Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik



Yüklə 65,7 Kb.
tarix01.02.2018
ölçüsü65,7 Kb.
#23064

Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik

Akademiyası



Fakültə: İnzibati idarəetmə

İxtisas: İqtisadiyyat

Kurs: I kurs

Qrup: İ-161

Predmet: Azərbaycan Respublikasında davamlı inkişafın

təmin olunmasında dövlət siyasəti

Tələbə: Cəfərov Coşqun

Elmi rəhbər: Dos. Seyidzadə Miraqil

Mövzu:Azərbaycanda davamlı inkişafın idarə olunmasında qanunverici,icra və məhkəmə hakimiyyətlərinin fəaliyyəti

Davamlı inkişaf gələcək nəsillərin həyatını təhlükə altına almadan insanların həyatını qurmasını tələb edən konsepsiyadır.Davamlı inkişaf" termini ətraf mühit və inkişafa dair Beynəlxalq Komissiya (Bruntland komissiyası) tərəfindən 1987-ci ildən işlədilməyə başlanmışdır. İndiki dövrdə bu terminin,bu sahənin aktuallığı daha da artmışdır.Belə ki dünyada ərzaq qıtlığının, enerji resurslarının tükəndiyi bir dövrdə bunu görməmək mümkün deyil.Bu bütün ölkələr üçün, o cümlədən Azərbaycan üçün çox vacib məsələlərdəndir.Hətta Azərbaycan bu sahədə bir çox ölkələri geridə qoymuşdur.İlk dəfə bu sahənin fənn kimi tədrisinə Azərbaycanda başlanmışdır.Və bu sahədə ilk alimimiz Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru professor Urxan Ələkbərov olmuşdur

Beynəlxalq sənədlərdə göstərildiyi kimi, ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən biridir.Bu baxımdan davamlı inkişaf respublikada ətraf mühitin qorunması və təbii resurslardan davamlı istifadəni tələb edir. Belə ki, XXI əsrin gündəliyində irəli sürülən müddəaların müəyyən hissəsi ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlıdır. Son illərdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində respublikamızda müəyyən iş görülmüşdür. Bu baxımdan Azərbaycanda davamlı inkişafı təmin etmək məqsədilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazası yaradılmışdır. Rio Konfransından keçən müddət ərzində əhalinin sağlamlığı, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbii resurslardan səmərəli istifadəyə dair 20-dən çox milli qanun qəbul edilmişdir. Buna misal olaraq «Bitki mühafizəsi haqqında» (03.12.96), «Əhalinin sağlamlığının qorunması haqqında» (25.07.97), «Balıqçılıq haqqında» (27.03.98), «Yerin təki haqqında» (13.02.98), «Ətraf mühitin mühafizəsi haqqında» (08.06.99), «Heyvanlar aləmi haqqında» (08.06.99), «Ekoloji təhlükəsizlik haqqında» (08.06.99), «Atmosfer havasının qorunması haqqında» (03.03.2001), “İcbari ekoloji sığorta haqqında” (12.03.2002), “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” (10.12.2002), “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” (16.06. 2008) və s. qanunları göstərməkolar.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təsdiq olunmuş “ Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və ”Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair” Milli Proqramlarda, “Hidrometeorologiyanın İnkişaf Proqramı”, “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair”, “Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı” Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr uğurla həyata keçirilir.

Azərbaycanda ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə sahəsində milli səviyyədə müəyyən təşkilatı tədbirlər həyata keçirilmişdir:

Yeni müstəqil dövlətlər arasında Dünya Bankının dəstəyi ilə ilk dəfə olaraq Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi hazırlanaraq həyatakeçirilmişdir;

Ətraf mühitə ciddi təsir göstərə bilən karbohidrogen ehtiyatların və digər faydalı qazıntıların istismar layihələri və yeni tikinti layihələri 1996-cı ildən başlayaraq ekoloji ekspertizadan keçirilməyəbaşlanmışdır;

1998-ci ildə ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət planıhazırlanmışdır;

Davamlı inkişafa keçid prinsiplərinə uyğun olaraq ətraf mühit və təbii ehtiyatların sistemli idarə olunması istiqamətində müəyyən institusional tədbirlər görülmüşdür. Bu tədbirlərdən ən mühümü 2001-ci ilin may ayında yeni strukturları əhatə edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasıdır.

Qeyd edək ki, Azərbaycan ekoloji problemlərin həllində regional səviyyədə də geniş fəaliyyət göstərir. Regional əməkdaşlıq aspektlərindən biri Xəzər Ekoloji Proqramıdır. Xəzər Ekoloji Proqramı (XEP) Dünya Bankı və digər beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə beş Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan) razılığı ilə 1995-ci ildə təşkil edilmişdir. Bu proqramın əsas məqsədi Xəzərin ekologiyasının uzun müddət üçün idarə edilməsi və bu sahədə davamlı inkişafın təmin edilməsidir. Xəzər Ekoloji Proqramı çərçivəsində 1995-ci ildən indiyə kimi Azərbaycanda bir çox ekoloji layihələr həyata keçirilmişdir.

Azərbaycanın dövlət strukturlarının və QHT-lərin fəal iştirak etdiyi digər regional ekoloji təşkilatlardan biri Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistanın daxil olduğu Cənubi Qafqaz Regional Ekoloji Mərkəzidir. Mərkəzin yaradılmasında əsas məqsəd Cənubi Qafqazda ekoloji məsələlərin həllində və davamlı inkişafın təmin edilməsində hökumətlərarası (QHT-lərarası) əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsindən ibarətdir.

Beynəlxalq səviyyədə əməkdaşlıq (Qlobal ekoloji problemlər). Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək və qlobal ekoloji problemlərin həllində fəal iştirak etmək məqsədilə Azərbaycan bir çox ekoloji konvensiyalara qoşulmuşdur.

Respublikamızın beynəlxalq konvensiyalara qoşulması ətraf mühitin mühafizəsi və qlobal ekoloji problemlərin həllində Azərbaycanın iştirakına nümunədir. Bu konvensiyaların ratifikasiya edilməsi respublikamızın ekologiya sahəsində beynəlxalq səviyyədə əməkdaşlığını göstərir. Müstəqillik qazandıqdan sonra ətraf mühitin mühafizəsi ilə əlaqədar qəbul olunmuş qanunların hər birinin tətbiq edilməsi barədə Respublika prezidentinin müvafiq fərmanları verilmiş, idarəetmə orqanlarının səlahiyyətləri və icra mexanizmi müəyyənləşdirilmişdir. Mövcud qanunlara müvafiq olaraq bir sıra normativ sənədlər, qaydalar və əsasnamələr işlənilib təsdiq edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını imzalamış, 1995-ci ildə Milli Məclis tərəfindən ratifikasiya etmiş, 2000-ci ildə bu konvensiyaya əlavə olan Kioto protokolunu imzalamışdır. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Respublika prezidentinin sərəncamı ilə 1997-ci ildə iqlim dəyişmələri üzrə dövlət komissiyası yaradılmışdır. Konvensiyanın tərəfi kimi Azərbaycan iqlim dəyişmələrinin gözlənilən təsirinin azaldılmasına yönəlmiş milli və regional proqramların hazırlanması, həyata keçirilməsi və nəşr etdirilərək ictimaiyyətə çatdırılması kimi öhdəliklər götürmüşdür. Konvensiyanın tələblərinə uyğun olaraq 1998-1999-cu illərdə "İqlim dəyişmələri üzrə birinci milli məlumatlar" layihəsinin I mərhələsi, 2000-ci ildə isə II mərhələsi yerinə yetirilmişdir. Layihənin I mərhələsi çərçivəsində respublika ərazisində müasir iqlim dəyişmələrinin tendensiyası müəyyən edilmiş, gözlənilən iqlim dəyişmələrinin ssenariləri (5 ssenari) hazırlanmış, iqlim dəyişikliklərinin neqativ təsirləri nəticəsində baş verə biləcək itkilərin azaldılması üçün milli adaptasiya planı, qlobal istiləşməyə səbəb olan parnik qazlarının milli kadastrı, parnik qazlarının tullantılarının azaldılmasına dair milli fəaliyyət planı hazırlanmışdır. Layihənin II mərhələsində Azərbaycan Respublikasında parnik qazlarının azaldılması üçün texnologiyalara milli tələbat müəyyənləşdirilmiş, iqlim üzərində sistematik müşahidələrin hazırkı vəziyyəti və potensialı qiymətləndirilmişdir.

Hazırda Azərbaycan iqlim dəyişmələri üzrə Şərqi Avropa və keçmiş SSRİ dövlətləri (12 ölkə) ilə birlikdə parnik qazlarının inventarlaşdırılmasının keyfiyyətinin təkmilləşdirilməsi üçün milli potensialın yaradılması üzrə regional layihənin ilkin mərhələsində iştirak edir. İqlim dəyişmələri üzrə milli səviyyədə aşağıdakı strateji vəzifələrin yerinə yetirilməsivacibdir:

İstilik effekti yaradan qazların tullantılarının statistik hesabatı, qiymətləndirilməsi, mənbələri və toplayıcıları haqqında məlumatların analitik-informasiya sistemlərinin yaradılması;

Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi üçün iqtisadiyyata və təbii ekosistemlərə iqlimin təhlükəli təsirinin qiymətləndirilməsi və müvafiq adaptasiya tədbirlərinin işlənibhazırlanması;

İqlim dəyişmələrinin əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi və müvafiq adaptasiya tədbirlərinin işlənibhazırlanması;

Günəş, külək və bioqazdan istilik və elektrik enerjisi alınması imkanı verən, ekoloji cəhətdən təmiz texnologiyaların Azərbaycana gətirilməsinin stimullaşdırılması;

Ozon dağıdıcı maddələrdən istifadə olunmasının tədricən aradan qaldırılmasının başa çatdırılması.



Külək elekrik stansiyası(Şabran rayonu)

Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilmişdir. Hazırda respublika qarşısında həllini təcili tələb edən bir sıra ekoloji problemlər durur. Bu problemlər aşağıdakılardır:

Bakı və digər iri şəhərlərdə içməli suyun çatışmaması;

Su hövzələrinin,o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları

ilə çirkləndirilməsi;

Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulanziyanlar;

Sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması;

Kənd təsərrüfatı üçün yararlı torpaqların eroziyaya uğraması vəşoranlaşması;

İri sənaye və yaşayış məntəqələrində məişət tullantılarının mütəmadi şəkildə yığışdırılmaması və tələb olunan müvafiq qaydada yerləşdirilməməsi.

Qeyd olunan ekoloji problemlərin həlli yollarını davamlı inkişaf prinsipləri əsasında müəyyənləşdirmək üçün onları təhlil etmək zəruridir.

Xəzərin çirklənməsi

Məlumdur ki, Azərbaycanda kənd təsərrüfatının ehtiyaclarını və əhalinin içməli suya olan tələbatını ödəmək üçün potensial baxımdan kifayət qədər su ehtiyatları yoxdur. Bir sıra rayonlarda, xüsusilə Abşeronda

suyun çatışmaması su ehtiyatlarından kifayət qədər səmərəli istifadə edilməməsi ilə izah edilir. Su şəbəkə sisteminin çatışmaması, bir çox kəmərlərin uzun illər istismarı nəticəsində sıradan çıxması, mövcud texniki tələblərə cavab verməməsi ilə əlaqədar təqribən 45-50%-ə qədər içməli su itkisinə yol verilir.

Qonşu dövlətlər - Gürcüstan və Ermənistanın, o cümlədən respublikamızın yaşayış məntəqələrindən və sənaye obyektlərindən təmizlənmədən axıdılan məişət və sənaye tullantıları vasitəsilə Azərbaycanın ən böyük çayları olan Kür və Araz çaylarının həddindən artıq çirklənməsi də öz həllini tələb edən mühüm problemlərdəndir. Çayın Xəzər dənizinə tökülən yerində suyun keyfiyyəti yalnız sənayedə istifadə üçün yararlıdır.

Sutəmizləyici qurğuların vəziyyəti də qənaətbəxş deyildir. Respublikanın 75 şəhərindən yalnız 35-də sutəmizləyici qurğular vardır. Onlar da yanız mexaniki təmizləmə vasitələri ilə təchiz olunmuşlar. Bakı şəhərində məişətdən atılan çirkli suların ümumi həcmi sutkada 1.2 mln. kub/m. təşkil edir ki, ondan da yalnız 50

%-i təmizlənir.

Xəzər dənizində su səviyyəsinin qalxma-enmə prosesi uzunəsrlik tarixə malik olmaqla, sahil dövlətləri üçün bir sıra iqtisadi-sosial və ekoloji problemlər doğurur. 1930-1977-ci illər ərzində Xəzərin səviyyəsi – 28 m. ətrafında tərəddüd etmişdir. Son 15-16 il ərzində isə onun səviyyəsi orta hesabla ildə 12-14 sm. qalxmaqla – 26 metrə çatmışdır.

Xəzər dənizində suyun səviyyəsinin qalxması Azərbaycan Respublikasının 825 km-lik sahil zolağını tamamilə təsir altına almışdır. Fəlakət zonasında Azərbaycanın 800 kv/km-lik ərazisi, 7 şəhəri, əhalisi 1 milyondan çox olan 35 yaşayış məntəqəsi, 120-dən çox heyvandarlıq obyekti, bir sıra xalq təsərrüfatı obyektləri,

min ha otlaq, 1.2 min ha üzümlük və 120 min ha. əkinə yararlı torpaq sahəsinə zərər vurulmuşdur. Dəniz səviyyəsinin qalxması nəticəsində Azərbaycan Respublikasına dəyən ziyanın ümumi məbləği 12 milyard ABŞ dolları məbləğindəqiymətləndirilir.

Su ehtiyatlarının qorunmasının və səmərəli istifadəsinin davamlı inkişaf prinsipləri əsasında həyata keçirilməsi və bu məqsədlə su ehtiyatlarının inkişafı və idarə edilməsi üzrə milli və regional proqramların həyata keçirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsizəruridir:

Su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində dövlət proqramının hazırlanması və həyata keçirilməsi;

Ümumi nəzarət əsasında bu ehtiyatlardan səmərəli istifadəninstimullaşdırılması;

İçməli suyun keyfiyyətinin yaxşılaşdırılması və müvafiq standartlarauyğunlaşdırılması;

Su ekosistemlərinin fəaliyyətini tənzimləyən müvafiq qanunlarıntəkmilləşdirilməsi;

Transsərhəd çayların çirklənmədən mühafizəsi və onların hövzəsində yerləşən dövlətlər tərəfindən su ehtiyatlarındansəmərəliistifadəedilməsiməqsədiləregionalvəbeynəlxalqəməkdaşlığıngenişləndirilməsi;

Su çatışmazlığının aradan qaldırılması məqsədilə sənaye və digər obyektlərdə suyun təkrar istifadəsinin genişləndirilməsi üçün qeyri-ənənəvi sulardan (tullantı, kollektor-drenaj, çirkab və s.) məqsədyönlü istifadə edilməsi istiqamətində tədbirlərin həyatakeçirilməsi.

Müstəqillik əldə etdikdən sonra yaranmış keçid dövrü ilə əlaqədar mövcud iqtisadi əlaqələr pozulduğundan respublikamızda bir çox sənaye müəssisələrinin fəaliyyəti dayandırılmış, bəziləri isə istehsal gücünün 10-20 faizi həcmində fəaliyyət göstərirlər. Bu baxımdan stasionar mənbələrdən atmosfer havasına atılan zərərli maddələrin miqdarı 1990-cı il illə müqayisədə xeyliazalmışdır.

Qeyd etmək lazımdır ki, sənaye müəssisələrində mövcud olan qaz-toz tutucu qurğuların əksəriyyəti nasaz vəziyyətdədir. Yaxın gələcəkdə güclü sənaye potensialına malik olan respublikamızda bu müəssisələr ekoloji cəhətdən müasir tələbata cavab verməyən texnologiya ilə öz fəaliyyətlərini tam bərpa etmiş olsalar, onda iri sənaye şəhərlərimizin atmosfer havası növbəti dəfə ekoloji fəlakət dərəcəsinə çatdırıla bilər. Qeyd olunan problemlərin həll edilməsi və respublikada davamlı inkişafın təmin edilməsi üçün aşağıdakı strateji tədbirlərin həyata keçirilməsi zəruridir:

Sənaye müəssisələrindəkiqaz-toz tutucu qurğuların əsaslı təmir edilməsi və ya yeniləri ilə əvəz edilməsi;

Nəqliyyatda qurğuşunsuz (etilsizləşdirilmiş) benzindən istifadə olunmasına keçilməsi;

Ekoloji tələblərə cavab verməyən köhnə nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi;

Yaşayış məskənlərində, yol kənarında və məhəllələrdə yaşıllıqların artırılması yolu ilə atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması vəs.

Əsas ekoloji problemlərdən biri də kənd təsərrüfatı üçün yararlı olan 4.1 mln. ha (respublika ərazisinin 47.7 faizi) torpaqların tədricən sıradan çıxmasıdır. Belə ki, bu torpaqlardan hazırda 3.6 mln. ha eroziyaya məruz qalmışdır. Bunlardan 1.3 mln.ha zəif, 1.15mln.ha orta və 1.14 milyon ha yüksək dərəcədə eroziyaya uğramışdır.Torpaqların şoranlaşması prosesi də çox böyük narahatlıq doğururMütəxəssislərin fikrincə, 1.5 mln. ha-dan çox torpaq sahəsi şoranlaşmışdır.

Hazırda beynəlxalq maliyyə təşkilatlarının (Dünya Bankı, Avropa İttifaqıının TASIS proqramı) və xarici dövlətlərin köməkliyi ilə neftlə çirklənmiş torpaqların təmizlənməsi, tələb olunan avadanlıqların müəyyənləşdirilməsi sahəsində layihələr işlənməkdədir.

Ekoloji baxımdan davamlı inkişaf prinsiplərinə müvafiq olaraq torpaq ehtiyatlarından səmərəli istifadə olunması üçün aşağıdakı strateji tədbirlərin həyata keçirilməsi zəruridir:

Kənd təsərrüfatına yararlı torpaq ehtiyatlarının mühafizə edilməsi və münbitliyinin artırılması məqsədilə milli fəaliyyət planınınhazırlanması;

Eroziya proseslərinin qarşısının alınması və şoranlaşmış torpaqların yuyulması üçün müvafiq tədbirlərin həyatakeçirilməsi;

Neftlə çirklənmiş torpaqlarda rekultivasiya işlərinin davametdirilməsi;

Mövcud kollektor-drenaj və suvarma şəbəkələrinin inventarlaşdırılması və onların yararlı vəziyyətə gətirilməsi;

Meliorasiya işlərinin düzgün aparılmaması nəticəsində əmələ gəlmiş süni gölməçə və bataqlıqların qurudulması yolu ilə torpaq sahələrinin münbitləşdirilməsi vəs.

Məlumdur ki, Azərbaycan Respublikası az meşəli ərazilərə aiddir. Belə ki, ölkə ərazisinin yalnız 11%-i meşələrlə örtülüdür. Keçid dövrünün iqtisadi problemləri, hərbi münaqişə, qaçqın və köçkünlərin təbiətə, o cümlədən meşələrə artmış təzyiqi nəticəsində meşələrin həm sahəsi azalır, həm də keyfiyyəti aşağı düşür. Meşələrin su və torpaqqoruyucu funksiyalarını, iqlimin formalaşmasına təsirini nəzərə almaqla, bu potensialın qorunması və səmərəli istifadəsi olduqca vacibdir. Eyni zamanda ölkənin torpaq–iqlim şəraiti yeni meşə zolaqlarının salınması üçün olduqca əlverişlidir. Belə meşə zolaqlarının salınması qida və ağac emalı sənayelərini xammal ilə təmin etmək üçün əhəmiyyətlidir və yeni iş yerlərinin açılmasına təkan verə bilər. Keçid dövrünün doğurduğu problemlərdən biri də yerlərdə enerji qıtlığının əmələ gəlməsidir. Kənd rayonlarında yanacaq və elektrik qıtlığı da meşə sahələrinin ilbəil azalmasına gətirib çıxarır. Meşə ehtiyatlarının bərpa edilməsi və genişləndirilməsi, yeni meşə zolaqlarının salınması, o cümlədən, təsərrüfat əhəmiyyətli bitkilərin istifadəsi yolu ilə mövcud ekoloji problemləri qismən həll etmək olar. Meşə ehtiyatları əhalinin alternativ yanacaq mənbələri ilə təmin edilməsində başlıca rol oynayır. Buna görə də meşələrin qorunması üçün aşağıdakı strateji tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesabedirik:

Meşələrdə qanunsuz ağac tədarükü və digər meşə qırmalarının qarşısının alınması ilə əlaqədar tədbirləringörülməsi;

Meşələrin müasir vəziyyətinin öyrənilməsi, inventarizasiya olunması və yeni meşəsalma layihələrinin hazırlanması;

Meşələrin bərpası üçün tədbirlərin hazırlanması və həyatakeçirilməsi;

Bərpaolunanmeşəehtiyatlarından(meyvə,dərmanvədigərbitkilərdən)səmərəliistifadəsinintəşkili;

Rekreasiya əhəmiyyətli meşə sahələrinin müəyyən edilməsi, onlara yol verilən təzyiq həcminin müəyyənləşdirilməsi, bunun əsasında turizm yönümlü rekreasiya potensialının təyin və istifadəsinin təşkil edilməsi;

Yeni əkinçilik metodikasının tələblərınə cavab verən təsərrüfat əhəmiyyətli meşə-bağların layihələşdirilməsi vəsalınması;

Meşə ərazilərində yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin məşğulluq probleminin həlli və təbii meşə ehtiyatları ilə əlaqədar olmayan məşğulluq sahələrininyaradılması;

İnşaat və mebel sənayesi üçün yararlı oduncaq istehsal etmək üçün müvafiq keyfiyyətə malik olan və tez böyüyən ağacların becərilməsi vəistismarı;

Meşələrin müxtəlif xəstəliklərdən və zərərvericilərdən qorunması üçün müvafiq tədbirlərin mütəmadi olaraq vaxtında həyatakeçirilməsi




Azərbaycanda meşə örtüyü

Azərbaycan meşələri (Quba rayonu)

İri şəhərlərdə (Bakı, Sumqayıt, Gəncə və s.) sənaye və məişət tullantılarının uzun illər yığılıb istifadəsiz qalması öz növbəsində gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olmuşdur.Bu problemin həllində prezidentin fərmanı ilə yaradılmış "Təmiz Şəhər " ASC xüsusilə rol oynayır.



Təmiz şəhər ASC

Yuxarıda qeyd edildiyi kimi davamlı inkişafa dövlət qayğısı yüksək səviyyədədir.Azərbaycanın qanunverici,icraedici və məhkəmə orqanları bu sahədə birlikdə çalışırlar.Bunlar içərisində icraedici orqanın rolu müstəsnadır.Azərbaycanın Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqəti , qayğısı Azərbaycanın davamlı inkişafına köklənmişdir.Bunun sonuncu bariz nümunəsi IV Bakı Beynəlxalq Humanitar Forumu oldu.Bu forumda müzakirə edilən məsələlər hökümətin davamlı inkişafımıza qayğısının nəticəsi idi.IV Bakı Beynəlxalq Humanitar Forumunun “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masasına Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov (Azərbaycan), Nobel mükafatı laureatı, professor Robert Laflin (ABŞ), Nobel mükafatı laureatı, professor Corc Smut (ABŞ) və Estoniya Respublikasının sabiq Prezidenti, professor Arnold Rüütel həmsədrlik edirdilər.

Tədbiri giriş sözü ilə açan Urxan Ələkbərov ilk öncə “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masasının iştirakçılarını salamladı. Natiq Prezident İlham Əliyevin Forumun açılışında humanitar məsələlərin xüsusi əhəmiyyətinə diqqət çəkdiyini vurğuladı. Eyni zamanda U.Ələkbərov təmsil etdikləri sahələrdən asılı olmayaraq plenar toplantıda çıxış edən natiqlərin hamısının, o cümlədən UNESCO-nun Baş Direktoru xanım Bokovanın da özəlliklə davamlı inkişaf önəmindən söz açdıqlarını xatırlatdı. Natiq Azərbaycanda davamlı inkişaf və ekoloji sivilizasiya məsələlərinin həllində dövlət təşkilatları ilə yanaşı, ictimai qurumlar, xüsusilə Heydər Əliyev Fondunun önəmli rolunu diqqətə çatdırdı. Cənab Ələkbərov “Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masasında azərbaycanlı iştirakçılarla yanaşı, 20 müxtəlif ölkədən 40 nümayəndənin, o cümlədən 2 Nobel mükafatı laureatı – professor Robert Laflinin və professor Corc Smutun iştirak etdiyini bildirdi.

“Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masasında müzakirələr əsasən 3 istiqamətdə aparılmışdır;

Ekoloji sivilizasiyaya transformasiya məqsədilə davamlı inkişafın səmərəli idarə edilməsi;

Davamlı inkişaf naminə insan potensialının formalaşdırılması;



Davamlı inkişaf konsepsiyasının reallaşdırılmasında vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin rolu;

Humanitar forum və adını çəkə bilmədiyim neçə-neçə belə tədbirlər Azərbaycanın bu sahədə atdığı ən böyük uğurlardandır.
Yüklə 65,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə