Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ CƏFƏr cabbarli adina respublika gənclər kitabxanasinin informasiya-biBLİoqrafiya şÖBƏSİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix28.06.2018
ölçüsü0,72 Mb.
#52087
  1   2   3   4   5   6   7


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

CƏFƏR CABBARLI ADINA RESPUBLİKA GƏNCLƏR KİTABXANASININ 

İNFORMASİYA-BİBLİOQRAFİYA ŞÖBƏSİ 

ŞAİQANƏ YAD ET

ABDULLA ŞAİQ-135 

BİBLİOQRAFİK GÖSTƏRİCİ 

Bakı-2016 


 

Abdulla 

Şaiq-135 

 

~ 2 ~ 


 

 

 

 

 

 

 

Yürüyəlim irəli, haydı millət əsgəri

Keçmişimiz şan, zəfər,durmayalım biz geri. 

Yıldırımlı gözünüz qan ağladır düşmənə, 

Qorxaq, alçaq, xainin bu meydanda işi nə?! 

Altun ordu, irəli! Dağlar, daşlar aşalım! 

Türk qafasında qorxu yuvalamaz, düşmənim! 

Həp dənizdən yapılmış ruhum, qəlbim, bədənim. 

Süngümüzün ucundan damar qətrə-qətrə qan

Hüriyyətdən, vətəndən ölüncə keçməm, düşmən! 

Dalğaların üstündə şanlı Turan bayrağı, 

Alovlanır qəlbimdə, “Ərkənəkon” ocağı. 

Haydı, yola çıxalım, haqsızlığı yıxalım. 

Turanda gün doğunca zülmətlə çarpışalam!

                      

 

   

 

 

 

Abdulla Şaiq

 

                           

 

 

 

 

 

 

 


 

Abdulla 

Şaiq-135 

 

~ 3 ~ 


 

 

 

 

 

                                     



TƏRTİBÇİDƏN 

 

Azərbaycan ədəbiyyatı tarixində şair, yazıçı, dramaturq, ədəbiyyatşünas, görkəmli 



maarif və mədəniyyət xadimi kimi tanınan Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının 

yaradıcılarından biri, milli uşaq teatrının banisidir. Ömrünü xalqın maariflənməsinə həsr 

edən  yazıçı  zəngin  bir  yaradıcılıq  yolu  keçərək  ən  çox  uşaqlar  və  gənclər  üçün  yazıb-

yaratmışdır  ki,  həmin  əsərlər  məktəblərdə  indi  də  tədris  edilir.  Onun  uşaq  və  gənclər 

üçün  yazdığı  əsərlər  lirik  şeirlərdən,  mənzum  və  mənsur  hekayələrdən,  nağıllardan, 

təmsillərdən  və  kiçik  pyeslərdən  ibarətdir.  Kiçikyaşlı  uşaqlar  üçün  yazdığı  “Quzu”, 

“Xoruz”,  “Keçi”,  “Uşaq  və  dovşan”  və  b.  şeirləri  bu  gün  də  dillər  əzbəridir.  “Tıq-tıq 

xanım”, “Yaxşı arxa”, “Tülkü həccə gedir” kimi mənzum hekayə və nağılları isə milli 

uşaq ədəbiyyatımızın qızıl fonduna daxildir.  

Bu  il  Azərbaycan  ədəbiyyatının  inkişafında  böyük  əməyi  olan  Abdulla  Şaiqin 

anadan  olmasının  135  illiyi  tamam  olur.  Yazıçının  yubileyi  respublikamızın  bir  çox 

mədəniyyət ocaqlarında, o cümlədən kitabxanalarda  geniş şəkildə qeyd olunur. 

C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanasının  İnformasiya-biblioqrafiya 

şöbəsi  yazıçının  yubileyi  münasibətilə  “Şaiqanə  yad  et”  adlı  biblioqrafik  vəsait  tərtib 

edib. Vəsait A. Şaiqin öz əsərlərini və onun həyat yaradıcılığı haqqında kitab və dövri 

mətbuatda çıxan məqalələri, cəmi 179 ədəbiyyatı əhatə edir. A. Şaiqin əsərləri vəsaitdə 

nəşr  ili  üzrə  xronoloji  ardıcıllıqla,  haqqında  olan  kitablar  müəllif  və  sərlövhəsinə  görə 

əlifba üzrə, dövri mətbuatda çıxan məqalələrin təsvirləri isə əks xronoloji qaydada (bu 

gündən dünənə)  verilib.  

Vəsaitdə aşağıdakı bölmələr var: 

-

 

Tərtibçidən;  



-

 

Abdulla Şaiqin həyat və yaradıcılığı;  



-

 

Abdulla Şaiqin həyat və yaradıcılığına dair əsas tarixlər;  



-

 

Görkəmli adamlar Abdulla Şaiq haqqında;  



-

 

Abdulla Şaiqin əsərləri



-

 

Tərcümələri; 



-

 

Abdula Şaiqin həyat və yaradıcılığı haqqında:  



kitablarda ; 

dövri mətbuatda; 

  -    Abdulla Şaiqin əsərləri və haqqında rus dilində 

-

 



Abdulla Şaiq haqqında internet saytlarında 

Vəsait  Abdulla  Şaiqin  əsərlərini,  həyat  və  yaradıcılığına  dair  materialları  təbliğ 

etmək  məqsədilə  tərtib  edilib  və  tam  mətni  kitabxananın 

www.ryl.az

  saytında  yerləş-

dirilib. Bütün oxucu qrupları vəsaitdən istifadə edə bilərlər. 




 

Abdulla 

Şaiq-135 

 

~ 4 ~ 


 

 

 

 

 

 

 



Sənət yollarında dayandın mətin,  

Ölümü şeirinlə öldürdün, nə qəm. 

Neçə sənətkarın, neçə alimin 

Gözünə nur verdin, əlinə qələm.                                                                     

                                 

Bəxtiyar Vahabzadə 

 

Abdulla Şaiqin həyat və yaradıcılığı 

 

Azərbaycanın  ədəbi-ictimai  fikir  tarixində  maarif  və  mədəniyyət  xadimi,  şair, 



nasir,  dramaturq,  ədəbiyyatşünas,  tərcüməçi  kimi  tanınan  Abdulla  Şaiq  Talıbzadə  24 

fevral  1881-ci  ildə  Tiflisdə  ruhani  ailəsində  doğulmuşdur.  Balaca  Abdulla  ilk  təhsilini 

ruhani  idarəsinin  altı  sinifli  məktəbində  (1889-1893)  və  Xorasanda  Türkiyədən  gəlmiş 

maarifsevər  Yusif  Ziyanın  məktəbində  (1894-1899)  almışdır.  Uşaqlıqdan  Şərq  ədəbiy-

yatına,  şeirə,  sənətə  həvəs  göstərmiş,  1900-cü  ilin  payızında  Xorasandan  Tiflisə 

qayıtmış  və  bir  neçə  aydan  sonra  ailəsi  ilə  birlikdə  Bakıya  köçmüşdür.  Həmin  ildəcə 

rəsmi  dövlət  komissiyası  qarşısında  imtahan  verib,  müəllimlik  hüququ  qazanmış,  rus-

tatar (türk) və realnı məktəblərdə ana dili və şəriət dərslərini aparmışdır. Az vaxt içində 

ictimai-ədəbi mühütlə, Nəriman Nərimanov, Əlibəy Hüseynzadə, Mirzə Ələkbər Sabir, 

Məhəmməd  Hadi,  Abbas  Səhhət,  Əbdürrəhimbəy  Haqverdiyev,  Həsənbəy  Vəzirov, 

Firidun  bəy  Köçərli,  Hüseyn  Cavid,  Mahmud  bəy  Mahmudbəyov,  Süleyman  Sani 

Axundov, Seyid Hüseyn, Hüseyn Minasazov kimi dövrün məşhur ədəbi şəxsiyyətləri ilə 

tanış olub, taleyini ömürlük ədəbiyyata, məktəbə və maarif işinə bağlamışdır. Ədəbi-pe-

daqoji  fəaliyyətə  can  atan  cavan  Şaiqin  fikri  tərbiyəsinə,  türkçülük  ideyalarına  yiyə-

lənməsində qardaşı Yusif Ziyanın güclü təsiri olmuşdur. On altı yaşında bədii tərcümə 

və  füzuliyanə  qəzəllərlə  yaradıcılığa  başlayan  A.Şaiq  Bakıda  Avropa, türk  və  rus  ədə-

biyyatını da öyrənib,  ən çox klassik  ənənələrə, türk romantizminə dayanıb, «Füyuzat» 

ədəbi məktəbi ilə ilgilənməklə, ara-sıra «Molla Nəsrəddin» ədəbi məktəbinin təsiri ilə 

əsərlər  də  yazıbdır.Yeni  yüzilliyin  əvvəllərindəki  inqilab  hərəkatı  A.Şaiqin  dünya-

görüşündə  bir  dönüş  yaradır.  İnqilabı  «Azadlıq  ulduzuna»,  «Hürriyyət  pərisinə»  bən-

zədən  şair  onun  sönməsindən  kədərlənirsə  («Niyə  uçdu?»,  «Bir  quş»,  «Vətən»  və  s.), 

həyati,  siyasi  olayları  öyrəndikcə  «Bir  zaman  məhv  olur  şu  istibdad»  inamına  gəlir. 

Onun  romantik  ruhlu  humanizmi,  demokratizmi  «Həpimiz  bir  günəşin  zərrəsiyiz» 

(1910)  şeirində  daha  aydındır.  «Köç»,  «Dağlar  sultanı»  kimi  əsərləri  isə  Azərbaycan 

təbiətinin romantik simfoniyası kimi səslənir.  



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə