Azərbaycan respublikasi adindan q ə t n a m ə



Yüklə 29,35 Kb.
Pdf görüntüsü
tarix21.02.2018
ölçüsü29,35 Kb.
#27448


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə T N A M Ə

AZƏRBAYCAN RESPUBLİKASI

SUMQAYIT APELYASİYAMƏHKƏMƏSİNİN

MÜLKİ KOLLEGİYASI

17 mart 2014-cü il

№ 2(105)-429/2014

Sumqayıt şəhərində

Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi,

Hakimlər Azər Qəmbər oğlu Hüseynov və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə,

Samirə Zahid qızı Məmmədovanın katibliyi,

İddiaçının nümayəndəsi: Ağazahid Şirzad oğlu Qulamov,

Cavabdeh: Zərinə Əli qızı Məmmədova,

Cavabdehin vəkili: Sevda Rufulla qızı Əliyevanın iştirakları ilə,

İddiaçı Nazirov Nazim Nazir oğlunun cavabdeh Məmmədova Zərinə Əli qızına qarşı aliment

ödəməkdən azad edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr

2013-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə

açıq məhkəmə iclasında baxaraq

M Ü Ə Y Y Ə N

E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov)

iddia rədd edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2004-cü il tarixli qətnaməsinə əsasən 15

yanvar 1999-cu il təvəllüdlü Nazirov Nazir Nazim oğlunun yetkinlik yaşına çatana kimi saxlanması

üçün müəyyən olunmuş 100000 AZN alimentin ödənilməsindən azad olunması barədə iddia tələbi

təmin edilməmişdir.



İ Ş İ N H A L L A R I:

İddiaçı N.N.Nazirov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər

Məhkəməsinin 23 aprel 2004-cü il tarixli qətnaməsinə əsasən 15 yanvar 1999-cu il təvəllüdlü Nazirov

Nazir Nazim oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş 100000 AZN

alimentin ödənilməsindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 1994-cü ildə rəsmi nikaha daxil olmuşdur.

Həmin nikahdan iki uşaqları var. Onların nikahı 2001-ci ildə pozulmuşdur. 1994-cü il təvəllüdlü qızı

Cəmilə cavabdehin himayəsində, oğlu Nazir onun himayəsində qalmışdır. Bu hal Sumqayıt Şəhər

Məhkəməsinin 26 may 2003-cü il tarixli qərardadı ilə təstiq olunmuşdur. Bu səbəbə görə Sumqayıt

Şəhər Məhkəməsinə aliment ödəməkdən azad etmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir.

Lakin məhkəmə gedişində oğlu Nazirin saxlanması üçün cavabdehin xeyrinə 100000 AZM ödəməyi

o öz öhdəsinə götürmüşdür. Cavabdeh əvvəllər onun atasının şəxsi mülkiyyətində olan mənzildə

yaşayır. Hal hazırda mənzilin mülkiyyətçisi dəyişmişdir. Faktiki olaraq o, cavabdehi mənzillə təmin

etmiş, çünki yeni mülkiyyətçilərlə razılığına gəlmişdir. O, 2001-ci ildə Axundova Sevda Mirbaba qızı

ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan iki uşağı anadan olmuşlar. Qızı C.Nəzirova

Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş və ödənişli əyani təhsil alır və bütün xərcləri o

çəkir. Bunları nəzərə alıb, aliment ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş

etmişdir.

Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

VƏ TƏRƏFLƏRİN İZAHATLARI:

İddiaçının nümayəndəsi A.Ş.Qulamov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,

məhkəmə qanunvericiliyin tələblərinə riayət etmədən, qətnaməni əsaslandırmadan iddianı rədd

etmişdir. İddianın rədd olunmasının səbəbini indiyə qədər aydınlaşdıra bilmir. Məhkəmə qətnamədə




cavabdehin güya xəstə olmasını qeyd edir. Lakin bunu təstiq edən heç bir sənəd işin sənədlərinə əlavə

olunmamışdır. Bunları nəzərə alıb, Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli

qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını

xahiş etmişdir.

İddiaçının nümayəndəsi A.Ş.Qulamov apelyasiya şikayətinini müdafiə edib, ona oxşar izahat

verib, apelyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi.

Cavabdeh Z.Ə.Məmmədova və onun vəkili S.R.Əliyeva apelyasiya şikayətinin dəlilləri ilə

razılaşmayıb, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər.

Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin

dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara

görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apelyasiya şikayəti isə təmin edilməməlidir.

H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R:

İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin etməyərkən,

iddiaçının cavabdehin xeyrinə 100000 AZM ödəməyə öz öhdəsinə götürməsini, həmin məbləğin

hazırda dövriyyədə olan 20 yeni manata bərabər olmasına istinad etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və

əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur.

Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası

məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı

ilə mübahisə edilən hissəsi üzrə, apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə

yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən

mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiya

şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət

etməsini yoxlayır.

Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi A.Ş.Qulamovun

apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya

şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz

olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci

instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün

riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir.

İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətlərindən görünür ki,

iddiaçı N.N.Nazirov S.M.Axundova ilə 15 noyabr 2001-ci ildə nikaha daxil olmuşlar və bu nikahdan

iki uşaqları anadan olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq

və onlara tərbiyə etmək valideynlərin borcudur.

“Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki,

əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat

səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər

uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün

vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında

yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment

verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın

(gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun

qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən

hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını

əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb

edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul

məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə

uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

«Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu» haqqında 30 noyabr

2



2012-ci il tarixli Qanununa əsasən 2013-cü ildə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış

minimumu 93 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi A.Ş.Qulamovun birinci instansiya məhkəməsi

tərəfindən cavabdehin heç bir yerdə işləməməsi və xəstə olmasının heç bir sübutla təstiq olunmaması

barədə gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, dəlil əsassızdır və qəbul edilə bilməz.

Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş 07 fevral 2014-cü il tarixli 145 saylı arayışdan

görünür ki, Z.Ə.Məmmədova 2 qrup əlildir və pensiyanın məbləği 132 manat 76 qəpik təşkil edir.

Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə

iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Beləliklə, məhkəmə kollegiyası iddiaçının nümayəndəsi A.Ş.Qulamovun apelyasiya şikayətində

göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar

nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apelyasiya

qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, onun apelyasiya şikayəti təmin edilə bilməz, iş

üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci

maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası



Q Ə T E T D İ:

İddiaçının nümayəndəsi Qulamov Ağazahid Şirzad oğlunun apelyasiya şikayəti təmin

edilməsin.

Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 22 noyabr 2013-cü il tarixli 2(060)-4666/2013 saylı

qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi

gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Qətnamədən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi

vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə

bilər.


Sədrlik edən: imza

Hakimlər: imzalar

Əsli ilə düzdür,

Sədrlik edən

Gülnarə Tağızadə

3

Yüklə 29,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə