AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
MƏDƏNİYYƏTŞÜNASLIQ ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ
PROQRAM
Uşaq musiqi və incəsənət məktəblərinin
kamança sinfi üçün
Bakı-2014
2
Tərtibçilər:
Rauf İmanov
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki
Mərkəzin Təhsil şöbəsinin metodisti,
musiqişünas, Bəstəkarlar İttifaqının
üzvü
Dəyanət Quliyev
Azərbaycan Milli Konservatoriyasının
baş müəllimi
Redaktor:
Natiq Mustafayev
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki
Mərkəzin Təhsil şöbəsinin müdiri
Korrektor Lalə Musayeva
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki
Mərkəzin Təhsil şöbəsinin metodisti
3
METODİKİ TÖVSİYƏLƏR
Azərbaycan musiqi təhsil sistemində uşaq musiqi
və incəsənət məktəblərinin rolu böyükdür. Musiqi
məktəblərinin əsas məqsədi şagirdləri fəal musiqi
dinləyicisi və təbliğatçısı kimi hazırlamaq, onlarda
musiqiyə olan məhəbbəti daha da artırmaqdır. Bu
baxımdan başqa musiqi alətləri kimi kamançanın da
tədrisinin böyük rolu vardır.
Uşaq musiqi və incəsənət məktəblərində kamança
sinfində təlim-tərbiyə işinin müvəffəqiyyəti hər şeydən
əvvəl ixtisas müəlliminin hazırlığından, əqidəsindən,
professionallığından, pedaqoji işə olan məhəbbətindən,
bütün biliyini şagirdə mənimsətmək bacarığından asılıdır.
Məlumdur ki, məktəbdə ixtisas dərsləri fərdi tədris
üsulu ilə aparılır. Buna əsaslanan müəllim hər bir şagirdin
fərdi psixologiyasını nəzərə almalı və ona bu prinsiplər
əsasında yanaşmalıdır. Şagirdin fərdi imkanlarının ifaçılıq
və qavrama qabiliyyətinin hərtərəfli öyrənilməsi, dərsin
maraqlı və metodiki baxımdan düzgün qurulmasına kömək
edə bilər. Yadda saxlamaq lazımdır ki, şagirdin dərsə
marağı, əməksevərliyi, musiqi alətində çalmaq vərdişi ilk
dərslərdən başlayır. Bu hal bir növ şagirdin gələcəkdə
inkişafını və hansı müvəffəqiyyətlər qazanacağını
qabaqcadan müəyyənləşdirməyə imkan yaradır. Müəllim
ilk gündən şagirdin dərslərə ciddi münasibətlə yanaşmasına
və tapşırıqları tələbkarlıqla yerinə yetirməsinə nail
olmalıdır. İxtisas müəllimi şagirdə musiqi alətinə olan
4
məhəbbət hissini aşılamalı, keçilən əsərlərə ciddi münasibət
və maraq oyatmalıdır.
İxtisas müəllimi musiqi nəzəriyyəsi, xor, orkestr və
başqa müəllimlərlə birlikdə şagirdləri xalq musiqisi, rus,
Qərbi Avropa klassiklərinin əsərləri ilə yaxından tanış
etməli, onları vətənpərvərlik ruhunda tərbiyə etməlidir.
Uşaq musiqi məktəbinin əsas vəzifələrindən biri də
ümummusiqi təhsili ilə yanaşı, istedadlı şagirdləri orta
ixtisas
musiqi
məktəblərinə
daxil
olması
üçün
hazırlamaqdan ibarətdir. Bu baxımdan hər bir fənn
müəllimi öz işinə məsuliyyətlə yanaşmalı, şagirdlərin
ixtisas və nəzəri biliklərə dərindən yiyələnməsinə,
incəsənətin başqa janrlarına maraq və ciddi münasibət
bəsləməsinə nail olmalıdır. Bütün bunlarda müəllimin əsas
məqsədi şagirdə alətdə çalmağı öyrətmək bacarığını
aşılamaqdır. Müəllim, həmçinin dərsi tədris edərkən
sadədən-mürəkkəbə doğru prinsipini əsas götürərək onun
düzgün qurulmasına, yorucu olmamasına çalışmalıdır.
Şagirdin ifaçılıq qabiliyyətinin hərtərəfli inkişafı
üçün sərbəst oturmaq, kamançanı və kamanı düzgün
tutmaq qaydalarının öyrənilməsi ən vacib şərtlərdən biridir.
Bu, yalnız müəllimlə şagirdin birgə səyi nəticəsində əldə
edilə bilər. Şagirdin müvəffəqiyyəti, onun fiziki
imkanlarına uyğun münasib kamança seçilməsilə də
bağlıdır. Kamançanın müəllimin iştirakı ilə seçilməsi
məsləhət görülür.
Tədris zamanı müəllim şagirdə R.Mirişlinin
“Kamança
məktəbi”,
O.İmanova,
R.Rəcəbovanın
“Kamança məktəbi” və başqa dərsliklərin əldə edilməsində
köməklik göstərməlidir.
5
Məlumdur ki, ilk dərs məşğələləri, notların
öyrədilməsi, mahnı oxumaq, alətlə tanışlıqla başlayır.
Təxmini olaraq 4 həftə ərzində şagirdlərlə boş simlər
üzərində (II və III simlər) çalışmalar aparmaq məsləhət
görülür. Bu baxımdan barmaqların simlər üzərində
qoyulması-pizzicato çalma kimi xüsusiyyət, keçilən
melodiya və ya məşğələnin solmizasiyası, yəni üzdən
oxumaq üsulu da maraqlı olardı.
Çalğı zamanı simlərdə kaman deyil, kamançanı sol
əlin köməyi ilə lazımı tərəfə azacıq çevirmək məsləhətdir.
Boş simlərdə çalarkən, əvvəlcə 2-3 sonra 4 və geri
qayıdarkən isə 1-ci simdə çalmaq məsləhət görülür.
Müəllim kamanın simlər üzərində düzgün hərəkətinə,
kamançanın düzgün tutulmasına, dərs müddətində daim
nəzarətdə saxlamalıdır. Bu nəzarət yuxarı siniflərdə
olmasa,
şagirdlərin texniki əsərin keçirilməsi və
pozisiyaların öyrənilməsi zamanı sağ və sol əli əyməsinə
səbəb olur.
Əsər üzərində işləyərkən mexaniki ifa tərzinə yol
vermək məqsədəuyğun deyil. Əsər öyrənilərkən musiqi
terminlərinin mənası, lad, metro-ritmik quruluş, ayrı-ayrı
cümlələrin ifa tərzi və s. aydınlaşdırılmalıdır. Bunlar
şagirdin məktəbdə təhsil aldığı bütün illər ərzində tədris
olunmalıdır. Öyrənilən əsər şagirdin ifaçılıq qabiliyyətinə
uyğun olmalı, onda həmin əsərin qısa müddətdə
mənimsənilməsinə və dərsin maraqlı olmasına təminat
yaratmalıdır.
Şagirdin texniki inkişafını artırmaq üçün bütün
tədris illəri ərzində qamma, etüd və müxtəlif kaman
ştrixləri və sairə məşğələlər üzərində ardıcıl çalışmalar
6
aparmaq lazımdır. Məşğələlər yorucu olmamalı və
mexaniki çalğı üsuluna yol verilməməlidir.
Qamma, etüd məşğələlərinin üzərində işləyərkən
intonasiya
aydınlığına, ritmin sabitliyinə, kamanın
məqsədyönlü hərəkətinə, pozisiyalarda sərbəst gəzişmə
hallarına diqqət yetirilməlidir.
Şagirdə kamanın düzgün qoyuluşunu keçdikdən
sonra, ona mahnı, rəng və rəqslər öyrətmək lazımdır. Burda
da müəllim sekvensiyalı, yəni təkrar olunan cümlələrlə
bəstələnmiş musiqi nümunələrindən istifadə etsə daha
məqsədəuyğun olar (məsələn: xalq mahnısı “Ay gözəl –
gözəl”,
Ə.Tağıyev
“Azərbaycan”,
İ.Topçubaşov
“Olmasaydı” xalq mahnısı “Həştərxandan gəmi gəlir”
“Mahur rəngi” və s.). Yuxarı siniflərdə muğam keçərkən
müəllim həmin muğamı tam ifa etməli, bu muğam və onun
yaxşı ifaçıları haqda şagirdə məlumat verilməlidir. Adil
Gərayın T.Quliyev tərəfindən kamança üçün köçürülmüş
“Muğam etüdləri” kitabından keçilən muğama uyğun etüd
keçirilsə, artıq şagird həmin muğamın bütün pərdələri ilə
tanışlığı olacaqdır.
Vibrasiya texnikası əsərin əhəmiyyətli və obrazlı
şəkildə səslənməsinə kömək etmək məqsədilə işlədilir. Bu
baxımdan ilk növbədə sol əlin ümumi sərbəstliyinə nail
olmalı, sonradan vibrasiyanın tam öyrənilməsi işinə
çalışmaq lazımdır. Vibrasiyanın şagirdin alətdə mükəmməl
ifası zamanı öyrədilməsi də məqsədəuyğundur. Çalışmaq
lazımdır ki, vibrasiya etmə bacarığı şagirddə daxili tələb
şəklində formalaşsın. Bütün tədris illəri ərzində keyfiyyətli
intonasiyalarla çalmaq işi üzərində ciddi çalışmalar
aparılmalıdır. Bu baxımdan sağ əlin sərbəst, kamanın
süzgün hərəkəti və s. ifa zamanı melodiyanın ahəngdar və
7
obrazlı səslənməsinə zəmin yaradır. Ümumiyyətlə,
vibrasiya texnikası şagirdə muğam dərslərində keçilən
mahnı və rənglərdə aşılanmalıdır.
Qeyd etmək lazımdır ki, məqsədyönlü applikatura
sisteminin tətbiqi və ondan yaradıcılıqla istifadə etmək
bacarığı şagirdin musiqi ifaçılığının inkişafında əsas
vasitələrdən biridir. Applikatura seçərkən təkcə münasiblik
deyil, həmçinin əsərdə obrazların açılması, əhəmiyyətli ifa
tərzi və s. xüsusiyyətlər qarşıya məqsəd qoyulur. Şagirdin
fərdi xüsusiyyəti nəzərə alınmaqla əsərin müvəffəqiyyətli
ifası, mövzuların intonasiyalı səslənməsi üçün nüans
işarələr tətbiq olunur. Nüanslar ifa zamanı işlədilən başqa
ştrixlərlə birlikdə əsərin mövzularının açılmasına, mətnin
başa düşülməsinə və dərindən hiss edilməsinə kömək edir.
Tədris materialının düşünülmüş şəkildə seçilməsi,
şagirdin fərdi xüsusiyyətinə uyğun paylanması, dərsin
müvəffəqiyyətlə aparılmasına şərait yaradan əsas
amillərdəndir. Dərsin fərdi üsulla keçilməsini nəzərə alaraq
müəllim məzmunlu tapşırıqlar verməli və onun yerinə
yetirilməsini müntəzəm olaraq yoxlamalıdır.
Dərs-mürəkkəb yaradıcılıq prosesidir. Hər bir
dərsdə müəllim daha mükəmməl üsuldan istifadə etməyə,
dərsin müvəffəqiyyətli və maraqlı keçməsinə çalışmalıdır.
Bu müvəffəqiyyətləri əldə etmək üçün müəllim öz üzərində
müntəzəm işləməli, ifaçılıq qabiliyyətini artırmalı, müxtəlif
metodiki ədəbiyyatı öyrənməlidir.
8
I SİNİF (not)
İllik tələbat
Kamança aləti ilə tanışlıq. Kamançanı və kamanı
tutmaq qaydası, ümumi vəziyyət. Not işarəsi, not xətləri,
notların adları və xətlərdə yerləşməsi. Birinci pozisiyaya
aid olan notların öyrədilməsi.
R.Mirişlinin,
O.İmanova
və R.Rəcəbovanın
“Kamança məktəbi” dərsliklərindən birinci sinfə uyğun
olan məşğələ və etüd nömrələrini keçməli.
Do major, lya minor qammaları 1 oktava həcmində
yarım və çərək notlarla.
Fa major, re minor qammaları 1 oktava həcmində
yarım və çərək notlarla.
Sol major, mi minor qammaları 1 oktava həcmində
yarım və çərək notlarla.
Lya major qamması 2 oktava həcmində yarım və
çərək notlarla.
Minor qammaları natural halda çalınmalıdır
________________________________________________
Qeyd: 1 sinifdə barmaqların simlər üzərində qoyulmasını
daha da inkişaf etdirmək üçün,həmçinin kaman ştrixlərini müəyyən
qədər mükəmməlləşdirmək üçün müxtəlif məşğələlər tələb olunur.
Əgər “Kamança məktəbi” dərsliyində belə məşğələlər azlıq təşkil
edərsə, müəllim tar,skripka və başqa alətlər üçün nəşr olunmuş
dərsliklərdən kamançaya münasib olanını tədris materialına daxil
edə bilər.
9
TƏXMİNİ REPERTUAR
Ü.Hacıbəyli
Yaxşı yol “Pyeslər məcmuəsi”
(kamança ilə fortepiano üçün
köçürmələr H.Kərimov və
N.Bayramovundur),
Bakı. “İşıq” nəşriyyatı, 1989
Pilotlar (Yenə orada № 1)
M.Maqomayev
Qəmgin mahnı
(“Kamança məktəbi”
dərsliyindən № 3)
F.Əmirov
Məktəblilər nəğməsi
(Yenə orada № 1)
Quşlar “Pyeslər məcmuəsi” “İşıq”
nəşriyyatı, Bakı, 1976
Qatar T.Atakişiyev və Y.Barştak
“Skripkada çalmaq üçün ibtidai
tədris kitabı”ndan № 35
Azərnəşr, Bakı-1962
S.Rüstəmov
Alagöz “Pyeslər məcmuəsi”
kamança ilə fortepiano üçün
köçürmələr, “İşıq”
nəşriyyatı, Bakı, 1989
S.Ələsgərov
Sözsüz mahnı
“Kamança dərsliyindən” № 2
Ə.Abbasov
Nəğmə
“Skripka kitabından” № 14
10
M.Əhmədov
Melodiya (Yenə orada № 27)
M.Nəsirbəyov
Yağış (Yenə orada № 12)
M.Qlinka
Bülbül “Kamança məktəbi”
dərsliyindən № 17
İ.Lısenko
Tülkü
“Skripka üçün müntəxəbat”
№ 16, I, II siniflər, “Muzıka”
nəşriyyatı, Moskva, 1976
A.Filippenko
Cücələrim (Yenə orada)
Rus xalq mahnısı
Bağda dovşan gəzir
(Yenə oradan № 2)
M.Krasev
Top-top (Yenə orada № 6)
T.Zaxarina
Layla (Yenə orada № 9)
N.Metlov
Layla (Yenə orada № 13)
Rus xalq mahnısı
Yaşıl çəmənlikdə
(Yenə oradan № 12)
A.Komarovski
Mahnı (Yenə orada № 5)
V.Rebikov
Səhərcik (Yenə orada № 18)
Rus xalq mahnısı
Uçma bülbül
(Yenə oradan № 20)
N.Baklanov
Mahnı (Yenə orada № 27)
Ukrayna xalq mahnısı Oy, cikune-cikune
(Yenə oradan № 28)
Dovşan (Yenə orada № 31)
Rus xalq mahnısı Şən qızlar (Yenə orada)
V.A.Motsart Alleqretto
Müntəxəbat, I, II siniflər üçün
№ 17, “Muzıka” nəşriyyatı,
Moskva, 1976
İ.Haydn
Mahnı (Yenə oradan № 26)
J.Lülli
Mahnı (Yenə oradan № 25)
11
F.Mendelson
Moderato
“Skripka üçün pedaqoji repertuar”
№ 9, “Muzıka” nəşriyyatı,
Moskva, 1939
Mahnı (Yenə orada № 10)
F.Şubert
Lendler (Yenə orada № 17)
K.Veber
Ariya (Yenə orada № 14)
F.Qyue
Layla (Yenə orada № 13)
M.Oqinski
Polonez “Azərnəşr”. Bakı,1959
“Gənc skripkaçıların kitabxanası”ndan pyeslər I
dəftər. Bakı. “Azərnəşr”.,1963
_______________________________________________
Qeyd
: Müəllim mülahizəsinə görə şagirdin sinfinə uyğun
köçürmələrdən də istifadə edə bilər
I SİNİF (muğam )
İllik tələbat
Açıq
simlər
üzərində
məşğələlər
(kamanın
gəzdirilməsi). Barmaqların simlər üzərində düzgün
vəziyyəti (normal applikatura ilə). 4-6 kiçik həcmli
Azərbaycan xalq mahnıları, rəqsləri, dəramət, rənglər və
asan barmaqlarla keçməli.
TƏXMİNİ REPERTUAR
Azərbaycan xalq mahnıları:
Laylay
Aman ovçu
12
Qara gözlər
Evləri var xana-xana
Küçələrə su səpmişəm
Laçın
Gözəlim sənsən
Bəri bax
Aman nənə
Qubanın ağ alması
Qoyunlar
Sudan gələn sürməli qız
Ay gözəl – gözəl xanım
Sona xanım çıx eyvana
Azərbaycan xalq rəqsləri:
Əsgərani
Gülgəz
Yüz bir
İnnabı
Yaylıq
Azərbaycan
Mirzeyi
Nəlbəki
Dəramət və rənglər:
Mahur – Hindi dəraməti
Çahargah rəngi
Rast rəngi
Bayatı-Qacar rəngi
13
Qatar rəngi
Bayatı-Kürd rəngi
Şüştər rəngi
Tədris ilində keçirilən dinləyişin tələbatı:
I yarımildə (dekabrda) – sorğu, musiqi savadı,
alətin düzgün tutulması, notun üzdən oxunması.
II yarımildə (may-iyun ) 1 qamma, 1 məşğələ,
2 pyes, 2 mahnı.
Keçilən məşğələlərdən sorğu
Azərbaycan xalq mahnılarından, rəqs, dəramət və
rənglərdən ikisini çalmaq.
II SİNİF (not)
İllik tələbat
R.Mirişlinin,
O.İmanova
və
R.Rəcəbovanın
“Kamança məktəbi” dərsliklərindən ikinci sinfə uyğun
olan məşğələ və etüd nömrələrini keçməli.
H.Kərimovun
“Qamma və etüdlərin tədrisi”
dərsliyindən keçməli.
Re major, si minor qammaları 2 oktava həcmində
çərək və səkkizlik notlarla.
Si bemol major qamması 2 oktava sol minor
qamması 1 oktava həcmində çərək və səkkizlik notlarla.
Lya major qamması 2 oktava həcmində çərək və
səkkizlik notlarla çaldırmalı.
Tədris ili ərzində müxtəlif xarakterli 4-6 pyes
keçməli.
14
_______________________________________________
Qeyd: Qamma və arpecioları iki dəfə ardıcıl çaldırmaq
məsləhətdir. Bu qayda qammaların tədrisində bütün
siniflərdə tətbiq olunmalıdır.
TƏXMİNİ REPERTUAR
Ü.Hacıbəyli
Şəfqət bacısı Azərnəşr,
Bakı, 1942
Qızlar xoru.
(“Koroğlu” operasının
IV pərdəsindən)
Axşam oldu “Skripka məktəbi”
dərsliyindən № 75
Ey səba yeli “Kamança məktəbi”
dərsliyindən № 16
A.Zeynallı
Beşik mahnısı
“Pyeslər məcmuəsi”
“Azərnəşr”, Bakı, 1945
F.Əmirov
Bip-bipin nəğməsi
“Azərnəşr”, Bakı, 1962
Quzum (Yenə orada)
S.Rüstəmov
Ana məktəb. “Uşaq mahnıları”,
Azərnəşr, Bakı, 1962
Ə.Abbasov
Aşıqsayağı. “Pyeslər məcmuəsi”,
“İşıq” nəşriyyatı, Bakı, 1989
A.Rzayev
Kukla (Yenə orada)
Sabahın ustaları
“Azərnəşr”, Bakı,1951
M.Əhmədov
Marş Skripka dərsliyindən № 60
DUETLƏR
15
Ü.Hacıbəyli
Axşam oldu
“Pyeslər məcmuəsi”, (kamança ilə
fortepiano üçün köçürmələr),
Bakı,1989
F.Əmirov
Qatar (Yenə orada)
D.Şostakoviç
Yaxşı yol (Yenə orada
)
M.İ.Qlinka
Polka “Pyeslər məcmuəsi”,
(kamança ilə fortepiano üçün
köçürmələr), “İşıq”nəşriyyatı,
Bakı, 1989
N.Rimski-Korsakov Qışın yola salınması
“Müntəxabat”, I,II siniflər
üçün № 36, “Muzıka”nəşriyyatı,
Moskva-1976
V.Kalinikov
Durna (Yenə orada № 32)
N.Baklanov Beşik nəğməsi (Yenə orada № 5)
V.Solovyov-Sedoy Moskva axşamları
“Seçilmiş mahnılar”,
“Muzıka” nəşriyyatı, Kiyev, 1976
S.Zateplinski Melodiya “5 yüngül pyes”,
“Muzıka” nəşriyyatı, Moskva, 1937
A.Jivqov
Etüd – marş Etüd və pyeslər,
Gənc skripkaçıların kitabxanası,
II,III siniflər üçün
“Sovet bəstəkarı” nəşriyyatı,
Moskva, 1960
A.V.Motsart
Vals
“Skripkada çalmaq üçün ilk
dərslər”kitabı № 55,
“Muzıka” nəşriyyatı,
16
Moskva 1971
H.Hendel
Qavot variasiya ilə (Yenə orada)
L.Bethoven
Surok Müntəxəbat № 50
F.Şubert
Vals (Yenə orada № 47)
R.Şuman
Melodiya (Yenə orada № 41)
A.Korelli
Qavot “Muzıka” nəşriyyatı,
Moskva – 1937
K.Sen-Sans
Qu quşu “Muzıka” nəşriyyatı,
Moskva – 1961
“Gənc skripkaçıların kitabxanası”ndan pyeslər II
dəftər. Bakı.“Azərnəşr”. 1963.
II SİNİF (muğam)
İllik tələbat
Mahur-Hindi və Bayatı-Kürd (aşağıdakı
şöbələrilə asan barmaqlarla).
Bayatı-Kürd:
Bayatı-Kürd
Bayatı-Əcəm
Ayaq
Mahur-Hindi:
Bərdaşt
Mahur-Hindinin mayəsi
Üşşaq
Hüseyni
Vilayəti
Tədris ilində keçirilən dinləyişin tələbatı:
I yarımildə (noyabrda) 1 major, 1 minor qamması,
1 etüd, terminlərdən sorğu.
17
( Dekabrda) iki müxtəlif xarakterli pyes.
Bayatı – Kürd muğamı.
Keçilən məşğələlərdən sorğu.
II yarımildə (martda) 1 major, 1 minor qamması,
1 etüd, terminlərdən sorğu.
(May-iyunda) iki müxtəlif xarakterli pyes.
Mahur-Hindi muğamı.
Keçilən məşğələlərdən sorğu.
III SİNİF (not)
İllik tələbat
Kamançanın köklənməsinin bütün tədris ili ərzində
öyrədilməsi. Pozisiya haqqında məlumat. 2 – 3-cü pozisiya
ilə tanışlıq. Həmin pozisiyalarda məşğələlər çalmalı.
R.Mirişlinin,
O.İmanova
və
R.Rəcəbovanın
“Kamança məktəbi” dərsliklərindən üçüncü sinfə uyğun
olan məşğələ və etüd nömrələrini keçməli.
H.Kərimovun “Qamma və etüdlərin tədrisi” dərsli-
yindən keçməli.
F.Volfartın “Skripkada çalmaq üçün ilk dərslər”
kitabından keçməli.
Sol major, mi minor qammaları 2 oktava həcmində
çərək və səkkizlik notlarla.
Fa major qamması 2 oktava həcmində çərək və
səkkizlik notlarla.
Re minor qamması 2 oktava həcmində çərək,
səkkizlik və onaltılıq notlarla.
Re major, si minor, qammaları 2 oktava həcmində
çərək, səkkizlik və onaltılıq notlarla.
18
Lya major qamması, ştrixlərlə, Fa diyez minor
qamması 2 oktava həcmində çərək və səkkizlik notlarla
çaldırılmalı.
Tədris ili ərzində müxtəlif xarakterli 4-6 pyes
keçməli.
TƏXMİNİ REPERTUAR
Ü.Hacıbəyli
Əsgərin şadlığı
Əsgərin ariyası
(“Arşın mal alan” musiqili
komediyasından)
Azərnəşr, Bakı, 1958
Döyüşçülər marşı
“Pyeslər məcmuəsi”,
“İşıq” nəşriyyatı, Bakı, 1976
Qızlar xoru
(“Leyli və Məcnun” operasından)
M.Maqomayev
Nərgizin mahnısı
(“Nərgiz” operasından)
“Etüd və pyeslər” məcmuəsi,
“İşıq”nəşriyyatı, Bakı-1979
A.Zeynallı
Araz (duet) (Yenə oradan)
Q.Qarayev
Dəniz neftçilərinin mahnısı
“Kamança məktəbi” dərsliyindən
Kiçik vals
“Altı uşaq pyesi” məcmuəsindən
(skripka ilə fortepiano üçün
köçürmə),
“Sovetskiy kompozitor”
nəşriyyatı, Moskva – 1974
19
Fırfıra (Yenə orada)
Düşüncə (Yenə orada)
Niyazi
Layla Skripka üçün müntəxəbat,
I-II siniflər, №7,
Muzıka” nəşriyyatı,
Moskva, 1974
S.Rüstəmov
Sərhədçilər marşı
“Azərnəşr”, Bakı-1958
Sumqayıt, “Azərnəşr”, Bakı, 1950
Mahnı və rəqs
“Pyeslər məcmuəsi”ndən
(kamança ilə fortepiano üçün
köçürmələr)
Düşərgəmiz “Kamança məktəbi”
dərsliyindən
T.Quliyev
Neftçilər marşı
“Balaban məktəbi”
dərsliyindən № 4
Ə.Bədəlbəyli Marş (“Qız qalası” baletindən)
Gənc skripkaçının
kitabxanasından, II dəftər,
Azərnəşr, Bakı, 1961
S.Ələsgərov
Balaca çoban “Pyeslər məcmuəsi”
(kamança ilə fortepiano üçün
köçürmələr) “İşıq” nəşriyyatı,
Bakı,1989
Ə.Abbasov
Aşıqsayağı “Pyeslər məcmuəsi”
(kamança ilə fortepiano üçün
köçürmələr), Bakı,1989
A.Gəray
Qurucular mahnısı
“Kamança məktəbi”
20
dərsliyindən № 10
M.Qlinka
Torağay
“Kamança məktəbi”
dərsliyindən № 7
P.Çaykovski
Payız
“Etüdlər və pyeslər” məcmuəsi,
“İşıq” nəşriyyatı, Bakı, 1979
D.Şostakoviç
Yaxşı yol, Müntəxəbat № 57
Vals
“Kamança məktəbi”
dərsliyindən № 8
M.Lısenko
Layla, Müntəxəbat № 54
N.Baklanova
Yallı, “Pyeslər məcmuəsi”
(kamança ilə fortepiano üçün
köçürmələr)
S.Qulak-Artemovski Oksananın romansı
“Kamança məktəbi”
dərsliyindən № 5
A.Qreçaninov
Layla Müntəxəbat № 79
Ukrayna xalq mahnısı Durna (Yenə orada № 55)
N.Baklanova Rəqs
“Etüd və pyeslər” məcmuəsi,
“Sovetskiy kompozitor” nəşriyyatı,
Moskva – 1990
İ.S.Bax Qavot Müntəxəbat № 63
V.Motsart Çoban mahnısı
(Yenə orada № 72)
F.Şubert Vals (Yenə orada № 77)
Lendler (Yenə orada № 73)
X.Qlyuk Şən yallı (Yenə orada № 59)
Şən rəqs (Yenə orada № 61)
21
Q.Persel Ariya (Yenə orada № 58)
K.Veber Vivaçe (Yenə orada № 69)
O.Ridinq
Konsert si minor (I h.)
(Yenə orada № 91)
Konsert – Si minor (III hissə)
Müntəxəbat II–III siniflər üçün
№ 41
Korelli Adajio “Muzqiz”, Moskva, 1837
F.Mendelson
Sözsüz mahnı
“Muzqiz”, Moskva, 1939
Q.Kekkert Qayıqda (Yenə orada)
“Gənc skripkaçıların
Kitabxanası”ndan
pyeslər
III dəftər Azərnəşr”,
Bakı, 1963
III SİNİF (muğam)
İllik tələbat
Kamançanın köklənmə qaydası.
Bayatı-Qacar və Şüştər (aşağıdakı şöbələrilə).
Bayatı-Qacar: Bərdaşt
Maye
Hüseyni
Şikəsteyi-fars
Şüştər: Bərdaşt (Əmiri)
Şüştər
Tərkib
22
Tədris ilində keçirilən dinləyiş və imtahanın tələbatı:
I yarımildə (noyabrda) 1 major, 1 minor qamması,
1 etüd, terminlərdən sorğu.
(Dekabrda) iki müxtəlif xarakterli pyes;
Şüştər muğamı.
Keçilən məşğələlərdə sorğu.
II yarımildə (martda) 1 major, 1 minor qamması,
1 etüd, terminlərdən sorğu:
(May-İyunda) iki müxtəlif xarakterli pyes,
Bayatı – Qacar muğamı.
Keçilən məşğələlərdə sorğu.
IV SİNİF (not)
İllik tələbat
Kamançanın köklənmə qaydası. 4-5-ci pozisiyalar ilə
tanışlıq. Həmin pozisiyalarda sərbəst çalmaq üçün
məşğələlər. Melizm haqqında anlayış, qısa və uzun
forşlaqların izahı və ifası.
R.Mirişli,
O.İmanov
və R.Rəcəbov.“Kamança
məktəbi” dərsliklərindən dördüncü sinfə uyğun olan
məşğələ və etüd nömrələrini keçməli.
H.Kərimovun “Qamma və etüdlərin tədrisi” dərsli-
yindən keçməli.
F.Volfart skripka üçün etüdlərdən (I dəftər) keçməli
“Azərbaycan
xalq
rəngləri”
məcmuələrindən
keçməli.
Re major, si minor qammaları 2 oktava həcmində
ştrixlərlə.
Lya major, fa diyez minor qammaları 2 oktava
həcmində ştrixlərlə.
23
Fa major, re minor qammaları 2 oktava həcmində
ştrixlərlə çaldırılmalı.
Tədris ili ərzində müxtəlif xarakterli 4-6 pyes
keçməli.
TƏXMİNİ REPERTUAR
Ü.Hacıbəyli
Sənsiz Azərnəşr, Bakı, 1945
Sevgili canan
“Kamança məktəbi”ndən № 2
Gülçöhrənin naləsi
(“Arşın mal alan”) musiqili
komediyasından
Nigarın ariyası,
(“Koroğlu” operasından)
Azərnəşr, Bakı, 1961
M.Maqomayev
Yallı (“Nərgiz” operasından)
Q.Qarayev
Nağıl “Klassik pyeslər”
məcmuəsi, Moskva, 1974
Oyun (Yenə orada)
Şən hadisə (Yenə orada)
Marş
“Pyeslər məcmuəsi” (kamança
ilə fortepiano üçün), “İşıq”
nəşriyyatı, Bakı, 1989
F.Əmirov
Baharımsan (“Gözün aydın”
musiqili komediyasından)
Azərnəşr”, Bakı, 1951
Lirik rəqs “Pyeslər məcmuəsi”
(kamança ilə fortepiano üçün).
“İşıq” nəşriyyatı, Bakı, 1989
Ovda (Yenə orada)
24
Kor ərəbin mahnısı (Şeyx-Sənan”
pyesinə yazılmış musiqidən)
Niyazi
Marş “Kamança məktəbi”ndən
№ 13
C.Hacıyev
Layla“Pyeslər”
(tar ilə fortepiano üçün köçürmə),
Azərnəşr, Bakı, 1964
Adil Gəray
Tarantella, Azərnəşr, Bakı, 1970
Şahnazsayağı (Yenə orada)
Bağçakürd (Yenə orada)
M.Qlinka Vals (“İvan Susanin” operasından)
Uşaq musiqi məktəbi
(Gənc skripkaçının kitabxanası,
II dəftər),Azərnəşr, Bakı, 1961
Elegiya
“Etüd və pyeslər” məcmuəsi,
“İşıq” nəşriyyatı, Bakı, 1979
P.Çaykovski
Vals “Uşaq albomu” pyesləri
məcmuəsindən
Neapolitan mahnısı
“Pyeslər məcmuəsi”,
(kamança və fortepiano üçün)
“İşıq” nəşriyyatı, Bakı, 1979
Barkarolla“ Azərnəşr”, Bakı, 1940
Şirin arzular
“Balaban məktəbi”ndən № 3
D.Şostakoviç
Qəmgin mahnı, “Müntəxəbat
III-IV siniflər üçün” № 7,
“Muzıka”, Moskva, 1972
R.Qlier
Vals. “12 yüngül pyes”,
“Muzıka” nəşriyyatı,
25
Moskva, 1970
Xalq mahnısı (Yenə orada)
M.Blanter
Layla
“Etüd və pyeslər məcmuəsi”,
“İşıq” nəşriyyatı, Bakı, 1979
L.Bethoven
İki xalq rəqsi
Müntəxəbat II-III siniflər üçün,
№ 8, “Muzıka” nəşriyyatı,
Moskva–1974
Sonatina (Yenə orada)
İ.Haydn
Andante
Müntəxəbat, I-II siniflər üçün
H.Hendel
Variasiyalar (Yenə orada)
K.Veber
Vals (Yenə orada)
Ş.Quno
Vals “Romeo və Cülyetta”
operasından
Ş.Dankla
Polka
“Kamança məktəbi”dərsliyindən
F.Qoseyk
Qavot “Pyeslər məcmuəsi”ndən
(kamança və fortepiano üçün),
“İşıq” nəşriyyatı, Bakı, 1979
H.Persel
Konsonetta (Yenə orada)
O.Ridinq
Konsert (II hissə)
A.Vivaldi
Konsert lya minor (I hissə)
“Muzıka” nəşriyyatı, Moskva, 1976
N.Baklanova
Konsertino “Pyeslər məcmuəsi”
(kamança ilə fortepiano üçün
köçürmə),
“İşıq” nəşriyyatı, Bakı, 1989
26
IV SİNİF (muğam )
İllik tələbat
Kamançanın köklənmə qaydası.
Bayatı-Şiraz və Rast (aşağıdakı şöbələrlə)
Bayatı-Şiraz:
Bərdaşt
Bayatı-Şirazın mayəsi
Nişibi-fəraz
Bayatı-İsfahan
Ayaq
Rast:
Bərdaşt
Mayə
Üşşaq
Hüseyni
Vilayəti
Ayaq
Tədris ilində keçirilən dinləyişin tələbatı:
I yarmildə (noyabrda) 1 major, 1 minor qamması,
1 etüd, terminlərdən sorğu.
(Dekabrda) iki müxtəlif xarakterli pyes.
Bayatı-Şiraz muğamı.
Keçilən məşğələlərdən sorğu.
II yarımildə (martda)1 major, 1 minor qamması,
1 etüd, ritmik muğam.
(May – İyunda) iki müxtəlif xarakterli pyes;
Rast muğamı.
Keçilən məşğələlərdən sorğu.
V SİNİF (not)
27
İllik tələbat
Kamançanın köklənmə qaydası.V-VI pozisiyalarla
tanışlıq.Həmin pozisiyalarda sərbəst çalmaq üçün müxtəlif
məşğələlər.
Şagirdə melizmlər, trel, qrupettonun yazılışı və
ifası haqqında məlumat vermək.
Melizmlərin ifası üçün müxtəlif məşğələlərdən
(Kamança məktəbi dərsliklərindən)
Azərbaycan xalq rəqsləri və ya xalq rəngləri
məcmuələrindən istifadə etməli.
Kamança məktəbi dərslikləri, H.Kərimovun “Qamma
və etüdlər” məcmuəsi,
F.Volfort I-II dəftər etüdləri, Kayzer “36 etüd
məcmuəsi” S.Rüstəmov “Melodik etüdlər” məcmuələrin-
dən qamma və etüdlər çaldırmalı. Kamança məktəbi
dərsliyindən 5-ci sinfə aid olan etüd və məşğələləri
keçməli.
Üç işarəli major, minor qammaları çərək, səkkizlik
və onaltılıq notlarla göstərilən temp və ştrixlərlə tədris
etməli.
Mi bemol major, do minor, fa diyez minor
qammaları, IV sinifdə keçilən qammaların təkrarı.
Sol major, mi minor qammaları 2 oktava həcmində
ştrixlərlə.
Mi bemol major, do minor qammaları 2 oktava
həcmində ştrixlərlə.
Hafiz Mirzəyevin “Qamma və etüdlər” kitabında
olduğu kimi keçməli.
Tədris ili ərzində 1 iri həcmli əsər, 2 müxtəlif
xarakterli pyes keçməli.
28
TƏXMİNİ REPERTUAR
Ü.Hacıbəyli
Asyanın rəqsi (“Arşın mal alan”
musiqili komediyasından)
“Azərnəşr”, Bakı, 1953
Rəqs
(“Koroğlu” operasının
V pərdəsindən)
“Pyeslər məcmuəsi”
(kamança ilə fortepiano üçün),
“İşıq” nəşriyyatı, Bakı, 1989
Aşıqsayağı Balaban məktəbindən
№ 5 I fantaziya,
“Azərnəşr”, Bakı, 1956
Firuzənin ariyası,
(“Firuzə” operasından)
Azərnəşr, Bakı, 1956
Cəngi, “Azərnəşr”, Bakı, 1956
M.Maqomayev
Rəqs
(“Şah İsmayıl” operasından)
“Azərnəşr”, Bakı, 1956
Radio marşı . “Pyeslər məcmuəsi”
(kamança ilə fortepiano üçün
köçürmələr),
“İşıq” nəşriyyatı, Bakı, 1991
Q.Qarayev
Ayşənin rəqsi
29
Uşaq musiqi məktəbi, II dəftər,
Azərnəşr, Bakı, 1963
C.Hacıyev
Variasiyalar . “Kamança məktəbi
dərsliyindən”.
S.Ələsgərov
Cəngi. Bakı.“İşıq” nəşriyyatı,1985
Tarantella (Yenə oradan)
A.Məlikov
Noktürn (“Məhəbbət əfsanəsi”
baletindən)
S.Rüstəmov
Şadlıq rəqsi
Azərnəşr, Bakı, 1950
Qaytağı 3 №-li süitadan
(kamança ilə fortepiano üçün
köçürmələr),
“Pyeslər məcmuəsi”,
“İşıq” nəşriyyatı, Bakı, 1991
T.Quliyev
Vals “Pyeslər” (tar ilə fortepiano
üçün köçürəni Adil Gəraydır),
Azərnəşr, Bakı, 1964
C.Cahangirov
Çahargah (“Azad” operasından)
Kamança və fortepiano üçün
köçürmə,
“İşıq” nəşriyyatı,Bakı, 1991
R.Mirişli
Dalğalar “Pyeslər məcmuəsi”,
“İşıq” nəşriyyatı, Bakı, 1991
V.Adıgözəlov
Qərənfil “Pyeslər məcmuəsi”,
“İşıq” nəşriyyatı, Bakı, 1989
P.Çaykovski
Rəqs (“Sonalar gölü” baletindən)
Vals (“Yevgeni Onegin”
operasından)
N.Rimski-Korsakov Hind qonağının mahnısı
(“Sadko” operasından)
30
“Azərnəşr”, Bakı, 1953
S.Raxmaninov Polka
Azərnəşr, Bakı,1953
Vokaliz (Yenə orada)
M.Musorqski Köhnə qala
“Sərgidən şəkillər” silsiləsindən
S.Küi
Şərq melodiyası
Azərnəşr, Bakı,1953
Z.Paliaşvili Lekuri. “Pyeslər məcmuəsi”
kamança ilə fortepiano üçün
köçürmə),
“İşıq” nəşriyyatı, Bakı,1989
V.A.Motsart Menuet
“Kamança məktəbi dərsliyindən”
№ 14
L.V.Bethoven Menuet
Xarici ölkə bəstəkarlarının
pyesləri, 6-7 siniflər üçün,
“Muzıka” nəşriyyatı,
Moskva, 1963
F.Şubert
Serenada. “Pyeslər məcmuəsi”,
“İşıq” nəşriyyatı, Bakı, 1989
F.Şopen
Mazurka
“Muzıka” nəşriyyatı,
Moskva, 1938
İ.Bokkerina Menuet.
“Klassik pyeslər” № 4,
“Muzıka” nəşriyyatı,
Moskva, 1974
İ.Brams Macar rəqsi “Pyeslər”,
Azərnəşr, Bakı, 1966
31
E.G.Bize Uvertüra
(“Karmen” operasından)
Azərnəşr, Bakı,1951
A.Dvorjak İki slavyan rəqsi
Azərnəşr, Bakı, 1953
A.Vivaldi
Konsert – Sol major
Müntəxəbat III-IV siniflər
üçün № 29, «Muzıka»
nəşriyyatı,Moskva, 1972
Konsert – lya minor
( I, II hissələr) (Yenə orada)
A.Verqoni
Rondo və Larqo
“Muzıka” nəşriyyatı,
Moskva, 1938
F.Zeyts
Uşaq konserti
(I-II-III hissələr)
“Muzıka” nəşriyyatı,
Moskva, 1939
V SİNİF (muğam)
İllik tələbat
Kamançanın köklənmə qaydası.
Çahargah və Hümayun (aşağıdakı şöbələrlə)
Çahargah:
Bərdaşt
Çahargahın mayəsi
Bəstənigar
Ayaq
Hümayun:
Bərdaşt
Hümayun
32
Feli
Məshəvi
Ayaq
Qarabağ şikəstəsi zərbi muğamı
Tədris ilində keçirilən dinləyişin tələbatı:
I yarmildə (noyabrda) 1 major, 1 minor qamması,
1 etüd, ritmik muğam
(Dekabrda) buraxılış imtahanında çalınacaq
2 müxtəlif xarakterli pyeslərin dinləyişi
Hümayun muğamı
II yarımildə (martda) iri həcmli əsərin dinləyişi
(May – İyunda) iki müxtəlif xarakterli pyes;
(Apreldə) tam proqramın dinləyişi
Buraxılış imtahanında (may-iyunda) 1 etüd, 1 iri
həcmli əsər, 2 müxtəlif xarakterli pyes, 1 muğam (tədris
illəri ərzində keçilən muğamlardan biri) çalmalıdır.
Dostları ilə paylaş: |