Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 236,38 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix16.11.2017
ölçüsü236,38 Kb.
#10425
  1   2   3   4   5   6   7


 

               



AZƏRBAYCAN RESPUBLİKASI 

                 MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

 

               



F.KÖÇƏRLİ adına RESPUBLİKA UŞAQ   

                                           KİTABXANASI 

 

 

 

1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili  

 günü münasibətilə 

 

  

 

 

“Dilimiz milli varlığımız, zəngin mənəvi sərvətimizdir” 

 

(metodiki vəsait) 

 

 



 

 

 

 



B A K I – 2015

 

 

 


 

                                                   



Tərtibçidən: 

Bu gün biz müstəqil bir dövlət kimi fəxr edirik ki, 

bizim gözəl Azərbaycan dilimiz var. Dilimiz zəngindir, 

çox  ahəngdar  dildir,  dilimizin  söz  ehtiyatı  çox 

böyükdür.  Qrammatika  sahəsində  həddən  artıq 

böyülk nailiyyətimiz var. Şəxsən mən bu dili sevirəm.  

 

 

 

 

 

 

 

 

Heydər Əliyev 

 

 

 

 

 

 

 

 

Ümummilli lider 

 

Dil  millətin  təsdiqi,  onun  milli  varlığını  müəyyənləşdirən  əsas 

amillərdən  biridir.  Milli-mənəvi  sərvətimizdən,  mənəviyyatımızdan,  söhbət 

düşəndə,  ilk  növbədə  ana  dilimiz  yada  düşür.  Əgər  bir  xalqın  ana  dili 

yoxdursa, demək həmin xalqın özü də yoxdur. 

Dövlət  müstəqilliyimizin  atributlarından  biri  hesab  edilən  ana  dilimizi 

qorumaq, inkişaf etdirmək, və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq 

borcudur. Belə olan halda xalqımız zəngin dil mədəniyyətinə sahib olar. Bu da 

müstəqil dövlətimizin gələcək inkişafına zəmin yaradar.  

Hər  bir  azərbaycanlı  untmamalıdır  ki,  xalqımızı  dünyada  tanıdan  ana 

dilimizdir.  Azərbaycan  müstəqil  dövlətdir.  Təbii  ki,  onun  dövlət  dili 

haqqındakı  qanunları  da  realdır  və  hər  birimizin  bu  qanunlara  ciddi  riayət 

etməyimiz ən ülvi borcumuzdur. Ümummilli lider Heydər Əliyevin bu müdrik 

kəlamı  hər  bir  azərbaycanlıya  örnək  olmalıdır.  “Mən  hər  bir  dilə  öz  hörmət 

və  ehtiramımı  bildirirəm,  amma  hesab  edirəm  ki,  öz  dilimizlə-  Azərbaycan 

dili  ilə  hər  birimiz  fəxr  edə  bilərik.  Çünki,  bu,  zəngin  dildir,  artıq  dünyada 

tanınıb, dilimizin adı tanınıb”.  

Dövlət  müstəqilliyini  qazandıqdan  sonra  dilimizin  tətbiqi  işinin 

təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Dil 

tarixində  əlamətdar,  önəmli  hadisəyə  çevrilən  bir  məqam  var:  2001-ci  il 

avqustun  9-da  imzalanan  sərəncama  əsasən  1  avqust  ölkəmizdə  Azərbaycan 

Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Artıq 10 il tamamlanır ki, 

biz  ana  dilimizlə  bağlı  bu  qürur  doğuracaq  günü  rəğbət,  ehtiram  və 


 

vətəndaşlıq qüruru ilə qeyd edirik. Əlbəttə, dil sadəcə ünsiyyət vasitəsi deyil, 



eyni  zamanda  ədəbiyyatdır,  tarixdir,  mahnıdır,  musiqidir,  millətin  taleyidir. 

Bu  gün  Azərbaycan  dili  Azərbaycan  dövlətinin  dünyada  nüfuzunun  artması 

ilə  əlaqədar  beynəlxalq  arenaya  çıxıb.  Dil  siyasətinin  əsaslarını  yaradan  isə 

məhz Heydər Əliyev idi. İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin 

mövqeyinin  möhkəmləndirilməsi  üçün  bir  sıra  islahatlar  həyata  keçirilib. 

Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, 

milli adət-ənənələrini unutmamalıdır. Dil həm də bir döyüşçü kimi xalqımızın 

mənəvi  keşikçisidir.  Bu  səbəbdən  də  onu  elə  sözlə  yükləməliyik  ki, 

döyüşlərdən  qələbə  ilə  qayıtsın.  Heydər  Əliyevin  fikridir:  "Nə  yaxşı  ki, 

Azərbaycan  dili  bütün  tələblərə  cavab  verir.  Daha  doğrusu,  onun  böyük 

potensialı  imkan  verib  ki,  o,  artıq  dünya  dilləri  içərisində  öz  layiqli  yerini 

tutmuşdur".  Bu  deyim  dilimizin  hərtərəfli  və  zəngin  xüsusiyyətlərə  malik 

olduğunu  bir  daha  təsdiqləyir.  Xalqımızın  milli  sərvəti  sayılan  ana  dilimizin 

inkişafına  yönələn  qərarların  qəbulu  və  həyata  keçirilməsi  hər  birimizdən 

asılıdır. 

Bu, 

həm 

də 

bizim 

vətəndaşlıq 

borcumuzdur. 

Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən 

Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, 

qədim  mədəniyyətimizə  böyük  həssaslıqla  yanaşır.  İnam  və  qətiyyətlə  deyə 

bilərik  ki,  bu  gün  dilimizin  inkişafının  əsas  qarantı  da  məhz  ölkə 

Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks 

etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham 

Əliyevin  təşəbbüsü  ilə  baş  tutdu.  Prezidentin  2004-cü  il  yanvarın  12-də 

imzaladığı  "Azərbaycan  dilində  latın  qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata 

keçirilməsi  haqqında"kı  sərəncamı  həm  də  əlifba  ilə  bağlı  problemləri 

tamamilə  həll  etdi.  Bunun  da  nəticəsində  kütləvi  nəşrlərin  latın  qrafikasına 

keçirilməsi  baş  tutdu.  Dövlət  başçısının  sonrakı  sərəncamlarında  isə  150 

cildlik  "Dünya  ədəbiyyatı  kitabxanası",  100  cildlik  "Dünya  uşaq  ədəbiyyatı 

kitabxanası",  100  cildlik  "Azərbaycan  ədəbiyyatı  kitabxanası"  seriyasından 

olan  yeni  nəşrlər  respublika  kitabxana  şəbəkəsinin  latın  qrafikalı  ədəbiyyat 

fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və 

uğurlu  tədbirlərdən  biri  də  2004-cü  il  13  yanvar  tarixində  imzaladığı 

"Azərbaycan  milli  ensiklopediyasının  nəşri  haqqında"kı  sərəncam  oldu.  Bu 

sərəncamların  nəticəsində  qiymətli  kitabların  çapı  mənəvi  xəzinəmizin 

zənginləşməsində  mühüm  rol  oynadı.  Prezident  İlham  Əliyev  milli 

xüsusiyyətlərimizin  saxlanmasında  ana  dili  və  ədəbiyyatımızın  başlıca 

amillərdən  olduğunu  dəfələrlə  diqqətə  çəkərək  demişdir:  "Bizi  millət  kimi 

qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".

 


Yüklə 236,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə