Azərbaycan respublikasi adindan



Yüklə 64,89 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü64,89 Kb.
#10044


 

 

 

 

                                                             Q Ə R A R 

 

 



                                           AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

 

26 aprel 2017-ci il                           İş № 1 (106)-282/2017                         Şirvan şəhəri 

 

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakimlər: Camalov Etibar Əli oğlu 



(sədrlik  edən  və  məruzəçi),  Əhmədov  İsmayıl  Həmid  oğlu  və  Əkbərov  Kamran  Hüseyn 

oğlundan  ibarət  tərkibdə,  məhkəmə  iclas  katibi  Mustafayeva  Taclı  Əbdüləhəd  qızının,  Dövlət 

ittihamçısı:  Azərbaycan  Respublikası  Baş  prokurorluğunun  Dövlət  İttihamının  Müdafiəsi  üzrə 

İdarənin,  Apellyasiya  və  Kassasiya  instansiyası  məhkəmələrində  Dövlət  İttihamının  Müdafiəsi 

şöbəsinin  prokuroru  Sadıqov  Səyavuş  Köçəri  oğlunun,  məhkum  olunmuş  şəxs  Səfərov  Vüqar 

Vaqif oğlu və  müdafiəçisi Fərəcov Salman Böyükağa oğlunun  iştirakı  ilə, Səfərov Vüqar Vaqif 

oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.2 və 234.1-

ci  maddələri  ilə  məhkum  olunmasına  dair  Astara rayon  məhkəməsinin  1(018)-95/2016 №-li  02 

avqust  2016-cı  il  tarixli  hökmündən  məhkum  edilmiş  şəxs  V.Səfərov  tərəfindən  verilmiş 

apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, 

 

MÜƏYYƏN 

ETDİ:  

 

Astara  rayon  məhkəməsinin  1(018)-95/2016  №-li  02  avqust  2016-cı  il  tarixli  hökmü  ilə 

(hakim: Z.İbrahimov) 

30  iyun  1967-ci  ildə  Lənkəran  şəhərində  anadan  olmuş,  Azərbaycan  Respublikasının 

vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan 

şəhəri,  Quşçuluq  yaşayış  massivi,  H.Z.Tağıyev  küçəsi  11  ünvanında  qeydiyyatda 

olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş 

Səfərov  Vüqar  Vaqif  oğlunun  CM-nin  206.2  və  234.1-ci  maddələrində  nəzərdə  tutulmuş 

cinayət  əməlini  törətməkdə  təqsirli  bilinərək,  CM-nin  206.2-ci  maddəsi  ilə  05  (beş)  il  müddət, 

CM-nin  234.1-ci  maddəsi  ilə  02  (iki)  il  müddətə  azadlıqdan  məhrumetmə  cəzasına  məhkum 

edilməsi,  CM-nin  66.3-cü  maddəsinə  əsasən,  təyin  olunmuş  cəzaları  qismən  toplamaq  yolu  ilə 

Səfərov Vüqar Vaqif oğluna qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə 

cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun həbsdə 

saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəlinin 25 fevral 2016-cı 

il tarixdən hesablanması,  barəsində seçilmiş  «həbs» qətimkan tədbirinin dəyişdirilməməsi, CM-

nin  93.1.2-ci  maddəsi  tətbiq  edilməklə  Səfərov  Vüqar  Vaqif  oğlunun  cəza  çəkdiyi  müddətdə 

narkomaniyadan məcburi müalicə olunması və yaşadığı yer üzrə Abşeron rayon poliklinikasının 

narkoloji kabinetində müvafiq qeydiyyata götürülməsi, iş üzrə maddi sübut olan və Azərbaycan 

Respublikası  Dövlət  Gömrük  Komitəsinin  İstintaq  İdarəsində  saxlanılan  və  ekspertiza 

tədqiqatından  sonra  qalıq  qalan  0,245  qram  heroin  və  66  ədəd  metadon  həblərinin  məhv 

edilməsi,  iş  üzrə  ekspertiza  xərci  olan  126,95  (yüz  iyirmi  altı  manat,  doxsan  beş  qəpik)  manat 

pulun Səfərov Vüqar Vaqif oğlundan alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN 1700326621, 

AZ34  CTRE  0000000000000  2088501  Dövlət  Xəzinədarlığı  Agentliyi,  Kod  210005  VÖEN 

1401555071  Müxbir  hesab  Az41  NABZ  01360100000000003944  SVİFT  BİK  CTREAZ  22 

nömrəli hesaba keçirilməsi hökm edilmişdir. 

 

İŞİN 

HALLARI: 

 

Məhkəmənin  hökmü  ilə  Səfərov  Vüqar  Vaqif  oğlu  CM-nin  CM-nin  206.2-cı  və  234.1-ci 



maddələri  ona  görə  təqsirli  bilinib  məhkum  edilmişdir  ki,  o,  24  fevral  2016-cı  il  tarixdə  İran 


İslam  Respublikasının  Ərdəbil  şəhərində  istintaqla  müəyyən  edilməmiş  şəxsdən  satış  məqsədi 

olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,345 qram heroin narkotik 

vasitəsini və tərkibindəki metadon narkotik vasitəsinin ümumi miqdarı 0,136 qram təşkil edən 68 

ədəd  metadon  həblərini  əldə  etmiş,  malların  aşkar  edilməsini  çətinləşdirən  üsullardan  istifadə 

etməklə 01 (bir) ədəd sellofan bükümə qablaşdıraraq düz bağırsağında yerləşdirib saxlamış və 25 

fevral  2016-cı  il  tarixdə,  saat  18:30  radələrində  Astara  Gömrük  İdarəsinin  sərnişin  şöbəsində 

Azərbaycan  Respublikasının  gömrük  sərhədindən,  gömrük  nəzarətindən  gizli,  qaçaqmalçılıq 

yolu ilə keçirmişdir. 

 

APELLYASİYA 



ŞİKAYƏTİNİN 

DƏLİLLƏRİ: 

 

Məhkum  olunmuş  şəxs  V.Səfərov  apellyasiya  şikayəti  verərək,  Astara  rayon 



məhkəməsinin 02 avqust 2016-cı il tarixli hökmünün dəyişdirilərək, barəsində təyin edilmiş sərt 

cəzanın daha yüngül cəza ilə (və ya qismən azaldılması) əvəz edilməsi və ya yüngülləşdirilməsi 

barədə qərar çıxarılmasını xahiş etmişdir. 

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində məhkəmə tərəfindən bu iş üzrə 

qərar qəbul edilərkən  məhkəmə araşdırması zamanı  işin  xüsusatları tam şəkildə araşdırılmamış, 

işin  faktiki  halları  təsdiq  edilməmiş,  cəza  təyin  edilərkən  məsuliyyəti  yüngülləşdirən  hallar 

nəzərə  alınmamış,  əməlin  xarakterinə  uyğun  gəlməyən  və  düzgün  qiymətləndirilməyən  bir 

vəziyyətdə ona daha yüngül cəza verilməli olduğu təqdirdə, barəsində sərt cəza verilməklə hökm 

çıxarılmışdır.  Belə  ki,  o  həkim  nəzarətindədir,  həkim  sənədləri  ilə  dərman  qəbul  edir.  Dərman 

qəbul  etmədikdə  ağrıları  hədsiz  dərəcədə  çoxalır.  Müalicə  həkiminin  təsdiqedici  sənədləri  ilə 

dərman  almışdır.  Törətdiyi  cinayət  və  onun  nəticələri  haqqında  çox  düşünmüş,  əməlindən 

səmimi peşman olmuşdur. Yaşlı  vaxtında ailəsindən ayrı düşməyi onlara  istər maddi,  istərsə də 

mənəvi kömək göstərə bilməməsi onu çox narahat edir. 

 

PROSES 



İŞTİRAKÇILARININ 

ÇIXIŞLARI: 

 

Apellyasiya  instansiyası  məhkəməsində  dövlət  itihamını  müdafiə  edən  Azərbaycan 



Respublikası  Baş  Prokurorluğunun  Dövlət  ittihamının  müdafiəsi  üzrə  idarənin  prokuroru 

S.Sadıqov  apellyasiya  şikayətinin  dəlillərinin  əsassız  olduğunu,  məhkum  olunmuş  şəxsin 

əməlinin  CM-nin  206.2  və  234.1-ci  maddələri  ilə  düzgün  tövsif  olunduğunu,  onun  tərəfindən 

törədilmiş  cinayət  əməlinin  ictimai  təhlükəli  xarakteri  və  dərəcəsi  nəzərə  alınaraq  ədalətli  və 

qanuni  cəza  təyin  olunduğunu  göstərərək  birinci  instansiya  məhkəməsinin  hökmünün 

dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. 

Apellyasiya  instansiyasında  məhkəmə  baxışı  zamanı  məhkum  edilmiş  şəxs  V.Səfərov  və 

müdafiəçisi  S.Fərəcov  apellyasiya  şikayətinin  dəlillərini  müdafiə  edib,  şikayətin  dəlillərinə 

uyğun çıxış etmişlər. 

 

HÜQUQİ 

MƏSƏLƏLƏR: 

 

Azərbaycan  Respublikasınin  Cinayət  Prosessual  Məcəlləsinin  (bundan  sonra  CPM-nin) 



397.1-ci  maddəsinə  görə  apellyasiya  instansiya  məhkəməsi  birinci  instansiya  məhkəməsi 

tərəfindən  işin  faktiki  hallarının  müəyyən  edilməsinin,  habelə  cinayət  qanununun  və  CPM-nin 

normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 

Həmin  Məcəllənin  397.2-ci  maddəsinə  görə  birinci  instansiya  məhkəməsi  tərəfindən 

müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya 

şikayətinin  və  ya  apellyasiya  protestinin  hüdudlarında  yoxlanılır.  Birinci  instansiya  məhkəməsi 

tərəfindən  cinayət  qanununa  və  bu  Məcəllənin  normalarına  riayət  edilməsi  apellyasiya 

instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən 

asılı olmayaraq yoxlanılır. 

Məhkəmə kollegiyası  hesab edir ki, apellyasiya  şikayətinin dəlillərində  işin  faktiki  halları 




və  əməlin  hüquqi  tövsifi  mübahisələndirilməsə  də  CPM-nin  397.2-ci  maddəsinin  birinci 

instansiya  məhkəməsi  tərəfindən  cinayət  qanununa  və  bu  Məcəllənin  normalarına  riayət 

edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya 

protestinin  dəlillərindən  asılı  olmayaraq  yoxlanılmasına  dair  tələblərinə  müvafiq  olaraq  ilk 

növbədə  birinci  instansiya  məhkəməsi  tərəfindən  cinayət  və  cinayət-prosessual  hüquq 

normalarının  düzgün  tətbiq  edilib-edilməməsinə,  məhkum  olunmuş  şəxs  V.Səfərovun  törətmiş 

olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq 

təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. 

Məhkəmə  kоllegiyаsı  məhkəmə  istintаqı  аpаrmаdan  cinаyət  işinin  mаteriаllаrını  və 

apellyasiya  şikayətinin  dəlillərini  аrаşdırıb,  ittiham  və  müdafiə  tərəfinin  çıxışlarını  dinləyərək 

hesаb edir ki, aşağıda qeyd olunanlara görə аpellyаsiyа şikаyəti təmin olunmamalı, Astara rayon 

məhkəməsinin  1(018)-95/2016  №-li  02  avqust  2016-cı  il  tarixli  hökmü  apellyasiya  şikayətinə 

dəyişdirilmədən saxlanılmalıdır. 

Belə  ki,  birinci  instansiya  məhkəməsinin  mübahisə  olunan  hökmündən  görünür  ki, 

məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfin təqdim еtdiyi və məhkəmə istintaqında təqdiq 

оlunmuş sübutlаrа, yəni təqsirləndirilən şəхsin özünün qismən еtirafedici ifadəsi ilə yanaşı şаhid 

ifаdələri,  məhkəmə  fiziki-kimyəvi  və  məhkəmə-narkoloji  ekspertiza  rəylərinə  və  işdə  оlаn 

istintаq və  məhkəmə  hərəkətlərinə dаir digər sənədlərlə V.Səfərovun CM-nin 206.2 və 234.1-ci 

maddələri  ilə  müəyyən  edilmiş  cinayət  əməllərini  törətməsi  və  təqsirliliyinin  tam  sübuta 

yetirilməsinə,  təqsirləndirilən  şəxsə  ittiham  olunan  əməlin  cinayət  olmasını  aradan  qaldıran 

halların,  həmçinin  təqsirləndirilən  şəxsin  cinayət  məsuliyyətindən  azad  edilməsi  üçün  əsasların 

olmamasına görə, sonuncunun həmin maddələrlə  təqsirili bilinib cəzalandırılmalı olmasına dair 

yekun nəticəyə gəlmişdir. 

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi V.Səfərovun qeyd edilən 

cinayət  əməllərini  törətməsi  ilə  bağlı  yekun  nəticəyə  gələrkən  ibtidai  istintaq  orqanı  tərəfindən 

toplanmış  və  məhkəmə  iclasında  araşdırılıb  qiymətləndirilən  sübutlara  düzgün  istinad  etmiş, 

təqdim  olunan  sübutlar  tədqiq  edilmiş,  onlara  hüquqi  qiymət  verilmişdir.  Bu  səbəbdən  də 

məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. 

Apellyasiya  instansiya  məhkəməsində  məhkəmə  baxışı  zamanı  məhkəmə  kollegiyası 

cinayət  işinin  materiallarını  təhlil  edərək  belə  nəticəyə  gəlir  ki,  V.Səfərova  CM-nin  206.2  və 

234.1-ci  maddələri  ilə  elan  edilmiş  ittihamla  bağlı  istər  ibtidai  araşdırma  orqanı,  istərsə  də  işə 

baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək 

məhkumun  ittiham  olunduğu  cinayətlərin  törədilməsində  təqsirli  bilinməsi  haqda  mötəbər 

nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, 

mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə 

qərarı  qəbul  etmişdir.  Həmçinin  məhkum  edilmiş  şəxs  və  müdafiəçisinin  apellyasiya 

şikayətlərində,  habelə  məhkəmə  kollegiyasının  iclasında  müdafiə  tərəfinin  çıxışlarında  birinci 

instansiya  məhkəməsi  tərəfindən  müəyyən  edilmiş  işin  faktiki  halları  və  əməlin  hüquqi  tövsivi 

mübahisələndirilməmişdir. 

Qeyd  olunanlara  əsasən  məhkəmə  kollegiyası  hesab  edir  ki,  məhkum  edilmiş  şəxs 

V.Səfərovun  əməli  CM-nin  206.2  və  234.1-ci  maddələri  ilə  düzgün  tövsif  olunmuşdur  və  işə 

baxılarkən  cinayət  və  cinayət-prosessual  hüquq  normaları  düzgün  tətbiq  edilmişdir,  işin  faktiki 

halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və 

əsaslıdır.  Həmin  əməlin  cinayət olmasını  aradan  qaldıran  hallar,  həmçinin  V.Səfərovun  cinayət 

məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. 

Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, 

оbyеktiv  və  ədalət  mühakiməsinin  başqa  prinsiplərinə  əməl  еdilməklə  kеçirilmiş  məhkəmə 

istintaqında  təqsirləndirilən  şəхs  V.Səfərovun  müdafiə  hüquqları  tam  həcmdə  təmin  еdilmiş  və 

məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. 

Apellyasiya  şikayətindən  və  müdafiə  tərəfinin  çıxışlarından  görünür  ki,  apellyasiya 

şikayətində  cəzanın  ağırlığına  görə  ədalətsiz  olması,  hökm  çıxarılarkən  təqsirləndirilən  şəxsin 

məsuliyyətini  yüngülləşdirən  halların  kifayət  qədər  nəzərə  alınmaması  göstərilmiş  və  həmin 



əsaslarla  da  birinci  instansiya  məhkəməsinin  hökmünün  dəyişdirilərək  daha  yüngül  cəza  təyin 

olunması xahiş olunmuşdur. 

Məhkəmə  kollegiyası  məhkum  edilmiş  şəxs  V.Səfərova  təyin  edilmiş  cəza  məsələsini 

araşdırıb hesab edir ki, apellyasiya şikayətinin cəza təyin olunarkən birinci instansiya məhkəməsi 

tərəfindən cəzanı yüngülləşdirən halların nəzərə alınmaması və həmin əsaslarla da təyin olunmuş 

cəzanın  ağır  olması  barədə  dəlilləri  əsassızdır  və  birinci  instansiya  məhkəməsinin  sonuncuya 

təyin etdiyi cəza qanuni və ədalətli  olmuşdur. 

Belə ki, V.Səfərovun təqslrli bilindiyi CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən 

yeddi  ilədək,  CM-nin  234.1-ci  maddəsinin  sanksiyasında  isə  3  ilədək  müddətə  azadlıqdan 

məhrum etmə cəzasi müəyyən olunmuşdur. 

Birinci  instansiya  məhkəməsinin  mübahisə  olunan  hökmündən  görünür  ki,  məhkəmə 

V.Səfərova  cəza  təyin  edərkən  ilk  dəfə  az  ağır  cinayət  törətməsini,  törətmiş  olduğu  cinayət 

əməlini qismən etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar 

kimi və əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq onun CM-in 

206.2-ci  maddəsi  ilə 5 il  müddətə, CM-nin 234.1-ci  maddəsi  ilə 2 müddətə azadlıqdan  məhrum 

etmə  cəzasına  məhkum  edilməsi,  CM-nin  66.3-cü  maddəsinə  əsasən  ona  cinayətlərin  məcmusu 

üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Səfərov Vüqar Vaqif oğluna qəti cəza 5 il 

6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması qənaətinə gəlmişdir. 

Qeyd  olunanlardan  görünür  ki,  birinci  instansiya  məhkəməsi  təqsirləndirlən  şəxs 

V.Səfərova cəza təyin edilərkən onun təqsirləndirildiyi CM-nin 206.2-ci  maddəsi  ilə orta həddə 

cəza  təyin  edərək,  həmin  cəzaya  cinayətlərin  məcmuyu  qaydasında  CM  234.1-ci  maddəsi  ilə 

təyin  etdiyi  2  il  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasının  yalnız  6  ayını  qismən  toplamaqla 

qəti olaraq ona 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. 

Məhkəmə  kollegiyası  yuxarıda  qeyd  olunanlara  əsasən  hesab  edir  ki,  birinci  instansiya 

məhkəməsi  tərəfindən  V.Səfərova  cəza  təyin  olunarkən  törətdiyi  cinayətin  xarakteri  və  ictimai 

təhlükəlilik  dərəcəsi,  şəxsiyyəti,  cəzanı  yüngülləşdirən  hallar  və  cəza  təyin  etmənin  ümumi 

prinsiplərini  özündə  ehtiva  edən  CM-nin  8.1,  41.2,  58.1,  58.3,  59-cu  maddələrinin  tələbləri, 

habelə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  “Məhkəmələr  tərəfindən  cinayət 

cəzalarının  təyin  edilməsi  təcrübəsi  haqqında”  2003-cü  il  25  iyun  tarixli  04  №-li  qərarının 

tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq onaqanuni və kifayət qədər 

ədalətli cəza təyin olunmuşdur. 

Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza 

və  ya  digər  cinayət-hüquqi  xarakterli  tədbirlər  ədalətli  olmalıdır,  yəni  cinayətin  xarakterinə  və 

ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi  hallarına və cinayət törətməkdə təqsirli  bilinən 

şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 

CM-nin  41.2-ci  maddəsinə  əsasən  cəza  sosial  ədalətin  bərpası,  məhkumun  islah  edilməsi 

və  həm  məhkumlar,  həm  də  başqa  şəxslər  tərəfindən  yeni  cinayətlərin  törədilməsinin  qarşısını 

almaq məqsədi ilə tətbiq edilir. 

Həmin  Məcəllənin  58.3-cü  maddəsinə  əsasən  cəza  təyin  edilərkən  törədilmiş  cinayətin 

xarakteri  və  ictimai  təhlükəlilik  dərəcəsi,  təqsirkarın  şəxsiyyəti,  o  cümlədən  cəzanı 

yüngülləşdirən  və  ağırlaşdıran  hallar,  habelə  təyin  olunmuş  cəzanın  şəxsin  islah  olunmasına  və 

onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 

Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir 

ki,  məhkum  edilmiş  şəxs  tərəfindən  verilmiş  apellyasiya  şikayətinin  dəlilləri  konkret  hüquqi 

əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin 

işin  bütün hallarının araşdırılması  nəticəsində çıxarılmış  və  mahiyyətcə düzgün olan  hökmünün 

ləğv  olunaraq  məhkum  olunmuş  şəxsə  təyin  edilmiş  azadlıqdan  məhrum  etmə  cəzasının 

azadılması, yaxud barəsində CM-nin 62 və yaxud 70-ci maddəsinin tətbiq olunması üçün qanuni 

əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Astara rayon 

məhkəməsinin  1(018)-95/2016  №-li  02  avqust  2016-cı  il  tarixli  hökmü  apellyasiya  şikayətinə 

əsasən dəyişdirilmədən saxlanılmalıdır. 

Qeyd olunanlara əsasən və CPM-nin 397, 398.1.1, 407, 410 və 412-ci  maddələrini rəhbər 



tutaraq məhkəmə kollegiyası, 

 

QƏRARA 

ALDI: 

 

Astara rayon  məhkəməsinin  1(018)-95/2016  №-li  02  avqust  2016-cı  il  tarixli  hökmündən 



məhkum  edilmiş  şəxs  Səfərov  Vüqar  Vaqif  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayəti  təmin 

olunmasın. 

Astara  rayon  məhkəməsinin  1(018)-95/2016  №-li  02  avqust  2016-cı  il  tarixli  hökmü 

apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. 

Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. 

Qərardan  Azərbaycan  Respublikasının  CPM-nin  410-cu  maddəsində  nəzərdə  tutulmuş 

müddətlərdə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Cinayət  Kollegiyasına  kassasiya 

şikayəti və kassasiya protesti verilə bilər. 

 

 

Əsli ilə düzdür: 

 

Hakim:  



 

 

 

 

Etibar Camalov  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




 

 

 

 

Sədrlik edən:  

 

 

 

 

Etibar Camalov 

 

 

                Hakimlər:  

 

 

 

 

Kamran Əkbərov 

 

 

İsmayıl Əhmədov 

 

Yüklə 64,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə