Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ MƏDƏNİYYƏTŞÜnasliq üZRƏ elmi-metodiKİ MƏRKƏZ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix31.10.2018
ölçüsü0,56 Mb.
#76961
  1   2   3   4   5   6   7


 

AZƏRBAYCAN  RESPUBLİKASI 

MƏDƏNİYYƏT  VƏ  TURİZM NAZİRLİYİ 

MƏDƏNİYYƏTŞÜNASLIQ  ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ 

 

 



 

 

 



 

 

 



 

 

 



Azərbaycan xalq rəqslərindən təlim 

prosesində istifadə  

pedaqoji problem kimi

  

 

(Metodiki vəsait) 

 

 



 

 

 



                        Azərbaycan Respublikası  Mədəniyyət və Turizm  

                         Nazirliyinin  müvafiq şöbələri ilə razılaşdırılmışdır.   

 

 

 

 



 

 

BAKI - 2016 


 

Buraxılışa məsul:       Rafiq  Bayramov 

                                     

Azərbaycan Respublikası  Mədəniyyət  

                                           və Turizm Nazirliyinin  Aparatının rəhbəri 

 

Redaktor:   



       Lalə Musayeva 

                                            Mədəniyyətşünaslıq üzrə Elmi- 

                                            Metodiki Mərkəzin Bədii təhsil  

                                            şöbəsinin metodisti 

 

 

Rəyçi: 



 

       Nazim Kazımov 

 

 



 

         Pedaqogika üzrə fəlsəfə doktoru,  

                                             professor 

 

 

Müəllif: 

 

        Natiq Mustafayev 

 

 

 

        

Mədəniyyətşünaslıq üzrə  

                                             Elmi-Metodiki Mərkəzin  

                                             Bədii təhsil şöbəsinin müdiri, 

                                              pedaqogika  üzrə fəlsəfə doktoru

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

Azərbaycan xalq rəqslərindən təlim prosesində istifadə  



pedaqoji problem kimi  

 

Rəqs  mədəniyyəti  Azərbaycan  xalqının  həyatında  həmişə 



böyük  yer  tutub.  Ulu  babalarımızın  həyat  tərzi,  əməyi,  mübarizəsi, 

sevgisi,  nifrəti  haqqında  yaratdıqları  gözəl  abidələr,  sənətkarlıq 

nümunələri, qoşduqları mahnılar haqqında müəyyən məlumatlar olsa 

da, eləcə də xalqımızın rəqs sənətinin necə yarandığı və inkişaf etdiyi 

haqqında tədqiqat işləri aparılsa da kifayətləndirici deyildir. Hələ min 

illərlə  bundan  əvvəl  Qobustan  qayaları  üzərində  qədim  insanlar  

tərəfindən kütləvi rəqslərin təsviri onu sübut edir  ki,  incəsənətimizin 

bu  növü  Azərbaycan  ərazisində  çox  qədim  zamanlardan  mövcud 

olmuşdur.  Qədim  “Bilqamıs”  və  “Dədə  Qorqud”  dastanlarında  da 

bunun təsdiqini görürük.  

Zəngin  tarixə  malik  olan  Azərbaycan  xalq  rəqslərinin  kökü 

hələ  eramızdan  çox-çox  əvvəllərə  gedib  çıxır.  Ən  qədim  Şumer 

dastanı  olan  “Bilqamıs”    dastanında  yeni  ilin  gəlməsilə  (Novruz 

bayramı  ilə) əlaqədar bayramın təntənə  ilə qeyd olunduğu göstərilir. 

Professor  Elməddin  Əlibəyzadə  xalqımızın  həyat-məişət  tərzində 

xüsusi  yer  tutan  “Yeni  il”  şənliyi  –  “Novruz”  bayramı  adlı 

məqaləsində yazır: 

“Yeni  il”  şənliyi  –  “Novruz”  bayramı  bizim  ulu  Şumer 

əcdadlarımızın  xəlqi-milli  yeni  il,  yəni  yaz  bayramı  olub,  hələlik 

onun  12  min  il  yaşı  nəğddir;  lakin  məntiq  deyir  ki,  bu  yaş  daha 

qədimmiş, çünki hələ Bilqamıs dövründən 7-8 min il əvvəl “Yeni il” 

şənliyinin mövcudluğu və ənənəvi olaraq keçib gəldiyi xatırlanır, yad 

edilirdi”.  

Bu  deyilənlərdən  məlum  olur  ki,  hələ  çox  qədim  zamanlarda 

Dəclə  və  Fərat  çayları  arasında  yaşamış  türk  tayfalarından  olan 

Şumerlər  “Yeni  il”,  yəni  “Novruz”  bayramını  qeyd  etmişlər.  Eyni 

zamanda, bu bayramda insanlar şən əhval-ruhiyyə ilə müxtəlif oyun-

tamaşalarında  mahnı  oxumaqla,  rəqs  etməklə  öz  bacarıqlarını 

göstərmişlər.  

VII  əsrdə  yaranmış  qədim  Azərbaycan  dastanı  “Kitabi  Dədə 

Qorqud”da  da  müxtəlif  mərasimlərdə  rəqslərdən  geniş  istifadə 



 

edildiyi  ayrı-ayrı  dastanlarda-boylarda  nəzərə  çatdırılır.  Hər  boyun 



əvvəlində  və  axırında  Dədə  Qorqud  gəlib  qopuz  çalır,  qəhrəmanlıq 

göstərən  igidə  ad  verir.  Bu  boylarda  oğuz  tayfası  igidlərinin 

göstərdiyi  şücaətlərdən,  qəhrəmanlıqlardan  danışılır,  eyni  zamanda 

toy şənliklərində qadın və kişilərin rəqs etdiyi xatırlanır.  

Azərbaycan  xalq  rəqsləri  digər  qədim  musiqi  janrları  kimi, 

dövrümüzə  qədər  müxtəlif  vasitə  ilə  yollarla  gəlib  çatmışdır. 

Mahiyyət dolğunluğuna, forma rəngarəngliyinə  görə onları aşağıdakı  

şəkildə nəzərə  çatdırmaq  olar: 

1.

 

Ağızdan-ağıza,  toy  məclislərindən  -  toy  məclislərinə,  bir 



musiqiçi  nəslindən  digər  nəsillərə  keçərək  şifahi  şəkildə 

yaşadılma yolu ilə; 

2.

 

Arxivlərə  düşmüş  dastanlarda,  musiqili  oyunlarda  öz  əksini 



tapmaqla; 

3.

 



Müxtəlif 

əsrlərdə 

və 

dövrlərdə 



yaşayıb-yaratmış 

musiqiçilərin,  musiqişünas  alimlərin  “Bilqamıs”  və  “Dədə 

Qorqud”dan  üzü  bu  yana  aşıqların  və  xalq  sənətkarlarının 

yaradıcılıqları  haqqında  əldə  etdikləri  məlumatların  dövrü 

mətbuatda çap olunması ilə. 

Azərbaycan  xalq  yaradıcılığının    müxtəlif  janrlı  folklor 

nümunələrində  olduğu  kimi,  rəqslərdə  də  xalqın  istək  və  arzuları, 

azadlıq  uğrunda  mübarizəsi,  adət  və  ənənələri,  dünyagörüşü, 

yenilməzliyi həqiqi sənət dili ilə əks etdirilir. 

Baharın  gəlişi  ilə  əlaqədar  keçirilən  tamaşa  və  mərasimlər 

qədim  xalq  oyunları  və  rəqsləri  ilə  bağlıdır.  Belə  ki,  “Halay”, 

“Cəngi”,  “Cəhribəyim”,  “Sonacan”,  “Ceyran  bala”,  “Yallı”, 

“Tənzərə”,  “Gopu”,  “Leyli-xani”,  “Hoynari”,  “Güleynarı”,  “Oyun 

yallı”,  “Köçəri”,  “Qaz-qazı”,  “Dönə-yallı”,  “Nənə-gün”,  “Haxışda”, 

“Çınq-çınq”,  “Qaladan-qalaya”,  “Qaleyi”  kimi  xalq  rəqsləri  bu  gün 

də  toylarda,  xalq  şənliklərində,  bayram  mərasimlərində  kollektiv 

şəkildə  musiqi  və  xorun    müşayiəti  ilə  ifa  olunur.  Çox  güman  ki, 

Azərbaycan  xalqının  qəhrəmanlıq  və  idman  oyunları  kimi  geniş 

yayılan  “Çovkan”, “Qəhrəmanı”,  “Pəhlivani”, “Sürpapaq”, “Yaylıq” 

oyun  mərasimləri  də  yuxarıda  adlarını  çəkdiyimiz  kütləvi  oyunlar 

əsasında  yaradılmışdır.  Problemin  belə  bir  cəhətini  də  yaddan 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə