da sözün sonuna doğru istiqamətlənir: ya¢z, yazı¢, yazıçı, yazıçılı¢q və s. Dilimizdə bəzi şəkilçilər də var ki, vurğu qəbul etmir.


Cümlədə sözlərdən birinin digərlərinə nisbətən qüvvətli deyilməsinə məntiqi vurğu deyilir. Məntiqi vurğu altına düşən söz, əsasən, felin yanında işlənir. Məs: Mən sabah kəndə gedəcəyəm. Mən sabah kəndə gedəcəyəm. Mən kəndə sabah gedəcəyəm. Sabah kəndə mən gedəcəyəm.
Həyəcan vurğusu hiss və həyəcanları ifadə etmək üçün cümlədə və ya abzasda sözün, yaxud ifadənin həyəcanlı deyilməsinə deyilir.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə