Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ İnformasiya-biBLİoqrafiya şÖBƏSİ



Yüklə 52,52 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü52,52 Kb.
#42090


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

İNFORMASİYA-BİBLİOQRAFİYA ŞÖBƏSİ 

AZƏRBAYCANIN FƏXRİ-AZƏRBAYCAN GƏNCLƏRİ

 

Biblioqrafik icmal 

BAKI – 2016 


 

 

"XXI  əsr  gənclərin  əsridir.  XXI  əsr 



Azərbaycanda 

gənclərin 

müstəqil 

dövlətimizi qurub - yaratmaq və inki-

şaf etdirmək dövrüdür". 

                     Ümummilli lider Heydər Əliyev 

Tarixən  hər  bir  xalq  özünün  xoşbəxt  gələcəyə  olan  ümidlərini  ilk  növbədə 

gənc  nəslə  bağlayıb.  Çünki,  gənclik  gələcəyin  özü,  böyük  güc,  böyük  arzular, 

böyük  ümidlər  və  sağlam  düşüncə  deməkdir.  Gənclik  gələcəkdir,  inkişafdır  , 

tərəqqidir.   

Müasir  dövrdə  də    gənc  nəslin  yetişdirilməsi  hər  bir  ölkə  üçün  ən  başlıca 

məsələdir. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə 

çevrilən  gənclər  müstəqilliyin  qorunub  saxlanması,  möhkəmləndirilməsi  və 

dövlətçiliyin  inkişaf  etdirilməsi  prosesində  də  yaxından  iştirak  edərək  tarixi 

nailiyyətlər  qazanıblar.  Təbii  ki,  bu  uğurların  formalaşmasında  dövlətimizin 

apardığı  gənclər  siyasətinin  mühüm  rolu  olmuşdur.  Bu  siyasətin  banisi  isə 

xalqımızın  Ümummilli  Lideri  Heydər  Əliyevdir.  O,  həmişə  gənclərimizə  böyük 

ümidlər  bəsləyərək  dəfələrlə  qeyd  edirdi  ki,  Azərbaycanın  gələcəyi  gənclərin 

əlindədir.  Ulu  Öndər  gənclərlə  bağlı  məsələləri  həmişə  öz  siyasətinin  əsas  tərkib 

hissələrindən  biri  hesab  edir,  bu  siyasəti  müstəqil  Azərbaycan  dövlətinin  ən 

mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. 

 

 Heydər  Əliyevin  1995-ci  ildə  Gənclər  Forumunun  keçirilməsi  ilə  bağlı 



təşəbbüsündən  sonra  1996-cı  ildən  başlayaraq  Azərbaycan  gənclərinin  I  və  II 

forumları  keçirildi.  Heydər  Əliyevin  gənclərin  I  və  II  formlarındakı  proqram 

xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirildi, gənc 

nəslin  hərtərəfli  inkişafı,  problemlərinin  həlli  sahəsində  tədbirlərin  görülməsi 

əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyuldu. 1996-cı il fevralın 2-

də keçirilən Gənclərin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında 

tarixi bir vəzifə qoydu: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq 

müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir". 

Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi.  

I  Forumdan  sonra  gənclərlə  aparılan  işin  nəzərəçarpacaq  dərəcədə  canlandığını 

nəzərə  alaraq  Heydər  Əliyev  1997-ci  ildə  imzaladığı  Sərəncamla  tədbirin 

keçirildiyi günü  - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etdi.  20  ildi qeyd 

etmiyimiz  bu  gün  MDB  məkanında  və  Şərqi  Avropa  ölkələri  arasında  ilk  dəfə 

məhz  Azərbaycanda  qeyd  olunub.  Azərbaycanda  Gənclər  günü  qeyd  olunandan 

sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd 



 olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si 

gənclər günü elan edilib. 

Azərbaycanın gənclər siyasəti  Prezident İlham Əliyevin dövründə də diqqət 

mərkəzində  olub.  Gənclərin  potensialından  ölkənin  mənafeyi  naminə  tam  və 

düzgün  istifadə  olunması,  onların  faydalı  məşğulluğunun  təmin  edilməsi,  dövlət 

idarəçiliyi  sistemində  iştirakının  gerçəkləşdirilməsi  məqsədilə  İlham  Əliyevin 

2005-ci  il  avqustun  30-da  imzaladığı  "Azərbaycan  Gəncliyi  Dövlət  Proqramının 

(2005-2009-cu  illər)  təsdiq  edilməsi  haqqında"  sərəncamı  da  gənclərə  dövlət 

qayğısının  artırılması  məqsədinə  xidmət  edir.  Sərəncamda  ölkəmizdə  gənclərlə 

bağlı  dövlət  siyasətinin  əsas  istiqamətləri  açıqlanmışdır.  Proqrama  uyğun  olaraq 

gənclərin  sosial  müdafiəsi,  məşğulluğunun  təmin  edilməsi,  yaradıcılıq 

axtarışlarının  stimullaşdırılması,  milli  ruhda  təlim-tərbiyəsi,  hərbi-vətənpərvərlik 

tərbiyəsinin  gücləndirilməsi,  sağlam  həyat  tərzinin  təbliği  istiqamətində  tədbirlər 

həyata  keçirilmişdir.  2005-2009-cu  illərdə  gənclər  siyasəti  üzrə  Dövlət  Proqramı 

reallaşdırılmış və bu proqramın 100-dən çox bəndi həyata keçirilmişdir.  

Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən 

təşkil  edilmiş,  gənclər  siyasətinin  əsas  icra  orqanı  qarşısında  yeni  vəzifələr 

qoyulmuşdur.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  tərəfindən 

2007-ci il ölkədə "Gənclər ili" elan edilmişdir.  

 

Gənclər  bu  gün  dövlət  orqanlarında,  parlamentdə,  bələdiyyələrdə,  biznes 



strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini 

verirlər.  Belə  ki,  dövlət  orqanlarına  2008-2011-ci  illərdə  işə  qəbul  edilənlərin  60 

faizdən çoxunu gənclər təşkil etmişdir. Bələdiyyə üzvlərinin 28 faizi - 4303 nəfəri 

gənclərdir.  Onlardan  326  nəfəri  bələdiyyə  sədridir. 2008-2011-ci  illərdə 

Azərbaycan  gənclər  təşkilatları  11  beynəlxalq  təşkilata  üzv  qəbul  edilib.“2007-

2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət 

Proqramı”  çərçivəsində  5000  gəncin  dünyanın  nüfuzlu  ali  məktəblərində  təhsil 

almağa  göndərilməsi  nəzərdə  tutulmuşdur.   Bu  günədək  1204  azərbaycanlı  gənc 

ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın 

ən qabaqcıl universitetlərinə göndərilmişdir.  

Hazırda  ölkəmizdə  200-ə  yaxın  gənclər  təşkilatı,  20  dən  artıq  ali  məktəbdə 

fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər 

də  kifayət  qədər  genişdir:  gənclərin  vətənpərvər  ruhda  tərbiyəsi,  məlumat-

landırılması,  işsizliyin  azaldılması,  gənclərin  sağlamlığı,  təhsili,  fəal  vətəndaş 

mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər 

aktualdır.  

Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olun-

ması  üçün  siyasi,  sosial-iqtisadi,  təşkilati  -  hüquqi  şərait  və  təminatların  yaradıl-




 

 

masını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 



6 aprel 2011-ci il tarixində  prezident İlham Əliyev tərəfindən “Azərbaycan gənc-

liyi  2011-2015-ci  illərdə”  Dövlət  Proqramı  haqqında  sərəncam  imzalanmışdır. 

Dövlət  Proqramının əsas  məqsədi  Azərbaycan  Respublikasında  gənclər  siyasətini 

daha  da  inkişaf  etdirmək,  gənclərin  menecment  sahəsində  fəal  iştirakına  şərait 

yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin 

həllini təmin etməkdir.  Bununla da Azərbaycanda dövlət gənclər siyasətinin yeni 

mərhələsi  başlanmışdır  ki,  bu  da  dövlətin  həyata  keçirdiyi  düşünülmüş,  ardıcıl 

ictimai-sosial  islahatlardan  əhalinin  bütün  təbəqələri  kimi  gənclərin  də  hərtərəfli 

yararlanmasına  şərait yaradacaqdır.   

 

Uğurla  həyata  keçirilən  dövlət  gənclər  siyasəti  bu  gün  gənclərin  ölkə 



həyatının bütün sahələrindəki fəallığını daha da artırıb.  

Göründüyü  kimi,  bu  gün  Azərbaycan  gəncliyinin  önündə  böyük  qapılar, 

yollar açılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm 

öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə 

edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir 

gənc  öz  yolunu  müstəqil  Azərbaycan  Respublikasının  həyat  yolu  kimi  qəbul 

etməlidi. 

  

Artıq  20  ildir  2  fevral  -  Azərbaycan  gənclər  günü  ölkəmizdə    geniş  şəkildə 



qeyd  olunur.    Bizim  kitabxana  gənclər  kitabxanası  olduğu  üçün  gənclərlə  bağlı 

qəbul olunan  dövlət sənədləri də ilk növbədə  kitabxananın saytında (www.ryl.az) 

yerləşdirilir  .  Belə  sənədlərdən  “Müstəqil  Azərbaycan  Respublikası  gənclərinin 

birinci  forumunun  keçirilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 

Sərəncamı”,    “Azərbaycanın  gənc  istedadlarına  dövlət  qayğısı  haqqında  Azər-

baycan  Respublikası  Prezidentinin  Fərmanı” və  "Gənclər  siyasəti  haqqında 

Azərbaycan  Respublikasının  Qanunu”nun  tam  mətnini    kitabxananın  saytından 

oxuya  bilərsiniz. 

 

Bu  il  Gənclər  günü  münasibətilə  keçirilən  tədbirdə  "Azərbaycanın  fəxri  - 



Azərbaycan  gəncləri"  başlığı  altında  təşkil  olunmuş  sərgidə  dövlətin  gənclər 

siyasətini əks etdirən  kitabların biblioqrafik  icmalı:    



 

 

 

 

 

 


1.  Azərbaycan  gəncliyi  Azərbaycanın  gələcəyidir.-Bakı:  Azərbaycan 

nəşriyyatı, 2003.-144 s. 

 

Kitabda  Azərbaycan  Respublikasının  dövlət  müs-



təqilliyi  bərpa  olunduqdan  sonra  keçən  dövr  ərzində  təhsil, 

mədəniyyət, incəsənət və digər sahələrdə yüksək nailiyyətlər 

əldə  etmiş  və  beynəlxalq  idman  yarışlarında  dövlət 

bayrağını  ucaldan  uşaq,  yeniyetmə  və  gənclər  haqqında 

məlumatlar  əks  olunub

.

  Dövlətin  gənclərə  göstərdiyi  qayğı 



və  diqqət  nəticəsində  Azərbaycan  gənclərinin  müxtəlif 

sahələrdə əldə etdiyi bu uğurları qiymətləndirmək, əldə edilən yüksək nailiyyətləri 

əhalinin bütün təbəqələri  arasında təbliğ etmək və gənclərin imkan və bacarıqlarını 

reallaşdıra  bilmələri  üçün  bundan  sonra  da  geniş  stimullar  yaratmaq  məqsədilə 

Gənclər,  İdman  və  Turizm  Nazirliyi  tərəfindən  bu  kitab  hazırlanmışdır.  Kitabın 

redaktoru və ön sözün müəllifi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevdir. 

Siz bu kitabla yaxından tanış olsanız gələcəyimiz olan Azərbaycan gənclərinin nə 

qədər bacarıqlı və istedadlı olduğuna bir daha əmin ola bilərsiniz.   

 

 2Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları  

/ red. N. Məmmədov [və b.] ; foto: R. Bağırov, O. Aydınoğlu.  - 

Bakı : "Abşeron Nəşr" MMC, 2013. - 224 s.  

 

Əgər bu gün söhbət gənclərdən gedirsə biz birinci növ-



bədə canını Vətənə sipər edən gənclərimizdən danışmalıyıq. 

Sizə təqdim etdiyim bu kitabda Azərbaycan Respublikasının 

ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərərək Azər-

baycanın  Milli  Qəhrəmanı  adına  layiq  görülmüş  193  şəhid 

Milli  Qəhrəman  ailələri  və  18  sağ  Milli  Qəhrəmanlarla 

Ümimmilli  Liderimiz  Heydər  Əliyevin  görüşlərindən,  onlara  göstərilən  diqqət  və 

qayğıdan bəhs edilir. Bu kitabı oxumaq və qəhrəmanlarımızın keçdiyi şərəfli həyat 

yolundan ibrət götürmək hər bir Azərbaycan vətəndaşının borcudur.  

 

3. Əliyev, Rza Fərəc oğlu. Susmayan qeyrətimiz (Azəri Aslanı) : oçerk  

/ R.F.Əliyev;  rus dilinə tərc. N. Məhərrəmzadə ; ing. dilinə tərc. S. Gültən. - Bakı : 

Mütərcim, 2011. - 124 s. - Azərbaycan, rus və ingilis dillərində.  

Bu  kitab  Biləsuvar  rayonundan  hərbi  xidmətə  gedib  Tərtər  rayonunun  “N” 

saylı  hərbi  hissəsində  xidmətdə  olan  əfsanəvi  qəhrəman  Mübariz  İbrahimovun 

ömür  yoluna  həsr  olunub.  Kitabda  XXI  əsrin  əfsanəvi  qəhrəmanı  Mübariz 




 

 

İbrahimovun  iyunun  18-dən  19-na  keçən  gecə  Talış-  Borsunlu  istiqamətində 



Ermənistan  silahlı  qüvvələrinin  hücumunu  dəf  edərkən  düşmən  tərəfə  keçərək 

təkbətək  döyüşdə  onlaraı    ağır  itkilərə  məruz  qoyaraq  qəhrəmancasına  həlak 

olmasından, xalqımızın igid oğluna olan sonsuz ehtiram və sevgisindən danıışılır.   

 

4. Heydər Əliyev və Müstəqil Azərbaycan Gəncliyi / tərt.: 

Z. N. Adıgözəlov,  

İ.  Ə.  Mustafayev  ;  red.  M.  Q.  Qurbanlı.  -  Bakı  :  QAPP-

POLİQRAF Korporasiyası, 2003. - 368 s. 

 

Gənclər  tərəfindən  hazırlanmış  bu  topluda  Heydər 



Əliyevin  Azərbaycan  gəncliyinə  göstərdiyi  diqqət  və  qayğı,  

müxtəlif  sahələrdə  dahi  siyasətçinin  apar-dığı  uğurlu  daxili 

və xarici siyasət öz əksini tapmışdır. Dörd fəsldən ibarət olan  

kitab  “Müstəqilliyə  aparan  yolda  atılan  mühüm  addımlar”  fəsli  ilə  başlayır.  Bu 

fəsldə  Heydər  Əliyevin  1969-1987-  ci  illərdə  həyata  keçirdiyi  uğurlu 

fəaliyyətindən bəhs olunur.  

 

Kitabın  “Azərbaycanda  aparılan  uğurlu  siyasət  beynəlxalq  aləmdə  onun 



nüfuzunu yüksəldir” adlanan ikinci  fəslində müstəqillik illərində Heydər Əliyevin 

həyatın bütün sahələrində gördüyü işlərə və xalq üçün yaratdığı şəraitə həsr edilib.   

Kitabın III fəsli “Heydər Əliyev məktəbinin  ən layiqli davamçısı” adlanır və  

cənab İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi qayğı, AŞPA-dakı uğurlu 

fəaliyyəti,  həmçinin  onun  rəhbərliyi  ilə  milli  olimpiya  hərəkatının  geniş  vüsət 

almasından bəhs olunur. 

“  Heydər  Əliyevin  gənclərlə  bağlı  etdiyi  çıxışlar,  verdiyi  fərman  və  sərən-

camlar” fəsli kitabın sonuncu fəslidir. Bu fəsldə Heydər Əliyevin rəhbərliyi altında 

müstəqil  Azərbaycanda  yaranan  və  fəaliyyət  göstərən  gənclər  təşkilatlarının 

siyahısı dərc edilmişdir. Kitabın ön sözünün müəllifi keçmiş millət vəkili Siyavuş 

Novruzovdur.  

 

5. Azərbaycanın gələcəyi  etibarlı əllərdədir /  Azərbaycan Respublikası  Gənclər 

və İdman Nazirliyi. - Bakı : Azərnəşr, 1999. - 152 s.  

 

Kitabda  görkəmli  ictimai-siyasi  xadim,  dünya  miqyaslı  siyasətçi,  böyük 



tarixi  şəxsiyyət  Heydər  Əliyev  cənablarının  gənclərimiz  və  idmançılarımız,  eləcə 

də yeniyetmə və uşaqlarla bağlı keçirilmiş bəzi tədbirlərdə etdiyi çıxış və nitqləri, 

gənclərin  və  idmanın  müxtəlif  məsələləri  ilə  ələqadar  imzaladığı  fərman  və 

sərəncamlar, bəzi tarixi anları əks etdirən foto şəkillər toplanmışdır.  




 

6.  Yeniyetməlik  dövrünün  yol  xəritəsi.-Bakı:  Xəzər 

nəşriyyatı, 2009.-126 s. 

 

Gənclik  həyatın  baharı...Gözün  işıqlı,  dizin  təpərli, 



biləyin  bükülməz  vaxtı...  Ruhun  coşduğu,  qanın  damarlarda 

qaynadığı vaxt. 

 

Yeniyetməlik    dövrü  şəxsiyyətin  formalaşdığı  illərdir. 



Hər  şeyi  tanımağa  başlayan,  dərk  etməyə  çalışan,  bəzən 

hissinin  əsiri,  bəzən  məntiqinin    hakimi,  bəzən  də 

düşüncəsinin  məhkumu  olan  yeniyetmə  diqqət  və  qayğıya  ,  istiqamətləndirməyə, 

başa düşməyə  möhtacdır və bu faktorlar onun onun  formalaşmasında mühüm rol 

oynayır. Məhz bu zaman ona əl uzadan, yiyə duran olsa və bu əl xeyirxahdırsa, o, 

bütün insani keyfiyyətlərə malik ağıllı, savadlı gənc kimi yetişər! Xalqına, ölkəsinə 

faydalı vətəndaş kimi müstəqil həyata atılar.  

Sizə  təqdim  etdiyim  bu  kitab  gəncliyin  üzləşdiyi  problemlərin  həllinə 

kömək, bu sahədə olan boşluqları doldurmaq məqsədilə yazılan bir əsərdir və geniş 

oxucu kütləsi üçün nəzərdə tutulub.  



     

 

         



 

                                       İcmalı hazırladı:  

İnformasiya-biblioqrafiya şöbəsinin 

                                                        böyük kitabxanaçısı 

Məmmədova Tamella 

 

                                                           02.02.2016 

     

Yüklə 52,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə