Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü0,72 Mb.
#65352


 

AZƏRBAYCAN RESPUBLİKASI  

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ 

 

 

 

 

İnvestisiyanın təşviqi haqqında  



ARAYIŞ 

 

 

 

Hazırladı: 

Sənaye şöbəsinin Sənaye siyasəti 

sektorunun müdiri Zamin Bədirxanov  

 

 

 

BAKI – 2015 


 

MÜNDƏRİCAT 

 

 



Giriş ....................................................................................................................................................................... 3

 

İnvestisiyanın təşviqi ilə bağlı dünya təcrübəsi ...................................................................................................... 5

 

Azərbaycanda vəziyyət ........................................................................................................................................ 15

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Giriş 

Ölkənin iqtisadi inkişafını, onun rəqabətqabiliyyətliliyini və dünya ölkələrinə 

inteqrasiyasını  xarakterizə  edən  əsas  göstəricilərdən  biri  də  ölkə  iqtisadiyyatına 

qoyulan xarici investisiyanın həcmidir. İnvestisiya fəaliyyəti ölkədə ümumi sosial-

iqtisadi şəraitin yüksəlməsinə, əlavə iş yerlərinin açılmasına, yeni texnologiyaların 

tətbiq edilməsinə və öz töhfəsini verir. 

 Bu  baxımdan  investisiya  fəaliyyətində  böyük  əhəmiyyət  kəsb  edən  əsas 

məsələ investisiyaların təşviqi və səmərəli idarə edilməsidir.  



İnvestisiya  -  gəlir  (mənfəət)  və  ya  sosial  səmərə  əldə  etmək  məqsədi  ilə 

sahibkarlıq  və  digər  fəaliyyət  növləri  obyektlərinə  qoyulan  maliyyə  vəsaitindən, 

habelə maddi və intellektual sərvətlərdən ibarətdir. 

Belə vəsait və sərvətlərə  aşağıdakılar daxildir:  

 

pul  vəsaiti,  məqsədli  bank  əmanətləri,  kreditlər,  paylar,  səhmlər  və  digər 



qiymətli 

kağızlar; 

 

daşınar  və  daşınmaz  əmlak  (binalar,  qurğular,  avadanlıq  və  başqa  maddi 



sərvətlər); 

 



müvafiq  qaydada  rəsmiləşdirilmiş  elmi-təcrübi  və  digər  intellektual 

sərvətlər; 

 

bu  və  ya  digər  istehsal  növünün  təşkili  üçün  zəruri  olan  ancaq 



patentləşdirilməmiş,  texniki  sənədləşdirmə,  vərdiş  və  istehsalat-təcrübəsi 

kimi  tərtib  edilmiş  texniki,  texnoloji,  kommersiya  və  digər  biliklərin 

məcmusu (“nou-hau”); 

 



torpaqdan,  sudan  və  digər  ehtiyatlardan,  binalardan,  qurğulardan, 

avadanlıqdan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn və 

başqa əmlak hüquqları; 



 

başqa sərvətlər.  



  İnvestisiya  fəaliyyəti  -  investisiya  fəaliyyəti  investorların  investisiya 

qoyuluşu  və  onun  həyata  keçirilməsi  ilə  əlaqədar  bütün  hərəkətlərinin 

məcmusudur. 

Dünya bazarında ölkələr arasında xarici investisiyaların cəlb edilməsi ilə bağlı 

aparılan  güclü  rəqabət  həm  inkişaf  etmiş  ölkələr,  həm  də  inkişaf  etməkdə  olan 

ölkələr  tərəfindən  xarici  investisiyalarla  bağlı  normativ-hüquqi  bazanın 

formalaşdırılmasını tələb edir. 

Dövlətin  investisiya  siyasətinin  əsas  istiqamətləri  qanunvericilik  təminatı  və 

investorların hüquqlarının qorunması ilə bağlıdır. İnvestisiyaların həcminin artması 

birbaşa dövlət investisiya siyasəti ilə bağlı olan müvafiq normativ-hüquqi bazanın, 

iqtisadi şəraitin, informasiya təminatının təkmilləşdirilməsindən asılıdr. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



İnvestisiyanın təşviqi ilə bağlı dünya təcrübəsi 

Dünya təcrübəsində investisiyaların təşviqi baxımından əsasən istifadə olunan 

mexanizmlər aşağıdakılardır: 

-

 



vergitutma  subyektlərinin  və  obyektlərinin,  vergi  dərəcələrinin  və 

güzəştlərinin fərqləndirildiyi vergi sisteminin tətbiqi; 

-

 

kredit  və  amortizasiya  siyasətinin  həyata  keçirilməsi  ((o  cümlədən  əsas 



fondların  sürətli  amortizasiyası  yolu  ilə).  Amortizasiya  üzrə  güzəştlər, 

ayrı-ayrı  iqtisadi sahələr,  əsas  fondların və  avadanlığın  müxtəlif  növləri 

və elementləri üçün dəyişkən və fərqli müəyyən edilə bilər.); 

-

 



ayrı-ayrı  region,  sahə  və  istehsalatların  inkişafı  üçün  subvensiya, 

subsidiya büdcə borclarının verilməsi; 

-

 

dövlət norma və standartlarının müəyyənləşdirilməsi; 



-

 

antiinhisar tədbirlərin görülməsi; 



-

 

mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi; 



-

 

torpaqdan,  sudan  və  başqa  təbii  ehtiyatlardan  istifadə  şərtlərinin 



müəyyənləşdirilməsi; 

-

 



qiymətqoyma siyasətinin həyata keçirilməsi; 

-

 



investisiya layihələrinin ekspertizasının keçirilməsi. 

 Normal  investisiya  mühitinin  yaradılması  dövlətin  iqtisadi,  o  cümlədən 

investisiya  siyasətinin  əsas  vəzifələrindən  biri  kimi  özünü  göstərir.  İnvestisiya 

vasitəsi  ilə  ictimai  istehsalın  planlı  inkişafına  nail  olunur,  iqtisadiyyatın 

səmərəliliyi və tarazlığı təmin edilir, çəkilən xərclərin hər manatına görə daha çox 

məhsul  və  milli  gəlir  artımına  şərait  yaradılır.  İnvestisiya  əsas  fondların 

yaradılmasına  və  təkrar  istehsalına,  maddi  istehsalın  digər  formada  inkişafına 

kapital qoyuluşları şəklində həyata keçirilir. 




Dövlət  investisiya  fəaliyyətinin  tənzimlənməsində  müxtəlif  iqtisadi 

mexanizmlərdən  istifadə  edir.  Tənzimləmədə  əsasən  vergitutma  subyektlərinin  və 

obyektlərinin, vergi dərəcələrinin və güzəştlərinin fərqləndirildiyi vergi sisteminin 

tətbiqi nəzərdə tutulur. Bu baxımdan investisiya fəaliyyətinin stimullaşdırılmasının 

vergi  mexanizminin  xüsusiyyətlərinin  öyrənilməsi  və  investisiya  qoyuluşlarının 

prioritet istiqamətlərinin təhlili mühüm əhəmiyyət kəsb edir. 

Mövcud  praktikada  investisiyaların  təşviqi  ilə  bağlı  siyasət  dedikdə  xarici 

investisiyaların cəlb edilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəzərdə tutulur.  

Xarici  sərmayəli  firmalara  yüksək  əhəmiyyət  verdiyinə  baxmayaraq  Avropa 

Birliyi  (AB)  həm  investor  olaraq,  həm  də  birbaşa  xarici  investisiyaların  (BXİ) 

başlıca resipiyenti olaraq qalmaqdadır. 2013-cü ildə Avropa Birliyi ölkələrinə daxil 

olan  BXİ-nin  həcmi  2012-ci  il  ilə  müqayisədə  14%  artmışdır.  Bununla  belə  AB 

tərəfindən həyata keçirilən hər iki fəaliyyət 2007-ci ildəki pik səviyyədən aşağıdır. 

 

 



Avropada birbaşa xarici investisiyaların təşviqi 

Birbaşa  xarici  investisiyaların  cəlb  edilməsi  son  dövrlərdə  maliyyə  böhranı 

başladıqdan  sonra  Avropa  Birliyi  tərəfindən  getdikcə  artan  əsas  çağırışlardan 

biridir.  Buna  görə  də  aşağıda  sadalanan  bütün  siyasətlər  Avropa  Birliyinə 

investisiyaların cəlb edilməsi məqsədini daşıyır: 

-

 



Vahid bazarın (single market) genişləndirilməsi və dərinləşdirilməsi; 

-

 



Açıq və rəqabətli bazarın təmin edilməsi; 

-

 



Ümumi  Avropa  və  milli  tənzimləmə  ilə  bağlı  qanunvericiliyin 

təkmilləşdirilməsi; 

-

 

Avropa  infrastrukturunun  və  elmi  bazasının  genişləndirilməsi  və 



təkmilləşdirilməsi. 

Bu  siyasətlər  “Avropa  2020”  Strategiyasında  qeyd  olunan  davamlı  və 

hərtərəfli  (əhatəli)  inkişaf  məqsədlərinə  öz  töhfəsini  vermək  məqsədi  daşıyır. 

Əlavə olaraq təkmilləşdirilmiş bank əməliyyatları sistemi bank vasitəsi ilə maliyyə 

axınının təmin edilməsinə yardım edəcəkdir. 

Bununla  yanaşı  Avropa  Komissiyasının  İqtisadi  və  Maliyyə  Məsələləri  üzrə 

Ümumi  Direktorluğu  həm  investor,  həm  də  investisiyaların  resipiyenti  kimi 

dünyada,  Avropada  və  eləcə  də  üzv  ölkələrdə  birbaşa  xarici  investisiyaların 

analizini və qiymətləndirməsini  mütəmadi  olaraq həyata keçirir. Qurum  həmçinin 

BXİ-nin iqtisadiyyata təsiri ilə  bağlı təhlillər aparır, üzv ölkələrə investisiyaların 

təşviqi ilə bağlı məsləhətlər verir.  

İtaliya Respublikasının Hökuməti ixracın və investisiyaların dəstəklənməsinə 

böyük  əhəmiyyət  verir.  Burada  xüsusi  diqqət  kiçik  və  orta  sahibkarlığın 

stimullaşdırılmasına  ayrılır  ki,  bu  da  milli  gəlirin  80%-ni  formalaşdırır.  Dövlət 

dəstəyi əsasən 3 istiqamətdə həyata keçirilir: 

-

 



təşkilatı- texniki və informasiya dəstəyi; 


-

 

maliyyə dəstəyi; 



-

 

sığorta. 



Təşkilatı-texniki və informasiya dəstəyi 

İtaliyada  formalaşdırılan  və  hazırda  fəaliyyət  göstərən,  ixracatçılara  və 

investorlara təqdim olunan bu xidmət dövlət və ya özəl şirkətlər tərəfindən ödənişli 

və ya ödənişsiz formada  həyata keçirilir. 

Bu sahədə səlahiyyətli dövlət orqanı (22.12.2011 tarixli  214 nömrəli Qanun) 

İtaliyanın  İqtisadi  İnkişaf  Nazirliyinin  tabeliyində  olan  Xaricdə  İtaliyan 

Şirkətlərinin  Təşviqi  Agentliyidir  (İCE).  Agentlik  İtaliyanın  regionları,  ticarət-

sənaye  palataları, sahəvi  assosiasiyalarla  və  xarici  ofisləri  (93)  ilə  sıx  əməkdaşlıq 

edir. 

İtalyan  məhsullarına  əhəmiyyətli  dərəcədə  olan  tələb  və  ixracyönlü  İtaliya 



iqtisadiyyatını  nəzərə  alaraq  xaricdə  fəaliyyət  göstərən  yerli  şirkətlərin  təşviq 

edilməsi məqsədi ilə Agentlik və İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2012-ci ildə 

yeni interaktiv platforma olan “The Made in Italy Portal” (

www.madeinitaly.gov.it

 

) təqdim edilmişdir. 



Maliyyə dəstəyi və digər maliyyə yardımlarından istifadə 

Hazırda  ixracla  məşğul  olan  İtaliya  şirkətlərinə  ödənişlərdə  “bonifikasiya” 

yolu ilə güzəştli kreditləşmə əldə edirlər. Bonifikasiya - mövcud kredit dərəcələrini 

tənzimləmək  məqsədi ilə  iqtisadiyyatın  müəyyən  sahələrinin və  ya  müəyyən  qrup 

kreditə  ehtiyacı  olan  subyektlərin  subsidiyalaşdırılması  (məqsədli,  əvəzsiz 

vəsaitlərin  verilməsi)  əmtəənin  keyfiyyətinin,  eləcə  də  digər  göstəricilərinin 

müqavilədə  nəzərdə  tutulandan  üstün  olmasına  görə  satış  qiymətinin  artırılması 

deməkdir. 




İtaliyada  xarici  investisiyaların  cəlb  edilməsi  ilə  bağlı  koordinasiya  işlərini 

İnvestisiyaların  Cəlb  edilməsi  və  Sahibkarlığın  İnkişafı  Agentliyi  (İnvİtaliya) 

həyata  keçirir.  Agentlik  təşkilatı-hüquqi  formasına  görə  səhmdar  cəmiyyətdir  və 

yeganə  səhmdarı  İqtisadiyyat  və  Maliyyə  Nazirliyidir.  “İnvİtaliya”  xarici 

investisiyalar  üçün  əsas  prioritet  sahələri  müəyyən  edir:  İKT,  loqistika, 

bərpaolunan enerji, turizm, innovasiya və elmi-tədqiqat və sair. 

İspaniyada  investisiyaların  tənzimlənməsi  sahəsində  ən  mühüm  istiqamətlər 

maliyyə  sektorunda  və  əmək  qanunvericiliyi  (işə  götürmə  və  işdən  azad  etmə  ilə 

bağlı  işəgötürənlərin  hüquqlarının  artırılması)  sahəsində  həyata  keçirilən 

islahatlardır.  Bu  cür  tədbirlər  investisiya  sahəsində  çətinliklər  olan  digər  inkişaf 

etmiş ölkələr üçün də aktualdır. 

Ümumiyyətlə  investisiya  fəaliyyətinin  stimullaşdırılması  ilə  bağlı  dövlət 

tərəfindən  həyata  keçirilən  digər  tədbirlər  qrupuna  vergi  güzəştləri  (vergi 

dərəcəsinin  azaldılması,  digər  ölkələrlə  vergi  müqavilələri),  xüsusi  (konkret) 

investisiya  layihələrinin  stimullaşdırılması,  maliyyə  güzəştləri  (güzəştli  kreditlər, 

investisiya  qarantı,  faizsiz  kreditlər),  infrastruktur  təminatı  (investisiya  fəaliyyəti 

üçün  zəruri  ərazi  ilə  təmin  olunma  və  ya  güzəştli  qiymətlərlə  təmin  olunma), 

proteksionist tədbirlər daxildir. 

Türkiyədə tətbiq olunan investisiyaların təşviqi sistemi Türkiyə Respublikası 

Nazirlər  Kabinetinin  2012-ci  19  iyun  il  tarixli  “İnvestisiyalara  dövlət  dəstəyi 

haqqında Qərar”ı ilə qüvvəyə minmişdir. 

Təşviq tədbirləri 

“İnvestisiyalara dövlət dəstəyi haqqında Qərar”da nəzərdə tutulan dəstəklərin 

həyata  keçirilməsi  məqsədi  ilə  regionlar  sosial-iqtisadi  inkişaf  səviyyəsindən  asılı 

olaraq  6  bölgəyə  ayrılmışdır.  Türkiyədə  həyata  keçirilən  dəstək  tədbirlərinə 

aşağıdakılar aiddir: 




 

İdxalda ƏDV-dən azad olunma ; 

 

Gömrük  rüsumundan azad olunma;  



 

Vergi güzəşti; 

 

Sosial sığorta dəstəyi; 



 

Torpağın ayrılması; 

 

Kredit faizi dəstəyi; 



 

ƏDV-nin qaytarılması. 

Təşviq  tədbirləri  sənaye  zonalarını  da  əhatə  edir.  Bəzi  hallarda  sənaye 

zonaları  üçün  daha  güzəştli  şərtlər  nəzərdə  tutulur.  Məsələn:  güzəştin  həcmi 

artırılır və müddəti uzadılır. 

Tətbiq  edilən  investisiyaların  təşviqi  sistemində  yer  alan  dəstək  tədbirləri  də 

öz  növbəsində    regionların  sosial-iqtisadi  inkişafından  asılı  olaraq  4  qrupa 

bölünür: 



1.

 

Ümumi təşviq tədbirləri 

-

 



İdxalda ƏDV-dən azad olunma; 

-

 



Gömrük rüsumundan azad olunma. 

2.

 

İrimiqyaslı investisiyaların təşviqi  

-

 



İdxalda ƏDV-dən azad olunma; 

-

 



Gömrük rüsumundan azad olunma; 

-

 



Vergi güzəşti; 

-

 



Sosial sığorta dəstəyi; 

-

 



Torpağın ayrılması. 

3.

 

Regionlara investisiyaların təşviqi  

Regionlara investisiyaların təşviqində başlıca şərt: müəyyən edilmiş sektorlar 

üzrə minimum investisiya tələbinə əməl etmək, regiona investisiya qoymaqdır 



(ölkə  inkişaf  səviyyəsinə  görə  6  regiona  bölünür,  hər  regiona  tətbiq  edilən 

güzəşt səviyyəsi fərqlənir). 



4.

 

Strateji investisiyaların təşviqi  

Strateji  investisiyaların  təşviqində  başlıca  şərt:  müəyyən  edilmiş  sektorlar 

üzrə  minimum  investisiya  tələbinə  əməl  etməkdir  (50  mln.  lira);  istehsal 

olunacaq  mal  üzrə  daxili  bazarda  idxalın  payı  50%-dən  çox  olmalıdır; 

yaradılacaq  əlavə  dəyər  yüksək  olmalıdır  (40%-dən  yuxarı);  istehsal 

olunacaq məhsul üzrə son il ərzində minimum 50 mln. dollarlıq idxal (yerli 

istehsalı olmayan məhsullar üçün bu şərt zəruri deyil) olmalıdır.  

-

 



İdxalda ƏDV-dən azad olunma; 

-

 



Gömrük  rüsumundan azad olunma;  

-

 



Vergi güzəşti; 

-

 



Sosial sığorta dəstəyi; 

-

 



Torpağın ayrılması; 

-

 



Kredit faizi dəstəyi; 

-

 



ƏDV-nin qaytarılması. 

İdxalda  ƏDV-dən  azad  olunmada  -  Maşın və  avadanlıqların idxalda  ƏDV-

dən azad olunması nəzərdə tutulur. 

 

Gömrük    rüsumundan  azad  olunmada  -  Maşın  və  avadanlıqların  idxalda 

gömrük rüsumundan azad olunması nəzərdə tutulur. 

 

Vergi güzəşti bir sıra mərhələlərdən ibarətdir. 



mərhələ 



Ümumi 

vergi 

güzəştinin 

investisiyaya  nisbətinin 

müəyyənləşdirilməsi 



Qoyulacaq  investisiyanın  neçə  faizi  həcmində  vergi  güzəştinin  tətbiq 

ediləcəyi  müəyyənləşdirilir.  Şərti  olaraq  vergi  güzəştinin  investisiyaya  nisbətini 

20% qəbul edək. 

II mərhələ - Ümumi vergi güzəştinin məbləğinin hesablanması 

İnvestisiyanın  həcmini  vergi  güzəştinin  investisiyaya  nisbətinə  vurmaqla 

vergi  güzəştinin  həcmi  hesablanır.  10000  manat  dəyərində  investisiya  üçün  vergi 

güzəştinin məbləği: 

10000 AZN  X  20% = 2000 AZN 

III mərhələ - Ümumi vergi güzəşti məbləğinin müddətlər üzrə bölünməsi 

Müəyyən edilmiş ümumi vergi güzəşti məbləğinin hansı hissəsinin layihənin 

tikintisi,  hansı  hissəsinin  isə  layihənin  fəaliyyəti  dövründə  tətbiq  ediləcəyi 

müəyyənləşdirilir. Şərti olaraq müəyyən edilmiş ümumi vergi güzəştinin 10%-nin 

layihənin tikintisi dövründə, qalan 90%-nin isə layihənin fəaliyyəti dövründə tətbiq 

ediləcəyini qəbul edək. 

Layihənin tikintisi dövrü üçün vergi güzəştinin məbləği  

2000 AZN X 10% = 200 AZN 

Layihənin fəaliyyət dövrü üçün vergi güzəştinin məbləği 

2000 AZN X 90% = 1800 AZN 

 

IV mərhələ - Vergi endirimi 



Vergi endirimi müəyyən dövr üçün hesablanmış verginin maksimum nə qədər 

hissəsinə  güzəşt  tətbiq  ediləcəyini  göstərir.  Bu  güzəştlərin  cəmi  ümumi  vergi 

güzəştinin məbləğindən çox ola bilməz. Məsələn:  

İlin sonuna hesablanmış vergi – 400 AZN, Vergi endirimi – 50%  

İlin sonuna vergi güzəşti – 400 AZN * 50 % = 200 AZN 

Vergi  güzəştlərinin  cəmi  ümumi  vergi  güzəştinə  çatanadək  güzəştlər  tətbiq 

olunur. 200 AZN * 10 il = 2000 AZN  

 

Sosial sığorta dəstəyi 

Sosial sığorta  dəstəyi  məcburi dövlət  sosial sığorta  haqqının  işəgötürənə  aid 

olan hissəsinin (minimum əmək haqqına düşən hissəsi) ödənilməməsi deməkdir. 



I mərhələ - maksimum dəstək həddinin müəyyənləşdirilməsi 

Sosial  sığorta dəstəyində  maksimum  dəstək  həddinin  investisiya  qoyuluşuna 

nisbəti  müəyyənləşdirilir.  Daha  sonra  maksimum  dəstək  həddi  hesablanır. 

Məsələn: 

Maksimum dəstək həddinin investisiya qoyuluşuna nisbəti – 10%  

İnvestisiya qoyuluşu 10000 AZN;  

Maksimum dəstək həddi 1000 AZN (10000 AZN * 10%) 

II mərhələ - dəstək müddətinin müəyyənləşdirilməsi 

Dəstək müddəti 2 il ilə 10 il arasında dəyişir.  




Torpağın ayrılması dəstəyi – Bu dəstək növündə regionlarda həyata keçirilən 

irimiqyaslı  və  strateji  layihələrə  dövlət  torpaq  fondundan  ərazilərin  ayrılması 

nəzərdə tutulur. 

Kredit  faizi  dəstəyi  -  layihənin  həyata  keçirilməsi  məqsədi  ilə  alınan 

kreditlərin faiz dərəcələrinin bir hissəsinin dövlət tərəfindən ödənilməsi deməkdir. 



I mərhələ - dəstəyin maksimum həddinin müəyyənləşdirilməsi  

Dəstəyin  maksimum  həddi  minimum  investisiya  tələbinin  faiz  nisbəti  olaraq 

müəyyənləşdirilə bilər. 

II  mərhələ  -  dəstəklənəcək  faiz  bəndinin  müəyyənləşdirilməsi:  məsələn  –  3% 

bəndi. 


ƏDV-nin  qaytarılması  tədbiri    -  müəyyən  məbləğdən  yüksək  inşaat 

xərclərində yaranan ƏDV-nin qaytarılmasını nəzərdə tutur. 

 

 

 



 

 

 



 

 



Azərbaycanda vəziyyət 

 

“Qanunvericilik” 

Azərbaycanda investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin 

toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması 13 yanvar 

1995-ci  il  tarixli  “İnvestisiya  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu və 15 yanvar 1992-ci il tarixli “Xarici investisiyanın qorunması haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu  və  bir  sıra  normativ-hüquqi  aktlarla 

tənzimlənir.  

 

Dövlət investisiya siyasəti 

Azərbaycanın  uzunmüddətli  dövrdə  dayanıqlı  və  tarazlı  inkişafının  təmin 

edilməsində investisiyaların cəlb edilməsi xüsusi rol oynayır. İnvestisiyaların tələb 

olunan  həcm  və  keyfiyyətinin  təmin  edilməsi  məqsədi  ilə  ölkədə  investisiya 

mühitinin  daha  da  yaxşılaşdırılması  qarşıda  duran  əsas  vəzifələrdəndir.  Bunun 

üçün aşağıda qeyd olunantədbirlər həyata keçirilir:  

-

 

şəxsi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsi; 



-

 

mülkiyyətin formasından asılı olmayaraq bütün investorlar üçün daha  əlverişli 



rəqabət mühitinin yaradılması; 

-

 



stabil  normativ-hüquqi  rejimin  təmin  edilməsi  məqsədi  ilə  dövlətin  rolunun 

artırılması; 

-

 

investisiya fəaliyyətinin normativ-hüquqi bazasının daha da təkmilləşdirilməsi



-

 

investisiya  obyektlərinin  seçimi  və  təhlili  məqsədi  ilə  müəssisələr  haqqında 



investorların məlumatlandırılması sisteminin yaxşılaşdırılması; 

-

 



əmanətlərin  investisiyalara  səmərəli  transformasiyasını  təmin  edən  müasir 

institusional infrastrukturun inkişaf prosesinə yardımın artırılması;  




-

 

biznesin  informasiya  təminatının  yaxşılaşdırılmasına,  mühasibat  uçotunun  və 



statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması. 

İnvestisiya fəaliyyəti ilə bağlı müvafiq dövlət qurumları 

“Azərbaycan İnvestisiya Şirkəti" ASC 

“Azərbaycan  İnvestisiya  Şirkəti"  Açıq  Səhmdar  Cəmiyyəti  (AİŞ) 

Azərbaycan  Respublikası  Prezidentinin  2006-cı  il  30  mart  tarixli  1395  nömrəli 

“İnvestisiya  fəaliyyətinin  təşviqi  üzrə  əlavə  tədbirlər  haqqında”  Sərəncamı  ilə 

yaradılmışdır.  AİŞ-in  əsas  məqsədi  mövcud  və  yeni  kommersiya  müəssisələrinə 

yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya 

qoyuluşları  vasitəsilə  Azərbaycan  ərazisində  iqtisadiyyatın  qeyri-neft  sektorunun 

inkişaf etdirilməsidir. 



Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 

Dövlət  və  özəl  sektorun  birgə  təşəbbüsü  olan  Azərbaycanda  İxracın  və 

İnvestisiyaların  Təşviqi  Fondu  (AZPROMO)  Azərbaycan  Respublikasının 

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2003-cü ildə təsis edilmişdir. Təşkilatın 

əsas  fəaliyyət  istiqamətlərindən  biri  xarici  investorlar,  yerli  istehsalçılar  və 

hökumət arasında körpü funksiyasını həyata keçirməkdən ibarətdir. 



Sənayeyə dəstək tədbirləri  

Sənaye parklarında nəzərdə tutulan tədbirlər 

Azərbaycan  Respublikası  Prezidentinin  2013-cü  il  24  aprel  tarixli,  865 

nömrəli  Fərmanı  ilə  təsdiq  olunmuş  “Sənaye  parkları  haqqında  Nümunəvi 

Əsasnamə”yə  görə  sənaye  parkı  ilə  bağlı  aşağıdakı  stimullaşdırıcı  tədbirlər 

müəyyən edilə bilər: 

-

 



vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər (Azərbaycan Respublikası 

Vergi  Məcəlləsinə  əsasən,  sənaye  parklarının  rezidentləri  üçün  geniş 




güzəştlər  tətbiq  edilir.  Qanunvericiliyə  əsasən  rezidentlər  7  il  müddətinə 

əmlak,  torpaq,  mənfəət  vergisindən,  eləcə  də  istehsal  məqsədi  ilə  idxal 

etdikləri avadanlıqlara görə ƏDV-dən azad olunurlar); 

-

 



sənaye parkının infrastrukturla təmin edilməsi; 

-

 



torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi

-

 



güzəştli kreditlərin verilməsi; 

-

 



inzibati prosedurların sadələşdirilməsi; 

-

 



sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili; 

-

 



istilik  və  elektrik  enerjisinin,  suyun  və  qazın  satışına,  tullantı  sularının 

axıdılmasına  və  məişət  tullantılarının  yığılmasına  görə  güzəştli  tariflərin 

tətbiqi. 

 

Sənaye məhəllələrində nəzərdə tutulan tədbirlər 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli, 

186  nömrəli  Qərarı  ilə  təsdiq  olunan  “Sənaye  məhəllələri  haqqında  Nümunəvi 

Əsasnamə”yə  görə  sənaye  məhəlləsi  ilə  bağlı  aşağıdakı  stimullaşdırıcı  tədbirlər 

müəyyən edilə bilər: 

-

 



“Torpaq  icarəsi  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  14-cü 

maddəsinin  5-ci  hissəsinə  və  “İcarə  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun    8-ci  maddəsinin  1-ci  hissəsinin  ikinci  abzasına  əsasən  torpaq 

sahəsinin və tikililərin icarə haqqının aşağı həddə müəyyən edilməsi; 

-

 

Güzəştli kreditlərin verilməsi; 



-

 

İnzibati prosedurların sadələşdirilməsi; 



-

 

Sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili. 



 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə