Azərbaycan respublikasi kənd тəSƏRRÜfaтi naziRLİYİ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix01.07.2018
ölçüsü2,06 Mb.
#53011
  1   2   3   4   5   6   7   8   9   ...   35



 
 
 
 
HÜMBƏTOV HÜMBƏT SƏRXOŞ oğlu                                                   
1965-  ci  ildə  Fizuli  rayonu  Aşağı  Seyid-
əhmədli  kəndində  anadan  olmuşdur.  1985- 
ci  ildə  Azərbaycan  Kənd  Təsərrüfatı  İnsti-
titutunun  Aqronomluq  fakültəsinə  daxil 
olmuş,    1990  -  cı  ildə  həmin  fakültənin 
Seleksiya və toxumçuluq ixtisasını fərqlən-
mə  diplomu  ilə  bitirmişdir.  1989  -  90  -  cı 
illərdə  V.  Y.  Yuryev  adına  Ümumittifaq 
Bitkiçilik,  Genetika  və  Seleksiya  İnsti-
tutunda  təcrübə  keçmişdir.  1990  -1991-  ci 
illərdə  Azərbaycan  Elmi-Tədqiqat  Pambıq-
çılıq instititunda elmi işçi işləmiş, 1993- cü 
ildə  AKTA-nın  aspiranturasını,  2004  -  cü 
ildə  doktoranturasını  bitirmişdir.  Kənd 
təsərrüfatı  üzrə  fəlsəfə  doktorudur.  “Azər-
baycan  respublikası  şəraitində  həna  və 
basma  bitkiləri  becərilməsinin  optimal-
laşdırılması” mövzusunda doktorluq disser-
tasiyası yerinə yetirmişdir.  Hazırda ADAU 
- nun Bitkiçilik və bitki mühafizəsi kafedra-
sının baş müəllimi, Pambıq lifinin texnolo-
giyası  laboratoriyasının müdiridir. Yerli və 
xarici mətbuatda 50 - yə yaxın elmi məqalə 
proqram və metodiki göstərişi çap edilmiş-
dir.  “Azərbaycanda  basma  bitkisinin 
becərilməsi  və  ondan  istifadə  edilməsinə 
dair  tövsiyələr”  in  (1994)    və    “Texniki 
bitkilər”  adlı  dərsliyin  (2010)  müəllifidir. 
“Basma  (İndiqofera)”  adlı  monoqrafiyası, 
və  “Pambıq  lifinin  texnologiyası”  adlı  adlı 
dərs  vəsaiti  çapa  hazırlanır.  Ailəlidir,  bir 
oğlu var. 
 
 
 
 
 


 
2
 
 
 
                  HÜMBƏТOV  H.  S.  
 
              H  Ə  N  A  
            (Lawsonia)
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                  
                             G   Ə   N   C   Ə  -  2 0 1 1 
 
 


 
3
 
 
UOТ 633. 863.8  
 
 
 
HÜMBƏТOV  H.  S.    
 
 
 
 
H Ə N A  (Lawsonia) 
 
 
 
(Monoqrafiya) 
 
 
 
 Monoqrafiyanın nəşrinə Azərbaycan Dövlət Aqrar Univetsiteti 
Elmi Şurasının 17 May  2011 - ci il tarixli, EŞ - 10/5. 20 saylı 
qərarı ilə icazə verilmişdir. 
 
 
 
 
 
 
 
 
 
G   Ə   N   C  Ə  -  2 0 1 1 
 
 
 


 
4
 
 
Elmi redaktor:  kənd təsərrüfatı elmləri doktoru, 
professor  İ. H. Cəfərov 
 
Rəy verənlər: 
ADAU-nun Torpaqşünaslıq, aqrokimya və ekoloji kənd təsərrüfatı 
kafedrasının professoru, k/t elmləri doktoru  F. H. Axundov 
Azərbaycan Elmi - Tədqiqat İpəkçilik İnstitutunun direktoru,  k/t 
elmləri doktoru, professor  A. K. Seyidov 
ADAU-nun Bitkiçilik və bitki mühafizəsi  kafedrasının  müdiri,          
b. e. n., dosent  Q. Y. Məmmədov 
Elmi - Tədqiqat “Aqromexanika” İnstitutunun “Emal  maşınları” 
şöbəsinin  müdiri, t. e. n. dosent  İ. M. Hacıyev  
ADAU - nun Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının 
dosenti, b. e. n. F. H. Qurbanov 
 
 
H. S. Hümbətov.  Həna (Lawsonia) (monoqrafiya) -  Gəncə: ADAU -        
 nun nəşriyyatı,  2011, 145 s.  
 
 
Monoqrafiya Azərbaycan respublikasının Gəncə - Qazax və Şirvan böl-
gələridə həna bitkisi üzərində 1991- 2004 - cü illərdə aparılmış elmi-tədqi-
qat  işləri  əsasında  tərtib  edilmiş  və  bu  bitkinin  bioloji,  ekoloji,  morfoloji, 
fizioloji və s. xüsusiyyətlərinin öyrənilməsinin nəticələrini əks etdirir. 
 Monoqrafiyada həna bitkisinin (Lawsoniyanın) becərilmə texnologiyası, 
torpağın təbii münbitliyinin qorunmasının əsasları, seleksiya və toxumçuluq 
məsələləri,  biçilmə  və  qurudulma  texnologiyasının  təkmilləşdirilməsi  və  s. 
ətraflı şərh edilmişdir. Tədqiqatdan bu nəticəyə gəlinir ki, həna bitkisi yerli 
şəraitdə becərilib istehsal edilsə, xaricdən respublikaya həna tozu gətirilməsi 
məhdudlaşar, bu bitkinin becərilməsi ilə məşğul olan fermer təsərrüfatlarının 
və iş adamlarının iqtisadi göstəriciləri yaxşılaşar.  
Monoqrafiya  ADAU  -  nun  vəsaiti  hesabına  nəşr  edilmişdir.  Gösrərdiyi 
qayğı və dəstəyə görə ADAU - nun rektoru, professor M. M. Sadıqova dərin 
minnətdarlığımı bildirirəm. Monoqrafiyadan müəllimlər, tələbələr,  fermer-
lər  və  iş  adamları  istifadə  edə  bilərlər.  Monoqrafiya  barədə  irad  və  təklif-
lərinizi  ADAU  -  nun  Bitkiçilik  və  bitki  mühafizəsi    kafedrasına  göndər-
məyinizi xahiş edirəm. 
 
   © ADAU - nun nəşriyyatı, 2011 
SSN - L - 104 - 48 
 


 
5
 
 
GİRİŞ 
Mövzunun  aktuallığı.  Yer  kürəsinin  təbii  florası  500 
mindən  artıq  bitki  növünü  özündə  birləşdirir.  Bitki  məhsul-
larına artan tələbat yeni sənaye əhəmiyyətli bitkilərin yayıldığı 
bölgələri,  onların  məhsuldarlığının  yüksəldilməsini  və  yeni 
becərmə  zonalarının    öyrənilməsini  tələb  edir.  Bu  baxımdan 
lavsoniya  (həna)  kimi  cənaye  əhəmiyyətli  bitkinin  öyrənilməsi 
də  vacib
 
məsələlərdən  biridir.  Son  illərdə  həna  (Lawsonia) 
boyayıcı,  kosmetik  və  təbii  dərman    preparatı  kimi  dünyada 
geniş tətbiq olunur.     
Həna bitkisini respublikamızda, o cümlədən Gəncə - Qazax 
və Şirvan bölgələrində geniş plantasiyalar şəklində becərməklə 
nəinki  respublikamızın  xaricdən  həna  tozu  almasına  son 
qoymaq  olar,  habelə  bu  məhsulların  dünya  bazarına  çıxarıl-
masına da nail olmaq mümkündür. Onu da qeyd etmək lazımdır 
ki,  yerli  şəraitdə  becərilib  istehsal  olunan  həna  tozu  öz 
göstəricilərinə görə xaricdən alınan həna tozlarından üstündür. 
Odur  ki,  bu  bitkinin  tədqiqat  apardığımız  bölgələrin  təbii 
şəraitinə  uyğunlaşmasının  öyrənilməsi  aktuallığı  baxımından 
diqqətəlayiqdir.  Monoqrafiya  Azərbaycan  respublikasının 
Gəncə  -  Qazax  və  Şirvan  bölgələrinin  dağətəyi  hissələrində 
qoyulmuş təcrübələrin nəticələrinin müqayisəlii təhlili əsasında 
yazılmışdır.  Azərbaycanın  Gəncə  -  Qazax  və  Şirvan  bölgə-
lərində  həna  bitkisinin  öyrənilməsinə  həsr  edilmiş  bu  elmi  
tədqiqat  işi  ilk  elmi  əhəmiyyətə  malik  olan  tədqiqat  işi  kimi 
qiymətlidir.  
Tədqiqatın  məqsədi  və  vəzifələri.  Həna  yeni  texniki 
bitkilərdən  ən  qiymətlisi  sayılır.  Həna  yarpaqlarının  üyüdül-
məsindən  alınan  toz  xüsusi  ilə  qiymətlidir.  Bu  toz  əsas  saç 
rəngləyicilərinin içərisində ən geniş istifadə olunanıdır. 
Həna  tozu  parça  və  xalçaların  rənglənməsində,  həmçinin 
tibdə  müalicə  vasitəsi  kimi  istifadə  edilir.  Tədqiqatlar  göstərir 
ki,  Azərbaycanın  quru  subtropik  zonalarında  həna  bitkisinin 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə