Azərbaycan respublikasi adindan q ə t n a m ə 2(105)-2925/2017



Yüklə 45,48 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü45,48 Kb.
#10109


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə T N A M Ə

2(105)-2925/2017

06 oktyabr 2017

Sumqayıt şəhəri

Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası,

Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil

Əzizağa oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə,

Məhkəmə iclas katibi Bədəlova Leyla Elman qızının katibliyi,

İddiaçı Bayramova Müşərrəf Haqverdi qızının və onun nümayəndəsi Məmmədova Şəfəq

Ənvər qızının,

Cavabdeh Bayramov Şahin Əkbər oğlunun və onun nümayəndəsi Yusifov Araz Arzu

oğlunun

iştirakı


ilə,

İddiaçı Bayramova Müşərrəf Haqverdi qızının cavabdeh Bayramov Şahin Əkbər oğluna

qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə

Abşeron Rayon Məhkəməsinin 2(012)-3360/2017 saylı, 15 mart 2017-ci il tarixli

qətnaməsindən cavabdeh Bayramov Şahin Əkbər oğlu tərəfindən verilmiş apellyasiya

şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,



M Ü Ə Y Y Ə N E T D İ :

Abşeron Rayon Məhkəməsinin 2(012)-3360/2017 saylı, 15 mart 2017-ci il tarixli

qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin mülkiyyətində olan, daşınmaz əmlakın

dövlət reyestrində 24.11.2008-ci il tarixdə, 3080130008786 reyestr nömrəsi ilə qeydə alınmış,

Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,0766 ha torpaq sahəsinin ½ hissəsi üzərində

iddiaçı Bayramova Müşərrəf Haqverdi qızının payı müəyyən edilmiş, iddia qalan hissədə rədd

edilmişdir

(hakim S.Quliyeva).

C

avabdeh Bayramov Şahin Əkbər oğlu



apellyasiya şikayəti verərək,

Abşeron Rayon

Məhkəməsinin 2(012)-3360/2017 saylı, 15 mart 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini

və iddia tələbinin tamamilə rədd edilməsi

barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

.

İ Ş İ N H A L L A R I :

İddiaçı Bayramova Müşərrəf Haqverdi qızı cavabdeh Bayramov Şahin Əkbər oğluna

iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş

dövlət reyestrində 24.11.2008-ci

il tarixdə, 3080130008786 reyestr nömrəsi ilə qeydə alınmış, Abşeron rayonu Digah

qəsəbəsində yerləşən 0,0766 ha torpaq sahəsinin, “VAZ-021074” markalı, 01-BH-027 dövlət

nömrə nişanlı və “DAİMLER CHRYSLER C200” markalı, 01-BX-808 dövlət nömrə nişanlı

avtomobillərin 2/3 hissəsinə onun mülkiyyət hüququnun tanınması, dövlət reyestrində

24.11.2008-ci il tarixdə 3080130008786 reyestr nömrəsi ilə qeydə alınmış, Abşeron rayonu

Digah qəsəbəsində yerləşən 0,0766 ha torpaq sahəsinin ona düşən payına müvafiq çıxarışın

verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə həvalə

edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddiaçı Bayramova Müşərrəf Haqverdi qızı iddiasını onunla əsaslandırmışdır ki, o,

cavabdeh Bayramov Şahin Əkbər oğlu ilə 09 iyul 1998-ci il tarixdə rəsmi nikaha daxil olmaqla

ailə qurmuş və onların birgə nikahlarından 15.08.1998-ci il tarixdə Leyla, 04.09.2000-ci il

tarixdə isə Ümid adlı uşaqları anadan olmuş, aralarındakı nikah Abşeron Rayon Məhkəməsinin

13.05.2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə dövlət reyestrində

24.11.2008-ci il tarixdə, 3080130008786 reyestr nömrəsi ilə qeydə alınmış, Abşeron rayonu



Digah qəsəbəsində yerləşən 0,0766 ha torpaq sahəsi, “VAZ-021074” markalı, 01-BH-027

dövlət nömrə nişanlı və “DAİMLER CHRYSLER C200” markalı, 01-BX-808 dövlət nömrə

nişanlı avtomobillər əldə edilmiş və cavabdehin adına rəsmiləşdirilmişdir. Birgə nikah

dövründə əldə olunmuş əmlakların cavabdehlə öz aralarında bölgüsü mümkün olmamışdır.

Buna görə də məhkəməyə müraciət etmiş və himayəsində yetkinlik yaşına çatmayan uşağın

olmasının nəzərə alınaraq payları 2/3 müəyyən etməklə birgə nikah dövründə əldə edilmiş

əmlakların bölünməsini xahiş etmişdir.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır.



Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ,

T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R I və S Ü B U T L A R I :

C

avabdeh Bayramov Şahin Əkbər oğlu



apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,

mübahisələndirdikəri qətnamə qanunsuzdur, prosessual və maddi hüquq normaları pozulmaqla qəbul edilib. Apellyasiya

şikayətində

qeyd


edilmişdir

ki,


baxmayaraq

ki,


dövlət reyestrində 24.11.2008-ci il tarixdə,

3080130008786 reyestr nömrəsi ilə qeydə alınmış, Abşeron rayonu Digah qəsəbəsində yerləşən

0,0766 ha torpaq sahəsi

birgə nikah müddətində əldə olunub, lakin həmin əmlak ər-arvadın ümumi gəlirləri hesabına

əldə edilmədiyindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə

ər-arvadın birgə mülkiyyəti sayıla bilməz.

Məhkəmə baxışı zamanı c

avabdeh Bayramov Şahin Əkbər oğlu və onun nümayəndəsi Yusifov

Araz Arzu oğlu apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Abşeron

Rayon Məhkəməsinin 2(012)-3360/2017 saylı, 15 mart 2017-ci il tarixli qətnaməsinin ləğv

edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi

barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər

.

Məhkəmə kollegiyasının iclasında iddiaçı Bayramova Müşərrəf Haqverdi qızı və onun



nümayəndəsi Məmmədova Şəfəq Ənvər qızı apellyasiya şikayətinə etiraz edib iddia ərizəsi ilə

eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya

məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin

təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində

təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini

müəyyən edən faktlarla və hallarla əlaqədardır.

Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd

olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir.

Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır.

İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsinin 27.10.2015-ci il

tarixli arayışından görünür ki, Bayramov Şahin Əkbər oğlu ilə Allahverdiyeva Müşərrəf

Haqverdi qızının aralarındakı nikah 09.07.1998-ci il tarixdə qeydə alınmışdır.

Yenə iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 13.05.2016-cı il tarixli

qətnaməsindən görünür ki, Bayramov Şahin Əkbər oğlu ilə Bayramova Müşərrəf Haqverdi

qızı arasındakı nikah qeyd edilən tarixdə ilə pozulmuşdur. (iş materiallarında belə bir

qətnamə yoxdur)

İş materiallarına əlavə edilmiş AR DİN BDYPİ tərəfindən verilmiş 016-08837 saylı və

016-133304-1216 saylı, 30.11.2016-cı il tarixli məktublardan görünür ki, “VAZ-021074”

markalı, 01-BH-027 dövlət nömrə nişanlı və “DAİMLER CHRYSLER C200” markalı, 01-BX-

808 dövlət nömrə nişanlı avtomobillər Bayramov Şahin Əkbər oğlunun adına qeydə alımış,

müvafiq olaraq 29.05.2014-cü il tarixdə və 11.11.2015-ci il tarixdə Bayramov Şahin Əkbər

oğlunun adından qeydiyyatdan çıxarılmışdır.

İş materiallarında olan məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş,

Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş

24.11.2008-ci il tarixli, seriya MH, 0026406 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında

2



daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu Digah

qəsəbəsində yerləşən 0,0766 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Bayramov Şahin

Əkbər oğlunun adına qeydə alınmışdır. Həmin sorğuya cavaba əlavə edilmiş Abşeron rayon 1

saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş AN-I 0134127 saylı,

09.08.2007-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Digah

qəsəbəsində yerləşən 0,0766 ha torpaq sahəsini Bayramov Şahin Əkbər oğlu qeyd edilən

tarixdə 8.200 manata İsayev Müzəffər İslam oğlundan satın almışdır.

M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ:

Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası

məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar

əsasında mahiyyəti üzrə baxır.

Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi

şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına

riayət etməsini yoxlayır.

Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını d

inləyib, apellyasiya

şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli

və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə

əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-

3360/2017 saylı, 15 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

İş materiallarından, işin məhkəmə iclasında araşdırılan hallarından və tərəflərin

izahatlarından mübahisəsiz olaraq müəyyən edildi ki, tərəflər birgə nikah dövründə “VAZ-

021074” markalı, 01-BH-027 dövlət nömrə nişanlı, “DAİMLER CHRYSLER C200” markalı,

01-BX-808 dövlət nömrə nişanlı avtomobillər, eləcə də Abşeron rayonu, Digah qəsəbəsində

yerləşən 0,0766 ha torpaq sahəsi əldə etmişlər, həmin əmlaklar mülkiyyət hüququ əsasında

Bayramov Şahin Əkbər oğlunun adına qeydə alınmışdır. Həmçinin o da mübahisəsizdir ki,

“VAZ-021074” markalı, 01-BH-027 dövlət nömrə nişanlı və “DAİMLER CHRYSLER C200”

markalı, 01-BX-808 dövlət nömrə nişanlı avtomobillər Bayramov Şahin Əkbər oğlunun

adından birgə nikah dövründə, müvafiq olaraq 29.05.2014-cü il tarixdə və 11.11.2015-ci il

tarixdə qeydiyyatdan çıxarılmış, mülkiyyət hüququna xitam verilmişdir.

Cavabdeh tərəfin mübahisələndirdiyi yeganə məqam Abşeron rayonu Digah qəsəbəsində

yerləşən 0,0766 ha torpaq sahəsi

birgə nikah müddətində əldə olunsa da həmin əmlakın ər-arvadın ümumi gəlirləri

hesabına əldə edilməməsidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın

nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada

ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində

ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Yenə həmin Məcəllənin 32.2-ci maddəsinin tələblərinə görə ər-arvadın ümumi birgə

mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə

etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul

ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək

qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s. maddə 32.2.1)

və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli

kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər,

kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin

kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın

qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2).

Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə isə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara

3



qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan

ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Yenə həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa

hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları

bərabər hesab edilir.

Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakının

bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata

keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-

arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan

Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21.12.2012-ci il tarixli qərarında hüquqi

mövqe o istiqamətdə formalaşmışdır ki, ər-arvadın ümumi gəlirləri hesabına əmlakın əldə

edilməsi dedikdə, həmin əmlakın əvəzli əqdlər əsasında əldə edilməsi nəzərdə tutulur.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını,

tərəflərin münasibətlərini düzgün qiymətləndirərək yuxarıda qeyd edilən maddi hüquq

normalarına düzgün istinad etmiş və iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi

dəlilləri əsassız hesab edir, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər

hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən

birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti

üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə

məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası

Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən

apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin

etmədən saxlaya bilər.

Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam,

hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki,

apellyasiya şikayətləri təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-

3360/2017 saylı, 15 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-

cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 15 manat dövlət

rüsumu cavabdehin özünə aid edilməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və

405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası



Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin.

Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3360/2017 saylı, 15 mart 2017-ci

il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Bayramov

Şahin Əkbər oğlunun özünə aid edilsin.

Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul

edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay

müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə

4



Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə

bilər.


Sədrlik edən:

Şəmsəddin Abasov

Hakimlər:

Aqil Abbasov

Telman Məmmədov

5

Yüklə 45,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə