Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik



Yüklə 93,47 Kb.
tarix02.04.2018
ölçüsü93,47 Kb.
#35738


Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik

Akademiyası



Fakültə: İnzibati idarəetmə

İxtisas: İqtisadiyyat

Kurs: II kurs

Qrup: İ-161

Predmet: Makroiqtisadiyyat

Tələbə: Cəfərov Coşqun

Elmi rəhbər: Dos. Fəxri

Mövzu: Beynəlxalq valyuta sistemləri

Dünyа ölкələri аrаsındа хаrici iqtisаdi əlаqələrin dаim аrtmаsı və təкmilləşməsi bеynəlхаlq vаlyutа münаsibətlərindən dаhа çох аsılıdır.Beynəlxalq valyuta sistemlərinin yaranmasında məqsəd beynəlxalq hesablaşmaların daha rahat və səmərəli hesablanması ilə bağlı olmuşdur. Bеynəlхаlq vаlyutа münаsibətləri dünyа ölкələri аrаsındlа qаrşılıqlı iqtisаdi əlаqələrə хidmət еdən dünyа pulunun fəаliyyəti ilə bаğlı оlаn iqtisаdi münаsibətlərdir. Bu sistemlər ölkələrarası müqavilələrdə və hesablaşmalarda öz əksini tapır və qanunvericiliyə daxil edilir. Valyuta italyan sözü olub, mənası “dəyər”, “qiymət” deməkdir. Valyuta dedikdə hər bir ölkənin pul nişanı başa düşülür.Respublikamızda milli valyuta Manatdır.Hal-hazırda beynəlxalq, regional və milli valyuta sistemləri mövcuddur. Ölkələrarası münasibətlər inkişaf etdikcə və qloballaşma artdıqca valyuta sistemləri də daim inkişaf edir təkmilləşir. Beynəlxalq valyuta sisteminin əsası 19-cu əsrin əvvəllərində qoyulan qızıl standartlarına söykənir. Bu sistəmə bəzən sabit valyuta məzənnəsi sistemi deyilir. Bu sistemdə milli valyutanın dəyəri qızılın çəki vahidi əsasında müəyyən edilirdi və möhkəm təsdiq olunurdu. Qeyd edək ki, bu sistemin yaradılması heç bir sazişdə və ya qanunda öz əksini tapmamışdır. Şimali Amerika və Avropa ölkələri arasında hesablaşmaları təmin etmək üçün yaradılmışdır.Qızıl standartı Birinci Dünya Müharibəsinin başlanmasına qədər uğurla istifadə edilmişdir.(1914)

İlk valyuta sistemi sənaye inqilabından sonar kortəbii olaraq qurulsa da qeyd edildiyi kimi qanuniləşdirilməmişdi.Hüquqi şəkildə o, yalnız 1967-ci ildə yalnız qızılı pul qəbul edən dövlətlər tərəfindən Parisdə konfransında qanuniləşdirildi.Paris qızıl valyuta sistemi aşağıdakı 4 əsas prinsip əsasında qurulmuşdur.
1.Sistemin əsasını qızıl pul standartı təşkil edir.

2.Hər bir valyuta onun tərkibində olan qızılın çəkisi ilə müəyyən edilirdi.Bu sistem hələ 1878-ci ildən Fransada tətbiq olunurdu.Və bu sistemə daxil olan valyutaların tərkibindəki qızılın çəkisinə uyğun qızıl pariteti qurulurdu.

3.Valyuta sərbəst şəkildə qızıl ilə konvertasiya olunur və qızıl külçələrdən sikkələr hazırlanmasına icazə verilirdi.

4. Qızıl nöqtələr hüdudları daxilində bazar tələb və təklifi nəzərə alınmaqla sərbəst üzən valyuta kursu rejiminin qurulması.



  1. Valyuta dərəcələrinin və tədiyyə balansının sabitliyinin təmin olunmasında qızıl standartı sistemi mühüm rol oynamışdır. Belə ki, bazarda valyutaların məzənnəsi onun qızıl paritetindən kəskin fərqlənən hallarda iqtisadi agentlər hesablaşmalarını qızılla aparmağa meyl edirlər.Məsələn: funt sterlingin dollara nisbətən bazar qiyməti də onun qızıl pariteti arasındakı fərq qızılı ABŞ-dan İngiltərəyə göndərmək xərclərindən çox olduqda ödənişi funt sterlinqlə aparmalı olan amerikanlı bu əməliyyatın qızılla aparılmasına daha çox üstünlük verməlidir. Bu cür ixrac əməliyyatının səmərəli aparılmasına imkan verən valyuta məzənnəsi ixracın qızıl nöqtəsi adlanmışdı. Eynilə, idxalın qızıl nöqtəsi müəyyən edilir. Yəni, xarici valyutası olan və onu milli valyutaya çevirmək istəyənlər valyutanın məzənnəsinin aşağı olması üzündən itkiyə yol verməmək üçün həmin valyutanı xaricdə qızılla dəyişib qızıl şəklində ölkəyə idxal olunmasına üstünlük verirlər. Qızıl standartının tətbiqi dünyada valyuta sabitliyinin təmin olunmasında mühüm rol oynamış, yüz il (1815-1914) ərzində dolların, funt sterlinqin və frankın öz qızıl tərkiblərini saxlamaq üçün əlverişli şərait yaratmışdır. Təkcə bir faktı göstərmək kifayətdir ki, qızıl standartının təsiri nəticəsində 1850-ci ildən 1914-cü ilə qədər beynəlxalq ticarətin həcmi 10 dəfə artmışdır. Birinci dünya müharibəsinin başlanması qızıl standartının yaratdığı sabitliyi pozdu. Müharibəni maliyyələşdirmək üçün Avropa dövlətləri iri həcmli kreditlər götürməklə yanaşı öz valyutalarının qızıla çevrilməsini dayandırmaq məcburiyyətində oldular. Qızıl ehtiyatları ABŞ-ın xeyrinə dəyişdi. Müharibədə iştirak edən hər bir Avropa ölkəsində pul kütləsi ilə qızıl ehtiyatları arasında nisbət kəskin surətdə dəyişir, hər yerdə inflyasiya sürətlə artır və Almaniyada bu proses 1923-cü ildə pul islahatına səbəb olur. Yaranmış ağır vəziyyətdən çıxış yolu kimi yenidən qızıl standartı sisteminə qayıtmaq təşəbbüsləri olundu. vəziyyətdən çıxış yolu kimi yenidən qızıl standartı sisteminə qayıtmaq təşəbbüsləri olundu. , ixracın və idxalın qızıl nöqtəsi qızılın maddi transferti ilə əlaqədar nəqliyyat və sığorta xərcləri əlavə edilməklə və ya çıxılmaqla alınan milli valyutanın paritetini əks etdirir. Birinci dünya müharibəsinin yekunu, nəticəsi kimi əmələ gələn valyuta qarışıqlığı dövründən sonra qızıl deviz standartı yaradıldı. Beynəlxalq hesablaşmalar üçün təyin olunan, xarici valyutada olan ödəmə vəsaiti deviz adlanmağa başlandı. Ikinci dünya valyuta sistemi dövlətlərarası razılaşmaya əsasən beynəlxalq Genuya iqtisadi konfransında hüquqi şəkildə 1922-ci ildə təstiq edildi. Genuya valyuta sistemi aşağıdakı prinsiplər üzrə funksiyalaşdırılmışdır:

1. Onun əsasında qızıl və deviz–xarici valyuta dururdu. Pul sisteminin həmin dövrü üçün 30 ölkə qızıl-deviz standartına əsaslanırdı. Yerli kreditlər beynəlxalq ehtiyat ödəmə vəsaiti kimi istifadə olunmağa başlandı. Müharibələrarası dövrdə hec bir valyuta ehtiyat valyuta statusunda möhkəmləndirilməmişdi, ancaq bu sahədə liderlik funt sterlinq və ABŞ dollarında idi. (Beynəlxalq ödəmə və ehtiyat vasitəsi funksiyasını yerinə yetirən, başqa ölkələrin valyuta pariteti və valyuta məzənnəsini müəyyən edən valyuta rolunu oynayan ehtiyat valyuta dünya valyuta sisteminin iştirakçıları olan ölkələrdə valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə valyuta müdaxiləsi (intervensiyası) üçün geniş istifadə edilir).

  1. Qızıl paritetinin qorunması. Valyutanın qızıla konversiyası təkcə bilavasitə həyata keçirilmirdi, həm də bilvasitə yəni, xarici valyuta vasitəsilə.

  2. Sərbəst tərəddüd edən valyuta kurslarının yaradılması.

  3. Valyuta tənzimlənməsi aktiv valyuta siyasəti, beynəlxalq konfranslar, iclaslar formasında həyata keçirilirdi.

Qızıl dönərli valyutalarla yanaşı beynəxalq əməliyyatlarda hesablaşma vasitəsi kimi istifadə olunmağa başlandı. Lakin 30-cu illərin Böyük depressiyası qızıl standartı sisteminin bərpasına imkan vermədi. Bretton-Vuds sistemi (tənzimlənən valyuta məzənnəsi). Keyns və Vayt planları. Birinci və ikinci dünya müharibələri dövründə ABŞ və Avropa ölkələri arasında iqtisadi qüvvələr nisbətinin ABŞ-ın xeyrinə dəyişməsi, habelə ölkələrarası ticarət əlaqələrində yaranmış vəziyyət beynəlxalq maliyyə sisteminin tənzimlənməsi kimi çox vacib məsələni həll etmək zərurəti yaratdı. Bu məqsədlə ABŞ və Britaniya ekspertləri beynəlxalq valyuta qaydalarının hazırlanması təşəbbüsünü irəli sürdülər. Bu məsələ 1-22 iyul, 1944-cü ildə keçirilən Bretton Vuds konfransında əsas müzakirə obyekti oldu. Beynəlxalq valyuta maliyyə münasibətlərini tənzimləyən və işlək valyuta sistemi yaratmaq üçün konfransa iki plan təqdim olundu. Bu planlar ingilis lord Keyns və amerikalı Henri Vayt tərəfindən hazırlanmışdı. Təqdim olunan planların hər ikisində aşağıdakı əsas prinsiplər öz əksini tapmışdır:

  • dünyada sərbəst ticarət və maliyyə mübadiləsi aparılması qaydasının qəbul edilməsi,

  • beynəlxalq valyuta sabitliyinin əldə edilməsi və onun qaydalarının beynəlxalq sazişlərlə təstiq olunması,

  • qızıl standartının qızıl valyuta standartı ilə əvəz edilməsi,

  • valyuta sisteminə nəzarət və bu sahədə əməkdaşlıq etmək mexanizmini həyata keçirmək məqsədilə beynəlxalq valyuta təşkilatının yaradılması,

  • xarici ödənişlərdə kəsirin müəyyənləşdirilməsini təmin etmək üçün beynəlxalq klirinq mexanizminin yaradılması.

Bu ümumi prinsiplər istisna olmaqla Keyns və Vayt tərəfindən hazırlanmış planlar konseptual baxımdan bir-birindən kəskin fərqlənirdi. Keyn planının əsas məqsədlərindən biri hər bir ölkənin valyuta pul siyasətinin onun milli iqtisadiyyatının inkişafına xidmət etməsini təmin etmək üçün bu siyasətin həyata keçirilməsində ölkəyə geniş muxtariyyat verilməsini nəzərdə tuturdu. Eyni zamanda mənfi saldosu olan ölkələrə xarici valyuta məhdudiyyətlərini azaltmaq məqsədilə Keyns həmin ölkələrə geniş beynəlxalq yardımın göstərilməsini təklif edirdi.

Keyns planında ölkələrin iqtisadi və valyuta münasibətlərini tənzimləmək üçün yeni təşkilatların yaradılması təklifi irəli sürülür. Bu isə praktikada ölkələrin mərkəzi banklarının, Dünya Bankının yaradılması, beynəlxalq pul vahidinin dövriyyəyə buraxılması, ölkələrin tədiyyə balansında baş verən pozuntuların tənzimlənməsi kimi mühüm məsələlərin həllini nəzərdə tutur. Bu tənzimləmə mexanizminin əsasında Beynəlxalq Klirinq İttifaqı dururdu. Keyns, eyni zamanda Beynəlxalq Klirinq İttifaqının öz valyutasının olmasını və onun bütün kitablarında bütün debet və kredit hesablarının bu valyutada aparılmasını təklif edir. Keynsə görə Beynəlxalq Klirinq

İttifaqı sülhü təmin edən təşkilatları maliyyələşdirməli, qiymətlərə və xammaldan istifadəyə nəzarət etməli, onun nəzdində Xüsusi Yardım və Yenidənqurma Agentliyi, Beynəlxalq İnvestisiya Bankı və konyukturanı tənzimləyən təşkilatları yaradılmalıdır. Beləliklə yuxarıda deyilənlərdən məlum olduğu kimi Keynsin təklifinin mahiyyəti ayrı-ayrı ölkələrdə iqtisadiyyatın inkişafına təsir göstərmək, onu böhrandan çıxarmaq, ölkələrarası sıx iqtisadi əməkdaşlığı təmin etmək qabiliyyəti və güclü maliyyə imkanlarına malik olan beynəlxalq təşkilatların yaradılmasından və onların vasitəsilə dünyada maliyyə valyuta münasibətlərinin tənzimlənməsini təmin etməkdən ibarətdir. Təklif olunan təşkilatların mürəkkəb struktura malik olması və

yaradılma çətinliyi layihənin qəbul olunmasında böyük maneəyə çevrildi.

Keynsin planı ilə müqayisədə Vaytın təqdim etdiyi plan zahirən sadə və işlək xarakter daşıyırdı. Bu plan çoxşaxəli beynəlxalq orqanın əvəzinə sabitləşdirmə fondunun yaradılmasını nəzərdə tuturdu. Ümumi bir kassanı xatırladan və fondun üzvü olan dövlətlərin depozitləri hesabına formalaşan sabitləşdirmə fondunun əsas vəzifəsi ayrı-ayrı ölkələrə müəyyən şərtlər daxilində xarici valyuta vermək funksiyasını yerinə yetirmək idi. Bu plan beynəlxalq valyutanın yaradılmasını nəzərdə tutmurdu. Vaytın fikrincə, əgər belə valyutanını yaradılmasına zərurət yaranardısa, o zaman bu valyuta çox ciddi formada və daimi olaraq qızıla bağlanmalı idi. Eyni zamanda, milli valyutaların məzənnələri bu beynəlxalq valyutaya, həm də qızıla nisbətən müəyyən olumuş valyuta pariteti əsasında təyin olunmalı idi.

Vaytın planına görə zəif valyutası olan ölkələrə xarici iqtisadi əlaqələrini sağlamlaşdırmaq məqsədi ilə valyuta nəzarətinə və ya diskriminasiya tədbirinə meyl etmək məsləhət görülmürdü. Lakin daxili iqtisadi siyasətdə qayda–qanun yaratmaq üçün müvafiq tənzimləmə işlərinin aparılması çox vacib hesab edilirdi.

Bretton-vuds konfransında Vayt planı əsas kimi qəbul edildi. Ingilis ekspertlərinin səyləri nəticəsində aparılan cüzi dəyişikliklər isə onun mahiyyətini dəyişdirmədi.

Qızıl valyuta standartı. 1944-cü il iyulun iyirmi ikisində qəbul edilmiş Bretton – Vuds müqavilələri beynəlxalq valyuta münasibətlərində qızıl valyuta standartına keçidin əsasını qaymuşdur. Qızıl valyuta standartı sisteminin əsasını qızıl təşkil edirdi. Bütün ölkələr özlərinin qızıl ehtiyatlarına malik olmaqla, istənilən zaman onu beynəlxalq hesablaşmalarda istifadə edə bilərlər. Qızıl valyuta standartının tətbiqi iqtisadi cəhətdən zəif inkişaf etmiş az qızıl ehtiyatları olan ölkələrə, onların valyutalarının məzənnəsini sabit saxlamaq və xarici valyutalara dönərliliyini təmin etmək üçün öz valyuta ehtiyatlarını xarici valyutada saxlamaq hüququ və imkanı yaratdı. Bu imkan verildikdən sonra bir çox ölkələrin mərkəzi bankları özlərinin ehtiyat fondlarını dollarda yaratmağa başladılar və dollar qızılın əsas rəqibinə çevrildi. Qızılın əlvan metal kimi məhdud olması dolların istifadə imkanını genişləndirdi. Beləliklə, Bretton – Vuds sistemi qızıl valyuta sisteminin təməlini qoydu. Yəni, dollar qızılla digər valyutalar arasında vasitəçi rolunu oynamağa başladı.

Beynəlxalq valyuta münasibətləri inkişaf etdikcə dolların qızıla nisbətən dönərliliyi praktiki əhəmiyyətini itirmiş və ümumiyyətlə maliyyə məsələlərinin həllində qızılın rolu xeyli zəifləmişdi. Dolların beynəlxalq rolunun ildən-ilə möhkəmlənməsi isə dövriyyədə onun həcminin sürətlə artmasına və qızılın sərbəst bazardan sıxışdırılmasına şərait yaratmışdır. Bu da öz növbəsində qızılın məzənnəsinin onun rəsmi paritet əsasında dollarla ifadə olunmuş dəyərindən kəskin surətdə fərqlənməsinə səbəb olmuşdur. Həmçinin, bu dövrdə dollar qızıla konvertasiya olunan yeganə valyuta idi. ABŞ dollarının mövqeyi beynəlxalq iqtisadiyyatda get-gedə güclənirdi. Lakin 60-cı illərin bir sıra iqtisadi prosesləri və Vyetnam müharibələri ilə əlaqədar dolların mövqeyi zəifləməyə nisbətən başladı.

Beynəlxalq valyuta bazarlarında yaranmış gərginlik nəticəsində bir sıra ölkələr milli valyutalarının qızıla və ya dollara nisbətən məzənnəsini təyin etmə yolu ilə müəyyən edilməsi praktikasından imtina edir və milli valyutaların məzənnələrinin bazar şərtləri əsasında sərbəst formalaşması üsuluna üstünlük verirdilər. Artıq 1971-ci ilin may ayında markanın, Kanada dollarının, avqust ayında isə ABŞ dollarının məzənnəsi sərbəst müəyyən olunmağa başlandı. Bütün bunlar Bretton-Vuds sisteminin dağılmasını sürətləndirirdi.

1944-cü ildə əsası qoyulan və 60-cı illərin sonu böhranı başlanan Bretton-Vuds valyuta sisteminin prinsipləri artıq istehsalat şərtlərinə, dünya ticarət şərtlərinə uyğun gəlmirdi. Bu səbəbləri bir-biri ilə qarşılıqlı şərtlənən faktlar zənciri formasında təqdim etmək olar:



  1. qeyri sabit və ziddiyyətli iqtisadiyyat. 1967-ci il böhranın başlanğıcı iqtisadi inkişafın ləngidiyi bir vaxta təsadüf etdi. Dünya böhranı Qərb iqtisadiyyatını bürüdü; 1969-1970, 1974-1975, 1979-1983-cü illərdə.

  2. inflyasiyanın sürətlənməsi dünya qiymətlərinə və rəqabət qabiliyyətli firmalara mənfi təsir göstərdi, spekulyativ olaraq “isti” pul kütləsinin yerdəyişməsini həvəsləndirdi. Inflyasiyanın müxtəlif ölkələrdə müxtəlif tempi valyuta kursunun dinamikasına təsir göstərdi.

  3. ödəmə balansının qeyri stabilliyi bəzi ölkələrin (Böyük Britaniya, ABŞ) defisitli balansı, digərlərinin isə (Yaponiya) müsbət saldosu valyuta kurslarının müvafiq olaraq aşağı, yuxarı tərəddüdünü gücləndirirdi.

Beləliklə, 20 ildən artıq ömür sürən Bretton-Vuds sisteminin müqəddaratı həll olunmuş oldu.

Yamayka valyuta sistemi. Ölkələrarası valyuta münasibətlərində qızıl standartı və qızıl valyuta standartı sistemlərinin rolunun zəifləməsi beynəlxalq valyuta sistemində yeni mərhələyə keçidin başlanğıcı kimi qiymətləndirilməlidir. Bretton-Vuds valyuta sisteminin böhranı valyuta islahatı layihələri bolluğu doğurdu: kollektiv ehtiyat valyuta vahidi yaradılması, dünya valyuta buraxılışı, qızıl və əmtəələrlə təchizatdan tutmuş, qızıl standartlarına qayıdana qədər. Onların nəzəri əsasında neokeynsçi və neoklassik konsepsiyalar dururdu. 60-70-ci illərdə keynsçilikdə böhran meydana gəldi, hansı ki, əsasını Bretton-Vuds sistemi çərçivəsində valyuta tənzimlənməsi təşkil edirdi. Həmin vaxt neoklassiklər fəallaşdılar. Onların bəzisi beynəlxalq valyuta münasibətlərində qızılın rolunun qızıl standartına qədər qaldırılmasına yönəlmişlər.

Monetarizmin tərəfdarları bazarın tənzimlənməsində dövlət müdaxiləsinə qarşı çıxırdılar. Ödəmə balansının avtomatik özünütənzimləmə ideyasını yenidən ortaya atdılar, üzən valyuta kursları rejimini təklif etdilər. Neokeynsçilər Keynsin əvvəllər rədd edilmiş “bankor” tipli beynəlxalq valyutanın yaradılması ideyasına döndülər. ABŞ-da dolların mövqeyini qorumaq məqsədilə qızılın tam demonetizasiyası və

beynəlxalq likvid vəsaitlərinin yaradılmasına istiqamət götürdülər. Qərbi Avropa, xüsusilə Fransa dolların hegemonluğunu məhdudlaşdırmağa və BVF-nun kreditlərini genişləndirməyə çalışırdı.

1976-cı ilin aprelində Yamayka müqaviləsi ilə müəyyən edilmiş valyuta paritetlərindən imtina etmək barədə Beynəlxalq Valyuta Fondunun nizamnaməsində dəyişiklik edildi. Bu təşkilatın nizamnaməsində ikinci dəyişiklik sayılan (birinci dəyişiklik 1968-ci ilin may ayında SDR-in yaradılması ilə bağlı edilmiş və o, 1969-cu ilin iyul ayında qüvvəyə minmişdir) və 1978-ci ilin aprelində qüvvəyə minən bu qərarla milli valyutaların məzənnələrinin bazar şərtlərinə uyğun olaraq sərbəst müəyyən olunmasının əsası qoyuldu. Bununla bütün ölkələr öz valyutalarının məzənnəsini (“sabit” və ya “dəyişkən” məzənnə sistemi) müəyyən etməkdə tam sərbəstlik əldə etdilər.

Lakin bu sərbəstlik heç də beynəlxalq valyuta sistemində özbaşınalığa yol verilməsi, hər bir ölkənin bu sahədə öz istədiyi kimi hərəkət etməsi demək deyildir. Yeni qaydalar BVF-nun üzvü olan ölkələr tərəfindən milli valyutanın sabitliyini təmin edən məzənnələr sistemi yaradılmasını, bu məsələnin həllində BVF-u ilə və onun üzvü olan digər ölkələrlə sıx əməkdaşlıq etməsini nəzərdə tuturdu. Bu məqsədlə hər bir ölkə iqtisadiyyatın səmərəli inkişafına yönəldilmiş qiymət siyasəti aparmalı, ölkənin tədiyyə balansının tənzimlənməsinə mane olan valyuta məzənnələri tətbiq etməməli və bütövlükdə maliyyə sistemi sahəsində düşünülmüş və ölçülüb-biçilmiş siyasət həyata keçirməlidir.

Kinqstondakı (Yamayka) BVF-nun ölkə üzvlərinin razılığı ilə BVF-nun nizamnaməsinə ikinci düzəliş dördüncü dünya valyuta sisteminin aşağıdakı prinsiplərini rəsmiləşdirmişdir:

1.Qızıl-deviz standartları əvəzinə SDR standartları yeridildi. Bu yeni beynəlxalq valyuta hesab vahidinin (O.Emminqerin latihəsi üzrə) yaradılması haqqında razılıq 1967- ci ildə BVF-nun ölkə üzvləri tərəfindən imzalanmışdır. SDR- in buraxılışı ilə əlaqədar BVF-nun nizamnaməsinə birinci dəyişiklik 28 iyul 1969-cu ildə qüvvəyə mindi.Qızılın demonetizasiyasına hüquqi şəkildə son qoyuldu: onun rəsmi qiyməti, qızıl paritetləri ləğv olundu, dolların qızıla dəyişdirilməsi dayandırıldı. Yamayka razılaşmasına görə qızıl dəyər tədbiri və valyuta kurslarının hesablanma nöqtəsi olmalı deyil.


  1. Ölkələrə istədikləri valyuta kursu seçmək imkanı verilmişdi.

3.BVF-dan isə dövlətlərarası valyuta tənzimlənməsini gücləndirmək tələb olunurdu.

Yamayka valyuta sisteminin aşağıdakı “üzən” valyuta rejimi mövcuddur:

ABŞ, Kanada, İngiltərə, Yaponiya və s. ölkələrin valyutaları valyuta məzənnəsinin tələb və təklifindən asılı olaraq sərbəstdir.

Avropa birliyi üzvlərinin əksər ölkələri (Almaniya, Fransa, İtaliya,Hollandiya, Belçika, Lüksemburq, İrlandiya, Danimarka) öz aralarında valyuta mübadiləsinin məzənnəsini müəyyən edirlər, özlərinin Avropa valyuta sistemini yaradırlar (EKYU); üçüncü bir valyutaya nisbətdə onlar birlikdə “üzürlər” (qalxıb-enirlər).



Həmişə olduğu kimi yeni dünya valyuta sistemi ilə köhnə sistem arasında varislik əlaqəsi saxlanılırdı. Bu qanunauyğunluq Yamayka və Bretton-Vuds valyuta sistemlərini tutuşduranda ortaya çıxır. SDR standartı arxasında dollar standartı gizlənir. Baxmayaraq ki, valyuta plüralizminə olan tendensiya güclənir, hələ ki, aparıcı beynəlxalq ödəmə və rezerv vasitəsi kimi dolların alternativi yoxdur, qızıl demonetizasiyalaşdırılmışdır, amma faktiki olaraq o, valyuta malı formasında öz modifikasiyalaşmış formasını saxlayır: Bretton-Vuds sistemindən miras olaraq BVF- u qalmışdır, hansı ki, dövlətlərarası valyuta tənzimlənməsini həyata keçirir. Mahiyyət etibarilə, Yamayka valyuta sistemi Bretton-Vuds sistemindən daha mütəhərrik olmalı idi, ödəmə balansları və valyuta kurslarının qeyri-stabilliyinə daha elastik surətdə alışmalı idi. Amma ki, Yamayka valyuta sistemi periodik olaraq böhran sarsıntıları keçirir, əsas valyuta problemlərinin həlli məqsədilə onun daha da müasirləşdirilməsi yolları axtarılırdı. Qızılın demonetizasiyasının, yəni onun pul funksiyasını itirməsi prosesinin Yamayka valyuta islahatı ilə başa çatması nəticəsində valyuta sisteminə SDR (xüsusi borclanma hüququ) və EKÜ-nün (indi EURO) tətbiq edilməsini zəruri etdi.
SDR nədir?
Beynəlxalq likvidlik probleminin həlli və milli valyutaların beynəlxalq ehtiyat pul vahidi ilə əvəz olunması məqsədilə Beynəlxalq Valyuta Fondu 1970-сi ildə yeni növ beynəlxalq pul vahidini - ehtiyat və ödəniş vasitəsini – SDR (Special Drawing Rights - xüsusi iqtibas hüququnu, başqa sözlə, xüsusi borсalma hüququnu) yaratdı. Bu yeni aktiv valyutadan tarazsızlıqların aradan qaldırılmasında qızıl və dollarla yanaşı istifadə edilirdi. Regional valyuta olan SDR Beynəlxalq Valyuta Fonduna (BVF-ə) üzv olan ölkələrin tədiyyə balanslarının saldosunu tənzimləmək, rəsmi ehtiyatları tamamlamaq və BVF ilə hesablaşmalar aparmaq üçün milli valyutaların dəyərinin ölçülməsi məqsədilə yaradılmışdır. 1971-сi ildə SDR hesab pul vahidinin qəti müəyyən edilmiş qızıl məzmunu dollarda olduğu kimi 0,888671 qram müəyyən edildi. Lakin dolların iki dəfə (1971 və 1973-сü illərdə) aparılan devalvasiyasından və 1 iyul 1974-сü ildən üzən valyuta kurslarının tətbiqindən sonra SDR pul vahidinin dəyəri «valyuta səbəti», yəni aparıсı kapitalist ölkələrinin 16 valyutasının, 1981-сi ilin 1 yanvarından isə 5 valyutasının (ABŞ dolları, AFR-nin markası, fransız frankı, yapon yeni və İngiltərə funt-sterlinqi) orta çəki məzənnəsi əsasında müəyyən edilirdi. SDR səbəti növbəti dəfə baxıldıqda 1 yanvar 1986-сı ildən həmin səbətdə yapon pul vahidinin - yenin xüsusi çəkisi artırıldı. 1991-1996-сı illərdə yenidən baxıldıqda səbətdə valyutaların xüsusi çəkiləri əsasən saxlanıldı. AVRO-nun tətbiqi ilə əlaqədar «standart səbət» yenə də 2001-сi ildə dəyişdirildi. BVF-nin yeni Nizamnaməsinə uyğun olaraq SDR vahidinin dəyəri standart səbətin, yəni müəyyən nisbətdə götürülən aparıсı dünya valyutalarının (ABŞ dolları, avroyapon yeni və İngiltərə funt-sterlinqi) əsasında müəyyən edilir. Hər bir valyutanın nisbi tutumu ölkənin dünya mal xidmətləri ixraсatında xüsusi çəkisi və digər ölkələr tərəfindən ehtiyat vəsaitləri keyfiyyətində valyutadan istifadə etmələri kimi göstəriсilərdən irəli gələrək müəyyənləşdirilir. Həmin göstərilən göstəriсilərin əsasında valyutaların siyahısı, həmçinin onların standart səbətdə xüsusi çəkisi hər beş ildən bir yenidən baxılır.



Müxtəlif dövrlərdə SDR-in müəyyən olunma faizləri

Qeyd etmək lazımdır ki, üstünlüklərlə yanaşı valyuta məzənnəsinin sərbəst müəyyən olunması rejiminin bir sıra nöqsanları da vardır ki, onlar aşağıdakılardır:



    1. bazar heç də həmişə ölkənin iqtisadi və maliyyə vəziyyətinə adekvat olan valyuta məzənnəsinin müəyyən edilməsini təmin etmir.

    2. bir çox ölkələrin təcrübəsi göstərir ki, sərbəst valyuta məzənnəsi rejimi heç də həmişə ölkənin xarici ödəmələrində tarazlığın saxlanmasına xidmət etmir.

    3. xarici ticarət bir çox ölkələrin iqtisadiyyatında mühüm yer tutduğu üçün valyuta məzənnəsinin dəyişməsi bu ölkənin iqtisadi fəaliyyətinə, onun əsas ticarət partnyorları ilə münasibətlərinə ciddi təsir göstərir. Eyni zamanda iqtisadi baxımdan güclü olan və valyutası beynəlxalq aləmdə geniş istifadə olunan dövlətlərin həyata

  1. keçirdikləri pul-kredit siyasəti onunla bağlı digər valyutaların məzənnəsi vasitəsilə həmin ölkələrin iqtisadiyyatına təsir göstərir

  2. nəhayət, valyuta məzənnəsinin müəyyən olunmasında verilən sərbəstlik dünya bazarlarında xammal və enerji resurslarının qiymətlərində qeyri sabitliyin yaranmasını, beynəlxalq ticarətdə bir sıra dəyişikliklərin baş verməsini sürətləndirir


Avropa valyuta sistemi. 70-ci illərin axırında iqtisadi və valyuta birliyi yaratma yolları axtarışları fəallaşdı. AB komissiyası sədri R.Cenkinsin layihəsində daha çox AB ölkə üzvlərinin iqtisadiyyatı üzərində idarə və kollektiv valyutanın emissiyası üçün Avropa orqanının yaradılmasına üstünlük verilmişdir. Uzunsürən və çətin danışıqların nəticəsində 13 mart 1979-cu ildə Avropa Valyuta Sistemi (AVS) yaradıldı. Onun məqsədi aşağıdakılardan ibarət idi: iqtisadi inteqrasiyaya çatmağı təmin etmək, dollar standartlarına əsaslanan Yamayka valyuta sisteminə əks tarazlıq olaraq öz valyuta sistemi ilə avropa stabillik zonası yaratmaq, “Ümumi bazarı” dollar ekspansiyasından ayırmaq.

AVS- bu beynəlxalq (regional) valyuta sistemidir – iqtisadi inteqrasiya çərçivəsi daxilində fəaliyyət göstərən iqtisadi əlaqələrin məcmusudur – valyuta kurslarının stabilləşdirilməsi və inteqrasiya proseslərinin stimullaşdırılması məqsədilə “Ümumi bazar” ölkələrinin valyuta əlaqələrinin təşkilinin hüquqi-dövlət formasıdır. Avropa valyuta sistemi dünya valyuta sisteminin alt sistemidir (Yamayka). Bretton- Vuds müqavilələri ilə valyuta məzənnələrinin 1% həddində dətişilməsi nəzərdə tutulmuşdursa, Avropa valyuta müqaviləsi ilə bu həddin 0,75% çərçivəsində dəyişməsi, 1971-ci il mart bəyənatı ilə onun 0,6%-ə qədər azaldılması qərara alınmışdır. Lakin 1971-ci ildə bir çox ölkələri bürüyən beynəlxalq valyuta böhranı bu razılaşmanı həyata keçirməyə imkan verməmişdir. Qərbi Avropa inteqrasiya kompleksinin xüsusiyyətlərini Yamayka valyuta sistemindən fərqlənən AVS-in struktur prinsipləri təyin edir:

      1. AVS-i EKU-ya – Avropa valyuta vahidinə əsaslanmışdır. EKU-nun şərti dəyəri 12 AB ölkəsinin valyutası daxil olan valyuta səbəti metodu ilə təyin olunurdu. EKU-nun səbətində valyutanın payı AB-nin ölkə-üzvlərinin ÜDM-ində tutduğu yerdən, onların qarşılıqlı mal dövriyyəsi və qısamüddətli dəstək kreditlərində iştirakından asılı idi. Ona görə EKU-nun ən çəkili komponenti –təxminən, 1/3-i- AFR markası idi. 1993-cü ilin sentyabrında Maastrix müqaviləsinə əsasən EKU valyutalarının “mütləq çəkisi” donduruldu, amma “nisbi çəki” valyutanın bazar məzənnəsindən asılı olaraq tərəddüd edirdi.

      2. Qızılın demonitaziyasını hüquqi şəkildə möhkəmləndirən Yamayka valyuta sistemindən fərqli olaraq, AVS-i onu həqiqi ehtiyat aktivləri kimi istifadə edirdi. Birincisi, EKU-nun emissiyası qismən qızılla təmin edilmişdir. Ikincisi, AVS və AFVS ölkələrinin rəsmi qızıl ehtiyatlarının 20%-nin birləşdirilməsi hesabına birgə qızıl fondu yaradılmışdır. Mərkəzi banklar fonda 2,66 t qızıl yatırdılar. Ölkələrin qızıl üzərində mülkiyyət hüquqlarını saxlamaq üçün yatırımlar bərpa olunan 3 aylıq sövdələşmə, “svop” formasında həyata keçirilirdi. Qızıl əvəzində əldə edilmiş EKU- lar rəsmi fondlarda qeydə alınırdı. Üçüncüsü, AB ölkələri qızıl fonduna yatırımları təyinetmək, həmçinin, EKU-da olan ehtiyatların həcmini və emissiyasını tənzimləmək üçün qızılın bazar qiymətinə əsaslanırdılar.

      3. Valyuta məzənnələrinin rejimi qarşılıqlı tərəddüdlərin müəyyən olunmuş həddində valyutaların “avropa valyuta ilanı” formasında birgə üzməsinə əsaslanmışdır. (bəzi ölkələr üçün, xüsusilə də İtaliya üçün ±2,25%, 1989-cu ilin axırına kimi ±6%, sonra isə İspaniya, onun valyuta-iqtisadi vəziyyətinin qeyri sabitliyinin nəzərə alınması şərtilə. 1993-cü ilin avqustundan AB valyuta problemlərinin kəskinləşməsi nəticəsində tərəddüd hüdudları ±15%-ə kimi artırıldı).

      4. AVS-də valyuta intervensiyası ilə bağlı ödəmə balanslarının və hesablarının defisitini müvəqqəti olaraq örtmək üçün mərkəzi banklara kreditlərin təqdim edilməsi yolu ilə dövlətlərarası regional valyuta tənzimlənməsi həyata keçirilir.

2. Valyuta məzənnəsi və ona təsir edən amillər.


Valyuta məzənnəsi iki ölkə valyutası arasında dəyişmə nisbətidir. Başqa sözlə, valyuta məzənnəsi hər hansı bir xarici valyutanın milli pul vahidi ilə qiymətidir.

Valyuta məzənnəsi spesifik xarakterə malik pul kateqoriyasıdır və milli iqtisadiyyatla dünya iqtisadiyyatı arasındakı qarşılıqlı əlaqəni ifadə edir. Valyuta məzənnəsi beynəlxalq tədavül sferasının elementlərindən biridir. Beynəlxalq iqtisadi əlaqələr həyata keçirilərkən iki növ qiymətlər (daxili və xarici) müqayisə edilir. Birincisi, malların müxtəlif milli dəyərləri əsasında formalaşır. Ikincisi, onların beynəlxalq dəyərləri əsasında yaranır. Ayrı – ayrı ölkələrin malları beynəlxalq dövriyyəyə daxil olduqda, sanki öz üzərindən milli qiymətləri atır və əksər hallarda dünya bazarı qiyməti ilə satılır. Valyuta məzənnəsi milli əmtəə dəyərlərinin ölçüsü rolunu bilavasitə deyil, dolayı şəkildə - milli pul vahidlərinin müqayisə olunması vasitəsilə oynayır. Valyuta məzənnəsində qiymət, əmək məhsuldarlığı, əmək haqqı, istehsal xərcləri, iqtisadi inkişaf sürəti və s. iqtisadi kateqoriyalarda əksini tapır.

Müasir dövrdə ayrı – ayrı milli iqtisadiyyatlar arasında asılılığın artması və beynəlxalq dövriyyədə qızıla dəyişdirilməyən kredit pulların tətbiq olunması nəticəsində valyuta məzənnəsi ayrı – ayrı milli iqtisadiyyatların inkişafının zahiri təzahürünə çevrilir, onun yeni əmək məhsuldarlığı şəraitində iqtisadi potensialını müəyyən dərəcədə əks etdirir. Valyuta məzənnəsi özünün belə bir rolu ilə istehsal sferasına güclü əks təsir göstərir.

Milli və dünya bazarlarının dəyər gösətriciləri arasında əlaqə yaradan bir alət rolunu oynayan valyuta məzənnəsi beynəlxalq iqtisadi münasibətlərdə və geniş təkrar istehsalda fəal iştirak edir. Təşəbbüsçü iş adamı valyuta məzənnəsindən istifadə edərək öz istehsal xərclərini dünya bazarı qiymətləri ilə müqayisə edir. Bu ayrı – ayrı ölkələrə və müəssisələrə imkan verir ki, xarici iqtisadi əməliyyatların nəticələrini müəyyən etsinlər. Valyuta məzənnəsi ixrac və idxal qiymətləri nisbətinə, firmaların rəqabət qabiliyyətinə, müəssisələrin mənfəətinə müəyyən təsir göstərir.

Valyuta bazarları siyasi və iqtisadi hadisələrin gedişinə qarşı son dərəcə həssasdırlar. Ölkənin xarici gəlir və xərclərinə bilavasitə və dolayı şəkildə təsir göstərən hər hansı bir hadisə, dəyişiklik və inkişaf dərhal valyuta bazarlarında öz əksini tapır və valyuta məzənnəsinin dəyişməsinə səbəb olur. Valyuta məzənnəsi bir sıra amillərdən asılıdır ki, bura daxili və xarici siyasi hadisələr və s. daxildir. Müxtəlif ölkələrdə baş verən daxili qarışıqlıq, hərbi müdaxilələr, müharibə ehtimalları və yaxud həlledici bir dövlət adamının ölümü və bu kimi digər hadisələrin yaratdığı inamsızlıq şəraiti valyuta bazarına yaxın olan təsir göstərir. Faiz dərəcələrinin daxili və xarici səviyyədə dəyişikliklər də ölkəyə kapital axınını sürətləndirir. Bunlar da valyuta məzənnəsinə ciddi təsir göstərir.

2. Valyuta məzənnəsi və ona təsir edən amillər.


Valyuta məzənnəsi iki ölkə valyutası arasında dəyişmə nisbətidir. Başqa sözlə, valyuta məzənnəsi hər hansı bir xarici valyutanın milli pul vahidi ilə qiymətidir. Valyuta məzənnəsi spesifik xarakterə malik pul kateqoriyasıdır və milli iqtisadiyyatla dünya iqtisadiyyatı arasındakı qarşılıqlı əlaqəni ifadə edir. Valyuta məzənnəsi beynəlxalq tədavül sferasının elementlərindən biridir. Beynəlxalq iqtisadi əlaqələr həyata keçirilərkən iki növ qiymətlər (daxili və xarici) müqayisə edilir. Birincisi, malların müxtəlif milli dəyərləri əsasında formalaşır. Ikincisi, onların beynəlxalq dəyərləri əsasında yaranır. Ayrı – ayrı ölkələrin malları beynəlxalq dövriyyəyə daxil olduqda, sanki öz üzərindən milli qiymətləri atır və əksər hallarda dünya bazarı qiyməti ilə satılır. Valyuta məzənnəsi milli əmtəə dəyərlərinin ölçüsü rolunu bilavasitə deyil, dolayı şəkildə - milli pul vahidlərinin müqayisə olunması vasitəsilə oynayır. Valyuta məzənnəsində qiymət, əmək məhsuldarlığı, əmək haqqı, istehsal xərcləri, iqtisadi inkişaf sürəti və s. iqtisadi kateqoriyalarda əksini tapır.

Müasir dövrdə ayrı – ayrı milli iqtisadiyyatlar arasında asılılığın artması və beynəlxalq dövriyyədə qızıla dəyişdirilməyən kredit pulların tətbiq olunması nəticəsində valyuta məzənnəsi ayrı – ayrı milli iqtisadiyyatların inkişafının zahiri təzahürünə çevrilir, onun yeni əmək məhsuldarlığı şəraitində iqtisadi potensialını müəyyən dərəcədə əks etdirir. Valyuta məzənnəsi özünün belə bir rolu ilə istehsal sferasına güclü əks təsir göstərir.

Milli və dünya bazarlarının dəyər gösətriciləri arasında əlaqə yaradan bir alət rolunu oynayan valyuta məzənnəsi beynəlxalq iqtisadi münasibətlərdə və geniş təkrar istehsalda fəal iştirak edir. Təşəbbüsçü iş adamı valyuta məzənnəsindən istifadə edərək öz istehsal xərclərini dünya bazarı qiymətləri ilə müqayisə edir. Bu ayrı – ayrı ölkələrə və müəssisələrə imkan verir ki, xarici iqtisadi əməliyyatların nəticələrini müəyyən etsinlər. Valyuta məzənnəsi ixrac və idxal qiymətləri nisbətinə, firmaların rəqabət qabiliyyətinə, müəssisələrin mənfəətinə müəyyən təsir göstərir.

Valyuta bazarları siyasi və iqtisadi hadisələrin gedişinə qarşı son dərəcə həssasdırlar. Ölkənin xarici gəlir və xərclərinə bilavasitə və dolayı şəkildə təsir göstərən hər hansı bir hadisə, dəyişiklik və inkişaf dərhal valyuta bazarlarında öz əksini tapır və valyuta məzənnəsinin dəyişməsinə səbəb olur. Valyuta məzənnəsi bir sıra amillərdən asılıdır ki, bura daxili və xarici siyasi hadisələr və s. daxildir. Müxtəlif ölkələrdə baş verən daxili qarışıqlıq, hərbi müdaxilələr, müharibə ehtimalları və

yaxud həlledici bir dövlət adamının ölümü və bu kimi digər hadisələrin yaratdığı inamsızlıq şəraiti valyuta bazarına yaxın olan təsir göstərir. Faiz dərəcələrinin daxili və xarici səviyyədə dəyişikliklər də ölkəyə kapital axınını sürətləndirir. Bunlar da valyuta məzənnəsinə ciddi təsir göstərir.

İndi valyuta məzənnəsinin qeyri–sabitliyinin beynəlxalq iqtisadi münasibətlərə təsirini nəzərdən keçirək. Hər şeydən əvvəl belə bir suala cavab verək:

Valyuta məzənnəsi mexanizmi ixrac və idxalın fiziki həcminə necə təsir göstərir? Təxminən sxem aşağıdakı kimidir. Valyuta məzənnəsinin aşağı düşməsi onu göstərir ki, xarici valyutaya çevrilərkən müəyyən məbləğ milli valyuta indi əvvəlkinə nisbətən az miqdarda xarici valyutanı ifadə edir və əksinə hər vahid xarici valyutaya daha çox yerli valyuta əldə etmək olar. Bu halda xarici ixracatçı öz valyutasında əvvəlki məbləği əldə etmək üçün malın bu ölkə valyutası ilə ixrac qiymətini artırmağa məcbur olur. Bu, ixraca gedən malın bütün istehsal xərclərinin ödənilməsi və müəyyən mənfəət əldə edilməsi zəruriliyi ilə əlaqədardır. Lakin ixrac qiymətlərinin belə qaldırılması həmin malın ixrac miqdarının azalmasına səbəb olur. Çünki bir tərəfdən həmin malın yerli istehsalçıları arasında rəqabət artır, digər tərəfdən isə yerli əvəzedici malların istehlakına keçilməsi ehtimalı yaranır. Eyni zamanda ixrac qiymətlərinin lazımi qədər artırıla bilməməsi həmin malın bu ölkəyə satılmasını qeyri –rentabelli edir.

Milli valyutanın ucuzlaşması eyni zamanda idxalı bahalaşdırır ki, bu da ölkədə qiymətlərin artmasını, mal ixracının və istehlakının azalmasını, yaxud idxalı əvəz edən sahələrin inkişafını stimullaşdırır. Valyuta məzənnəsinin aşağı düşməsi milli valyuta ilə borcların real məbləğini azaldır, xarici valyutada ifadə olunmuş xarici borcların yükünü ağırlaşdırır. Ölkədə mənfəət, faiz, divident şəkilində xarici investorların gəlirlərinin xaricə aparılması əlverişsiz olur.

Eyni zamanda valyutası ucuzlaşan ölkədə ixracın artmasına stimul çoxalır. Çünki xaricdə mal satışından əldə edilmiş eyni miqdar xarici ödəmə vasitələri dəyişdirilərkən, indi xarici valyuta ilə ifadə olunmuş daha çox məbləğ əldə etmək mümkündür. Beləliklə, ixracatçılar öz valyutaları qiymətdən düşdükdən sonra malları

xaricdə rəqabət qabiliyyətli dünya qiymətləri ilə valyutada lazım olan mənfəəti əldə edərlər. Valyuta bahalaşdıqda əks mənzərə yaranır.

Valyuta məzənnəsi yüksəldikdə daxili qiymətlərin rəqabət gücü azalır, ixracın səmərəliliyi azalır. Bunlar isə ixrac sahələri və milli istehsalın bütövlükdə azalmasına gətirib çıxara bilər. Idxal isə əksinə, genişlənir. Ölkəyə xarici və milli kapitalın axını təşviq edilir, xarici investisiyalar üzrə mənfəətin xaricə aparılması artır. Xarici valyuta ilə ifadə olunmuş xarici borcların real məbləği azalır.

Valyutanın xarici və daxili ucuzlaşması, yəni onun məzənnəsi ilə alıcılıq qabiliyyəti arasında fərq beynəlxalq iqtisadi münasibətlər üçün mühüm əhəmiyyətə malikdir. Əgər pulun daxili inflyasiya xarakterli qiymətdən düşməsi valyuta məzənnəsinin azalmasından sürətlidirsə, digər eyni şərtlər daxilində mal idxalı təşviq edilir. Əgər inflyasiya nəticəsində valyutanın xarici alıcılıq qabiliyyəti onun daxili alıcılıq qabiliyyətindən sürətlə aşağı düşürsə, xarici rəqiblərin bazardan sıxışdırılıb çıxarılması məqsədilə valyuta dempinqi, yəni malların orta dünya qiymətlərindən ucuz qiymətlərlə kütləvi ixracı üçün şərait yaranır. Valyuta dempinqi üçün aşağıdakılar xarakterikdir:



  1. İxracatçı malları inflyasiyanın təsiri ilə daxili bazarda yüksəlmiş qiymətlərlə satın alaraq onu xarici bazarda daha sabit valyuta ilə orta dünya qiymətlərindən aşağı qiymətlərlə satır.

  2. İxrac qiymətlərinin azalma mənbəyi əldə edilmiş daha sabit xarici valyutanın ucuzlaşmış milli valyutaya çevrilməsi zamanı meydana çıxan fərqdir.

  3. Malların kütləvi ixracı ixracatçılar üçün ifrat mənfəət təmin edir. Dempinq qiyməti istehsal qiymətindən və ya maya dəyərindən aşağı da ola bilər. Lakin ixracatçılar üçün həddən artıq azaldılmış qiymət əlverişli deyildir, çünki malların xarici rəqiblərə təkrar ixracı nəticəsində milli mallara rəqabət çoxala bilər.

Məlumdur ki, valyuta dempinqi ölkələr arasında ziddiyyətləri artırır, onların ənənəvi əlaqələrinə xələl gətirir, rəqabət mübarizəsini kəskinləşdirir. Valyuta dempinqini həyata keçirən ölkədə ixracatçıların mənfəəti artır. Lakin daxili qiymətlərin artması nəticəsində əhalinin rifah səviyyəsi pisləşir. Dempinq obyekti olan ölkədə isə ucuz xarici malların rəqabət gətirməyən iqtisadiyyat sahələrində inkişaf zəifləyir, işsizlik çoxalır. Iri ixracatçı firmalar valyuta dempinqindən xarici rəqiblərini boğmaq üçün geniş istifadə etməyə çalışırlar. Ona görə də Tarif və Ticarət üzrə Baş Saziş (QATT) konfransı 1967-ci ildə dempinq əleyhinə məcəllə qəbul etdi. Məcəllə dempinq həyata keçirilərkən xüsusi cəza tədbirləri nəzərdə tutmuşdur.QATT məcəlləsində nəzərdə tutulur ki,dempinqdən zərər çəkən dövlət müvafiq mal üzrə dempinq əleyhinə xüsusi idxal rüsumu tətbiq etsin.

Beləliklə, valyuta məzənnəsinin dəyişməsi ümumi milli məhsulun xarici bazarlarda satılan hissəsinin ölkələr arasında yenidən bölüşdürülməsinə təsir edir.


Nəticə

Adam Smit beynəlxalq valyuta sistemini böyük bir çarxa bənzədir. O hesab edir ki, bu çarx nə qədər qüsursuz işləsə beynəlxalq ödəmələr bir o qədər maneəsiz həyata keçirilər. Beynəlxalq ödəmələrdə böhran əmələ gəldikdə dünya ticarəti və maliyyə axınları bundan böyük zərər çəkir və bütün dünyada iqtisadi inkişaf zəifləyir. Beynəlxalq valyuta sistemi beynəlxalq ödəmələri asanlaşdıran ehtiyatların formalaşmasını təmin etməli, sistemin fasiləsiz işləməsi üçün lazım olan təşkilati struktur və mexanizmi yaratmalı, pulun dəyər ölçüsü vahidi və mərkəzi banklar arasında ödəmə vasitəsi olma funksiyasının yerinə yetirilməsini səmərəli şəkildə təmin etməlidir. Bütün bu vəzifələrin yerinə yetirilə bilməsi üçün ölkələr müstəqil valyuta siyasəti yeridilməsindən məlum dərəcədə imtina etməli, beynəlxalq sahədə əməkdaşlığı artırmalıdırlar. Ona görə də beynəlxalq valyuta sistemində valyuta məzənnəsi rejimləri ilə beynəlxalq valyuta təklifini müəyyən edən valyuta standartlarının xüsusi yeri vardır. Digər tərəfdən beynəlxalq valyuta ehtiyatları da beynəlxalq valyuta sisteminin müəyyən edilməsində əhəmiyyətli yer tutur. Dünya valyuta sisteminin fəaliyyətinin xarakteri və sabitliyi onun prinsipləri və təşkili formalarının dünya təsərrüfatının strukturuna, aparıcı dövlətlərin maraqlarına və qüvvələr nisbətinə uyğun gəlməsi dərəcəsindən asılıdır. Bu şərtlər dəyişdikdə valyuta sisteminin təşkili prinsiplərinin də dəyişməsi zərurəti yaranır.



İstifadə olunmuş ədəbiyyat siyahısı:

1.Meybullayev Məmməd Həsən Xanlar oğlu-Makroiqtisadiyyata giriş(Bakı-2011)

2.Gregory Mankiw –Principles of Economics

3.www.wikipedia.org

4.Tevfik Pekin-Makroekonomi



Yüklə 93,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə