Azərbaycan respublikasi. Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 13,1 Kb.
tarix24.02.2018
ölçüsü13,1 Kb.
#27628

AZƏRBAYCAN RESPUBLİKASI.

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ.

Fakültə: Uçot -İqtisad

İxtisas:Mühasibat uçotu və audit

Kurs:II


Qrup:498

Kafedra: Mühasibat uçotu

Tələbə:Əliyeva Nuranə

Mövzu: İnventarlaşma nəticələri, onun müəyyən olunma prinsipləri.

İnventarlaşma (latın. “inventarium” - “təsərrüfat əşyaları” deməkdir) – mühasibat uçotu göstəricilərinin əmlakın faktiki mövcudluğuna və kreditorlar qarşısında öhdəliklərin uçot sənədlərində tam əks olunmasına uyğunluğunun yoxlanmasıdır, başqa sözlə birliyin (müəssisənin, təşkilatın, idarənin və s.) balansında qeydiyyatda olan qiymətlərin, onların qorunub və düzgün saxlanmasının, vəsaitlərin alınması öhdəliklərinin və hüquqlarının, eləcə də, uçot göstəricilərinin reallığının və anbar təsərrüfatının aparılmasının mövcudluğunun vaxtaşırı yoxlanmasıdır. İnventarlaşmanın zəruriliyi, əvvəla, ümumiyyətlə, sənədləşməyə məruz qalmayan proseslərin mövcud olması ilə (təbii ziyan) və ikincisi, müəssisənin təsərrüfat əməliyyatları haqqında məlumatların təhrif olunması imkanı ilə (anbar əməliyyatlarının, tərtib olunması və uçotu zamanı səhvlər, sui-istifadələr, oğurluq və yeyinti, təsərrüfatsızlıq) şərtlənir. İnventarlaşma tam və ya qismən, planlı və qəfil, yaxud gözlənilməz formada olur.

İnventarlaşmanın keçirilməsi müəssisənin əmlakının icarəyə, satışa, ödəncə verilməsi zamanı, eləcə də, dövlət və bələdiyyə unitar müəssisənin çevrilməsi (dəyişilməsi) zamanı; illik mühasibat hesabatının tərtib edilməsi qarşısında; maddi məsul şəxslərin dəyişilməsi; oğurluq (yeyinti), sui-istifadə faktlarının və ya kortəbii hadisələr (yanğın, qəza və s.) zamanı əmlakın xarab olması faktlarının aşkar edilməsi; təşkilatın yenidən təşkili və ya ləğv edilməsi zamanı məcburidir. İnventarlaşma daim fəaliyyət göstərən inventarlaşma komisiyyası tərəfindən aparılır, onun tərkibinə administrasiyanın (müdiriyyətin), mühasibatlığın nümayəndələri və istehsalat işçiləri (mühəndislər, texniklər və s.) daxildir. Əmlak maddi məsul şəxsin məcburi iştirakçısı zamanı inventarlaşır. İnventarlaşma gedişində aşkar olunmuş artıq məbləğ mənfəətin artması kimi əks olunur, təbii itki norması hədlərində çatışmazlıqlar (pul çatışmazlıqları) istehsal xərclərinə silinir, təbii itki normasından artıq məbləğ təqsirkardan (günahkardan) tutulur. Əgər təqsirkarlar müəyyən olunmamışdırsa və ya məhkəmə onların irəli sürdüyü iddiadan imtina edirsə, onda itkilər maliyyə nəticələrinə silinir.

İnventarlaşma və onun növləri. Uçotun vacib tələblərindən biri onun göstəricilərinin həqiqi olmasına tələbatdan ibarətdir. Bu tələbata cavab olaraq, mühasibat uçotu məlumatları həqiqətə tamamilə müvafiq olmalıdır.

Bununla bərabər uçot məlumatları bəzən həqiqətlə düz gəlmir.Bu aşağıdakı səbəblər üzündən əmələ gələ bilər:



  1. Təbii sərvətlər – vəsaitlərin qıcqırma, çöküntü, temperaturun dəyişilməsi və ya havanın nəmliyinin təsiri, onların gəmiricilərlə, mikroblarla korlanması nəticəsində çəki və ya keyfiyyətinin dəyişilməsi, bu təsirlərlə əlaqədar dəyişmələr quruyub azalma, tozlanma, səpələnmə və i.a. adlanır.

  2. Vəsaitlərin qəbulu və ya buraxılması zamanı qeyri – həqiqilik ölçüdə səhv, səhv hesablama, səhv çəkmə nəticəsində vəsaitlərin başqa miqdarı və ya keyfiyyəti alınır.

  3. Uçotda səhv etmək – bu ilk sənədlərdə səhvə yol vermək, yekunlarda hesab səhvi, sənəd məlumatlarının səhv əks etdirilməsi və s. deməkdir.

  4. Oğurluq, maddi qiymətlilərin qəbulu və ya buraxılması zamanı çəkidə və ya ölçüdə aldatmaq, pul verən zaman hesabda aldatmaq və s., habelə vəsaitlərin birbaşa mənimsənilməsi üzündən vəsaitlərin mövcud olması arasındakı fərqi, vəsaitlərin qalıqlarını uçot məlumatları ilə dövrü olaraq yoxlamaqla aşkara çıxarmaq olar.

Natural qalıqlar xüsusi siyahıya alınmaq yolu ilə aşkara çıxarılır ki, bu da inventarlaşma adlanır.

Təsərrüfat vəsaitləri haqqında uçot məlumatları ilə onların faktiki miqdarının müvafiq olmasını təmin etmək üçün xidmət edən mühasibat uçotu üsuluna inventarlaşma deyilir.



Vəsaitlərin əhatəsinin bütövlüyündən asılı olaraq tam və ya qismən olmaqla inventarlaşma iki növə ayrılır. Tam inventarlaşma bütün təsərrüfat vəsaitlərini əhatə edir. Qismən inventarlaşma təsərrüfat vəsatlərinin hər hansı bir növünü əhatə edir. Məsələn, ancaq materialları və ya ancaq alıcılarla hesablaşmaları və s.
Yüklə 13,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə