Azərbaycan Respublikası



Yüklə 18,04 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü18,04 Kb.
#6974


             

 

          Azərbaycan               

         Respublikası 

     Təhsil Nazirliyi 

           BAKI DÖVLƏT 

          UNİVERSİTETİ 

               ƏMR 

               № R30 

                Bakı şəhəri 

 

 



 

 

       



 

 

 Məzmunu: Virtual Beynəlxalq Elmi                

Araşdırma Mərkəzinin yaradılması haqqında                   

    

Xarici  ölkələrdə  yaşayan  bir  sıra  alimlər  tərəfindən  Azərbaycandan  kənarda 

yaşayan  elm  adamlarını  ölkəyə  tanıtmaq,  onlara  BDU  ilə  əməkdaşlıq  imkanları 

yaratmaq  və  onların    vasitəsi  ilə  Azərbaycan  həqiqətlərini  və  Azərbaycan  Elmini 

Dünyaya  çatdırmaq  məqsədi  ilə  BDU-nun  nəzdində  virtual  Beynəlxalq  Elmi 

Araşdırma  Mərkəzinin  (BEAM)  yaradılması    təklifi  verilmişdir.  Bu  məsələ  BDU  

Elmi  Şurasının  13  dekabr  2013-cü  il  tarixli  iclasında  müzakirə  edilmiş,  belə  bir 

Mərkəzin  yaradılması  və  Azərbaycandan  kənarda  yaşayan  elm  adamlarının  öz 

arzuları  əsasında  həmin  Mərkəzdə  virtual  olaraq  (ştatdankənar)  işə  qəbul  edilməsi 

məqsədəuyğun hesab edilmişdir.  BDU Elmi Şurasının  tövsiyyəsi əsasında BDU-nun 

internet  səhifəsində  bu  barədə  elan  verilmiş  və  artıq  xaricdə  yaşayan  bir  neçə  elm 

adamından həmin Mərkəzdə virtual işə qəbul edilmələri barədə təkliflər alınmışdır. 

Yuxarıda qeyd edilənləri və  BDU  Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli 

iclasının qərarını nəzərə alaraq 

 

ƏMR EDİRƏM 

 

1.

 



BDU-nun  nəzdində  virtual  Beynəlxalq  Elmi  Araşdırma  Mərkəzi  (BEAM) 

yaradılsın. 

2.

 

BEAM-ın Əsasnaməsi təsdiq edilsin. 



3.

 

BDU-nun  saytında  BEAM-ın  xüsusi  web-səhifəsi  açılsın.  Bu  səhifədə 



BEAM-ın  fəaliyyəti,  üzvləri  və  həyata  keçirdiyi  tədbirlər  haqqında  məlumatlar 

verilsin.  

4.

 

BEAM-ın Əsasnaməsinə uyğun olaraq nəzərdə tutulsun ki:  



-  BEAM  üzvləri  ictimai  və  beynəlxalq  təşkilatlarda,  kütləvi  informasiya 

vasitələrində,  o  cümlədən  digər  xarici  elm  və  təhsil  müəssisələri  və  ayrı-ayrı 

vətəndaşlarla əlaqədə  BDU-nun maraqlarını təmsil edir; 

-  BEAM  üzvləri  BDU-da  daimi  işlə  təmin  olunmaq  arzularını  bildirdikdə  bu 

məsələyə  növbədənkənar  baxılır  və  müsabiqə  zamanı  BEAM  üzvlərinə  üstünlük 

verilir; 




 

 

-  BEAM  üzvləri  beynəlxalq  elmi  konfranslarda  və  simpoziumlarda  BDU 



adından iştirak etmək və beynəlxalq tədbirlərdə BDU-nu ştatda olan işçilərlə bərabər 

hüquqda təmsil etmək səlahiyyətinə malikdir. 

-  BEAM  üzvləri  BDU  adından  impact  faktorlu  jurnllarda  çap  etdirdiyi 

məqalələrə görə mövcud qaydada mükafatlandırıla bilər.    



 

Əsas: Rektorun, Elm və innovasiyalar üzrə prorektorun dərkənarları ilə Elm və 

innovasiyalar üzrə prorektorun təqdimatı. 



 

              R E K T O R                                           akademik A.M.MƏHƏRRƏMOV  

 

 

Layihəni hazırlayıb:                                                  Razılaşdırılıb: 

 

Elmi Tədqiqat hissəsini rəisi 

______________dos.İ.M.Əfəndiyeva 

 

 



 

Elm  və  innovasiyalar  üzrə  prorektor                                                                    

_____________ prof.A.H.Kazımzadə  

                                                                     

Baş hüquqşünas                                                                    

______________T.M.Sadıxov                                                                                      



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 18,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə