Azərbaycan respublikasi adindan q ə t n a m ə sumqayit apellyasiyaməHKƏMƏSİNİn müLKİ kollegiyasi



Yüklə 37,22 Kb.

tarix13.11.2017
ölçüsü37,22 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə T N A M Ə

SUMQAYIT APELLYASİYAMƏHKƏMƏSİNİN

MÜLKİ KOLLEGİYASI

06 iyun 2017-ci il

İş № 2(105)-1832/2017

Sumqayıt şəhəri

Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli

oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Məmmədova

Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, iddiaçının

nümayəndəsi Yusubov Xətai Niyabi oğlunun və cavabdeh Həsənov Elçin Elxan oğlunun iştirakı

ilə,


İddiaçı Səttarova Aygün Aydın qızının cavabdeh Həsənov Elçin Elxan oğluna qarşı

aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 27

fevral 2017-ci il tarixli, 2(060)2398/17 saylı qətnaməsindən cavabdeh Həsənov Elçin Elxan

oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsinin

inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq,

MÜƏYYƏN ETDİ

Sumqayıt şəhər məhkəməsinin 27 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakim

C.Məmmədov) iddianın təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyul 2016-cı il

tarixli 2(105)-1642/2016 qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək,

02.09.2009-cu il təvəllüdlü Həsənli Solmaz Elçin qızının və 03.09.2011-ci il təvəllüdlü Həsənli

Tuncay Elçin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Həsənov Elçin

Elxan oğlundan iddiaçı Səttarova Aygün Aydın qızının xeyrinə 30.01.2017-ci il tarixdən

başlayaraq ayda hər uşaq üçün 137 manat, ümumilikdə 274 manat sabit pul məbləğində

alimentin tutulması qət edilmişdir.

Cavabdeh Həsənov Elçin Elxan oğlu qətnamədən apellyasiya şikayəti vermişdir.



İŞİN HALLARI

İddiaçı Səttarova Aygün Aydın qızının cavabdeh Həsənov Elçin Elxan oğluna qarşı iddia

ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyul 2016-cı il

tarixli qətnaməsi ilə hər uşağın saxlanması üçün müəyyən edilmiş 100 manat məbləğində olan

alimentin artırılaraq, aliment məbləğinin hər uşaq üçün 137 manat, ümumilikdə 274 manat

olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 20.04.2016-cı il

tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah qeydi ləğv olunmuş, cavabdehdən

02.09.2009-cu il təvəllüdlü Həsənli Solmaz Elçin oğlunun və 03.09.2011-ci il təvəllüdlü

Həsənli Tuncay Elçin oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay

qazancının 1/3 hissəsi miqdarında və hər uşaq üçün 76 manat olmaqla 152 manat sabit pul

məbləğində alimentin tutulması qət olunmuşdur. Cavabdeh qətnamədən narazı qaldığı üçün

apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1642/2016 saylı

qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin qətnaməsi dəyişdirilərək hər uşaq üçün 100 manat

məbləğində aliment müəyyən edilmişdir. Hal-hazırda maddi vəziyytəti çətinləşmiş və bu

səbəbdən övladlarını saxlamağa çətinlik çəkir. İndiki dövrdə iki uşağın saxlanılması üçün 200

manat məbləğ çox azdır.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir.




2

APELLYASİYAŞİKAYƏTİNİN DƏLİLLƏRİ

Cavabdeh Həsənov Elçin Elxan oğlu Sumqayıt şəhər məhkəməsinin 27 fevral 2017-ci il

tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd

edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının heç bir hüquqi və

faktiki əsası olmayan mülahizələrini öz dəlillərinin əsası kimi qəbul etməklə formal

əsaslandırma ilə qətnamə qəbul etdiyindən, qəbul edilmiş qətnamə işin faktiki hallarına uyğun

deyildir. Qətnamənin qəbulu zamanı maddi və prosessual hüquq normalarının ciddi

pozuntusuna yol verilmişdir. Məhkəmə qətnamələrinin mürəkkəbi qurumamış və qətnamənin

icrası tam təmin edilməmiş, iddiaçı tərəfindən alimentin məbləğinin dəyişdirilməsi tələbi ilə

çıxış etməsi başa düşülən deyil və bu tələb qanunvericiliyin tələblərinə də uyğun gəlmir. Onun

maddi durumu məhkəmə qətnamələri ilə müəyyən edilmiş və ötən müddət ərzində heç bir

yaxşılaşma baş verməmiş, əksinə pisləşmişdir. Hal-hazırda isə mövcud vəziyyət göz

qabağındadır, hamı kimi onun və ailəsinin də maddi vəziyyətinin yaxşılaşmasına təsir edən

mühüm bir amil baş verməmişdir. Maddi vəziyyətinin yaxşılaşması hazırkı mülki işin

materialları ilə də təsdiqlənmir və iddia ərizəsinə belə halın mövcudluğu barədə heç bir sənəd

də əlavə olunmamışdır.

İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATI

Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Həsənov Elçin Elxan oğlu

apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından

xahiş etdi.

Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Yusubov Xətai

Niyabi oğlu apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini

məhkəmə kollegiyasından xahiş etdi.

İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,

eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki,

apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə

dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

HÜQUQİ MƏSƏLƏLƏR

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən

apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim

olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası

məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq

normalarına riayət etməsini yoxlayır.

Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini Sumqayıt Apellyasiya

Məhkəməsinin 20 iyul 2016-cı il tarixli 2(105)-1642/2016 saylı qətnaməsinə əsasən müəyyən

olunmuş aliment miqdarı hazırda uşaqların saxlanması üçün kifayət etməməsi, uşağın böyüməsi

ilə əlaqədar onun maddi tələbatları getdikcə artması, iddiaçının övladlarını saxlamaqda maddi

baxımdan çətinlik çəkməsi, iddiaçının marağının əhəmiyyətli dərəcədə pozulması ilə

əsaslandırmışdır.

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı

hesab etmir.

İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyul 2016-cı il tarixli 2(105)-1642/2016

saylı qətnaməsindən görünür ki, 02.09.2009-cu il təvəllüdlü Həsənli Solmaz Elçin qızının və

03.09.2011-ci il təvəllüdlü Həsənli Tuncay Elçin oğlunun yetkinlik yaşına çatana kimi




3

saxlanması üçün hər birinə 100 manat, ümumilikdə 200 manat olmaqla Həsənov Elçin Elxan

oğlundan aliment məbləğinin tutulması qət edilmişdir.

Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun

yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci

maddəsinin II hissəsi).

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən

uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər

uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması

üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə

tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla

uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq

müəyyən edilir.

Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda

məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya

maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə

alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin

diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Məhkəmə kollegiyası qeyd edir ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər

valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı

müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməldir. Əgər alimentin miqdarı

müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk

növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən

etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə

və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı

işdən göründüyü kimi tərəflərin birg nikahlarından olan övladlarının saxlanılması üçün

müəyyən edilən alimentin məbləği Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyul 2016-cı il

tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamənin çıxarıldığı vaxtdan hazırkı

müddətə ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasına, o cümlədən cavabdehin maddi

vəziyyətinin daha da yaxşılaşmasına dair hər hansı bir sübut təqdim etməmişdir.

Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında

müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının

hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.

Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və

bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək

hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz

mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış

etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar

2006-cı il tarixli qərarı).

Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin alimentin

miqdarının dəyişdirilməsinə dair iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni qanuni

və əsaslı hesab etmir.

Mülki Prosessual Məcəllənin 217.1. maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və

əsaslı olmalıdır.

Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman

qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual

hüquq normalarına uyğun çıxarılması başa düşülür.

Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və




4

tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab

edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən

və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən

edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin

materiallarına uyğun olsun.

Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli,

Sumqayıt şəhər məhkəməsinin 27 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia

tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası

məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya

məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni

qətnamə qəbul edə bilər.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1.,

385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

kollegiyası



Q Ə T E T D İ

Apellyasiya şikayəti təmin edilsin.

Sumqayıt şəhər məhkəməsinin 27 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə

yeni qətnamə qəbul edilsin.

İddiaçı Səttarova Aygün Aydın qızının cavabdeh Həsənov Elçin Elxan oğluna qarşı

Sumqayıt Apellyasiya Məhkəməsinin 20 iyul 2016-cı il tarixli qətnaməsi ilə hər uşağın

saxlanması üçün müəyyən edilmiş 100 manat məbləğində olan alimentin artırılaraq, aliment

məbləğinin hər uşaq üçün 137 manat, ümumilikdə 274 manat olması barədə iddia tələbi rədd

edilsin.

Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya

Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə

bilər.


Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən

sonra qanuni qüvvəyə minir.



Sədrlik edən: imza

Hakimlər: imzalar

Əsli ilə düzdür

Hakim

Səyyad Qafari



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə