Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedoqoji Kitabxanası



Yüklə 312,78 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix11.07.2018
ölçüsü312,78 Kb.
#54920
  1   2   3   4   5   6   7   8   9


 

Azərbaycan Respublikası Təhsil Nazirliyi 



Respublika Elmi Pedoqoji Kitabxanası 

 

 



 

 

XI-XX Əsr



 

Azərbaycan Pedoqoqları 

 

 

 

 

 

 

 

Bakı-2015 

 


 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 



 

Müəllif: Şahmuradova Tükəzban Dəmir qızı 

 Redaktor: Cəfərzadə Pərvin Arif qızı 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tərtibçi-müəllifin  rəsmi  razılığı  olmadan  metodik 

vəsaitin  və  ya  onun  hər  hansı  bir  hissəsinin  təkrar 

çapı,  yayılması,  elektron  və  ya  mexaniki  üsulla 

surətinin çıxarılması qadağandır. 

                                        Müəllif hüquqları

 

 


 

XI- XX əsr 



Azərbaycan pedaqoqları 

 

Bəhmənyar  ibn  Mərzban(Əbülhəsən)  –(933-1066  )  İbn 

Sinanın şagirdi və davamçısı olmuşdur. Dini fəlsəfi əsərlərin 

müəllifidir. Əsərlərində azad, kamil insan tərbiyəsi ideyasını 

irəli  sürmüşdür.  



Əsərləri:   

“Təhsil kitabı”-1971-ci ildə Tehranda fars dilində  çap 

edilib. 

“Məntiqə dair zinət kitabı” 

“Metafizika elminin mövzusuna  dair traktat”-1851-ci 

ildə  Leypsiqdə    ərəb  və  alman,    1911-ci  ildə  Qahirədə  ərəb 

dilində çap olunmuşdur. 

“Gözəllik və səadət kitabı” 

“Musiqi kitabı” 

 

Qətran Təbrizi (Əbu Mənsur) - (1012-1088 ci il)  

Həyat  və  yaradıcılığı:  Gəncədə  Şəddadilərin  sarayında 

şöhrət tapmışdır. “Ət- təfasir” adlı fars dilinin  izahlı lüğətini 

tərtib etmişdir. 

Əsərləri: 

 

“Qövsnamə”-( Atalar sözü, zərb məsəllər) 



 

“Ət-təfasir”-   (izahlı lüğət) 

 

Xətib Təbrizi (Yəhya Əli oğlu) - (1030-1109). 

Həyat və yaradıcılığı: Suriyada təhsil almışdır. 1067-ci ildə 

Bağdadda  Nizamiyyə  universitetində  müəllimlik  etmişdir. 

Bir  çox  elm  sahəsinə    dair  elmi  tədqiqatları  ilə  şöhrət 

tapmışdır. Əsas fəaliyyət sahəsi ədəbiyyatşünaslıq olmuşdur. 

 

 



 

Əbül- üla Gəncəvi (Mahmud Nizaməddin- (1096-1159) 



Həyat  və  yaradıcılığı:    XII  əsrdə  yaşayıb  yaratmışdır.  44 

yaşında Şirvanşahlar sarayına gəlmişdir. Sarayda  “məlik üş-

şüəra” adını qazanmışdır. Azərbaycan ədəbiyyatında ictimai-

fəlsəfi  şerin ilk nümunələrini yaratmışdır. 



Əsərləri: “Nizaminin müasirləri” kitabında, 1940-cı il. 

 

Əcəmi Əbubəkr oğlu Naxçıvani (1120). 



Həyat və yaradıcılığı: Orta əsr Azərbaycan memarlığının 

görkəmli nümayəndəsi. Naxçıvan memarlıq məktəbinin 

banisi. “Şeyxül-ül-mühəndisin” ləqəbinidaşımışdır.Əcəminin 

yaradıcılığı  Naxçıvanla bağlıdır. 



Əsərləri: 

İlk əsəri  Yusif ibn Küseyir türbəsidir.-(1162-ci il) . 

Mömünə  xatun türbəsi.-(1186 –ci il) 

Marağada Göy Günbəz.- (1196-cı il), 

Gülüstan türbəsi və s.  

 

Xaqani  Şirvani  (Əfzələddin  İbrahim  ibn  əli  Nəccar 



Şirvani) - (1126-1199). 

Həyat  və  yaradıcılığı.    Fars  dilində  yazmışdır.  İlk  təhsilini 

həkim  olan  əmisindən  almışdır.  “Həqayiqi”  təxəllüsü  ilə 

yazdığı şerlər ona şöhrət gətirmişdir. Ə.Gəncəvinin dəvəti ilə 

saraya  gəlmişdir.  Xaqani  təxəllüsü  ilə  şerlər  yazmışdır. 

Şerlərində  bədxahlıq,  haqsızlıq    kimi  mənfi  xüsusiyyətləri  

tənqid etmişdir.  I Axstaqin əmri ilə həbs edilmişdir. Əsərləri 

İranda, Hindistanda  nəşr edilmişdir. 

Əsərləri: 

“Töhvət  ül-İraqeyn”.-(1157-ci il) 

“Həbsiyyə” (qəsidələr, mərsiyələr) 

“Qəsideyi- şiniyyə” 

“Mədain xərabələri” 

 



 

Nizami Gəncəvi (İlyas Yusif oğlu) (1141- 1209 ) 



Həyat  və  yaradıcılığı  –  Sənətkar  ailəsində  anadan  olmuş, 

təhsilini  Gəncə  mədrəsələrində  almışdır.  Yaradıcılığına  lirik 

şerlərlə başlamışdır. Qəzəl və qəsidələr müəllifi kimi şöhrət 

tapmışdır.  Dünya  ədəbiyyatı  tarixinə  məsnəvi  formasında 

“Xəmsə”  ilə  daxil  olmuşdur.  Nizamiyə görə  insanın  həyatını 

istiqamətləndirən  zəka  biliklərlə  zənginləşməlidir.  N.Gəncə-

vinin pedaqoji fikirlərində  mənəvi-əxlaqi tərbiyə məsələləri 

mühüm  yer  tutur.  “Xəmsə”  əvəzsiz    pedaqoji  mənbədir. 

“Xəmsə”də  insanın  zehni,  mənəvi,  əmək  və  fiziki  tərbiyə 

məsələləri  öz  dolğun  əksini  tapmışdır.  M.S.Ordubadinin  

“Qılınc  və  qələm”  əsəri  Nizamiyə  həsr  olunmuşdur. 

M.Hüseynin    “Nizami”  pyesi,  F.Əmirovun    “Nizaminin 

xatirəsinə” simfoniyası , “Nizami” baleti də  N.Gəncəviyə həsr 

olunmuşdur. 



Əsərləri:  

“Xəmsə”, “Sirlər xəzinəsi”- (1177-ci il). 

“Xosrov və Şirin” -  (1180-ci il). 

“Leyli və Məcnun” -  (1188-ci il) 

“Yeddi gözəl” -  (1197-ci il) 

“İsgəndərnamə” - (1203- cü il) 

 

Tusi Nəsrəddin Məhəmməd İbn Həsən -(1201-1274)

Həyat  və  yaradıcılığı:  İlk  təhsilini  Tus  şəhərində  almışdır. 

Marağa rəsədxanası  onun rəhbərliyi ilə təsis edilmişdir. 



Əsərləri:  

“Zic Elxani” - riyazi cədvəl 1652-ci ildə Londonda çap 

edilmişdir. 

“Təhriri-Öqlidis”- 

həndəsənin 

inkişafına 

təkan 

vermişdir.  1594-cü  ildə  ərəb  və  latın  dillərində  nəşr 



olunmuşdur. 


Yüklə 312,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə