Azərbaycan Respublikası



Yüklə 22,94 Kb.
tarix02.06.2018
ölçüsü22,94 Kb.
#47226

Azərbaycan Respublikası

Azərbaycan Səhiyyə Sektorunda İslahatlar Layihəsi (HSRP)

Kredit No. 4210-AZ

Təkliflərin Verilməsinə dair Dəvətnamə


Fərdi Məsləhətçi üçün Tapşırıq: Milli Əczaçılıq Siyasətinin inkişafı

Və Milli Əczaçılıq Komitəsinin yaradılması
Təkliflərin Verilməsinə dair bu Dəvətnamə 2006-cı il Noyabrın 30-da “Development Business” jurnalının 691 nömrəli buraxılışında dərc olunmuş Layihə üzrə Ümumi Satınalma Elanının davamı olaraq irəli sürülür.

Azərbaycan Respublikası Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (HSRP) maliyyələşdirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyasından (İDA) 50 milyon ABŞ dolları ekvivalenti həcmində Kredit almışdır və həmin məbləği sözügedən layihə çərçivəsində satın-alınacaq mallar, işlər, əlaqədar xidmətlər və konsultasiya xidmətləri ilə əlaqədar xərclərin ödənilməsi məqsədilə istifadə etmək niyyətindədir. Bu layihə həmçinin USAİD, UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən maliyyələşdirilir. Kontraktın alınmasına dair tender Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən maliyyələşdirilərək həmin təşkilatın “namizədlərin seçilmək iqtidarına” dair qaydaları və proseduralarına uyğun həyata keçiriləcək.

Layihənin inkişaf məqsədi səhiyyə sisteminin idarə olunması və maliyyələşdirilməsi mexanizmini ümumən təkmilləşdirmək və seçilmiş rayonlarda əsas tibbi xidmətlərin texniki və duyulan keyfiyyətini maliyyə cəhətindən məsuliyyətli və davamlı surətdə yaxşılaşdırmaq və əlçatan etməkdir.

Xidmətlər Fərdi Məsləhətçi tərəfindən təmin olunacaq, hansı ki tapşırığın məqsədlərinə görə ümumi məsuliyyəti öz üzərinə götürəcək:


Mərhələ 1. Milli Dərman Siyasətinin inkişafı

  • Əczaçılıq sektoru və onun tərkib hissələrində hazırkı vəziyyətin ətraflı təhlilinin yerinə yetirilməsi;

  • Hazırkı Əczaçılıq qanunvericiliyinin öyrənilməsi, qanunların və nizamnamələrin siyahıya alınması;

  • Əczaçılıq siyasətinin hazırkı Səhiyyə sistemi, Milli Səhiyyə Siyasəti və Səhiyyə sektorunda İslahatlar layihəsi ilə müvafiq şəkildə öyrənilməsi;

  • Gələcək Milli Dərman Siyasətinin əsas məqsədləri, vəzifələri və yerinə yetirmə stratejilərinin müəyyən edilməsi;

  • Əczaçılıq siyasətinin həyata keçirilməsi üçün hazırkı qanunvericilikdə zəruri dəyişiklər haqqında təkliflərin irəli sürülməsi, əczaçılıq siyasətinin qanuni fəaliyyətinə yönəlmiş məsləhətlərin irəli sürülməsi;

  • Müxtəlif inkişaf addımlarının təfsilatı ilə Əczaçılıq siyasəti stratejisinin layihəsinin hazırlanması;

  • Əczaçılıq siyasətinin icrası üçün əsas cavabdeh şəxslərin müəyyən edilməsi, xərclərin qiymətləndirilməsi, siyasətin icra müddətinin təyin edilməsi;

  • Dövlət və özəl sektorları nəzərdə tutmaqla Əczaçılıq siyasətinin icrasında iştirak edən bütün maraqlı tərəflərin müəyyən edilməsi;

  • Hökumət qulluqçuları (Nazirlik), həkimlər, əczaçılar, yerli və xarici dərman istehsalçıları, dərman satanlar, Universitet kontingenti, QHT, alıcılar, peşəkar assosiasiyaların iştirakı ilə çoxmövzulu seminarların təşkili;

  • Ölkədəki iqtisadi vəziyyəti, mədəni və tarixi faktorları nəzərə almaqla Əczaçılıq siyasəti sənədinin tərtib edilməsi və müzakirələr üçün müvafiq orqanlara təqdim edilməsi;

  • Aydın və müfəssəl, ölkənin tələblərinə uyğun Əczaçılıq siyasətinin quruluşu;

  • Bütün komponentlərin fəaliyyətini nəzərdə tutmaqla Əczaçılıq siyasətinin yerinə yetirmə planının tərtibatı;

  • Siyasətin uğurlu yerinə yetirilməsi üçün məsləhət və layihələrin inkişafı.


Mərhələ 2. Əsas dərman vasitələrinin siyahısının tərtibatı



  • Əsas dərmanlar vasitələri anlayışının inkişafı;

  • Mövcud klinik protokollar əsasında əsas dərman vasitələri siyahısının tərtibatı;

  • Əsas dərmanlar vasitələri siyahısının mövcud dövlət prioritetlərinə uyğunlaşdırılması;

  • Xalq təbabəti vasitələri və dərman otları ilə davranış qaydalarının inkişafı.


Mərhələ 3. Qiymətləndirmə, Maliyyələşdirmə və Təchizat



  • Dərman vasitələrinin qeneriklərin rəqabət və əvəz edilmə sistemi, eləcədə dərman vasitələrinin əldə etmə qaydaları əsasında qiymətləndirmə siyasətinin inkişafı;

  • Vətəndaşların ayrı-ayrı kateqoriyalarına pulsuz və ya güzəştli dərman yardımı göstərilməsi mexanizmlərinin və dərman vasitələri xərclərinin dövlət sığorta sistemi tərəfindən ödənilmə və əvəzini qaytarma mexanizmlərin təklifi;

  • Dərman vasitələrinin faydalı əldə etmə mexanizmlərinin inkişafı.


Mərhələ 4. Nizama salma, Keyfiyyətə nəzarət və Səmərəli istifadə


  • Dərman vasitələrinin şəffaf və müstəqil qeydiyyat mexanizmləri;

  • Dərman vasitələrinin keyfiyyətinə nəzarət mexanizmlərinin inkişafı;

  • Məlumat və Monitorinq şöbəsinin təşkili üçün müvafiq plan, vəzifələrin, vasitələrin, cavabdeh şəxslər və tapşırıqların hazırlanması;

  • Əczaçılıq sektorunun müstəqil monitorinqinin həyata keçirilməsi üçün müvafiq üsulların təklifi;

  • Etibarlı məlumat toplama sisteminin təşkilində köməklik göstərmək, hazırkı sistemin gücləndirilməsi və bu mövzuda təlim treninqlərinin keçirilməsi;

  • Milli klinik protokolların yaranmasında kömək göstərmək;

  • Dərman təchizat eləcədə dövlət tərəfindən ödəniş mexanizmlərin səmərəli istifadə səpkisində inkişafı;

  • Təlim kursları vasitəsilə dərman vasitələrinin səmərəli istifadə mexanizmlərinin inkişafı;

  • Əczaçılıq personalı üçün zəruri bilik və təhsil səviyyəsinin təyin edilməsi, bu sektorda yararlı peşəkar qrupunun yaradılması yolları;

  • Əczaçılıq sektorunun davamlı inkişafını təmin edən plan və təşkilat təklifini irəli sürmək.

Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Layihənin İcra Qrupu (LİQ) hazırda ilkin tələblərə cavab verən fərdi məsləhətçiləri qeyd olunmuş xidmətləri təmin etməkdə maraqlı olduğunu bildirməyə dəvət edir. Maraqlı olan məsləhətçilər həmin xidmətlərin təmin olunması üçün tələb olunan bilik və bacarıqlara malik olduğunu əks etdirən məlumatı (Təhsil və İş Təcrübənizə dair Məlumat, oxşar tapşırıqların təsviri, oxşar şəraitlərdə iş təcrübəsi, müvafiq bacarıqların mövcudluğu və s.) təqdim etməlidirlər.

Fərdi məsləhətçi “Dünya Bankının Təlimatı: Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi” (May, 2004-cü il) sənədinə əsasən seçiləcək.

Marağı İfadə edən Sənədin təqdim olunması üçün qeyd olunmuş son tarixə qədər maraqlı olan məsləhətçilər iş günləri saat 11-dən 15-ə qədər aşağıdakı ünvanda əlavə məlumat əldə edə bilərlər.

Marağı İfadə edən Sənəd 2007-ci ilin 23 avqust tarixinə (saat 16:00-a) qədər aşağıdakı ünvana çatdırılmalıdır.

Fərhad Mehdiyev, Direktor


Səhiyyə Sektorunda İslahatlar Layihəsi
Layihənin İcra Qrupu
Səhiyyə Nazirliyi
H. Zərdabi küç. 96
Bakı, AZ1122, AZƏRBAYCAN
Tel./Faks: +994-12-431-6121
Elektron ünvan: fm@mednet.az
Yüklə 22,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə