4
Dünya ölkələrində olan heyvandarlığın müasir vəziyyəti.
Dünya XXI-əsrin birinci onilliyini artıq geridə qoymuĢdur, ancaq əhalinin ərzaq
məhsullarına olan tələbatının ödənilməsi problem kimi qalır. Son beĢ ildə (2005-2010) dünya
əhalisi 6453628 min nəfərdən 6846143 min nəfərə qədər və ya 6,1% artmıĢdır. Ona görədə
ekoloji təmiz heyvandarlıq məhsullarının artırılması üçün heyvandarlığın intensiv inkiĢaf
etdirilməsi əsas məqsəd və tapĢırıq olaraq qalır. Əhalinin ərzaq məhsullarına olan tələbatın
ödənilməsi böyük əhəmiyyət kəsb edir. Bir çox ölkələrdə ərzaq məhsullarının çatıĢmazlığı
mövcuddur.
XXI-əsirdə FAUN-nun məlumatlarında inkiĢaf etmiĢ ölkələrin modelinə əsasən ərzaq
məhsullarına tələbat il ərzində 800 kq buğda (100-150 kq çorək, düyü və 650-700 kq ət,
yumurta, süd və baĢqa məhsullara çevirməklə ), zəif inkiĢaflı ölkələrdə ən azı 200 kq adam
baĢına toplanması vacibdir.
Ġnsan üçün ən vaclb heyvan mənĢəli zülaldır. 2008-ci ilin məlumatlarına əsasən dünyada
71 milyon ton heyvan mənĢəli zülal istehsal olunub ki, bu da il ərzində adam baĢına 10 kq və
gün ərzində 30 qram deməkdir. Ġstehsal olunan zülal insan qidası üçün tələb olunur. Əgər
dünyada gün ərzində hər bir insan üçün 30 qram zülal istehsal olunursa, ancaq müxtəlif
ölkələrdə bu göstəricilər; Avropada 62, Asiyada-20, Afrikada 11, Cənubi Amerikada 60, ġimali
Amerikada 90, Okeanlarda 164 qrama çatır.Yüksək keyfiyyətli zülal istehsalı və onun
əhəmiyyəti dövlətlərdə müxtəlif yanaĢmalara səbəb olur. Məsələn: Rusiyada gün ərzində insan
üçün 40 qram heyvani zülal istehsal olunmuĢdur. Bu göstərici Almaniyada, Fransada,
Ġspaniyada 70-80 qram, Belarusiyada, Kanada, ABġ-da 90-100, Avstraliyada-140, Yeni
Zelandiyada 500 qramdan çox olmuĢdur.
ĠnkiĢaf etmiĢ ölkələrdə mədaxil və məxaric olunan zülal tələbatı gün ərzində 50 qrama
kimi ödənilir. Hazırda gün ərzində tələb olunan zülal inkiĢaf etmiĢ ölkələrdə 10-30 qram azlıq
təĢkil edir. Ancaq yaxın illərdə dünya əhalisinin zülala və tələb olunan enerjiyə ( kalori )
çatıĢmazlığı baĢ verəcəkdir. Son dövrlərdə az yağlı ətə tələbat artmıĢdır. Ona görə də belə
heyvanların yaradılması avropa mənĢəli və zebu əsasında yetiĢdirilir. Bu heyvanların əti
mərmərvari ət
hesab edilir ki, bu qidalıq keyfiyyətinə görə üstündür.
Ətlik və südlük heyvanlara olan tələbat ilə faktiki istehsal arasında olan fərqə görə
heyvandarlığın inkiĢaf etdirilməsinə fikir verilməlidir. Bir çox ölkələrdə cinslərin strukturunda
və ona olan tələbata uyğun baĢ saylarında dəyiĢikliklər edilmiĢdir. Məsələn son 8-il ərzində
iribiynuzlu qaramal-0.2%, donuz-3,7%, qoyun-7.8%, keçi-18.9% artmıĢdır. Ən çox quĢçuluqda
yüksəliĢ olmuĢdur. Belə ki, quĢlarda 27,65%, ördəklərdə 23,55%, qazlarda 46.6% ,
hindquĢunda 101,8 % artım özünü göstərmiĢdir. Dünyada bir il ərzində qoyunların baĢ sayı
5,9%,keçilər 4,3%,quĢlar 4,2%,donuzlar 2.9%,qazlar 2,3% hind toyuğu 2,15 və camıĢlar 2,0%
artmıĢdır. Cədvəl.1.