Azərbaycan Respublikası



Yüklə 39,34 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü39,34 Kb.
#21018


   

   

 

Azərbaycan Respublikası  

Kənd Təsərrüfatı Nazirliyi  

Aqrar Elm və İnformasiya Məsləhət 

Mərkəzi 

Əkinçilik Elmi-Tədqiqat  İnstitutu 

 

 

 

 

Qarğıdalı  bitkisinin becərilmə 

texnologiyasına dair  

TÖVSİYƏLƏR 

 

Bakı-2016 

hesabı  ilə  fosfor  90-100  kq,  kalium  90kq  şum 

altına,  azot  gübrəsi  isə  səpindən  sonra  yemləmə 

şəklində  vegetasiyanın  2  mərhələsində  3-5 yarpaq 

və  7-8  yarpaq əmələgəlmə  mərhələlərində  100  kq 

hesabı ilə verilməlidir.  



Suvarılması: Hava şəraitindən asılı olaraq 

qarğıdalı  vegetasiya  müddətində  3-4  dəfə 

suvarılmalıdır.  Hektara  suvarma  norması  600-

800m


3

  təşkil  edir.  1-ci  suvarma  bitkilərdə  əsas 

rüşeym  köklərinin  formalaşması,  2-ci  15-16 

yarpaqların əmələ gəlməsi, 3-cü süpürgələmə, 4-cü 

dəndolma  dövrlərində  aparılmalıdır.  Dənin  süd 

yetişmə 


dövründə 

suvarmanı 

dayandırmaq 

lazımdır. 



Əsas  xəstəlik  və  zərərvericiləri:  Qarğıdalı 

becərilən 

bütün 

təsərrüfatlarda 



bitkinin 

məhsuldarlığına,  onun  keyfiyyətinə  mənfi  təsir 

göstərən əsas amillərdən biri ziyanverici həşəratlar 

və  xəstəliklərdir.  Təbii-iqlim  şəraitindən  asılı 

olaraq 

müxtəlif 



bölgələrdə 

qarğıdalıda 

ziyanvericilərdən  payız  sovkası,  qarğıdalı  və 

çəmən  kəpənəyi,  zəlicə  böcəyi,  xəstəliklərdən 

tozlu  və  qovuqlu  sürmə,  helmintosporioz,  gövdə, 

qıca  və  dəndə  bakterioz,  qıcalarda  qırmızı  sürmə, 

pas və s. geniş yayılaraq məhsuldarlığa ciddi ziyan 

vurur. Qeyd etmək lazımdır ki, qarğıdalı bitkisinin 

xəstəliklərinin  55-80%-i  dən  vasitəsi  ilə  keçir  və 

ona  görə  də  əsas  mübarizə  tədbirlərindən  biri 

toxum 

materialının 



vaxtında 

keyfiyyətlə 

dərmanlanmasıdır.  Bu  məqsədlə  təsərrüfatlarda 

səpiləcək  qarğıdalı  toxumu  səpindən  25-30  gün 

qabaq  “Alyans”,  75%-li  vitavaks,  80%-li  TMTD 

preparatı  ilə  1  ton  toxuma  1,5-2  kq  hesabı  ilə 

dərmanlanır. 

Bunun 


nəticəsi 

olaraq 


əkin 

sahələrində  müşahidə  edilən  helmintosporioz, 

tozlu  sürmə,  bakterioz    xəstəlikləri  müşahidə 

olunmur və ya azalır. Digər xəstəliklərin yayılması 

iqtisadi  ziyanlı  həddinə  çatmadığı  üçün  onlara 

qarşı mübarizə tədbirləri aparılmır. 

Qarğıdalının əkin sahələrində müşahidə edilən çə- 

mən və qarğıdalı kəpənəyi və digər ziyanvericilərə 

qarşı  “Karate”,  “B-58”  preparatından  işçi  məhlul 

hazırlanaraq sahələrə çilənməlidir. 

 Nümayiş  əkini  aparılan  rayonların  fermer 

təsərrüfatlarında  alaq  otlarına  qarşı  mübarizə 

məqsədilə hektara 180-200 qram Lintur preparatını 

300-350  litr  suda  həll  edərək  məhlul  hazırlayıb 

sahələrə çilənməlidir. 

Məhsulun  yığılması:  Dən  üçün  yığılan 

qarğıdalı  toxumunun  tərkibində  nəmlik  27% 

olamlıdır. Qarğıdalı məhsulunun yığılmasında yeni 

texnikalardan 

“Nyu 

Holland”, 



“Xerson” 

kombaynlarından 

istifadə 

edilir. 


Qıcaların 

təmizlənib  yığılması  üçün  SK-4,  SK-5,  “Niva” 

kombaynlarına  PPK-4  tərtibatlı  əlavə  etməklə 

qıcadan dənləri ayırmaqla yığılır.  

 

 

 



 

 

 



 

Ünvan:  AZ 1098.Bakı şəhəri, Pirşağı qəsəbəsi,   

               2 saylı Sovxoz 



Telefonlar: (+99412) 551 61 30;  

Fax: (+99412) 551 60 84; 

E-mail: aetei@mail.ru;  

Web səhifə: www.aetei.az 

Hazırladılar: 

b.e.ü.f.d., dosent C.M. Təlai  

a.e.ü.f.d., S.Ə.Dünyamalıyev 



Respublikamızda 

heyvandarlığın 

və 

quşçuluğun  sürətli  inkişafı  dənli  və  yem  bitkiləri 



istehsalının daxili imkanlar hesabına ödənilməsindən 

çox  aslıdır.  Bunun  üçün  yüksək  məhsuldarlıqlı 

qarğıdalı sortlarının fermer təsərrüfatlarında səmərəli 

texnologiya  əsasında  geniş  sahələrdə  becərilməsi 

tələb  olunur.  Lakin  əksər  bölgələrdə  fermerlər 

qarğıdalıdan  yüksək  və  keyfiyyətli  məhsul  əldə 

edilməsində  probləmlərlə  üzləşirlər.  Xüsusilə, 

fermerlər  çox  zaman  öz  sahələrində  mənşəyi 

bilinməyən  sort  və  hibridlərin  toxumlarını  səpirlər. 

Nəticədə məhsuldarlıq və gəlir aşağı olur.  

 Bu  baxımdan  Əkinçilik  Elmi-Tədqiqat  İnstitutunun 

Zaqatala Bölgə Təcrübə Stansiyasında seleksiya yolu 

ilə  yaradılmış  perspektivli  və  rayonlaşmış  qarğıdalı 

sortlarının  fermer  təsərrüfatlarında  tövsiyə  edilən 

aqrotexniki  qulluq  işləri  çərçivəsində  əkməklə, 

yüksək  məhsuldarlığa  nail  olmaq  olar.  Bunun  üçün 

fermerlərə  öz  əkinlərində  Əkinçilik  ET  İnstitutunun 

rayonlaşmış  “Zaqatala  yerli  yaxşılaşdırılmış”, 

“Zaqatala-68”,  “Zaqatala  514”  və  “Zaqatala  420” 

qarğıdalı  sortlarının  keyfiyyətli  toxum  materialından 

istifadə  etmələrini  məsləhət  bilirik.  Qarğıdalının 

Respublikamızın    suvarılan  aran  və  nəmliklə  təmin 

olunmuş dəmyə rayonlarında əkilməsi tövsiyə edilir. 

 Əkin  dövriyyəsində  yeri:  Qarğıdalı  üçün  ən  yaxşı 

sələf  payızlıq  buğda,  arpa,  çovdar,  dənli-paxlalılar, 

çoxillik  yem,  cərgəarası  becərilən,  tərəvəz  bitkiləri 

hesab olunur. Qarğıdalının özü isə payızlıq və yazlıq 

bitkilər üçün yaxşı sələfdir. 



Torpağın  becərilməsi:  Qarğıdalı  əkilən 

rayonların  torpaq-iqlim  şəraitləri  bir-birindən  kəskin 

fərqləndiklərinə  görə  seçilmiş  sortlara  uyğun 

aqrotexniki  becərmə  işləri  tətbiq  edilməlidir.  Belə 

sahələrdə  25-30  sm  dərinlikdə  şum  aparıldıqda 

torpağın  su-fiziki  xassələri  yaxşılaşmaqla  bitkinin 

inkişafı üçün su ehtiyatı toplanır və torpaqda aerasiya 

prosesi yaxşılaşır. Bu məqsədlə də qarğıdalı əkiləcək 

sahədə ilk əvvəl 8-12 sm dərinlikdə sələf  bitkilərin- 

dən  sonra  üzləmə  aparılır.  Bu  əməliyyatın  aparılması 

bitki  və  kövşən  qalıqlarının  xırdalanmasına,  torpağın 

üst 


qatının 

yumşaldılmasına, 

alaq 

otlarının 



toxumlarının  cücərməsinə,  nəmliyin  saxlanmasına  və 

s. proseslərə müsbət təsir edir. 

 Şumun  üst  qatının  mala  və  yaxud  rotorlu 

toxalarla  yumşaldılması  lazımdır,  bu  əməliyyatda 

torpaq  yumşalır,  dənəvərləşir,  torpağın  səthi 

hamarlaşır  və  alaq  otları  məhv  edilir,  toxumların 

bərabər  dərinlikdə  basdırılması  təmin  edilir.  Axırıncı 

səpinqabağı  becərmələr  səpinə  2-3  gün  qalmış 

qurtarmalıdır.  Səpindən  qabaq  sahələr  torpaq 

herbisidlərindən  Randop,  Metaloks  verilməli  və 

torpağa qarışdırılmalıdır. 

Səpin  müddəti  və  norması:  Qarğıdalı  istilik  sevən 

bitki  olduğundan  torpaqda  8-10

0

C  istilik  olduqda 



əkilməlidir.  Torpaqda  temperatur  10-12

0

C    olduqda 



kütləvi  cücərtilər  alınır.  Bitkilərin  normal  inkişafı 

üçün  optimal  temperatur  20-25

0

C  hesab  olunur. 



Müxtəlif  torpaq-iqlim  zonalarında  qarğıdalının  səpin 

müddətləri  müxtəlifdir.  Belə  ki,aran  rayonlarında 

optimal  səpin  müddəti  aprelin  1-ci  ongünlüyü,  dağlıq 

və  dağətəyi  rayonlarda  isə    aprelin  3-cü  ongünlüyü 

hesab olunur. 

Respublikamızda 

becərilən 

qarğıdalı 

sortlarının səpin norması toxumun iriliyindən asılı  

 

olaraq  1000 ədəd dənin kütləsi 300-350 qram olarsa 



dən üçün hektara 45-50 min bitki hesabı ilə 17-20kq, 

silosluq üçün isə 22-25kq olmaqla hektara 65-70 min 

bitki  olmalıdır.  Sahədə  cərgəaraları  dən  üçün  70sm, 

bitki  araları  isə  25sm  (70x25),  silos  üçün  70x20sm 

sxemi götürülməlidir. 

 

Torpaqda  nəmlik  normal  olduqda  toxumun 



basdırılma  dərinliyi  8-10sm  təşkil  edir.  Ağır 

mexaniki  tərkibli  torpaqlarda  bu  6-7sm  dərinliyə 

qədər azaldılmalıdır.  

Cərgəaralarının 

becərilməsi: 

Qarğıdalının 

mexanikləşdirilmiş  becərməsində  onun  suvarılması, 

2-3  dəfə  kultivasiyası,  alaqlara  qarşı  mübarizə 

tədbirləri, 

seyrəldilməsi 

dibdoldurulmanın 

aparılmasının  mühüm  təcrübi  əhmiyyəti  vardır. 

Cərgə  aralarında  birinci  kultivasiyanın  8-10  sm, 

ikincinin 6-8 sm, üçüncünün isə 5-6 sm dərinliklərdə 

aparılması müsbət nəticələr verir. 

Gübrələnməsi:  Qarğıdalı  qida  maddələrinə  tələbkar 

bitkidir.  O,  bütün  vegetasiya  dövründə  normal 

böyüyüb  inkişaf  etməsi  və  yüksək  məhsul  verməsi 

üçün  üzvi  və  mineral  gübrələrlə  təmin  edilməlidir. 

Bitkilərdə gedən fizioloji  və biokimyəvi  proseslərin 

tənzimlənməsində 

azot, 

fosfor 


və 

kalium 


elementlərinin  xüsusi  rolu  vardır.  Bu  elementlər 

bitkilərin  əsas  qida  elemenləri  hesab  olunur.  İstər 

üzvi,  istərsə  də  mineral  gübrələr  tətbiq  edilərkən 

becərilən  bitkinin  bioloji  xüsusiyyətləri,  əkin  sahəsi, 

torpağın  aqrokimyəvi  göstəriciləri  və  zonanın  iqlim 

şəraiti  nəzərə  alınmalıdır.  Böyümə  və  inkişafının  ilk 

dövrlərində  qarğıdalı  azot  və  fosfora  daha  çox 

tələbkardır.  Çox  turş  torpaqlarda  qarğıdalı  yaxşı 

inkişaf  etmir.  Onun  normal  inkişafı  üçün  torpaq 

mühitinin reaksiyası neytral olmalıdır (pH-6-7). 

Hər hektar sahədən 50-60 sen. dən və ya 500-

600 sen. yaşıl kütlə götürüldükdə məhsulla torpaqdan 

150-180  kq  azot,  50-60  kq  fosfor  və  150-160  kq 

kalium  aparılır.  Bu  məqsədlə  də  qarğıdalı  becərilən 

təsərrüfatlarda  hektara  üzvi  gübrə  30-40  ton, 

təsiredici maddə  



Yüklə 39,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə