Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ q ə r a r №04Q



Yüklə 281 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü281 Kb.
#54911


AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ 

  

Q Ə R A R  

  

№ 04Q 

  

Bakı şəhəri                                                                                                  2 may 



2012-ci il 

  

“Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki 

şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil 

edilməsi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında 

  

Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  “Toxumçuluq  haqqında” 

Azərbaycan  Respublikasının  1997-ci  il  11  mart  tarixli  257-IQ  nömrəli  Qanununun 

tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 

569  nömrəli  Fərmanının  3-cü  hissəsinin  1-ci  abzasını,  Azərbaycan  Respublikası 

Prezidentinin  2005-ci  il  20  aprel  tarixli  226  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş 

“Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  haqqında  Əsasnamə”ni  və 

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 

20-ci maddəsini rəhbər tutaraq 

  

QƏRARA ALIR: 

  

1.  “Kənd  təsərrüfatı  bitkiləri  toxumçuluğu  ilə  məşğul  olan  hüquqi  və  fiziki 



şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi 

barədə Əsasnamə” təsdiq edilsin (əlavə edilir). 

2.  Tapşırılsın  Aparatın  Hüquq,  kadr  və  yerli  orqanlarla  iş  şöbəsinin  müdiri  İlqar 

Həsənova: 

“Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin 

attestasiyadan  keçirilməsi  və  toxum  istehsalçılarının  reyestrinə  daxil  edilməsi  barədə 

Əsasnamə”nin 

qanunvericiliklə 

müəyyən 

olunmuş 


qaydada 

Azərbaycan 

Respublikasının  Hüquqi  Aktların  Dövlət  Reyestrinə  daxil  edilməsi  üçün  Azərbaycan 

Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsin. 

  

  

Nazir                                                                                                        İsmət 



Abasov 

  

  



 

 

 



 


  

“Təsdiq edilmişdir” 

Azərbaycan Respublikasının 

Kənd Təsərrüfatı Nazirliyi 

Qərar № 04Q 

2 may 2012-ci il 

  

Nazir ___________İsmət Abasov 

  

  

Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin 

attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi 

barədə 

  

Ə S A S N A M Ə  

  

1. Ümumi müddəalar 



  

1.1. 


Bu 

Əsasnamə 

“Toxumçuluq 

haqqında” 

Azərbaycan 

Respublikası Qanununun 

tətbiq 

edilməsi 



barədə” Azərbaycan 

Respublikası 

Prezidentinin  1997-ci il 7 aprel tarixli 569 nömrəli Fərmanının 3-cü hissəsinin birinci 

abzasının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və kənd təsərrüfatı bitkiləri 

toxumçuluğu  ilə  məşğul  olan  hüquqi  və  fiziki  şəxslərin  attestasiyadan  keçirilməsi  və 

toxum istehsalçılarının reyestrinə daxil edilməsi qaydalarını müəyyən edir. 

1.2. Bu Əsasnamədə aşağıdakı anlayışlardan istifadə olunmuşdur: 

1.2.1. Attestasiya  Komissiyası – kənd  təsərrüfatı  bitkiləri  toxumçuluğu  ilə 

məşğul 

olan 


hüquqi 

və 


fiziki 

şəxslərin 

attestasiyadan 

keçirilməsi məqsədilə Azərbaycan 

Respublikasının 

Kənd 


Təsərrüfatı 

Nazirliyinin nümayəndələrindən təşkil olunan komissiya; 

1.2.2. Şəhadətnamə - attestasiyanın yekunlarına əsasən toxum istehsalçılarının 

reyestrinə  daxil  edilmiş  hüquqi  və  fiziki  şəxslərə toxumçuluq  fəaliyyəti  ilə  məşğul 

olmaq hüququ verən sənəd. 

  

2. Attestasiya Komissiyası 



  

2.1.  Kənd  təsərrüfatı  bitkiləri  toxumçuluğu  ilə  məşğul  olan  hüquqi  və  fiziki 

şəxslərin  toxum  istehsalçılarının  reyestrinə  daxil  edilməsi  üçün  Azərbaycan 

Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin nümayəndələrindən  5  (beş)  nəfərdən 

ibarət attestasiya komissiyası 

yaradılır. Komissiyanın 

sədri 

bu nümayəndələrin 



sırasından seçilir. 

Attestasiya  Komissiyasının  iclası  onun  üzvlərinin  azı  dördü  iştirak  etdikdə 

səlahiyyətli  hesab  olunur,  Komissiyanın  qərarları  sadə  səs  çoxluğu  ilə  qəbul  edilir, 

səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici səs sayılır. 




2.2. Attestasiya Komissiyasının səlahiyyətlərinə aşağıdakılar daxildir: 

-  kənd  təsərrüfatı  bitkiləri  toxumçuluğu  ilə  məşğul  olan  hüquqi  və  fiziki 

şəxslərin attestasiyadan keçirilməsi; 

- hüquqi və fiziki şəxslərin toxum istehsalçılarının reyestrinə daxil edilməsi; 

- attestasiyanın keçirilmə  proseduru,  tarixi  barədə attestasiyanın keçirilməsinə 

15 gün  qalmış yazılı bildirişin göndərilməsi. 



  

3. Kənd təsərrüfatı bitki toxumları və tinglərinin istehsalı ilə məşğul olmaq 

istəyən hüquqi və fiziki şəxslərə dair (qoyulan) tələblər 

  

3.1.  Kənd  təsərrüfatı  bitki  toxumları  və  tinglərinin  istehsalı  ilə  məşğul  olmaq 



istəyən hüquqi və fiziki şəxslərin toxum istehsalçılarının reyestrinə daxil edilməsi üçün 

tələblər aşağıdakılardır: 

3.1.1. 2 ildən az olmayaraq toxumçuluq fəaliyyəti üzrə iş təcrübəsi; 

3.1.2.  toxum  və  yaxud  ting  istehsalı  ilə  məşğul  olmaq  üçün 

mülkiyyətində,  icarəsində  və  ya  istifadəsində  aşağıda  göstərilən  torpaq  sahəsinin 

olması: 


- taxıl toxumçuluğu üzrə minimum 50 hektar; 

- pambıq toxumçuluğu üzrə minimum 15 hektar; 

- meyvə, üzüm və çay tingliyi üzrə minimum 1 hektar; 

- tərəvəz toxumçuluğu  üzrə minimum 5 hektar; 

3.1.3. 

bölgənin 



torpaq-iqlim 

şəraitindən 

asılı 

olaraq 


elmi 

cəhətdən  əsaslandırılmış toxumçuluq üzrə növbəli əkin sisteminə əməl olunması; 

3.1.4. dəmyə torpaqlarda son 3 ildə əkin strukturunda ən azı 16% herik (dincə 

qoyulmuş) sahələrinin  saxlanması; 

3.1.5. mövsüm ərzində becərilən bitki növlərinin sayının 2-dən çox olmaması; 

3.1.6. toxumçuluq məqsədi ilə becərilən bitki üzrə sortların sayının 2-dən  artıq 

olmaması; 

3.1.7.  toxumçuluq  və  tingçilik  təsərrüfatının  anbarlarında  və  əkin  sahəsində 

karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin olmaması; 

3.1.8.  toxumların  və  yaxud  tinglərin  istehsalı  üçün  kifayət  qədər  zəruri 

texnikaların, o cümlədən toxumtəmizləyən, toxumdərmanlayan və s. olması; 

3.1.9.  istehsal  olunmuş  toxum  sortlarının  qarışmasına  yol  verməmək  üçün 

kifayət 

qədər 


ixtisaslaşdırılmış 

xırmanın, 

anbar 

binalarının 



və 

üstü 


örtülü  asfaltlaşdırılmış meydançaların olması; 

3.1.10.  bölgə  üçün  müəyyən  edilmiş  aqrotexniki  tədbirlər  kompleksinə 

əməl  edilməsi; 

3.1.11.  toxumların və yaxud tinglərin becərilmə sxeminin olması; 

3.1.12.  təsərrüfatda  istehsal  olunmuş  və  satılmış  toxumların  hər  bir  bitki  və 

sortlar  üzrə  ayrılıqda  uçotunun  aparması,  onların  mənşəyi,  keyfiyyəti  (səpin  aktı, 

əkinlərin  qəbulu,  əkinlərin  aprobasiyası,  biçin,  məhsulun  mədaxili,  təmizlənməsi, 

satılması, toxumun sertifikatı, toxumun kondisiyalılığı) barədə sənədlərin olması; 




3.1.13.  toxumçuluğa  aid  hesabat  materiallarının  3  il  ərzində  saxlanılmasının 

təmin  edilməsi. 

3.2.  Kənd  təsərrüfatı  bitki  toxumları  və  tinglərinin  istehsalı  ilə  məşğul  olmaq 

istəyən  hüquqi  və  fiziki  şəxslər  toxum  istehsalçılarının  reyestrinə  daxil  edilmək  üçün 

Kənd  Təsərrüfatı  Nazirliyinə  ərizə  təqdim  edirlər.  Ərizəyə  aşağıdakı  sənədlər  əlavə 

olunur: 


- hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti; 

- fiziki  şəxsin vergi orqanlarında uçota alınması haqqında şəhadətnamənin və 

şəxsiyyət vəsiqəsinin surəti; 

- torpağa mülkiyyət və ya 3 (üç)  illik icarə və ya istifadə hüququnu təsdiq edən 

sənədin surəti; 

-  toxum  və  tinglərin  istehsalı  ilə  bilavasitə  məşğul  olan  mütəxəssislər 

barədə  məlumat; 

- istehsal fəaliyyəti üçün maddi-texniki bazanın mövcudluğunu və təsərrüfatın 

bu  Əsasnamədə  göstərilmiş  tələblərə  cavab  verməsini  təsdiq  edən  rayon  dövlət 

toxum müfəttişliyinin rəyi; 

- əkin sahəsində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin 

olmaması barədə rayon bitki mühafizə mərkəzinin rəyi; 

-  karantin  tətbiq  edilən  və  xüsusi  təhlükəli  zərərli  orqanizmlərin  olmaması 

barədə karantin ekspertizasının şəhadətnaməsi. 

3.3.  Hüquqi  və  fiziki  şəxslər  rəy  verilməsi  üçün  rayon  dövlət  toxum 

müfəttişliyinə  və  bitki  mühafizə  mərkəzinə  ərizə  ilə  müraciət  edirlər.  Rayon  dövlət 

toxum müfəttişliyi və bitki mühafizə mərkəzi 15 (on beş) gün müddətində təsərrüfatın 

bu Əsasnamədə göstərilmiş tələblərə cavab verməsi və əkin sahəsində karantin tətbiq 

edilən  və  xüsusi  təhlükəli  zərərli  orqanizmlərin  olub-olmaması  barədə  rəy 

verməlidirlər. Rəy verilməsindən imtina edilə bilməz. 

3.4. Müraciət yazılı və ya elektron formada təqdim edilir (göndərilir). 

3.5.  Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  hüquqi  və  fiziki 

şəxslərin müraciətindən  sonra  bir  ay  müddətində  sənədlərə  baxaraq,  bu 

barədə hüquqi  və  fiziki  şəxslərə  yazılı  məlumat  verməklə toplanmış  sənədləri toxum 

istehsalçılarının reyestrinə daxil edilməsi üçün Attestasiya Komissiyasına təqdim edir. 

3.6.  Təqdim  olunmuş  sənədlərdə  çatışmazlıqlar  aşkar  edildikdə  bu  barədə 

hüquqi və ya fiziki şəxsə yazılı məlumat verilir. Hüquqi və ya fiziki şəxslər tərəfindən 

10 (on) gün müddətində çatışmazlıqları aradan qaldırıldıqdan sonra sənədlər yenidən 

təqdim olunur. 

  

4. Toxumçuluq və ya tingçilik təsərrüfatının attestasiyadan keçirilməsi və toxum 



istehsalçılarının reyestrinə daxil edilmiş fiziki və ya hüquqi şəxslərə 

şəhadətnamənin verilməsi 

  

4.1. Attestasiya  Komissiyası toxumçuluq  və  tingçilik  təsərrüfatlarını  toxum 

istehsalçılarının reyestrinə daxil edilməsi üçün attestasiyadan keçirir. 



4.2.  Toxumçuluq  və  tingçilik  təsərrüfatları  yenidən  attestasiyadan  3  (üç)  ildən 

bir keçirilir. 

4.3. Attestasiyadan  keçirilmiş toxumçuluq  və  tingçilik  təsərrüfatları  toxum 

istehsalçılarının  reyestrinə  daxil  edildikdən  sonra  onlara  Kənd  Təsərrüfatı  Nazirliyi 

tərəfindən  toxumçuluq  və  tingçilik  fəaliyyəti  ilə  məşğul  olmaq hüququ 

verən şəhadətnamə verilir (Əlavə № 1). 

4.4.  Şəhadətnamə  itdikdə  və  ya  məhv  olduqda  şəhadətnamənin  yenidən 

alınması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət oluna bilər. 

4.5. Hüquqi və fiziki şəxs şəhadətnamədən yalnız özü istifadə edə bilər. 

4.6.  Şəhadətnamə  Kənd  Təsərrüfatı  Nazirliyi  tərəfindən  xüsusi  formada  nəşr 

edilir, ardıcıl nömrələnir və xüsusi jurnalda uçotu aparılır. 

  

5. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki 

şəxslərin toxumçuluq fəaliyyətinə nəzarət 

  

5.1.  Toxum  istehsalçılarının  dövlət  reyestrinə  daxil  edilmiş  hüquqi  və  fiziki 



şəxslərin  toxumçuluq  fəaliyyətinə  nəzarət  Kənd  Təsərrüfatı  Nazirliyi  tərəfindən 

“Sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların  tənzimlənməsi  və  sahibkarların 

maraqlarının  müdafiəsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə 

tutulmuş hallarda və qaydada həyata keçirilir.

[1]

 

5.1.1.  Fəaliyyət  növünün  həyata  keçirilməsini  tənzimləyən  normativ  hüquqi 



aktların tələblərinə riayət  edilməsinə nəzarət etmək; 

5.1.2.  Nəzarət  zamanı  ortaya  çıxan  pozuntulara  aid  müvafiq  arayışlar  tələb 

etmək; 

5.1.3.  Nəzarətin  nəticəsinə  dair  pozuntular  və  onların  aradan  qaldırılması 



müddətini göstərməklə akt tərtib etmək

5.1.4.  Müəyyən  edilmiş  pozuntuların  aradan  qaldırılması  barədə  təsərrüfat 

subyektinə xəbərdarlıq etmək.

[2]

 

5.2.  Hüquqi  və  fiziki  şəxslər  nəzarət  zamanı  Kənd  Təsərrüfatı  Nazirliyinin 



nümayəndələrinin  həmin  obyektlərə  daxil  olmasına  şərait  yaratmağa,  nəzarətə  aid 

sənədləri onlara təqdim etməyə və nəzarət zamanı yaranan suallara şifahi və (və ya) 

yazılı izahatlar verməyə borcludurlar.

[3]

 

5.3.  Nəzarətin  nəticəsi  barədə  iki  nüsxədən  ibarət  akt  tərtib  edilir.  Akt  Kənd 



Təsərrüfatı  Nazirliyinin  nümayəndələri  və  müəssisənin  rəhbəri  və  ya  fiziki  şəxs 

tərəfindən  imzalanır.  Aktı  imzalamaqdan  imtina  etdikdə  bu  barədə  müəssisə 

rəhbərinin və ya fiziki şəxsin rəyi əlavə olunur. Aktın bir surəti hüquqi və fiziki şəxsdə 

qalır. 


5.4.  Kənd  Təsərrüfatı  Nazirliyi  ictimai  təşkilatların  nümayəndələrini  də  bu 

Əsasnaməyə uyğun olaraq toxumçuluq və tingçilik təsərrüfatlarına nəzarət edilməsinə 

cəlb edə bilər. 

  

6. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki 



şəxslərin toxumçuluq fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

[4]

 



  

6.1.  Kənd  Təsərrüfatı  Nazirliyi  toxum  istehsalçılarının  dövlət  reyestrinə  daxil 

edilmiş  hüquqi  və  fiziki  şəxslərin  toxumçuluq  fəaliyyətini  aşağıdakı  hallarda 

dayandırır:



[5]

 

6.1.1. Hüquqi və fiziki şəxslər tərəfindən müvafiq ərizə təqdim edildikdə; 



6.1.2.  Hüquqi  və  fiziki  şəxslər  tərəfindən  normativ  hüquqi  aktlara  əməl 

edilmədikdə  və  ya  aidiyyəti  dövlət  orqanları  tərəfindən  onun  fəaliyyəti 

dayandırıldıqda; 

6.1.3.  Hüquqi  şəxsin  müflisləşməsi  Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə 

təsdiq edildikdə; 

6.1.4.  Fəaliyyət  növünün  həyata  keçirilməsi  üçün  bu  Əsasnamədə  nəzərdə 

tutulmuş  tələblərə riayət edilmədikdə

6.1.5.  Dövlət  toxum  müfəttişliyi  tərəfindən  il  ərzində  toxumçuluq 

təsərrüfatlarında  reproduksiyalı  toxum  istehsalı  texnologiyasının  pozulması,  istehsal 

olunmuş  və  satılmış  toxumların  keyfiyyətinin  saxtalaşdırılması  barədə  2  (iki)  və  ya 

daha çox fakt aşkar edildikdə. 

6.2.  Kənd  Təsərrüfatı  Nazirliyi  toxum  istehsalçılarının  dövlət  reyestrinə  daxil 

edilmiş  hüquqi  və  fiziki  şəxslərin  toxumçuluq  fəaliyyətinin  dayandırılması  haqqında 

qərar qəbul etdiyi vaxtdan 5 gün müddətində onlara yazılı şəkildə məlumat verir. 

6.3.  Toxum  istehsalçılarının  dövlət  reyestrinə  daxil  edilmiş  hüquqi  və  fiziki 

şəxslərin  toxumçuluq  fəaliyyətinin  dayandırılmasına  səbəb  olan  hallar  aradan 

qaldırıldıqdan  sonra  toxumçuluq  subyektinin  müraciətinə  əsasən 5  (beş)  gün 

müddətində fəaliyyəti yenidən bərpa olunur.

[6]

 

6.4.  Kənd  Təsərrüfatı  Nazirliyi  toxum  istehsalçılarının  dövlət  reyestrinə  daxil 



edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq fəaliyyətini aşağıdakı hallarda ləğv edir: 

6.4.1. Hüquqi və fiziki şəxslər tərəfindən müvafiq ərizə təqdim edildikdə; 

6.4.2. Toxum istehsalçılarının  dövlət  reyestrinə daxil edilməsi və  şəhadətnamə 

verilməsi  üçün  təqdim  edilən  sənədlərdə  düzgün  olmayan  məlumatlar  aşkar 

edildikdə; 

6.4.3. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; 

6.4.4.  Hüquqi  şəxs  ləğv  edildikdə  və  ya  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 

fiziki şəxsə verilən şəhadətnamə  qüvvəsini itirdikdə. 



6.5.  Kənd  Təsərrüfatı  Nazirliyi  toxum  istehsalçılarının  dövlət  reyestrinə  daxil 

edilmiş  hüquqi  və  fiziki  şəxslərin  toxumçuluq  fəaliyyətinin  ləğv  edilməsi  haqqında 

qərarın  surətini  (məhkəmə  qərarları  istisna  olmaqla)  onun  qəbul  edildiyi  tarixdən 

növbəti beş iş günündən gec olmayaraq onlara təqdim edir.

[7]

 

  



  

 

 

 

 

  

“Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə 

məşğul  olan  hüquqi  və  fiziki  şəxslərin 

attestasiyadan  keçirilməsi  və  toxum 



istehsalçılarının  reyestrinə  daxil  edilməsi 

barədə Əsasnamə”yə 

  

1 nömrəli Əlavə 

  

 



  

  



 

 

  



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

      


9 iyul 2012-ci il tarixli 05Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qərarı

 

2.

      

20  noyabr  2014-cü  il  tarixli 15Q nömrəli  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin 



Qərarı

 

 



 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  



 

 

 



[1]

 

20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 

Qərarı ilə 5.1-ci bənd yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

5.1. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq 

fəaliyyətinə nəzarət Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aşağıdakı qaydada həyata keçirilir: 

  

[2]

 20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 

Qərarı ilə 5.1.1-5.1.4-cü yarımbəndlər və 5.3-cü bənd ləğv edilmişdir. 

  

[3]

 20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 

Qərarı ilə 5.2-ci bənd yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

5.2. Hüquqi və fiziki şəxslər nəzarət zamanı Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin həmin 

obyektlərə  daxil  olmağa,  onlara  normal  şəraiti  yaratmağa  və  tələb  olunan  sənədləri  təqdim  etməyə 

borcludurlar. 

  

[4]

 20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 

Qərarı ilə 6-cı hissənin adından “dayandırılması və ya” sözləri çıxarılmışdır. 

  

[5]

 20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 

Qərarı ilə 6.1-6.3-cü bəndlər ləğv edilmişdir. 

  

[6]

 9  iyul  2012-ci  il  tarixli 05Q nömrəli  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin 

Qərarı ilə 6.3-cü bəndində “müraciətinə əsasən” sözlərindən sonra “5 (beş) gün müddətində” sözləri 

əlavə edilmişdir, “bərpa oluna bilər” sözləri “bərpa olunur” sözləri ilə əvəz edilmişdir. 

  

[7]

 20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 



Qərarı ilə 6.5-ci bənd əlavə edilmişdir. 

 

Yüklə 281 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə